268
qəlbində uşaqların yerindən başqa bir yer də vardı: Hakim
Skottun yeri. Bu, iki səbəblə izah olunurdu: əwəla,
görünür, sahib onu çox yaxşı əzizləyirdi. İkincisi, hakim
Skott səbirli, təmkinli adam idi. Ağ Diş onun ayaqları
yanında uzanmağı xoşlayırdı. Belə vaxtlarda qoca Skott
aynabənddə əyləşib qəzet oxuyardı. Ağ Dişə müraciətlə
deyilən hər bir söz, yaxud mülayim baxış sanki ona
pıçıldayırdı ki, sahib səni sayır, səninlə xoş rəftar etməyi
özünə əskiklik bilmir. Hərdən sahib harasa gedirdi.
Qayıdan kimi elə bil Ağ Dişin çiçəkləri açılır, ona dünyanı
bağışlayırdılar.
Hakim Skottun bütün ailə üzvlərinə öyrəşən Ağ Diş
onları yaxın buraxır, daha mırıldanmırdı. Amma öz
sahibindən, Allahından başqa heç kəsə bu qədər yaxınlıq
etmirdi. Onun mınltısmdakı sevgi və xoş duyğuların
ahəngi yalnız sahibinin oxşamaları zamanı duyulardı.
Skottun qohumları nə qədər çalışırdılarsa, Ağ Dişin
rəğbətini qazana bilmirdilər. Onun Allahına olan sevgisi,
rəğbəti əvəzsiz idi, yeganəydi. O, Skottdan başqa başını
heç kəsin qoltuğuna soxub xumarlanmazdı. Skott onun
sonsuz sədaqəti, Allahı, inam səcdəgahı idi. Daha doğrusu,
Skottdan savayı ailə üzvləri onun üçün mülk kimiydi.
Tezliklə Ağ Diş ailə üzvləri ilə onun qulluqçuları
arasındakı fərqi də sezdi. Qulluqçular canavar balasından
downloaded from KitabYurdu.org
269
qorxurdular. O isə öz növbəsində onlara hücum etmirdi.
Çünki qulluqçuları da sahibinin mülkü hesab edirdi.
Qulluqçularla Ağ Diş arasında yalnız neytral bir əlaqə
mövcud idi. Onlar sahib üçün xörək bişirirdilər, qab-qacaq
yuyur və Klondaykda Məttin gördüyü bütün başqa ev
işlərini görürdülər. Qısası, qulluqçular Siyera-Vista
malikanəsinin ayrılmaz tərkib hissəsiydilər.
Ağ Diş malikanədən çıxanda da çox şey öyrəndi.
Sahibin mülkü böyük idi, geniş idi, ancaq onların da
sərhədi vardı. Malikanənin çölündə bütün allahların
ictimai mülkiyyəti - yollar, küçələr, səkilər, vardı. Axı,
şəxsi mülkiyyətlərin hamısı hasarlanmışdı! Bütün bunlar
saysız-hesabsız qanunlar məcmuəsi ilə idarə olunurdu. Və
Ağ Diş allahların dilini başa düşməsə də, ona özünü necə
aparmağı bu qanunlar hökm etmişdi. O, allahların yazdığı
qanunları yalnız həyat təcrübə- siylə mənimsəmişdi.
Əvvəllər, insanla ilk görüşündən qabaq instinktlə yaşamış,
hərəkət etmişdi. O, insanla görüşlərindən sonra qanunu
mənimsədi və onu heç vaxt pozmadı.
Lakin Ağ Dişə ən çox təsir göstərən sahibinin səsindəki
ciddi ahəngi və onun cəza verən əliydi. Ağ Diş öz Allahını
dəli bir məhəbbətlə sevirdi və Allahının ciddiliyi onu elə
ağrıdır, ona elə əzab verirdi ki, bu ağrı-əzabı nə Qrey
Biver, nə də Göyçək Smit verə bilməzdi. Qrey Biverlə
downloaded from KitabYurdu.org
270
Göyçək Smitin verdiyi ağrı-əzablar yalnız bədəndə hiss
olunurdu. Amma Ağ Dişin bütün canı, onun vüqarlı,
əyilməz ruhu coşub-daşırdı. Yeni sahibin zərbələri həddən
artıq zəif idi. Bu zərbələr cismani ağrılar vermirdi. Amma
bu zərbələr elə dərin hissləri lərzəyə gətirirdi ki, Ağ Dişin
bütün ruhu əsirdi. Sahib Ağ Dişə olan narazılığını bununla
bildirirdi. Elə bununla da o, Ağ Dişin qəlbini neştərləyirdi.
Əslində sahib Ağ Dişi o qədər də cəzalandırmırdı.
Canavar balası üçün Allahın səsi kifayət idi: bu səsə görə
Ağ Diş düz, yaxud əyri hərəkət etdiyini mühakimə edirdi.
Bu səsə uyğun hərəkət edir, nəfəs alırdı. Bu səs onunçün
kompas idi. Bu kompas onun həyat yolunu isti-
qamətləndirir, təzə şəhərin yeni dünyası ilə tanış edirdi.
Şimalda it yeganə əhliləşmiş heyvan sayılırdı. Qalan
bütün heyvanlar öz hökmüylə yaşayır, zəiflər həmin itin
qanuni ovu olurdu. Əvvəllər Ağ Diş tez-tez ov edərdi, heç
ağlına da gəlməzdi ki. cənubda başqa cür olacaq. Buna
San-Dieqo şəhərinin yaxınlığındakı Santa- Klara vadisində
olduğu ilk günlər əmin oldu. Sübhdən evin həndəvərində
gəzərkən o, hindən qaçmış toyuğa rast gəldi. Aydın məsələ
idi ki, canavar balası toyuğu yemək istədi. Onun üçün bircə
sıçrayış bəs idi, sonra da dişlərini şaqqıldadacaqdı,
vəssalam. Hürkmüş toyuq qaq-
qtldayacaqdı və bununla da iş bitəcəkdi. Toyuq kök idi,
downloaded from KitabYurdu.org
271
yağlıydı, yeməliydi. Ağ Diş ağzının suyunu yaladı və
ovunu qamarlamağa hazırlaşdı. Elə həmin gün o, tövlənin
yanında azan daha bir toyuğu qa- marladı. Mehtər toyuğu
xilas etmək üçün onun üstünə yeridi. Ağ Dişə bələd
olmayan mehtər qorxutmaq üçün özüylə nazik bir qamçı
da götürdü. Elə ilk zərbədən sonra Ağ Diş toyuğu buraxıb
həmin adamın üstünə cumdu. Dəyənək olsaydı yenə
canavar balasını saxlamaq mümkündü, amma mehtərin
əlində qamçı vardı. İkinci zərbəni heyvan sakitcə qarşıladı,
heç ağrımadı da. Mehtər çığırdı, sinəsinə atılan canavar
onu yerə sərdi, qamçını büküb əlləriylə boğazını örtdü.
Nəticədə qolları dirsəyinəcən parçalandı. Mehtər bərk
qorxmuşdu. Onu lərzəyə gətirən bu idi ki, Ağ Diş
qəzəblənərək hücum edəndə nə hürdü, nə nərildədi, nə də
mırıldadı. Mehtər saraya tərəf götürüldü, Kolli gəlmə-
səydi, mehtər canını qurtara bilməyəcəkdi. O, vaxtilə Diki
beləcə ölümdən qurtarmışdı. Özündən çıxmış çoban iti Ağ
Dişin üstünə şığıdı. Kollinin şübhələri düz çıxmış, o
yanılmamışdı. Kolli öz allahlarından ağıllıydı, o, Ağ Dişdə
səhv etməmişdi, canavar oğru, soyğunçu, vəh- şiydi! O,
köhnə adətlərini təzədən işə salmışdı! O, çətin düzələrdi!
Mehtər tövləyə girdi, Ağ Diş isə Kollidən özünü
qorumağa çalışdı. O, itin başına fırlanır, gah bir, gah da
digər çiynini onun cənginə verirdi. Amma Kolli onu başa
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |