Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə59/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   55   56   57   58   59   60   61   62   ...   175

 

12



yəqin ki, eyni şeyi görürük, ancaq biz eyni şeyi gördüyümüzə əmin ola bilmərik. Lənət şeytana, 

axır ki, buradakı lampadır da, başqa şey deyil ki. 

– Qışqırma, – Sibilla dedi. – Mən yenə qəhvə dəmləyəcə

m. 



–  Elə  təəssürat  yaranır  ki,  –  Oliveyra  dedi,  –  biz  köhnə  izlərlə  gedirik.  Binəva  məktəb 

uşaqları  kimi,  ağarıb-toz  basmış  arqumentləri  çırpırıq  və  bütün  bunlar  ona  görədir  ki,  əzizim 

Ronald, dialektik mühakimə yürüdürük. Lütfən, geriyə addım atma. Hə, hə, bu o qədər də çətin 

deyil. Sözlər yoxa çıxır və lampa yalnız hissedici, oyandırıcı olur. İndisə bir addım da geriyə  – 

sənin  görünmə  adlandırdığının  yanına  qayıdaq,  onda  görəcəyik  ki,  bu  hissedici-oyandırıcıya 

hansısa  anlaşılmaz  əlaqələr  qayıdıb  gəlir,  çünki  onların  anlaşılması  yenidən  irəli  bir  addım 

atılmasını zəruri edər və hər şey məhv olardı.  

–  Ancaq  geriyə  atılan  addımlar  böyük  məqsədlə  gedilmiş  yolları

,

  sanki


,

  pozur,  – 

Qreqorovius dedi. 

– Hə, – Oliveyra dedi. – Böyük sual da elə bundan ibarətdir: sənin məqsəd adlandırdığın 

şəxslərin  cəmidir  ki,  həmişə  irəli  gedib,  ancaq,  məncə,  Klages  hesab  edir  ki,  müəyyən 

məqamlarda o yanlış yol tutub. 

– Dilsiz insan ola bilməz. Tarixsiz insan ola bilməz 

– Cinayət yoxdursa, cani də yoxdur. İnsanın başqa cür ola bilməməsinin sübutu varmı? 

– Hər halda, bizdə çox şey pis alınmadı, – Ronald dedi. 

–  Pis  alınmadı  deyəndə  nəylə  müqayisə  edirsən?  Onda  niyə  biz  bəzən  Ədəm  haqqında 

düşünür,  itirilmiş  cənnət  üçün  darıxırıq,  utopiyalar  uydurur,  gələcəyə  can  atırıq?  Əgər  yağış 

soxulcanı düşünə bilsəydi, o da hesab edərdi ki, onda çox şey pis alınmır.  İnsan son ümid yeri 

kimi  elmdən  yapışır,  halbuki  necə  yapışmaq  lazım  olduğunu,  bunun  nə  olduğunu  heç  vaxt 

bilməyib.  Ağıl  dil  vasitəsilə  bütün  mövcud  olanlardan  bizim  təsəvvürlərimizi  qane  edən 

kompozisiyanı  (İntibah  dövrünün  parlaq,  ritmik  kompozisiyaları,  seçilən  tabloları  kimi)  seçib 

ayırır  və  bizi  mərkəzdə  yerləşdirir.  Bütün  marağına  və qeyri-məmnunluğuna baxmayaraq, elm, 

başqa  sözlə,  idrak  bizi  sakitləşdirən  şeylərdən  başlayır. 

«

Sən  burada,  bu  otaqda  dostlarınla 



lampanın  ətrafındasan.  Qorxma,  hər  şey  yaxşı  gedir.  İndisə  gəl  baxaq  görək  bu  işıqsaçan 

fenomenin təbiəti necədir? Sən bunun zənginləşdirilmiş uran olduğunu bilirsən?  İzotoplar sənin 

xoşuna gəlirmi, artıq bizim qurğuşunu qızıla çevirdiyimiz sənə məlumdurmu?» Bu ağlı necə də 

yerindən oynadır, başı gicəlləndirir, fəqət kresloya rahatca yayxandığımız şəraitdə.  

– Şəxsən mən döşəmənin üstündəyəm, – Ronald dedi, – və doğrusu, qətiyyən rahat deyil. 

Qulaq  as,  Horasio:  bu  gerçəkliyi  inkar  etmənin  heç  bir  anlamı  yoxdur.  Budur  o,  biz  hamımız 

onun  hissələriyik.  Vaxt  hər  ikimiz  üçün  keçir,  bayırdakı  yağış  da  hər  ikimiz  üçün  yağır.  Mən 

gecənin,  vaxtın  və  yağışın  nə  olduğunu  haradan  bilirəm,  ancaq  onlar    buradadırlar,  mənim 

xaricimdədirlər, eyni zamanda mənimlədirlər və buna heç nə edə bilməzsən. 



 

13



– Əlbəttə, – Oliveyra dedi. – Bunu heç kəs inkar etmir, çe. Sadəcə, biz bunun niyə belə 

olduğunu, niyə  burada olduğumuzu və bayırda niyə yağış yağdığını anlaya bilmirik. Absurd olsa 

da,  bunlar  öz-özünə  baş  verir,  yoxsa  ki,  o,    buradadır  və  biz  onu  absurd  kimi  hiss  edirik. 

Mənimlə hal-hazırda mənimlə baş verənlər arasındakı əlaqə məndən qaçır. Mən başıma gələnləri 

inkar etmirəm. Baş verəni necə inkar etmək olar?! Absurd da elə bundadır. 

– Tam aydın olmadı, – Etyen dedi. 

– Aydın ola da bilməz, aydın olsaydı, yalan olardı, elmi mənada ola bilər ki, həqiqi olsun, 

ancaq  absolyut  nöqteyi-nəzərdən  –  yalandır.  Aydınlıq  –  olsa-olsa  intellektual  tələbatdır, 

vəssalam. Əlbəttə, elmdən və idrakdan asılı olmayaraq hər şeyi aydın bilmək, aydın başa düşmək 

yaxşı  olardı.  Mən  «yaxşı  olardı»  deyirəm,  ancaq  kim  bilir,  bəlkə,  mənim  dediyim  tam 

cəfəngiyatdır. Ola bilsin ki, yeganə çıxış yolu elm, uran-235 və bunabənzər şeylərdir. Ancaq nə 

olursa-olsun, yaşamaq lazımdır. 

– Hə, – Sibilla fincanlara qəhvə tökərək dedi. – Nə olursa-olsun, yaşamaq lazımdır.  

– Başa düş, Ronald, – Oliveyra onun dizindən basaraq dedi. – Axı sən öz ağlından qat-qat 

böyüksən.  Məsələn,    bu  gecə,  burada  baş  verənlər,  burada,  Rembarndtın  tablosundakı  kimi, 

haradasa  küncdə  işıq  xəfif-xəfif  közərir  və  bu  fiziki  işıq  deyil,  qətiyyən  sənin  bütün  gücü  və 

şamlarıyla  lampa adlandırdığın  və  lampa  kimi tərif  etdiyin  bir şey deyil.  Bizim  bütün olanları, 

yaxud  istənilən  digər  məqamı,  guya,  bütövlükdə  qavraya  biləcəyimizə,  yaxud  da  hətta  ona 

bağlılığımızı və onu dərk edəcəyimizi intuitiv olaraq hiss edəcəyimizə inanmaq axmaqlıqdır. Biz 

hər  dəfə  böhranlı  duruma  düşəndə  tam  absurd  başlanır,  başa  düşürsən,  dialektika  yalnız  tam 

sakitlik olanda dolablarda səliqə-sahman yaratmağa qadirdir. Sən çox gözəl bilirsən ki, böhranın 

kulminasiya məqamında biz həmişə impulsiv hərəkət edirik, bütün gözləntilərin ziddinə gedir və 

ən inanılmaz şeylər edirik. Məsələn, indi sənə elə gəlmirmi ki, demək olar ki, hal-hazırda reallıq 

təmin  olunur?  Reallıq  tələsir,  özünü  hər  yerdə  göstərir  və  bu  məqamda  əgər  biz  dialektikanı 

kənara qoysaq, ona qarşı çıxa bilərik. Bax burada biz kiməsə atəş açırıq, gəmidən suya tullanırıq, 

Gi kimi bir qutu qardenalı içirik, ipimizi qırırıq – bir sözlə, pis işlər görürük. Ağlımız bizə yalnız 

sükunət halında olan gerçəklikdən preparat hazırlayanda, yaxud onun gələcək fəlakətlərini təhlil 

edəndə  xidmət  edir,  ancaq  heç  vaxt  bizi  qəfildən  yaxalayan  böhrandan  çıxmağımıza  kömək 

etmir. Lakin bu böhranlar metafizik dövrlərdən fərqlənmir, çe, bu durum, ola  bilər ki, – biz ağlın 

yoluyla getməsək  – olsa-olsa cinsi ehtirasları oyanmış pitekantropun tam təbii  və adi  vəziyyəti 

ola bilərdi.  

– Ehtiyatlı ol, qaynardır, – Sibilla dedi. 

–  İnsanların  çoxu  bu  böhranları  qalmaqallı  və  absurd  sayırlar,  ancaq  şəxsən  mənə  elə 

gəlir  ki,    onlar  əsl  absurdu,  nizamlı  dünyanın,  dinc  dünyanın  absurdunu,  aşkara  çıxarmağa 

xidmət edir. Elə  bir dünyanın ki, ola  bilsin, orada belə  bir otaq var, bu otaqda tamamilə  fərqli 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə