Canim anam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/34
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8443
1   ...   10   11   12   13   14   15   16   17   ...   34

Skot Han: Əziz Anam
yaxınlaşdığı  zaman  "Bu  necə  oldu  ki,  Rəbbimin  anası 
yanıma   gəlib?  (Luka1:43)  -  təkrarlayan  Elizabetin  söz- 
lərində  yenidən  əks  olunduğunu  eşidirik.  Buradakı  cümlə 
"sandıq"  yerinə  istifadə  edilən  "ana"  sözünün  xaricində 
bir-birinin  tamamilə  eynisidir.  Daha  sonrakı  fəsildə 
"Davud  sandığın  qarşısında  sevinclə  rəqs  etdi"-  deyilir 
(bax  2Şam.  6:14,16).  Yenə  eyni  şəkildə  Məryəm  yanına 
gəldiyi  zaman  “Elizabetin  qarnındakı  uşağı  da  sevinclə 
sıçradı” sözünə bənzər bir ifadə ilə yenə qarşılaşırıq (Luka 
1:44).  Son  olaraq  sandıq  üç  ay  boyunca  təpədəki  yerdə 
qaldı  ki,  (bax2  Şam  6:12),  bu  müddət  Məryəmin 
Elizabetin yanında keçirdiyi müddət qədərdir (Luka 1:56).
Elə isə, görəsən, Luka yazarkən niyə bu qədər sirli bir 
yol  seçib?  Niyə  birdən-birə  Müqəddəs  Bakirənin  eyham 
edilən sandıq olduğunu açıq-aşkar deməyib?
Kardinal  Nyuman  maraqlı  bir  nöqteyi-nəzərdən  bu 
sualı cavablayıb: 
"Müqəddəs 
Kitab 
yazıçılarının 
niyə 
Məryəmin 
böyüklüyündən çox bəhs etmədikləri tez-tez tənqid olunur. 
İncil  yazıçıları  və  hətta  bəzi  həvarilərin  zamanında 
Məryəm  həyatda  idi.  Qəti  olaraq  bildiyimiz  Onun 
ölümündən sonra yazılan tək bir kitab var ki, bu da Vəhy 
Kitabıdır  və  bu  kitabın  da  onu  bir  müqəddəs  və  kraliça 
edərək ucaltdığını görürük." (Mistik qızılgül 23)
Lukanın 
özünəməxsus 
sirli 
izahı 
Məryəmi 
Əhdi-Cədidin  Sandığı  olaraqmı  göstərir?   Lukanın  bunu 
sübut  etməsi  elə  konkretdir  ki,  başqa  cür  onu  izah  etmək 
mümkün deyil.
51


Skot Han: Əziz Anam
İLK QAVRADIQLARIMIZ
Apokalipsis  Kitabındakı  "qadın"  səmavi  məbəddə  olan 
əhd  sandığıdır  və  bu  Bakirə  Məryəmdir.  Vəhy  12-dəki 
izah edilən digər hissələrdə bu gerçək ortadan qalxmayıb. 
Ancaq  Müqəddəs  Kitab  həll  edilməsi  lazım  olan  bir  şifrə 
yox,  həyatımız  boyunca  anlamağa  çalışacağımız  bir 
sirrdir.
Məsələn,  dördüncü  əsrdə  müqəddəs  Ambrosius, 
qadını 
açıq-aşkar 
Bakirə 
Məryəm 
olaraq 
qiymətləndirmişdir.  "Çünki  o  kilsənin  anası  və  kilsənin 
başı olanı dünyaya gətirəndir. "O biri tərəfdən Ambrosius 
Vəhy  Kitabındakı  qadını  Kilsənin  də  simvolu  olaraq 
görmüşdür.  Suriyalı  müqəddəs  Ephrem  ona  etiraz 
ediləcəyinə fikir verməyərək qorxmadan eyni nəticəni əldə 
etdi:  "Bakirə  Məryəm  yeni  Kilsənin  simvoludur.  O  halda 
iki ismə də layiq olan Məryəmə Kilsə deyək."
Müqəddəs  Augustinus  da  Apokalipsis  qadınının 
ləkəsiz  olan  başı  dünyaya  gətirən  ləkəsiz  Məryəmə  işarə 
etdiyini  söyləyir.  Məryəm  özündə  müqəddəs  Kilsənin 
bütün  xüsusiyyətlərini  daşıdı;  beləliklə  bir  oğul  dünyaya 
gətirəndə  belə  bakirə  olaraq  qaldı.  Eyni  şəkildə  Kilsə  də 
əsrlər  boyunca  övladlar  dünyaya  gətirib  bakirliyini  yenə 
də itirməz."
Məryəm  İsa  Məsihi  dünyaya  gətirdiyi  kimi  Kilsə  də 
hər  nəsildə  inananları  yəni  digər  İsaları  dünyaya  gətirər. 
Kilsə  vəftizdə  inananlara  analıq  etdiyi  kimi  Məryəm  də 
İsanın  qardaşları  olaraq  inananlara  analıq  edər.  Müasir 
ilahiyyatçılarından  birinin  düşüncələrinə  görə,  "  Kilsə 
Məryəmin sirrini təkrarlayır."
Son  hissədə  danışdığımız  İreneusun  təəccüblü 
sözlərinə  əlavə  olaraq  bütün  bu  şərhləri  oxuya  bilərik. 
Çünki insanları Rəbbə çatdıran uşaq   heç şübhəsiz saf və 
52


Skot Han: Əziz Anam
tərtəmizdir.  Vəhy  Kitabında  gördüyümüz  kimi  digər 
doğulanlar da İsa Məsih kimi Rəbbin soyuna qarışırlar.
Kilsə  Atalarının  izah  etdiklərinin  işığında  Vəhy 
Kitabının 12-ci fəslini oxuyan zaman bütün məsihçiləri İsa 
Məsihin  qardaşları  olaraq  təyin  edən  İncildəki  digər 
fəsillərin  işıqlandığını  görərik.  Yunanca  "adelphos"  sözü 
"eyni bətndən olan" mənasını verir. Yəhya və İreneusdan 
Ephrem  və  Augustinusa  qədər  ilk  məsihçilər  bu  bətnin 
Məryəmə aid olduğuna inandılar.
Bu parçanın nəzərə çarpacaq dərəcədə zəngin olduğu 
qətidir.  Digər  Kilsə  Ataları  Apokalipsis  qadınını  Məsihə 
və  ya  tarix  boyunca  inanan  bütün  insanlara  doğum  edəni 
İsrailin simvolu və ya Romalı və Hirod nəslindən olanlara 
qarşı qurulan Davud xanədanlığı olaraq görmüşlər.
Əhd  sandığının  varlığı  qədər  bunların  hamısı 
doğrudur.  Yenə  də  bu  şərhlərin  hər  biri  mətnin  ən 
əhəmiyyətli  mənasını  təmin  etməyə  çatmayan  ikinci 
dərəcədə  əhəmiyyətli  ola  biləcək  şərhlərdir.   Simvollarla 
dolu olan bütün bu şərhlər tarixi bir gerçəyə işarə edirlər. 
Kardinal  Nyuman:  "Müqəddəs  həvari  bütün  imanlıların 
hörmət  mərkəzinə   ucalmış  Müqəddəs  Bakirə  Məryəm 
olmasaydı kilsədən "qadın" deyə bəhs edilməzdi" — deyir. 
(Mistik qızılgül 20)
Başqa bir ilahiyyatçının söylədiyinə görə Apokalipsis 
qadını  gerçək  bir  qadın  olub,  çoxluq  ifadə  edən  bir 
anlayışdır.  Qadının  və  onun  uşağının  əsas  mənası  İsa 
Məsihə  və  Kilsənin  üzvləri  olan  bədəninə  analıq  edən 
tarixi  bir  şəxsiyyəti  olan  fərdə  yəni  Müqəddəs  Bakirə 
Məryəmə aiddir.
53


Skot Han: Əziz Anam
4-cü fəsil
TAXTIN ARXASINDAKI GÜC
KRALİÇA ANA VƏ DAVUD SOYLU KRAL
Həm  Yəhyanın  İncilində,  həm  də  Vəhy  Kitabında  İsa 
Məsihin  xilas  işində   Müqəddəs  Kitabın  Yaradılış  bö-
lümündəki  bir  çox  xarakteri  və  sirri  reallaşdırır.  İlk 
yaradılışda  İsa  Məsihin  yaradılanı  xilas  etməsi  və 
yeniləməsi  əks  olunmuşdur  (Vəhy  21:5).  Cənnət  bağçası 
Getsemani  bağçasının  bir  başqa  prototipidir.  Cənnətdəki 
ağac da xaçın ağacını işarələyirdi. Adəm İsanın, Həvva da 
Müqəddəs  Bakirə  Məryəmin  tipini  işarələyən  elementlər 
idi.
Vəhy 12-ni tədqiq edərkən xarakter yaratmanın digər 
nümunələri  ilə  də  qarşılaşdıq.  Bunlardan  biri  olan 
Məryəmin əhd sandığı olduğunu düşünsək, bu hadisə bizi 
qaçılmaz şəkildə qırx il boyunca evdən uzaq İsrail xalqını 
səhrada  dolaşdıran  Musaya  istiqamətləndirir.  "Musadan 
sonra  ilk  Pasxada  İsrail  quzunun  qanı  ilə  qazanıldı" 
(baxVəhy  12:11).  Eyni  şəkildə  yeni  İsrail  yeni  qanunlar 
gətirən, yeni Musa olan quzunun qanı ilə, yəni İsa Məsihlə 
qazanıldı. Bu yolu izləsək, Musanın Miriam adlı bacısının 
Həvva kimi yenə də Rəbbin nüfuzuna qarşı çıxaraq üsyan 
edib,  bütpərəstliyə  yönəlmiş  müvəffəqiyyətsiz  bir  qadın 
xarakteri  ilə  qarşılaşarıq.  Halbuki,  Əhdi-Cədidin  yeni 
Miriamı qüsursuz bir itaət simvoludur.
Hələ də, Davudun krallığı dövründə çox təəccüblü bir 
xarakter (prototip) zəncirinə rast gəlirik. Davudun krallığı 
köhnə  İsrailə  Məsihin  Krallığının  ideyasını  vermişdir. 
İkinci İbranili kral Davud İsrailin on iki nəslini birləşdirdi 
və  Yerusəlimi  xalqın  mənəvi  paytaxtı  olaraq  qurdu. 
İnsanlar Davuda  dürüstlük, ədalət  və Rəbbə  sədaqətindən 
54


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə