Cəlil Cavanşir



Yüklə 5,62 Kb.
Pdf görüntüsü
səhifə12/39
tarix26.09.2017
ölçüsü5,62 Kb.
#1680
1   ...   8   9   10   11   12   13   14   15   ...   39

49 
 
siya yığdığını eşitmişdim. Yəqin yox, yüz faiz yuxunu qarış-
dırmısan. 
–Bəlkə  də  belədi.  Amma  yataqdan  sperma  qoxusu  gəlirdi. 
Çünki o sekslə məşğul olandan sonra yatağa boşalardı. 
– Niyə? Bu nə axmaqlıqdı? 
– Sadəcə o kondom istifadə etməyi sevmirdi. 
– Qoruyucu həblər var, o bunları bilməmiş olmazdı. 
– Mən də nə vaxtsa ana olmağı düşündüyüm üçün həb isti-
fadə etmirdim. Ən asan yolu, onun yatağa boşalmağı idi. 
– İyrəncdi,- Orxan üz-gözünü turşutdu. 
– Doktor, mənə kömək edəcəksiniz? 
–  Məncə  ilk  olaraq  sənə  sakitləşdiricilər  yazmalıyam.  İçkini 
və siqareti atsan yaxşı olar. Nicat necə deyirdi? - “Az içər qa-
dın  dediyin”.  Sən  bu  cin-şeytanla  sevişməkdən  xilas  olmaq 
istəyirsənsə,  içkini  və  siqareti  at,  dərmanları vaxtında  qəbul 
elə. Təcili tək yaşamağa son qoy. 
– Dəli olmaqdan qorxuram, doktor! 
– Keçəcək – Orxan əminliklə dilləndi – Belə hadisəylə ilk də-
fə  rastlaşsam  da,  əminəm.  Sən  də  mənə  kömək  etməlisən. 
Mənə elə gəlir ki, Nicat intihar etməyib. Onu öldürüblər. Da-
ha doğrusu əminəm ki, onu öldürüblər. 
– Sən nə danışırsan, Orxan? Bu mümkün deyil. Axı romanın 
əvvəlində polislər onun ağacdan asılmış cəsədini tapmışdı. 
– Bu barədə hələ heç kəsə heç nə demə. Mən hadisə yerində 
çəkdiyim fotolara yenidən baxdım. Düzdü, mən nə xəfiyyə-
yəm,  nə  də  cinayət  işləri  üzrə  ekspert.  Amma  əminəm  ki, 
onu öldürüblər. 
 
 
 
 


50 
 
 
 
 
 
 
 
 
 


51 
 
Könül tutuldu. Gözlərini Orxandan qaçırmağa çalışdı. 
–  Kim?  Onu  kim  öldürə  bilərdi?  Onun  heç  kəslə  düşmənçi-
liyi yox idi. 
– Məni düşündürən məqam da budur. Heç kəslə münasibəti 
pis olmayan bir adamı kim öldürə bilərdi? Bax, mən indi bu-
nu  araşdırmalıyam.  Tapmalıyam  görək  heç  kəslə  düşmən-
çiliyi olmayan adamı kim öldürüb. 
– Maraqlıdır, sən nə üçün bu işlə məşğulsan? Onun ölümün-
dən xeyli vaxt keçib. Məhkəmə tibbi ekspertizasının rəyində 
onun  özünü  asaraq  intihar  etdiyi  yazılıb.  Sən  bu  sahədə 
mütəxəsis  olmaya-olmaya  necə  araşdıracaqsan?  Niyə  öz 
işinlə məşğul olmursan ki? 
–  Mən  sadəcə  əminəm  ki,  o  intihar  etməyib.  Onun  yazıçı 
dostu  da  bundan  şübhələnir.  Baxmayaraq  ki,  bizim  perso-
najımızdır, özü də roman yazmaq istəyir. Daha doğrusu mə-
ni bu araşdırmaya həvəsləndirib. Əgər belə olmasa da, araş-
dırmanı davam etdirəcəyəm. 
–Hansı  dostu?  Onun  haqqında  roman  yazan  Elxan  Daşdə-
mir? 
– Hə.  Elxan da nə isə yazmaq istəyir. Deməli sən də bilirsən.  
 
Mən Orxandan xahiş etdiyim üçün o heç kəsə mənim roman yaz-
maq istəyimlə bağlı danışmır. Yəni öz aramızda razılaşmışıq ki, bu 
barədə heç kəsə danışmayaq. Danışanda yazı prosesinin dadı-duzu 
qaçır. Ləzzət eləmir. 
 
Elxan  məndən  xahiş  etdi  ki,  Nicatın  intihar  edib-edə  bilmə-
yəcəyini,  ölümündən  əvvəl  yazdığı  yazılarla  psixoloji  duru-
munu aydınlaşdırım. Eyni zamandamünasibəti olan qadınla-
rın  onun  haqqında  düşüncələrini  öyrənim.  Bunun  üçün 


52 
 
onun bütün əlaqələrini araşdırmağımı, yazılarına psixiatr ki-
mi nəzər salmağımı xahiş edib. 
 
– Deməli araşdıracaqsan? 
–  Əlbəttə.  Həm  roman  yazılır,  həm  də  roman  personajları 
yüz hoqqadan çıxır. Hamısını da özüm nizamlamalıyam. Ba-
şım şişib əməlli-başlı. Sən yazdığım dərmanları vaxtında qə-
bul et. İçki və siqaret olmaz. Eyni zamanda çalış tək yaşama. 
– Oldu doktor, çox sağ ol. 
– Nicatla münasibətlərin haqqında danışmaq istəmirsən? 
–  Yox,  hələ  hazır  deyiləm.  Ümumiyyətlə  danışmaq  istəmi-
rəm. 
–  Səni  anlayıram.  Ancaq  danışmalısan.  Sadəcə  heç  bir  göz-
ləntisi  olmayan  xoşbəxtlər  və  ümidini  itirmiş  çarəsizlər  da-
nışmaqdan imtina edə bilər. 
–Mən  bütün  ümidlərini  itirmiş  çarəsizlərdənəm-,  Könül  ye-
nidən doluxsundu. 
 
 
Könül sağollaşıb getdikdən sonra, Orxan pəncərənin 
qarşısına  gəldi.  Youtube-da  Nicatın  şeirlərini  açıb,  diqqətini 
tikilməkdə olan binanın sonuncu mərtəbəsində cəmləşdirdi. 
Binanın  fasadında  tamamlama  işləri  gedirdi.  Fəhlələr  deyə-
sən fasadı boyayırdı. Orxan həzin musiqi sədaları altında şe-
ir  dinləyə-dinləyə  fəhlələrin  iş  prosesini  izləyirdi.  Tikintidə 
fəhlə işləmək, bu ölkədə ən ağır iş sayıla bilər. Rayonlardan 
axışıb  gələn  fəhlə  gənclər  it  zülümü  çəkirdi.  Yarıac,  yarıtox 
yaşayır,  ucuzvari  evlərdə  kirayə  qalır,  aşağı  maaşla  ən  ağır 
işi görürdülər. Kəndlərdəki işsizlik, ehtiyac onları bu ağır və 
yorucu  işlərdə  çalışmağa  məcbur  edirdi.  Kapitalizm  öz  çir-
kin  simasını  göstərirdi  bu  cavanlara.  Bir  tikə  çörək  qazan-


53 
 
maq üçün əsir-yesir olmuşdular Bakının küləkli, toz-torpaqlı 
künc-bucaqlarında. Amansız tale onlarla məzələnirdi.  
...Yaxşı, sən allah düşük-düşük danışma. Bu nə fikir-
lərdir?  Nə  kapitalizm,  nə  fəhlə?  Karl  Marks  zadsan?  Yoxsa 
Trotskisən?  Başını  aşağı  sal,  romanı  yaz  da...Yox  bir,  bəlkə 
romanın  içində  ictimai  mövqe  sərgiləmək  istəyirsən?  Ay 
xətakar...Elə də bilirdim. Yaxşı, romanı yaz bala, siyasətə qa-
rışmaq sənin işin deyil. 
Orxan fəhlələri düşünə-düşünə dərin fikirlərə qərq olmuşdu. 
Qəfildən  dəli  kimi  çığırdı.  Elə  gözlərinin  önündəcə  on  dör-
düncü  mərtəbənin  eyvanını  rəngləyən  fəhlələrdən  birinin 
ayağı  sürüşdü  və  zavallı  müvazinətini  itirib  başıüstə  yerə 
gəldi. Bütün hadisələr bir anda baş verdi. Fəhlənin naləsi, iş 
yoldaşlarının  çığırtısı  Orxanın  qorxutdu.  Binadan  yıxılan 
fəhlə əl-qol atmağa macal tapmamış, yerə dəydi. Aşağıda iş-
ləyən  fəhlələr  çığıra-çığıra  onun  cəsədinə  doğru  qaçdılar. 
Təxminən 15 dəqiqə sonra Təcili Yardım maşını gəldi. Fəhlə 
yerindəcə  keçinmişdi.  Tikintinin  həyətindəki  fəhlələrin  səs-
küyü  getdikcə  artırdı.  Orxan  qeyri-ixtiyari  masaya  yaxınla-
şıb, dinlədiyi şeiri yarıda saxladı.  
 
 
 


Yüklə 5,62 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə