79
aşağı sakini bu kimsədir»
272
. Əbu Zərr –
radıyallahu anhu – rəvayət edir
ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Mən Cənnət
əhlindən Cənnətə ən son girəcək olanı, Cəhənnəm əhlinin oradan ən son
çıxacaq olanı tanıyıram. Bu o, kimsədir ki, Qiyamət günü gətirilir və ona
kiçik günahları ərz edilir (göstərilir), böyük günahları isə (göstərilmir).
Ona sən filan-filan günü bu əməli etdin, filan-filan günü də bu əməli etdin
– deyilir. O, da bəli deyir. Böyük günahların göstərdiyi qorxu və sıxıntı
onu kiçikləri belə inkar etməyə gücü çatmır. Etdiyin hər bir pisliyə qarşı
sənə bir həsənə vardır. Adam: Ya Rəbbim! Mən başqa günahlarda
etmişəm lakin burada onları görmürəm” deyər. Əbu Zərr: “Rəsulullah -
sallallahu aleyhi və səlləm – i gördüm ki, gülür. Elə güldüki arxa dişləri
göründü” dedi
273
. İbn Məsud – radıyallahu anhu – rəvayət edir ki,
Rəsulullah
- sallallahu aleyhi və səlləm - buyurdu: “Cənnətə girən son
kimsə Sırat üzərində gah yürüyər, gah üzüüstə sürünər, gah da atəş üzünü
yandırar. (Sıratı) keçdikdən sonra dönüb: Məni səndən qurtaran (Allah)
mübarək və ucadır. Allah mənə elə bir şey ehsan etmişdir ki, nə
öncəkilərdən, nə də sonrakılardan heç kimə ehsan etməmişdir. Ona bir
ağac göstərilir: Ey Rəbbim! Məni bu ağaca yaxınlaşdır, kölgəsində
kölgələnim, suyundan içim” deyər. Allah: “Ey Adəm oğlu! Mən sənə
istədiyini versəm məndən başqa şey istəməzsən”. Adam: “Xeyr, Ya
Rəbbim! (Allaha and olsun ki, istəmərəm)” deyəcək və bundan başqa bir
şey istəməyəcəyinə dair Allaha söz verir. Allah onu məzur görür. Çünki o,
kimsə səbr edə bilməyəcəyi bir şeyi görmüşdür. Onu ağaca yaxınlaşdırır.
O, da ağacın kölgəsində kölgələnir və suyundan içir. Sonra ona birincidən
daha gözəl bir ağac göstərilir və bu kimsə: “Ya Rəbbim! Məni bu ağaca
yaxınlaşdır. Kölgəsində kölgələnim və suyundan içim. Bundan başqa
səndən bir şey istəməyəcəyəm” deyər. Allah: “Ey Adəm oğlu! Məndən
başqa bir şey istəməyəcəyinə söz vermədinmi? Səni bu ağaca
yaxınlaşdırsam başqa şey də istəyəcəksən Məndən” deyər. Adam başqa
bir istəməyəcəyinə dair Allaha söz verir. Allah onu məzur görür. Çünki o,
kimsə səbr edə bilməyəcəyi bir şeyi görmüşdür. Onu ağaca yaxınlaşdırır.
O, da ağacın kölgəsində kölgələnir və suyundan içir. Sonra Cənnət
qapısının yanında ona əvvəlkindən daha gözəl bir ağac göstərilir o: “Ya
Rəbbim! Məni bu ağaca yaxınlaşdır. Kölgəsində kölgələnim və suyundan
içim. (Əmin olun) Bundan başqa Səndən bir şey istəməyəcəyəm” deyər.
Allah: “Ey Adəm oğlu! Məndən başqa bir şey istəməyəcəyinə söz
vermədinmi?”. Adam: “Bəli, Ya Rəbbim! Lakin bu ən axırıncı istək olsun.
272
Buxari 6571, 7511, Müslim 314.
273
Müslim 190.
80
Səndən başqasını istəmərəm” deyəcək. Allah onu yenə də məzur görür.
Çünki o, kimsə səbr edə bilməyəcəyi bir şeyi görmüşdür. Buna görə də
Allah onu ağaca yaxınlaşdırır. (Bu dəfə) Cənnətliklərin səsini eşidir: “Ya
Rəbbim! Məni ora sal” deyər. Allah: “Ey Adəm oğlu! Məndən nə
istəyirsən? Sənə bir dünya və onun mislini versəm razı olarsanmı?” deyə
buyurar. Adam: “Ya Rəbbim! Sən aləmlərin Rəbbi olduğun halda
mənimlə zarafatmı edirsın?” deyər. Bu vaxt İbn Məsud – radıyallahu
anhu – gülməyə başladı. Orada olanlar səbəbini soruşduqda o: “Rəsulullah
- sallallahu aleyhi və səlləm – belə gülmüşdü və səhabələr: “Nə üçün
gülürsən Ya Rəsulullah!” dedikdə o: “Bu adam: Ya Rəbbim! Sən
aləmlərin Rəbbi olduğun halda mənimlə zarafatmı edirsın?” dediyi zaman
Rəbbul Aləmin güldüyü üçün gülürəm” deyə buyurdu. Allah: “Mən
səninlə zarafat etmirəm, lakin mən dilədiyimi etməyə qadirəm” deyə
buyurdu
274
. Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki,
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «…Allah öz qulları
üzərində haqq-hesabı çəkib bitirdikdən sonra Cənnət ilə Cəhənnəm
arasında bir nəfər qalır. Bu kimsə Cənnətə girən ən son Cəhənnəmlik
olacaqdır. (Başqa rəvayətdə: «Bu kimsə Cənnət əhlinin Cənnətə ən son
girəni olacaqdır»). Onun üzü Cəhənnəmə tərəf yönəlmiş olacaqdır. O,
kimsə: «Ya Rəbbim! Üzümü Cəhənnəmdən çevir onun isti küləyi
(qoxusu) məni zəhərləyib öldürür, atəşi isə məni yandırır». Allah: «Əgər
sənin istədiyin yerinə yetsə bundan sonra məndən başqa bir şey
istəyəcəksənmi?» deyə buyurur. O, kimsə: «İzzətinə and olsun ki, xeyr!»
deyərək Allaha (bu işdə) and və söz verir. Allah onun üzünü Cəhənnəm
atəşindən çevirir. O, kimsə üzünü Cənnətə tərəf çevirdikdə oranın
gözəlliyini görüb Allahın dilədiyi müddət qədər susduqdan sonra: «Ey
Rəbbim! Məni Cənnətin qapısına yaxınlaşdır» deyir. Allah: «Məgər sən
and içməmişdin ki, Məndən bu istədiyindən başqa bir şey
istəməyəcəksən?». O, kimsə: «Ey Rəbbim! Yaratdıqlarının ən bədbəxti
olmamaqdan ötrü!» deyir. Allah: «Əgər sənin bu istədiyin də yerinə yetsə
bundan sonra məndən başqa bir şey istəyəcəksənmi?» deyə buyurur. O,
kimsə: «İzzətinə and olsun ki, xeyr!» deyərək Allaha (bu işdə) and və söz
verir. Allah onu Cənnətin qapısına yaxınlaşdırır. O, kimsə Cənnətin
qapısına yaxınlaşdıqda orada olan gözəlliyi, içindəki sevinci və
rəngarəngliyi gördükdə Allahın dilədiyi müddət qədər susduqdan sonra:
«Ey Rəbbim! Məni Cənnətə sal!» deyir. Allah: «Vay sənə ey Adəm oğlu!
Nə qədər sən öz sözündən dönürsən! Məgər sən and içməmişdin ki,
Məndən bu istədiyindən başqa bir şey istəməyəcəksən?». O, kimsə: «Ey
274
Müslim 187.