www.vivo-book.com
94
– Aman Allahım, deməli, sənin iĢlərin əladır, – mən
dedim.
– Hə, ancaq...
– Ancaq nə?
– Ancaq mənim bir adama ehtiyacım var. Özü də yaxĢı
bir adama.
– Elə isə öz telefon nömrəni mənə ver ki, baxım görüm
sənin üçün belə bir adam tapa bilirəm, ya yox.
– YaxĢı.
Di Di bir kağız parçasına telefon nömrəsini yazdı və
mən onu öz portmanemə qoydum. Sonra Lidiya ilə mən
ondan aralandıq, mənim köhnə “Foksvagen”imə tərəf getdik
və maĢına oturduq.
– Sən ona zəng edəcəksənmi? – Lidiya məndən
soruĢdu. – Sən bu nömrəyə zəng edəcəksən?
Mən maĢının mühərrikini iĢə saldım və Hollivud
Bulvara çıxdım.
– Sən bu nömrəyə zəng edəcəksən, – Lidiya dedi. –
Mən bilirəm ki, sən o nömrəyə zəng edəcəksən!
– Bəsdi boĢ-boĢ çərənləyib baĢımı ağrıtdın! – dedim.
www.vivo-book.com
95
Belə görünürdü ki, bizi qabaqda daha bir pis gecə
gözləyirdi.
14
Yenə dalaĢmıĢdıq. Bir müddət sonra mən öz evimə
qayıtmıĢdım, amma evdə tək-tənha oturub içmək arzum yox
idi. Həmin gecə löhrəm yeriĢli atların yarıĢı vardı. Özümlə
bir ĢüĢə skoç götürüb yarıĢlara baxmağa getdim. Oraya
vaxtından bir qədər tez çatdığımdan oturub düĢünməyə,
fikirlərimi səhmana salmağa vaxtım oldu. Birinci yarıĢ baĢa
çatanda, nə qədər təəccüblü də olsa, mənim ĢüĢəm yarıdan
keçmiĢdi. Ġçkini isti qəhvə ilə qarıĢdırdığımdan, o yağ kimi
gedirdi.
Mən ilk dörd yarıĢın üçündə qalib gəldim. Bir qədər
sonra ekzaktanı (bir yarıĢda həm qalibə, həm də ikinci
gələnə pul qoymaq) da qazandım və 5-ci yarıĢın sonunda
təxminən $200 dollar qabağa düĢmüĢdüm. Bara getdim və
oradakı totalizator lövhəsindən oynamağa davam etdim.
Həmin gecə onlara mənə “yaxĢı lövhə” deyə biləcəyim Ģeyi
www.vivo-book.com
96
vermiĢdilər. Lidiya bütün bu nağd pulları necə çəkib
apardığımı görsəydi, altını batırardı. Lidiya mənim cıdırda
pul udmağımı heç cür həzm edə bilmirdi, xüsusilə də özü
uduzanda.
Mən içməyə və yarıĢa pul qoymağa davam edirdim. 9-
cu yarıĢ baĢa çatanda, həm $950 dollar udmuĢdum, həm də
lül-qəmbər olmuĢdum. Mən portmanetimi yan ciblərimin
birinə qoyub ləngər vura-vura maĢınıma tərəf getdim.
MaĢına oturdum və uduzanların maĢın duracağından
çıxmaqlarına tamaĢa etməyə baĢladım. Duracaqdakı maĢın
axını seyrələnə qədər gözlədim. Nəhayət, mühərriki iĢə
saldım. Cıdırın düz yaxınlığında bir supermarket vardı.
Duracağın o biri baĢında iĢığı yanan bir telefon budkası
gördüm, ona yaxınlaĢıb maĢından düĢdüm. Telefon köĢkünə
girdim və Lidiyaya zəng vurdum.
– Qualq as, – mən dedim, – qulaq as, qancıq. Mən at
yarıĢına baxmaq üçün cıdıra getdim və $950 dollar pul
uddum. Mən qalibəm! Mən həmiĢə qalib olacam! Sən mənə
layiq deyilsən, qancıq! Sən mənimlə oyun oynayırdın! Hə,
indi bu oyunlar da bitdi! Daha bəsdir! Cana doydum! Daha
www.vivo-book.com
97
nə sən, nə də sənin lənətə gəlmiĢ axmaq oyunların mənə
lazımsınız! Nə dediyimi anladınmı? Verdiyim ismarıĢı
aldınmı? Yoxsa sənin baĢın topuqlarından da qalındır?
– Henk…
– Nədi?
– Bu Lidiya deyil. Bu Bonnidir. Lidiya evdə
olmadığından uĢaqlarla mən oturmuĢam. Bu gecə o gəzməyə
gedib.
Mən dəstəyi asdım və maĢınıma tərəf addımladım.
15
Səhər tezdən Lidiya mənə zəng etdi.
– Hər dəfə sən içib əyyaĢlıq edəndə, – o dedi, – mən
rəqs etməyə gedəcəyəm. Keçən gecə “Qırmızı Çətir”ə
getmiĢdim və kiĢiləri rəqsə dəvət edirdim. Qadınların buna
haqqı var.
– Sən fahiĢəsən.
– Hə? Əgər fahiĢədən daha pis bir Ģey varsa, o da
darıxmaqdır.
www.vivo-book.com
98
– Əgər darıxmaqdan daha pis bir Ģey barsa, o da
darıxdırıcı fahiĢədir.
– Əgər sənə mənim amım lazım deyilsə, – o dedi, – onu
kimsə baĢqasına verərəm.
– Bu sənin ixtiyarında olan bir Ģeydir.
– Rəqsdən sonra mən Marvini görməyə getdim. Mən
onun rəfiqəsinin ünvanını almaq və onunla görüĢmək
istəyirdim. Fransina ilə. Yadındadırsa, bir gecə sən özün də
onun rəfiqəsini görməyə getmiĢdin, – Lidiya dedi.
– Bura bax, mən o qızı heç vaxt qayırmamıĢam.
Qonaqlıqdan sonra evə getmək üçün mən, sadəcə, çox
sərxoĢ idim. Biz heç öpüĢmədik də. O mənə divanında
yatmağa icazə verdi və səhər tezdən mən öz evimə qayıtdım.
– Bunun mənimçün heç bir fərqi yoxdur. Amma
Marvinin evinə çatanda, Fransinanın ünvanını almaq
fikrindən daĢındım.
Marvinin valideynləri varlı adamlardılar. Onun evi düz
sahilin qarĢısındaydı. Marvin Ģeirlər yazırdı. Özü də bir
çoxlarından yaxĢı yazırdı. Marvindən xoĢum gəlirdi.
www.vivo-book.com
99
– Hə, ümid edirəm ki, vaxtını xoĢ keçirmisən, – mən
dedim və dəstəyi asdım.
Dəstəyi asmağımla telefonun yenə zəng çalması bir
oldu. Bu dəfə zəng vuran Marvin idi.
– Ey, tap görüm dünən gecədən bir xeyli keçmiĢ bizə
gələn kim idi? Lidiya. O mənim pəncərəmi döydü, mən də
onu içəri buraxdım. O mənim Ģeyimi durğuzdu.
– YaxĢı, Marvin. Mən hər Ģeyi baĢa düĢürəm. Səni də
günahlandırmıram.
– Sən mənə qəzəblənmirsən?
– Sənə yox.
– Onda sağ ol...
Mən kəllə heykəlini götürüb maĢınıma qoydum. MaĢını
düz Lidiyanın evinin qabağında saxladım və kəlləni onun
qapısının qabağına qoydum. Heç qapının zəngini də
basmadım. Elə ordan uzaqlaĢmaq istəyirdim ki, qapıdan
Lidiya çıxdı.
– Sən niyə belə haramzadasan axı? – Lidiya dedi.
Mən geri çevrildim.
Dostları ilə paylaş: |