Canim anam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/34
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8443
1   ...   17   18   19   20   21   22   23   24   ...   34

Skot Han: Əziz Anam
insanların qurtuluşu təmin edilmədən gerçəkləşə bilməzdi. 
İsa Rəbdir və bu səbəblə bizim həm yaradanımız, həm də 
xilaskarımızdır.  Məryəmi  yaradarkən  onu  insan  təbiətinin 
sərhədlərindən  və  günaha  qarşı  meydana  gələcək 
zəiflikdən də qurtarmışdır. Məryəm insandır, amma Onun 
anasıdır.  Bu  şəkildə  Rəbb  onu  şərəfləndirərək  "ana  və 
atana hörmət göstər" əmrini mükəmməl bir şəkildə yerinə 
yetirmişdir.  Məryəmi  belə  bənzərsiz  bir  gözəlliklə 
şərəfləndirmişdir.
FÜSUNKAR BƏHRƏ
“Salam  mübarək  Məryəm”  duası  edərkən  məsihçilərin 
Məryəm üçün istifadə etdiyi yunanca da "Theotokos", yəni 
Rəbbi təmsil edən mənasını verən "Rəbbin Anası" deyə ən 
köhnə  xitab  forması  ilə  səslənirik.  Üçüncü  əsrin 
əvvəllərində,  bəlkə daha  da qədimdən,  Misir Kilsəsi  "Ey, 
Rəbin  Anası  sənin  himayənə  sığınırıq"  sözləri  ilə  dua 
edərdi.  İskəndəriyəli  müqəddəs  Klemens,  Origenes  və 
müqəddəs  İsgəndər  Məryəmə  "Rəbbin  Anası"və  ya  eyni 
mənalı sözlərlə istinadlar etmişlər. 
Məsihçilərin bu duası, qohumu olan Elizabetin Müqəddəs 
Ruhun  təsiri  ilə  Məryəmə  söylədiyi  salamından 
qaynaqlanır.  "Bu  necə  oldu  ki,  Rəbbimin  anası  yanıma 
gəlib?" (Luka 1:43)
Müqəddəs  Kitabda  bu  şəkildə  izah  edildiyinə  görə 
"Rəbbin  Anası"  ünvanı  Kilsənin  ilk  əsrdən  bəri  Məryəm 
üçün dəyişməz xitab şəkli olmuşdur. Üstəlik, bu ifadə İsa 
Məsihi  Allah  olaraq  tanımalı  olan  məsihçilərin  iman 
təməlini  əks  etdirir.  İsa  Məsih  Rəbb,  Məryəm  də  Onun 
anasıdırsa,  Məryəm  Rəbbin  Anasıdır.  Ənənəvi  olaraq 
Məryəm  üçün  "Rəbbin  Anası"  deyilməsi  ilahiyyatda  əsas 
olan  ifadələrin  ünsiyyəti  mənasını  verən  ifadə  ilə 
74


Skot Han: Əziz Anam
əlaqədardır. Bu əsasa görə İsanın xüsusiyyətləri haqqında 
hər nə deyilirsə deyilsin, həm insan, həm də Rəbb olaraq 
bütün  xüsusiyyətləri  tək  bədənində  daşıdığına  görə 
doğrudur.  Beləcə,  nümunə  göstərmək  lazım  olsa, 
məsihçilər Rəbbin ölümsüz olduğunu şübhəsiz bilmələrinə 
baxmayaraq,  “Qolqota  Təpəsində  Oğul  olan  Rəbb  xaç 
üzərində  ölmüşdür”  əminliklə  deyə  bilərlər.  Eyni  şəkildə 
Rəbb  əzəldən  bəri  mövcud  olmasına  baxmayaraq 
xristianlar  hər  zaman  Betlehemdə  bir  axurda  Rəbbin 
doğulduğunu qəbul etmişlər. 
Bununla belə beşinci əsrdə bəzi din alimləri "Rəbbin 
Anası"  ünvanını  istifadə  edərkən  bir  şəkildə  Məryəmin 
Rəbbin  yaradıcısı  olduğunun  eyham  ediləcəyindən 
narahatlıq  keçirərək  qərarsızlıq  içində  qalmışlar.  Onlar, 
"Rəbbin Anası" ünvanı əvəzinə “Məsihin anası” ünvanını 
qəbul  etdilər.  İsanın  insan  və  Rəbb  olaraq  iki  təbiəti 
birləşdirdiyinə də qarşı çıxmış və Bakirə Məryəmin İsanın 
ilahi  deyil,  insani  quruluşuna  görə  dünyaya  gətirdiyini 
iddia etmişlər.
Kilsə  bu  iddialara  qarşı  çıxmış  və  Məryəmin  bu 
ünvanı o vaxtın qabaqcıl din alimi İskəndəriyəli müqəddəs 
Kirillosun  da  güclü  dəstəyini  alan  Papa  1-ci  Celestine 
tərəfindən  çox  güclü  müdafiə  olunmuşdur.  Kirillos,  bir 
ananın doğumla yalnızca bir canlı dünyaya gətirməyib, bir 
insanı dünyaya gətirdiyinə diqqət cəlb etdi. Məryəm Rəbb 
olan  İsa  Məsihi  dünyaya  gətirdi.  Məryəm  Rəbbi 
yaratmamasına baxmayaraq ONU daşımış və ONA analıq 
etmişdir.
Bu müzakirələr bizə çox mücərrəd və akademik gələ 
bilər.  Ancaq  bu  mövzudakı  inkişaflar  beşinci  əsrdə 
yaşayan  ən  sıravi  xristianın  belə  marağını  cəlb  etmiş  və 
onların  inanclarına  daha  möhkəm  bağlanmalarını  təmin 
etmişdir.  Tarix  bizə  "Rəbbin  Anası"  mübahisəsinə  son 
75


Skot Han: Əziz Anam
vermək  məqsədilə  Papa  Celestinenin  431-ci  ildə  Efes 
Məclisini yığıncağa  çağırdığı zaman  məsihçilərin şəhərdə 
izdiham  yaradıb,  onların  qərarının  nə  olacağını  maraqla 
gözlədiklərini  söyləyir.  Yepiskoplar  Məryəmin  həqiqətən 
də Rəbbin Anası olduğunu elan etdiyi zaman xalq sayları 
iki  yüzə  çatan  yepiskoposları  məşəllərlə  işıqlandırılmış 
küçələrdə  başları  üzərinə  qaldıraraq  sevinc  içində 
aparmışdır.
Müqəddəs Bakirə Məryəmə inananların hiss etdikləri 
bu dərin sevgisini bir an düşünün. Məclis aparılan şəhərə 
qonaq  olaraq  gəlib  sırf  bu  qadının  layiq  olduğu  ünvanı 
yepiskoposların ağzından eşitmək üçün uzun müddət çöldə 
gözləyib  sonra  bütün  gecəni  qeyd  edərək  keçirmişdilər. 
Yalnız  akademik  bir  mübahisə  xüsusiyyətində  olan  bir 
mövzu  üzərində  belə  coşğulu  bir  sevgi  nümayişi 
sərgiləməzdilər.  Məcazi  olaraq  verilən  bir  ünvanın  zəfəri 
üçün  də  belə  qeyd  etməzdilər.  Zənnimcə,  başqa  heç  bir 
ana  üçün  Efesə  belə  təhlükəli  bir  səfəri  gözə  almazdılar. 
Çünki  onların  anası  Məryəm  eyni  zamanda  da  Rəbbin 
Anası idi.
Məryəmə  "Rəbbin  Anası"  olaraq  xitab  etdiyimiz 
zaman  bizlər  də  bu  insanların  keçmişdəki  xoşbəxtliyini 
bölüşürük. Çünki bu ifadədə təccüblü bir gerçək yatır, o da 
bizlərin  Rəbbin  övladları  olmamızdır.  Hamımız  yalnız 
insan deyil, eyni zamanda da Məryəmin Oğlunun, Rəbbin 
qardaşlarıyıq!
ÖNCƏDƏN  OLDUĞU  KİMİ  ƏBƏDİ  OLARAQ 
BAKİRƏ MƏRYƏM
Matta və Luka İncili Rəbbin Oğluna hamilə qaldığı zaman 
Məryəmin  bakirə  olduğuna  heç  şübhə  buraxmır  (Matta 
1:18 ; Luka 1:34-35; 3:23). Təbii ki, Kilsə Ataları və iman 
76


Skot Han: Əziz Anam
duaları  bakirə  hamiləlik  gerçəyini  təsdiqləyir.  Kilsə  hər 
zaman  məsihçilərin  niyə  İsa  Məsihin  Bakirə  Məryəmdən 
doğulduğuna  inanmaları  mövzusunda  təkid  edir?  Çünki, 
Məryəmin  bakirə  analığı  İsa  Məsihin  həm  insan,  həm  də 
Rəbb  olduğunun  zəmanətidir.  Müqəddəs  Toma  Akvinalı, 
bunu  bu  şəkildə  yekunlaşdırmışdır:  "İsanın  bədəninin 
gerçək  olduğu  görünsün  deyə,  O,  bir  qadından  doğuldu. 
Onun  Rəbb  olduğu  yaxşıca  aydın  olsun  deyə  bakirədən 
doğuldu"  (Summa  Theologica  3, 28,  a.2).  Daha  əvvəlki 
hissələrdə  gördüyümüz  kimi  Məryəmin  bakirəliyi  Onun 
köhnədən bəri Yeni Həvva olaraq görül-məsində də böyük 
əhəmiyyət daşıyır.
Bu  səbəblə  Kilsənin  başlanğıcından  etibarən  Məryə- 
min adı demək olar ki, hər zaman "bakirə" adı ilə birlikdə 
anılmışdır. 
Həvarilərin 
İznikdəki 
Böyük 
İman 
Açıqlamasında,  qədimdə  Roma  və  Afrikadakı  vəftiz 
dualarında  olduğu  kimi  məsihçilər  ara  vermədən  İsaya 
inanclarını  "Bakirə  Məryəmdən  doğulmuşdur"  deyə  dilə 
gətirirdilər.  İlk məsihçilər  üçün İsaya  inanmaq Məryəmin 
bakirəliyinə inanmaq demək idi.
Həqiqətən  də  "bakirə"  sözü  olmadan  Məryəmin 
şəxsiyyəti  əskik  qalmış  olar.  O,  Bakirə  Məryəmdir. 
Bakirəlik  yalnız  Onun  şəxsiyyətinin  bir  parçası,  ya  da 
Onun  bioloji  vəziyyətini  açıqlayan  bir  anlayış  deyil. 
Bakirəlik,  Onun  bir  xüsusiyyəti  olub  demək  olar  ki,  adı 
halına gəlmişdir. Ədəbiyyatda və ya mahnılarda "Bakirə", 
ya da "Müqəddəs Bakirə" deyildiyi zaman ağlımıza yalnız 
Məryəm gəlir.
O  əbədi  olaraq  bakirə  qalacaq  olandır.  Bu  səbəblə 
Kilsə  hər  zaman  ara  vermədən  yalnız  İsa  doğulmadan 
əvvəl  deyil  sonrasında  da  Məryəmin  bakirəliyini 
qoruduğunu  açıqlamışdır.  Yusif  ilə  evləndisə  də, 
77


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə