Cavid və Cabbarlı. Müxtəlifliyin vəhdəti



Yüklə 0,85 Mb.
səhifə10/37
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51542
1   ...   6   7   8   9   10   11   12   13   ...   37

 

 

37 



bərabər Qərb əxlaqı gətirən kapital hakimiyyətinin 70 illik 

fasilədən  sonra cəmiyyətimiz  üçün  yenidən böyük  təhlükə 

mənbəyinə  çevrildiyi  bir  şəraitə  təsadüf  edir.  Lakin  çox 

təəsüf ki, XX əsrin 20-ci illərindən bəri keçirdiyimiz mənə-

vi tənəzzül tamaşanın əvvəlki səviyyədə, orcinaldakı təmiz-

liklə qoyuluşuna da mane olur. Ariflər, Aydınlar, Gültəkin-

lər,  Afətlər  kapitalın  qanadlarında  gələn  Qərb  ab-havasın-

dan  boğulanların  parlaq  nümunəsidir.  Lakin  bu  gün  bizim 

məqsədimiz  bu  qlobal  proseslərin  qurbanları  üçün  sadəcə 

ağlamaq  və  ya  hətta  günahı  mühitin  üzərinə  ataraq  onlara 

bəraət  qazandırmaq  deyil,  faciələrin  qarşısını  almaq  üçün 

real vasitələr aramaqdır. 

Cavid hələ o vaxt, bəlkə zamanı qabaqlayaraq, bəlkə 

də  İstambulun  nümunəsini  görüb  onu  Bakıya  da  transfor-

masiya  etməklə  «Uçurum»da  Şərq-Qərb  münasibətlərinin 

müasir dövr üçün çox aktual məqamlarına toxunurdu: 



 

Avropada işıq da var, zülmət də.  

Orda səfahətdə var, fəzilət də. 

O bir əngin dəniz ki, çox qorxuncdur. 

İnsan gah inci bulur, gah boğulur.     

 

Qərb  dünyasındakı  əksilikləri,  təzadları  çox  gözəl 



duyan,  gözəl  bilən  Cavid  bizim  Qərbə  birtərəfli 

münasibətimizdən çox narahat olur: «Avropadan – fəzilət, 

himmət,  cidiyyət,  vüqar  dururkən  –  yalnız  çürük  bir 



 

 

38 



züppəlik aldılar», - deyən şair elə bil ki gələcək təhlükələri 

görərək, bizi «ayıq davranmağa» dəvət edirdi.   

O  vaxt  Cavidi  realizmdən  uzaqlaşmaqda  təqsirlən-

dirirdilər. Lakin Cavid mümkün  gələcəyin mümkün fəsad-

larını  irəlicədən  əks  etdirir  və  belə  bir  gələcəyin  heç  vaxt 

reallaşmaması üçün çalışırdı...  

Lakin,  heyhat!  O  zaman  gəldi.  Təhlükələr  reallaşdı. 

Və çox təəssüflər olsun ki, bu gün Cavid daha yalnız səma 

şairi olaraq qalmır, həm də reallıqları əks etdirir. Təəssüflər 

olsun ki, bu gün kapital dünyasının törətdiyi zinalara qarşı 

mənəvi müqavimət o dərəcədə zəifləmiş ki, onun qurbanla-

rı  Aydınların,  Gültəkinlərin  böyük  dramatik  mübarizəsini, 

faciəsini yaşamadan, Cabbarlının heç vaxt ağlına belə gətir-

mədiyi bir halda, çox sadəcə – Cəlallar və Afətlərin taleyini 

yaşayırlar.  Cavidsə  hələ  o  vaxt  bunları  çox  sakit  yazırdı, 

sanki  olan  bir  şeyi  təsvir  edirdi.  Cabbarlı  üçün  bu 

ağlasığmaz  bir  eniş,  «Uçurum»dakından  daha  dəhşətli  və 

əslində qeyri-mümkün olan bir uçurumdur. 

Cabbarlı Cavidin hansı dövr üçün yazdığını anlamaq 

üçün gələcəyə də nəzər salır və bunları ən bədbin proqnoz 

halında  da  qəbul  etmir.  (Cabbarlı  türkü,  türklüyü  çox  uca 

tutur,  lakin  çox  ucada  olanın  düşərkən  daha  aşağı 

yuvarlanmaq  «şansını»  unudur).  Cabbarlı  bu  proqnozu 

təhlil edərək yazır ki, bəzilərinə görə «... şimdi bizdə Afət 

həyatı  yoxsa  da,  get-gedə  həyat  tərəqqi  edib  qadınlarımız 



 

 

39 



açılınca əlli ildən sonra Afət həyatı vücuda glə bilər. Cəlal 

bizdə  yoxsa  da,  bəlkə  Türkiyədə  buluna  bilər,  -  deyənlərə 

də cavab olaraq... biz deyirik ki, qırx il də, əlli il də bundan 

sonra Azərbaycan, ya türklüyün başqa bir ölkəsi, həmçinin 

Türkiyə  Afət  həyatı  ilə  yaşaya  bilməyəcəkdir...»  (C.Cab-

barlı. «Ədəbi mübahisələr»).  

Necə  də  böyük  bir  inam!  Necə  də  böyük  bir 

romantika!  

Bax,  burada,  bu  günkü  həyatın  müstəvisində  rollar 

dəyişir, Cavid daha çox realist, Cabbarlı daha çox romantik 

təsiri bağışlayır.  

Ey  böyük  Cabbarlı!  Biz  sənə  inanmaq  istəyirik. 

Sənin  kimi  inamlı  olmaq  istəyirik.  Biz  bu  günkü  halların 

müvəqqəti  bir  çaşqınlıq  olduğuna,  ötəri,  keçici  olduğuna 

inanmaq  istəyirik!  İnanırıq  da!  İnanırıq,  çünki  səbəblərini 

bilirik. Bildiyimiz şeylə mübarizə etmək isə daha rahatdır.  

Ey  böyük  Cavid!  Əsərin  sonunda,  qloballaşma 

dövründə  bizi  gözləyən  bəlaları,  reallıqları  qələmə  aldığın 

üçün,  bizi  irəlicədən  xəbərdar  etdiyin  və  Qərbə  optimal 

münasibət  düsturunu  formalaşdırdığın  üçün  biz  Sənə 

minnətdarıq! 

Əvvəla,  bilmək  lazımdır  ki,  müasir  Azərbaycan 

gerçəkliyində  Cəlallar  və  Afətlər  heç  də  milli  tərəqqinin 

aparıcı qüvvələrini deyil, yeni yaranmış və hələ  dərin kök 

atmamış  müvəqqəti  bir  zümrənin  timsalıdır.  Cavid  bu 



 

 

40 



obrazları  bədii  ümumiləşdirmə  səviyyəsində  təqdim  edə 

bilir,  ona  görə  ki,  onlar  artıq  tək-tək  adamlar  olmayıb, 

bütöv  bir  zümrə,  təbəqədir.  Lakin  heç  də  elita  olmayıb, 

mənən  yoxsul  nuvorişlərin  və  onların  həyat  tərzinə  həsəd 

aparan meşşanların timsallarıdır. Qərbin «müasir» həyatı və 

«kütləvi  mədəniyyətinin»  təsiri  altına  düşmüş  zəif  iradəli 

insanlardır. «Uçurum»da oxuyuruq: 

Yurdumuzu sardıqca 

Düşgün Paris modası 

Hər kəsə örnək oldu 

Sərsəm firəng ədası 

Cabbarlı,  əlbəttə,  haqlıdır  ki,  Afətlər  və  Cəlallar 

türkün  təmsilçisi  ola  bilməzlər.  Lakin  Cavid    də  qarşısına 

belə  bir  məqsəd  qoymur.  O,  sadəcə  olaraq  nə  vaxtsa  cə-

miyyətdə mümkün ola biləcək alternativ həyat tərzini təsvir 

edir.  Onlar  da  cəmiyyətin,  ictimai  mühitin  reallıqlarıdır. 

Cəmiyyətin aparıcı qüvvələrinin əsas vəzifələrindən biri də 

elə  məhz  bundan  ibarətdir  ki,  ictimai  tərəqqinin  daxili 

məntiqindən,  milli  mentalitetdən  irəli  gəlməyən  yabançı 

ictimai  proseslərin  genişlənməsinə  imkan  verməsin. 

Onların  qarşısını  tamamilə  almaq  isə  ona  görə  mümkün 

deyil ki, hətta ən yüksək inkişaf səviyyəli cəmiyyətlərdə də 

milli  özünüdərk  həddinə  çatmamış  bəsit  mənəviyyatlı  və 

zəif iradəli insanlar vardır. Qloballaşma və insan hüquqları 

isə məhz mənəvi şikəstlərin də «hüququnu» müdafiə edir.  

Biz bu gün qapıları bütün dünyaya açılmış yeni, azad 




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə