104
dırdığı siqareti sona qədər sümürüb, pəncərədən aşağı atdı.
Sonra uzun müddət həyətdə közərən işığa gözünü dikib saç-
larını qarışdırdı. Yenidən yazı masasına dönüb, Nicatın yaz-
dıqlarını oxumağa başladı.
“...İçimdəki yazmaq həvəsi gündən-günə artırdı. Özümü
təsdiq üçün bütün imkanlardan istifadə edir, bacarığımı lazımsız,
bəzən də mənasız işlərə sərf edirdim. Əyalətdə ilk tərcümə jurnalını
təsis edib cəmi bir nömrəsini nəşr etdirdim. Qəzet təsis edib 10 ay
ona rəhbərlik elədim. Hazırlıq kursunda müəllimlik, un də-
yirmanında fəhləlik, reklam firmasında koordinatorluq, məhşur
folklorşünas alimin yanında tərcüməçiliklə məşğul oldum. İki nə-
fərə namizədlik işi yazdım, qısa müddət universitetdə çalışdım.
Övladımı sağlam və xoşbəxt böyütmək üçün bütün gü-
cümü səfərbər etdim. Kirayədə yaşamağıma baxmayaraq buradakı
həmyaşıdlarımdan xeyli yaxşı dolanırdım. İçkini və digər zərərli
vərdişləri buraxmışdım. İbadət eləməsəm də dostlarımın əksəriyyəti
Məşədi, Kərbəlayi, Hacı idi. Titullu dindarların yanında böyük nü-
fuzum vardı. Yaxşı qazansam da, işlərim yolunda getsə də, gecə-
gündüz Bakıya köçüb, orda yaşamağı arzulayırdım. Bakı xilas ola-
cağım yer idi. Arzulamadığım işlərdən yalnız Bakıda xilas ola bi-
lərdim. Qızım böyüdükcə Bakıya köçmək üçün ciddi planlar qu-
rurdum. Qızımın iki yaşı tamam olmağa bir neçə gün qalmış, ye-
nicə açdığım ofisi bağlayıb kəndə, ordan da Bakıya gəldim.
Əlimdə olan azacıq pulla Bakıda yaşayan qardaşımla bə-
rabər ev kirayələdim. Gəncədə tələbəçiliyimin müəyyən vaxtını bir-
likdə keçirdiyim dostum məni qohumlarının mətbəəsində işə dü-
zəltdi. Bir ay reklam meneceri vəzifəsində çalışandan sonra, maaş
ala bilmədiyim üçün işdən uzaqlaşdım. Televiziyalardan biri mü-
sabiqə elan etmişdi. Dostların köməyi ilə müsabiqədə iştirak etdim.
105
İlk dəfə idi ki, işlərim belə sürətlə yoluna düşürdü. Qısa müddətdən
sonra televiziyada çalışmağa başladım. Bir müddət stajor olaraq ça-
lışdıqdan sonra, televiziyanın bədii rəhbəri məni rəsmi olaraq işə
qəbul etdiyini bildirdi. Mənə yaxşı imkanlar yaradacağı vəd olun-
muşdu. Uzun müddət Bakıda olsam da, hələ də ailəmi yanıma gə-
tirməyə imkanım yox idi. Həyat yoldaşım məni boşanacağı ilə təh-
did edir, mən isə övladım üçün darıxa-darıxa həyatla savaşırdım.
İki ay televiziyadan maaş ala bilmədim.
İki aydan sonra gördüyüm işin çətinliyinə baxmayaraq
mənə çox cüzi maaş təyin etdilər. Elə-belə, siqaret pulu... Gecə-
gündüz işləməyimə baxmayaraq aldığım maaş ailəmi Bakıya gə-
tirmək üçün kifayət etmirdi. Bakıya gələndən 4 ay sonra həyat yol-
daşım boşanmaq üçün məhkəməyə ərizə verib, mənim yaşam sə-
bəbimlə – qızımla bütün əlaqələrimi kəsdi.
Aldığım cüzi maaş siqaretə də çatmırdı. Artıq həyatın çə-
tinlikləri və iradəmin zəifliyi məni rəsmən içki düşkünü eləmişdi.
Maaşımın artacağını gözlədiyim ərəfədə məhkəmədən üç dəfə ça-
ğırış gəldi. Bakıya köçməyimin 6 ayı tamam olanda boşandım. Da-
ha doğrusu tərk edildim... Rəsmi sənədlər, məhkəmə qərarları, döv-
lətin qanunları mənə heç zaman ciddi görünməyib. Önəmli olan
insani münasibətlərdir. Kişiylə qadın arasında sevgi və sayğı ya
var, ya da yoxdur. Heç bir məhkəmə, heç bir qərar buna təsir edə
bilməz...
Boşanmağımız üçün göstərilən üç səbəbdən biri im-
kansızlıq, biri isə evsizlik idi. Dəlicəsinə bağlandığım qızımdan ay-
rı qalmaq, onun uşaqlığına həsrət qalmağım məni darmadağın etdi.
Tükənmişdim. Yorulmuşdum. Bezmişdim.
Günlərin birində televiziyada ssenari müəllifi olduğum
proqram bağlandı. Televiziya rəhbərliyi məni işlə təmin etmək əvə-
zinə işdən çıxarmağa üstünlük verdi. Səbəbsiz-filansız atdılar ba-
yıra. Əlimdən nə gələrdi ki?
106
Televiziyada çalışdığım günləri indi də xatırlayanda əzab
çəkirəm. Cüzi maaşa səhərdən axşamacan işləmək, rayon-rayon,
kənd-kənd gəzmək, lazımlı-lazımsız kitablar oxumaq, səviyyəsiz
rəhbərlərdən söz götürmək gündəlik həyat normasına çevrilmişdi.
Son aylar övladımdan ayrı qalmağım, hər gün artan borclarım mə-
ni elə hala salmışdı ki, ancaq ölməyi arzulayırdım. Çantamda gəz-
dirdiyim sirkə turşusunu dəfələrlə içib intihar eləmək istəsəm də,
qızımın gözləri məni rahat buraxmırdı.
Hər dəfə şüşənin ağzını açmaq istəyəndə, qızımın günahsız
və məsum gözləri məni bu işdən çəkindirirdi. İşdən çıxarılandan iki
gün sonra məndə elə bir hiss yarandı ki, artıq heç kəsə lazım de-
yiləm. Hər səhər evdən çıxanda çantamı yoxlayır, sirkə tur-
şusunun yerində olub-olmamağını yoxlayırdım. Sonra evdən çı-
xırdım. Qəribə hissdir ölümü arzulaya-arzulaya gündəlik həyata
davam etmək. Bəlkə də bu boyda ümidsizliyimin içində xırdaca bir
ümid vardı. Bəlkə də özümdən xəbərsiz o əlçatmaz ümidə tu-
tunmuşdum...
Şəhərin kənarında kirayə yaşadığım gecəqonduda saatlarla
uzanıb tavana baxır, övladımı, onun gözlərini düşünürdüm. Borc-
larım gündən-günə artırdı. Taleyin qarğışına tuş gəlmiş bəbəxt bir
adamdım...
...Bütün çətinliklərə baxmayaraq yenidən sevmək üçün
özümdə güc tapmışdım. Hamıdan uzaqlaşıb intihara qərar ver-
diyim günlərin birində sevdiyim qadının telefonun o başından gə-
lən titrək səsi məni fikrimdən daşındırmışdı. “Özünü öldürsən səni
heç vaxt bağışlamayacam”, - demişdi. Yaşamaq üçün övladım və
sevdiyim qadın ən böyük səbəbim olsa da, heç biri yanımda deyildi.
Heç birinə əlim çatmırdı. Təkdim. Təklənmişdim. Böyük bir boş-
luqda, iynə ucu boyda bir ümidə tutunub yaşayırdım...
Dostları ilə paylaş: |