14
* Bayram namazı.
İslam dinində iki bayram mövcuddur ki, bunlar da Fitr (oruc) və
Ədha (qurban) bayramıdır. Bu iki bayramdan savayı olan bütün
bayramlar isə dində olmayan adət-ənənədən hesab olunurlar. Bu
bayramları Uca Allah Quranda xüsusən qeyd etmişdir. Peyğəmbər
ilk bayram namazını – Ramazan bayramını – hicrətin ikinci ilində
Mədinədə qılmışdır.
Fitr - Orucu dayandırma, nəhayət vermə deməkdir. Bu bayram hər
il Şəvval ayının 1-də olur.
Ədha - Qurban vermək deməkdir. Bu bayram Zil-hiccə ayının on
günü başa vurmağına görədir və Zil-hiccə ayının 10-u bayram edilir.
Hər iki bayram namazı, iki rükət səslə qılınan namaz və iki
xütbədən ibarətdir. Bayram namazından əvvəl nə azan nə də iqamə
oxunur. Bayram namazının xütbəsi namazdan sonra verilir. Bu
namazdan nə əvvəl nə də sonra sünnə namazı qılınır. Qeyd etmək
lazımdır ki, namazı bir nəfər xütbəni isə ayrı şəxs verə bilər.
Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər Əbu Bəkr
(r.a) və Ömər (r.a) bayram namazlarını xütbədən əvvəl qılardılar.
29
Fitr namazını qılmazdan öncə bir şey yemək, xüsusi ilə də tək sayda
xurma yemək sünnədir. Peyğəmbər fitr namazına çıxmazdan öncə
tək sayda xurma yeyərdi.
30
Ədha bayramı günü isə namazdan sonra
yeyərdi. Bureydə (r.a) rəvayət edir ki, Peyğəmbər fitr bayramı
günü yeməyincəyə qədər namaza çıxmazdı. Ədha günü isə
namazdan sonra yeyərdi.
31
Bayram namazına gedərkən gözəl və təmiz paltar geyinmək, tez və
piyada getmək, geri döndükdə isə ayrı yolla qayıtmaq sünnədir.
Bayram namazı qılmaq hər bir həddi-buluğa çatmış, ağılı yerində
olan müsəlmana vacibdir. Hətta Peyğəmbər heyzli olan qadınlara
belə bayram namazına gəlmələrini, lakin camaatın namaz qıldığı
yerdən kənarda durmalarını əmr etmişdir.
29
Səhihu-l-Buxari 963, Səhih Muslim 2041
30
Səhihu-l-Buxari 953
31
Sunənu-t-Tirmizi 542, Sunənu İbn Məcah 1756
15
Qurban bayramında qurbanlıq heyvanlar namazdan sonra
kəsilməlidir. Namazdan əvvəl kəsilən heyvan qurban yox, sədəqə
olur.
“Allahu əkbər, Allahu əkbər, lə iləhə illallah, Allahu əkbər, Allahu
əkbər və lilləhi-l-həmd”. Bu duanı hər kəs bayram günü xorla
deməmək şərti ilə təkrarlanmalıdır.
Bayram namazının vaxtı günəş üfüqdən bir nizə hündürlüyündə
təxminən bir metr qalxdıqdan sonra, başqa sözlə ifadə etsək təqribən
günəş çıxdıqdan on beş dəqiqə sonra günəş səmanın ortasına (zenitə)
yüksəlməsindən bir az əvvələdəkdir (təqribən on dəqiqə qabaq).
Bayram namazının qılınması: birinci rükətdə ehram təkbirini edib,
namaza giriş (istiftah) duasını oxuduqdan sonra altı dəfə əlləri
çiyinlər səviyyəsində qaldıraraq təkbir etmək, sonra isə digər fərz
namazlarında olduğu kimi həmin rükəti tamamlamaq. İkinci rükətə
qalxdıqdan sonra isə beş dəfə əlləri çiyinlər səviyyəsinə qaldıraraq
təkbir etmək və həmin qaydada o rükəti təşəhhüd və salamlarla
tamamlamaq lazımdır.
Bayram namazını camaatla qılmayan şəxsin bu namazın qəzasını
qılması sünnəyə ziddir. Çünki Peyğəmbərdən bayram namazının
qəzasını qılmaq varid olmamışdır.
* Kusuf namazı
Kusuf günəşin tutulmasına, xusuf isə ayın tutulmasına deyilir.
İslam alimlərinin yekdil rəyinə görə kusuf və xusuf günəş və ayın
tam yaxud qismən tutulmasına deyilir. Hər ikisinin tutulmasını həm
kusuf, həm də xusuf adlandırmaq olar.
Kusuf namazı günəş və ayın tam yaxud qismən tutulduğu zaman
iki rükətli dörd rüku və dörd səcdədən ibarət səslə qılınan namazdır.
Bu namazlardan sonra bir xütbə vermək caizdir. Bu namazlardan nə
sonra nə də əvvəl sünnə namazı qılınmır.
Aişə (r.a) rəvayət edir ki, Peyğəmbərin zamanında günəş tutuldu
və o, camaatı namaza çağırmaq üçün bir nəfər göndərdi. Onlar
16
namaz qılmaq üçün toplandıqdan sonra Peyğəmbər təkbir edib
dörd rüku və dörd səcdədən ibarət iki rükət namaz qıldı.
32
Günəş və ayın tutulması heç bir şəxsin ölümünə və ya doğulmasına
görə deyildir. Uca Allah qullarını qorxutmaq üçün bunu belə edir.
Əbu Məsud əl-Bədri (r.a) rəvayət edir ki, Peyğəmbər
dedi:
“Həqiqətən, günəş və ay Allahın yaratdığı rəmzləridir ki, Allah
bununla (günəş və ay tutulması ilə) qullarını qorxudur. Günəş və ay
heç kəsin ölümünə və ya doğulduğuna görə tutulmur. Onların
tutulduğunu gördüyünüz zaman namaz qılın və bu hal sona çatana
qədər Allaha dua edin”.
33
Aişə (r.a) rəvayət edir ki, Peyğəmbərin zamanında günəş tutuldu
və o, camaata namaz qıldırdı. Namaz əsnasında qiyam və rükunu
uzatdı, sonra rükudan qalxdı və əvvəlkinə nisbətən az qiyamda
durdu, sonra rüku etdi və əvvəlkinə nisbətən az qiyamda durdu,
sonra rüku etdi və əvvəlkinə nisbətən az rükuda qaldı, (rükudan
qalxandan) sonra səcdə etdi və onu da uzatdı. İkinci rükəti də bu
qaydada qılıb, artıq günəşin üzü açıldığı zaman namazı bitirdi. Sonra
Allaha həmd-səna edib dedi: “Həqiqətən, günəş və ay Allahın
yaratdığı rəmzləridir. Onlar heç kəsin ölümünə və ya doğulduğuna
görə tutulmur. Onların tutulduğunu gördüyünüz zaman Allaha dua
edin, təkbir gətirin, namaz qılın və sədəqə verin. Ey Muhəmməd
ümməti! Allaha and olsun ki, heç biriniz Allahın zina etdiyi quluna
(kişi və ya qadın) qarşı qeyrətli olduğu kimi (qeyrətli) ola bilməz. Ey
Muhəmməd Ümməti! Mənim bildiyimi bilsəniz, az gülüb çox
ağlayardınız”.
34
Əbu Musa əl-Əşari (r.a) rəvayət edir ki, Peyğəmbərin zamanında
günəş tutuldu. O, qiyamətin qopduğunu zənn edib məscidə gəldi və
namaz qıldı. Namaz əsnasında qiyamı, rükunu və səcdəni uzatdı.
Mən onun bu cür namaz qılmağını görməmişdim. Namaz qıldıqdan
sonra dedi: “Allahın göndərdiyi bu rəmzlər, kiminsə ölümünə və
doğulmasına görə deyildir, lakin Allah bununla qullarını qorxudur.
32
Səhih Muslim 2089.
33
Səhihu-l-Buxari 1041, Səhih Muslim 2111
34
Səhihu-l-Buxari 1044, Səhih Muslim 2086
Dostları ilə paylaş: |