C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə198/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   194   195   196   197   198   199   200   201   ...   207

403 

 

ödemi  zamanı)  təyin  edilir.  KBÇ-da  hemodializ,  hemosorbsiya;  kəskin  anemiya  zamanı 



isə qanköçürmə aparılır. 

Dölün inkişafına toksiki təsir göstərmədiyindən delagil və amodioxin hamiləlik 

zamanı  da  təyin  edilə  bilər.  Primaxinin  verilməsi  zamanı  dispeptik  əlamətlərin  və  Q-6-FD 

çatmamazlığı  olduqda  hemoqlobinurik  qızdırmanın  meydana  çıxması  nəzərə  alınmalıdır. 

Xlorxinin  venaya  yeridilməsi  AT-in  kəskin  düşməsi  ilə  müşayiət  olunduğundan 

qlükokortikosteroidlərlə birlikdə təyin edilməlidir. 



Proqnozu. Müasir diaqnostika üsulları və müalicə tədbirləri sayəsində proqnozu 

xoşdur. Tropik malyariyanın ağır formalarında letallıq 1%-ə çatır. 



Profilaktikası. Xəstələr evə tam kliniki sağalmadan sonra, sidiyin, qanın ümumi 

müayinəsi  normal  olduqda,  qanda  malyariya  parazitləri  aşkar  edilmədikdə  evə  yazılır. 

Rekonvalessentlər 2 il müşahidə altında olurlar. Bu müddətdə istənilən qızdırma zamanı xəstələrin 

qanı plazmodilərə görə yoxlanılır. 

Malyariyanın  profilaktikası  üç  istiqamətdə  aparılır:  xəstələrin,  parazit 

gəzdirənlərin  aşkar  edilməsi  və  müalicəsi;  xəstəliyin  keçiriciləri  olan  ağcaqanadlara  qarşı 

mübarizə; kimyəvi profilaktika. 

Kimyəvi  profilaktika  əsas  yer  tutur.  Kütləvi  və  fərdi  olaraq  həyata  keçirilir. 

Kütləvi  olaraq  malyariyanın  yayılma  ehtimalı  olan  yaşayış  məntəqələrində  aparılır.  Belə  ki, 

malyariya  aşkar  edilmiş  yaşayış  məntəqələrində  mövsüm  arası dövrlərdə  bütün  əhalinin 

primaxinlə 14 gün müddətində radikal müalicəsi aparılır. Fərdi kimyəvi profilaktika məqsədi ilə 

sağlam şəxslərə hematoşizotrop preparatlar təyin edilir. Malyariyanın yayılmış olduğu bölgələrə 

gedən  sağlam şəxslərə,  səfərə  çıxınazdan  iki  gün  əvvəl,  ocaqda  olduğu  bütün  dövr  ərzində 

və qayıtdıqdan sonrakı 2-6 həftə müddətində hematoşizotrop preparatlar verilir. 

Vivax-, ovale-, dörd günlük malyariya ocaqlarına gedən şəxslərə həftədə bir dəfə 

0,5 q delagil və ya 0,4 q amodioxin, rezistent ştamlar olan tropik malyariya ocaqlarında həftəyə 1 

fansidar  və  ya  0,5  q  mefloxin  verilir.  Bu  məqsədə mefloxinlə  fansidarın  kombinasiyası  olan 

İsveçrə  preparatı  fansimer  də  təyin edilir  -  həftədə  1  dəfə.  Çində  istehsal  olunan  artemizin  də 

istifadə edilə bilər. 

Bütün  bunlarla  bərabər  qeyd  etmək  lazımdır  ki,  hazırkı  dövrdə  mövcud  olan 

kimyəvi  preparatlar  hiperendemik  və  qoloendemik  zonalarda  yoluxmanın qarşısını  ala  bilmir. 

Xəstəliyin nisbətən yüngül keçməsinə səbəb olur. 

2001-ci  ildə  Amerika  alimləri  malyariyaya  qarşı  sintetik  vaksina  işləyib 

hazırlamışlar.  Könüllülər  üzərində  aparılan  müşahidələr  vaksinanın  ümidverici olduğunu 

göstərmişdir. 

» 

Leyşmaniozlar - leishmania cinsindən olan parazitlər tərəfindən törədilən təbii 



ocaqlı,  transmissiv,  antropozoonoz  xəstəliklər  qrupudur.  Daxili  orqanların  zədələnməsi  və  ya 

dəridə yerli dəyişkənliklərlə xarakterizə olunur. 



T a v i x i məl u m a t. Leyşmanioz haqqında ilk məlumat onun dəri formasının 

kliniki təsvirini vermiş ingilis həkimi Pokoka (1745) məxsusdur. Dəri leyşmaniozunun törədicisi 

1898-ci  ildə rus hərbi həkimi  P.F.Borovski tərəfindən aşkar edilmişdir. Amerika tədqiqatçısı C. 

downloaded from KitabYurdu.org




404 

 

Rayt  (1902) isə onu  ətraflı təsvir etmişdir. V.Leyşman və S.Donovan (1903) Hindistanda kala-



azarla xəstə olanların dalağında visseral leyşmoniozun törədicilərini tapmışlar. 1905-ci ildə Press 

və Sercan qardaşları xəstəliyin hünülər tərəfindən ötürülməsi fikrini söyləmişlər. Bu 1921-ci ildə 

eksperimental  yolla  sübut  olunmuşdur (A.Donatye,  L.Parro).  1908-ci  ildə  Ş.Nikol  visseral 

leyşmaniozda infeksiya mənbəyi kimi it-lərin əsas rol oynadığım müəyyən etmişdir. 



Etiologi 

yası

Leyşmaniozların 

törədiciləri ibtidailər tipinə, Trypa-

nosomatidae ailəsinə, Leyşmarıia cinsinə aid olub, iki inkişaf dövrü keçirlər: I -leyşmanial və ya 

amastiqot məhələ - onurğalı heyvanların və insanların orqanizmində gedir. II - leptomonad və ya 

promastiqot mərhələ - buğum ayaqlılarda -hünülərdə gedir. 

Amastiqot  mərhələ  1-3  x  2-6  mkm  ölçüdə,  oval  formada  olub,  üç  qat  si-

toplazmatik  membrana  malikdir.  Romanovski-Gimza  üsulu  ilə  boyadıqda  ho-mogen,  mavi 

sitoplazma; qırmızı-yaqut rəngdə nüvə və kinetoplastlar təyin edilir. Sitoplazması bir sıra hallarda 

vakuollaşmış  da  olur.  Leyşmaniyaların amostiqot  mərhələsi  hüceyrə  daxili  parazitlərdir. 

Makrofaqlarda  və  retikulo-endotelial  hüceyrələrdə  bölünərək  artıb  çoxalırlar.  Bir  hüceyrədə 

onlarla para-zit ola bilər. 

Hünülər  qan  və  ya  zədələnmiş  (leşmaniozun  dəri  formasında)  dəri  nahiy-

yosindən  toxuma  mayesi  sorarkən  orada  toplanmış  leymoniyaları  da  qəbul  edirlər.  Amostiqot 

formalar hününün bağırsağına düşdükdən 18-20 saat sonra promastiqot forma alır və burada sadə 

bölünmə yolu ilə çoxalırlar. Promosti-qot forma eni 2-6, uzunu 10-25 mkm ölçüdə, bir ücü iti, 

digəri  küt  mil-iy  şəklində  olub,  bütün  həyat  dövrü  hününün  bağırsağında  keçir.  Promostiqot 

formanın  da  sitoplazması  üçqat  membranla  əhatə  olunmuşdur.  Nüvəsi  mərkəzdə, kinetoplastiar 

öndə yerləşir. Ön qutaracaqda qamçısı vardır ki, onun köməyi ilə fəal hərəkət edirlər. Artıb çoxalan 

promastiqotlar hününün üdlağına tərəf hərəkət edərək artıq 5-ci günü orada toplanmış olurlar. 7-ci 

günə  bir  qismi  ağız boşluğuna  keçir  və  hünülər  yoluxdurma  qabiliyyətinə  malik  olurlar. 

Hünülər qan sorarkən onun xortumuna toplanmış hərəkətli promastiqotlar toxumaya və  ya qana 

keçərək  yoluxmaya  səbəb  olurlar.  Yoluxma  hünülərin  ifrazatları  ilə bağırsaqdan  xaric  edilən 

promostiqotların qaşınma nəticəsində dərinin  yaralanmış nahiyyosinə düşməsindən də baş verə 

bilər. Leyşmaniyalar cinsi yolla deyil, qeyri-cinsi yolla çoxalan tək hüceyrəlilərdəndir. Bir inkişaf 

mərhələsin- 

ıəsi il 


i    i •    •    

7    ••    i •• i ••    «•    1 v    «1    1    • 

H /\v> H 1    a    ioa Hım/iııtrıı    ı m on ni /yi mıı hırı /iAtMOw 

U.cUA  Ulgdi iiltj AV^yiAİc/OA  iöd  UU»JUU)U  ~ y  CLŞCLKdlgl AAAUAAA  Ll SJLtjy 



XCflll və  parazitlər  yeni  düşdüyü  mühitə  uyğunlaşırlar.  Məsələn,  istiqaıılılarda  onlar hüceyrə 

daxiii  parazitliyə  keçirlər.  Leyşmaniyaları  toyuq  embrionunda,  toxuma  kulturalarında.  NNN 

aqarında yetişdirmək mümkündür. 

Visseral leyşmanioz əsasən xroniki gedişə malik, dalğavari qızdırma, qaraciyər 

və  dalağın  böyüməsi,  getdikcə  artan  anemiya,  leykopeniya,  trombosito-peniya,  EÇS-in  kəskin 

yüksəlməsi və kaxeksiyanın inkişaf etməsi ilə xarakterizə olunan xəstəlikdir. 



Etiolog i yası. Törədicisi L.donovani- dir. 4 yarımnövü vardır: 

-    L.d.donovani - Hindistan variantı. 

downloaded from KitabYurdu.org



Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə