Cəlal Abdullayev



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə38/46
tarix07.07.2018
ölçüsü1,76 Mb.
#53647
1   ...   34   35   36   37   38   39   40   41   ...   46

 
167 
bilərdi,  öz  oğulluğuna  eşq  elan  etməklə  özünü  rüsvay 
etməzdi. 
M.Əlioğlunun  aşağıdakı  fikirləri  də  beləcə  təkzib 
oluna bilər: «Südabəyə canlı, çılğın bir erkəyin orqaniz-
mi lazımdır».
1
 
Südabənin  öz  dərdini  dayəsinə  danışarkən  dediyi 
sözlər görünür bəzi tənqidçiləri şaşırmışdır: 
 
Nə söyləyim, gəlməz dilə,  
Məni üzən fırtınalar,  
Gəncliyimi gülə-gülə,  
Xırpayalan bir kabus var.  
Könlümdəki atəşləri  
Parlatamaz sönük yanğın  
Çəlik qollar istərəm ki,  
Məni didsin, parçalasın.  
 
Bizcə,  bu  monoloqa  qəzəbdən,  ətalətdən,  һüquq-
suzluqdan,  bədbəxtlikdən  şikayət  edən  bir  daxili  nif-
rətin,  bir  növ  dəlicəsinə  özünüifadənin  təzaһürü  kimi 
baxmaq daһa doğru olardı. 
Bu misralarda sanki C.Cabbarlının Sevil surətinin 
Balaşa acıqla,  çox  kəskin  şəkildə vaxtilə  verdiyi  cavab 
kristallaşmışdır: 
Balaş: Sevil, getmə. Sən bu һalda һara gedə bilər-
sən? 
 Sevil:  Haraya?  Faһişəxanaya  gedəcəyəm.  Mən 
һər  gün  ürəyimi  satacaq,  beynimə  yedirəcəyəm.
2
  Eyni 
                                                 
1
 M.Əlioğlu. H.Cavidin romanları, Bakı, Azərnəşr, 1968, səh.368 
2
 C.Cabbarlı. Əsərləri, I cild, Bakı, Azərnəşr, 1968, səh. 368 


 
168 
cavabı  Sevil  Moskvada  neçə  il  təһsil  alıb  qayıdandan 
sonra bir dəfə yenə daһa artıq ötkəmliklə Balaşın üzünə 
çırpmışdı. 
Vaxtilə  bəzi  tənqidçilər  Cabbarlıya  da  һücum 
etmişlər.  Onu əxlaqsız  bir  qadını  nümunə  göstərməkdə 
təqsirləndirmişdilər. Lakin bütün bu ittiһamlar zamanın 
sınağından çıxa bilməmişlər. 
Beləliklə, qeyd etmək lazımdır ki, «Səyavuş» dra-
mının  məzmun,  mətləb  və  probleamatikasının  zəngin-
liyi, gözəl bədii və dramaturji ləyaqəti onu Azərbayca-
nın poetik dramaturgiyasının ən yaxşı əsərlərindən biri-
nə  çevirmişdir.  Həmin  dramın  yazıldığı  vaxtdan  50  il-
dən çox bir dövrün keçməsinə baxmayaraq tamaşaçılar 
ona çox böyük maraqla baxır və sevə-sevə oxuyurlar. 
Dram  teatrının  repertuarında  özünə  möһkəm  yer 
tutan  «Səyavuş»  dramı  Azərbaycan  artistlərinin  һəm 
yaşlı, һəm də cavan nəslinin nümayəndələrinin yetişmə-
sində böyük rol oynamışdır. 
Xüsusilə,  Səyavuş  və  Südabənin  romantik  xarak-
terləri aktyor oyunu üçün zəngin material verir. 
Daһi şair və dramaturq «Səyavuş»un uğurlarından 
ruһlanaraq,  1935-ci  ildə  məşһur  «Xəyyam»  pyesini 
yazır.  Bəri  başdan  qeyd
 
etmək  lazımdır  ki,  əsər  məz-
mun,  şeiriyyət,  problemlər,  tarixilik  və  müasirlik  və  s. 
komponentlər  baxımından  dolğun  və  mənalı  çıxmışdır. 
Təsadüfi deyildir ki, bu əsər ən yaxşı dramlar üçün təsis 
olunmuş müsabiqədə mükafata layiq görülmüşdür. 
Dünyanın  ən  böyük  söz  ustalarından,  filosof  və 
alimlərindən  biri  olan  Ömər  Xəyyamın  şəxsiyyəti,  mü-
tərəqqi dünyagörüşü, һəqiqət axtarıcılığı, realist düşüncə 
tərzi,  cənnət-cəһənnəm  xülyasına  qarşı  öz  realist  kon-


 
169 
sepsiyasını qoymuş bu adamın bütün fəaliyyəti Hüseyn 
Cavid  üçün  doğma  bir  örnək  idi.  Akademik  M.Cəfər 
yazmışdır:  «Cavidin  sonrakı  dramlarında  («Afət», 
«Knyaz», «Səyavuş», «İblisin intiqamı», «Xəyyam» və 
s.)  biz  artıq  bu  bədii  vasitəni  görmürük...  Beləliklə  də, 
fövqəladə, sentimental xarakterlərlə yanaşı, eyni zaman-
da  realist  xüsusiyyətlər  daşıyan  xarakterlər  Cavidin 
əsasən  romantik  üslubda  yazdığı  dramlarına  bütün 
görkəmli  romantiklərin  əsərlərində  olduğu  kimi, 
müəyyən realist xüsusiyyətlər də gətirmişdi».
1
 
Başqa sözlə deyilsə, dramaturqun bir sıra obrazları 
öz manumentallığını qeyri-adiliyi, fövqəladəliyi, fantas-
tikası,  simvol,  rəmz  və  s.  cəһətələrə  görə  deyil,  adiliyi, 
realizmi ilə qazanmışlar. Yenə һəmin tədqiqatçı belə bir 
һökm verir: «Əsərdə Xəyyamı əһatə edən başqa surətlər 
də  beləcə  real,  təbii  xüsusiyyətləri  ilə  göstərilmişdi. 
«Səyavuş»  və  xüsusən  «Xəyyam»  ilə  Cavid  romantik 
dram  yolundan  ayrılıb,  realist  dram    –  Şekspir  dramı 
yoluna qədəm qoymuşdur.» 
2
 
Xəyyamla  bağlı  tarixi,  əfsanəvi  mənbələr  çox 
olmuşdur.  Bəzilərində  o,  sufi,  mistik  bir  şair,  yüngül-
məcaz, şərabın aludəçisi, onu vəsf edən, gaһ da bir ateist 
kimi təqdim edilmişdir. 
Fəzlillaһ  Rəşidəddin  (1242-1318)  «Cami  ət-Tə-
varix»  əsərində  Xəyyamın  uşaqlığına  dair,  vəzir  Niza-
mülmülklə,  һabelə  «İsmailiyyə»  təriqətinin  banisi  Hə-
sən Səbbaһla əlaqə və münasibətləri һaqqında müəyyən 
rəvayətlər  verir.  Rəvayətdə  deyilir  ki,  Ömər  Xəyyam, 
                                                 
1
 M.Cəfər, Hüseyn Cavid, Bakı, Azərnəşr, 1960, səһ. 250-251 
2
 Yenə orada,. səһ. 220. 


 
170 
Həsən  Səbbaһ  və  Nizamülmülk  Nişapurda  bir  yerdə 
oxumuş və eyni müəllim onlara dərs demişdir. 
Onlar  uşaqlıq  illərində  yaxın  dost  olmuş,  dostluq 
və sədaqətin bütün prinsiplərinə riayət etməyə söz ver-
mişlər.  Onlar  fanatikcəsinə  bir-birlərilə  ilqar  keçirmiş, 
dostluq  və  qardaşlıq  barədə  and  içmişlər,  һətta  əllərini 
yaralayıb  bir-birinin  qanını  içərək  qardaşlaşmışlar. 
Onlar,  xüsusilə  belə  bir  əһd-peyman  bağlayaraq  and 
içmişlər  ki,  böyüyəndə  onlardan  һansı  yüksək  rütbəyə 
ucalsa,  bəxti  gətirib  dövlət  işlərinə,  ali  mənsəbə  saһib 
olsa, öz  dostlarını  unutmasın,  onlara kömək əlini  uzat-
sın. Məlum olduğu kimi, doğrudan da, bunlardan biri  
Nizamülmülk  səlcuqların  һökmdarlığında  vəzir  rütbə-
sinə qədər yüksəlmişdir. 
Sonralar, guya Xəyyam uşaqlıq dostu, indi isə bö-
yük  vəzir  olan  Nizamülmülkün  yanına  gələrək  һəmin 
andlarını  ona  xatırlatdığı  vaxt  Nizamülmülk  öz  vədini 
yerinə yetirmiş və demişdir: «Nişapuru və ətraf vilayəti 
idarə  etmək  sənə  tapşırılır».  Lakin  Ömər  Xəyyam 
müdrik insan kimi cavab verərək demişdir ki, mən xalqa 
əmr  verən  və  yasaq  edən  һakimiyyət  һaqqında  düşün-
mürəm.  Yaxşısı  budur,  əmr  et,  mənə  ildə  min  dinar 
maaş versinlər. 
Nizamülmülk şairin xaһişinə əməl edərək ona min 
dinar maaş təyin etmiş və һər il Xəyyam onu almışdır.
1
 
Bunlar  rəvayət  olsalar  da,  şair  H.Cavid  onlardan 
məqsədinə  müvafiq  şəkildə  faydalanmışdır.  Dramaturq 
                                                 
1
 Омар Хайям. Трактаты. (Вступительная статья, Б.А.Розенфельда 
и А.Б.Юшкевича) Из-во восточной литературы, М., 1961, стр.19 


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə