90
qalxmış ilan başına baxdı. Ana gəlinciyin qəzəbli
çığırtısından sonra canavar balasının tükləri dimdik qalxdı.
O nəril- dədi. Amma ana gəlincik daha da yaxın gəlirdi.
Birdən qəfil sıçrayış baş verdi. Canavarın təcrübəsiz
gözləri bu sıçrayışı izləməyə qadir deyildi. Zərif sarı
cəmdək bir saniyənin içində onun gözündən yayınmışdı.
Gəlincik canavar balasının boğazına dolanıb onu
möhkəmcə dişlədi.
Canavar vəngildəyir, müqavimət göstərirdi. O, çox
cavandı. Və bu, onun dünya ilə, ətraf mühitlə ilk görüşü
idi. Buna görə də nəriltisi zingilti ile əvəz olunurdu. O,
vuruşa bilmirdi, gəlinciyin dişlərindən qopub qaçmağa
çalışırdı. Ana gəlincikdə də az yox idi. Düşməni
buraxmırdı ki, buraxmırdı. O, canavarın boynundan
sallanıb, dişləri ilə onun damarlarını axtarırdı. Gəlincik
qanı xoşlayır, boğazdan qan sormağı sevirdi.
Boz canavar balasını ölüm gözləyirdi və əgər kolların
arasından ana canavar şığımasaydı, yəqin ki, canavar
balası haqqındakı hekayətə burda da nöqtə qoyulardı.
Gəlincik bala canavarı buraxıb ana canavara san tullandı.
Amma özü vəhşi canavarın cənginə keçdi. Ana canavar
qırmanc kimi başını yellətdi, gəlinciyin dişləri töküldü, O,
havada çırpındı. Ana canavar amansız idi. Elə göydəcə
gəlinciyi qamarladı. Gəlincik onun iti dişləri arasında
downloaded from KitabYurdu.org
91
xıncım-xmcım oldu.
Ana şəfqəti canavar balası üçün ən böyük mükafat
olmuşdu. Ana oğlundan da çox sevinirdi. O öz balasını
bumu ilə yüngülcə itələyir, sonra yaralarını yalayırdı. Bir
azdan ana-bala qan soran gəlinciyin cəmdəyini bölüşdürüb
yedilər və mağaraya qayıdıb yatdılar.
OV QANUNU
Canavar balası sürətlə böyüyürdü. İki gün dincəldikdən
sonra yenə səyahətə çıxdı. Bu dəfəki səyahəti zamanı
həmin ana gəlinciyin balasma rast gəldi. Canavar balası bu
cumbulu gəlinciyi də parçalayıb yedi. O, artıq fəndgir
olmuşdu. Yorulanda mağaranın yolunu tapıb ora gedir,
uzanıb yatırdı. Beləcə, o, hər gün gəzintiyə çıxırdı, hər dəfə
də daha uzaq-uzaq yerləri gəzib dolaşırdı.
Canavar balası öz gücünü və zəif cəhətlərini ölçüb-
biçməyə başlamışdı. Artıq harda, necə cəsurluq
göstərməyi, nə vaxt ehtiyatla hərəkət etməyi öyrənmişdi.
Təcrübə öz sözünü demişdi: gərək həmişə ehtiyatını
saxlayasan. Öz gücünə güvənmək, hiddət və ehtiras əmr
edəndə, əlbəttə, müstəsna hallara yol vermək olar. Qalan
bütün hallarda ehtiyatı eldən vermək olmazdı. Kəkliklərlə
qarşılaşanda canavar balası xalis şeytana dönmüşdü. Bir
dəfə küknar ağaclarının qurumuş kötükləri arasında
downloaded from KitabYurdu.org
92
sincaba rast gəldi. O, sincabın çığırtısına hiddətlənib uladı.
Quşların yalnız bu növü onun bumunu möhkəmcə dimdik-
ləmişdi və bu, həmişə onu qəzəbləndirir, özündən
çıxarırdı.
Lakin hərdən elə olurdu ki, canavar balası quşlan heç
vecinə almırdı. Bu, çox vaxt başqa vəhşilər tərəfindən
hücum təhlükəsi olanda baş verirdi. Axı, həmin vəhşilər də
onun kimi şikar axtarırdılar. Canavar balası qanalı da
unutmamışdı. Qartalın otların üstünə düşən kölgəsini
görən kimi o dəqiqə kolluğun içinə girib gizlənirdi. Onun
yerişi düzəlmişdi. Daha ayaqları dolaşmırdı. Canavar
balası anasının yüngül, səssiz yerişlərini, ildırım sürətini
götürmüşdü. Yeddi kəklik balası və cumbulu gəlincikdən
sonra elə bil ov sandan bəxti bağlanmışdı. Qa- marladığı
ov bunlardan ibarət olmuşdu. Vəssalam. Lakin öldürmək,
parçalamaq ehtirası günbəgün artırdı. Onun gəlişini
çığırtısı ilə meşənin bütün sakinlərinə bildirən sincabı necə
olur-olsun cənginə keçirməyə çalışırdı. Amma sincab da
sincab idi. Quş yüngüllüyü ilə ağaclara dırmaşırdı.
Canavar balası xəlvətcə ona tərəf sürünüb, onu qəflətən
yerdə qamarlamalı idi.
Bala öz anasına böyük hörmət bəsləyirdi. Ana canavar
isə cənginə ət keçirən kimi oğlunun payını da gətirməyi
unutmurdu. Axı, o, heç nədən qorxmurdu, güclü idi.
downloaded from KitabYurdu.org
93
Canavar balası hardan biləydi ki, bu qorxmazlıq təcrübə ilə
gücün məhsuludur. Ona elə gəlirdi ki, anasını qorxmaz
edən yalnız gücdür, qüvvətdir. Bəli, anası onun üçün güc-
qüvvət rəmzi idi. O, böyüyə-böyüyə bu gücü daha çox hiss
etməyə başladı. Bu güc anasının cəza tədbirlərində —
dişləklərində, burun zərbələrində getdikcə şiddətlənirdi.
Bu cəzalar anaya hörməti təhrik edirdi. Canavar balası
böyüdükcə ana canavarın da rəftarı sərtləşirdi. Ana
oğlundan itaətkarlıq tələb edirdi.
Aclıq yenə də başlandı. Sanki elə indi canavar balası
aclığın əsl məşəqqətini dərk etdi. Ov axtarmaqdan anası
tamam əriyib çöpə dönmüşdü. Vaxtının çoxunu uğursuz
ovda keçirən ana canavar mağaraya çox gec-gec gəlirdi.
Bu dəfə aclıq uzun sürmədi, amma yaman şiddətli keçdi.
Canavar balası bir damcı da olsun ana südü əmə bilmirdi,
yemək də yox idi. Əvvəllər belə deyildi. Canavar balası
ova çıxanda sadəcə olaraq əylənirdi. İndi isə ova yaman
girişmişdi. Ancaq girinə bir şey keçirə bilmirdi. Bu da
vardı ki, bütün bu uğursuzluqlar da canavar balasına çox
şey öyrədirdi. O, inkişaf edirdi. Əvvəlcə böyük bir cəhdlə
vəhşi sincabın hərəkətlərini öyrəndi. Sincabı qəflətən ələ
keçirməyə can atdı. Canavar balası səhra siçanlarını da
yaddan çıxarmırdı, onların izinə düşüb yuvalarını qazır,
sonra yeyirdi. İndi o, ağacdələnlər və başqa quşlar
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |