28
Pərviz Qasımov
mətli metallardan olan bəzək əşyalarının yalnız tuncdan düzəldilmiş replika-
ları, yamsılamaları qoyulurdu. Həmçinin, nəzərə alaq ki, bu cür strategiya
regionda təhlükəli və aqressiv mühitin mövcudluğu ilə də izah edilə bilər;
tayfalararası müharibələr, sənət sahələrinin, o cümlədən, metallurgiyanın in-
kişafı üçün lazım olan ticarətin zəifləməsi, məğlub tayfaların qəbirlərinin ta-
lanması təhlükəsi və s. bu cür “yamsılama ənənəsini” şərtləndirə bilərdi.
Unutmayaq ki, arxeoloqlar və tarixçilər Yaxın Şərqdə, Şərqi Aralıq dənizi
regionunda son tunc dövrünü “tunc kollapsı” və ya “tunc dövrünün katastro-
fu” (“the Late Bronze age collapse”) adlandırırlar. İri miqyaslı ekoloji-təbii
dəyişiliklər, ilk növbədə zəlzələlər [6, s.61] və bunun
nəticəsi kimi qonşu re-
gionlarda müharibələrin və dağıdıcı miqrasiyaların intensivləşməsi, mədəni
mərkəzlərin məhvi kimi proseslər Cənubi Qafqazdan yan keçə bilməzdi [1,
s.1862-1863]. Ümumiyyətlə, “son tunc dövrü kollapsında” Cənubi Qafqa-
zın, o cümlədən, Şimali Azərbaycanın yeri xüsusi tədqiq edilməli mövzu-
dur.
Yalnız e.ə. I minilliyin əvvəlindən etibarən stabilləşmənin başlanması,
ticarət əlaqələrinin intensivləşməsi, metallurgiyanın daha da təkmilləşməsi
dəfn inventarında dəmir və qiymətli metallardan olan orijinal məmulatların
təmsilini gücləndirdi.
Zənnimizcə, ikinci versiya daha məntiqlidir. Əgər irəli sürdüyümüz
ikinci versiya tarixi gerçəkliyə cavab verirsə, onda biz qəbul etməliyik ki,
Ön Asiyada, o cümlədən, Cənubi Qafqazda artıq orta tuncun sonunda və
bütünlüklə son tuncda strateji məmulat kimi dəmirdən istifadə edilirdi (ilk
növbədə silahların hazırlanmasında). Amma o dövrdə dəmir hələ də asan
olmayan yollarla əldə edildiyindən ona “qənaət” edilərək, dəfn mərasimi və
dəfn ənənəsinə uyğun qəbirə yerləşdirmək üçün dəmir məmulatın tunc yam-
sılamaları düzəldilirdi. Ona görə də, Xocalı–Gədəbəy mədəniyyətində biz
daha çox məhz dəfn
üçün istehsal edilmiş, üzərində heç bir
istifadə izi və zə-
dəsi olmayan, gerçəkdə istifadəsi mübahisəli olan tuncdan düzəldilmiş repli-
kalara rast gəlirik. Biz bunu əsasən Tovuz bölgəsində tapılmış artefaktlar
əsasında deyə bilərik.
Meteorit mənbəli dəmir məmulatı qalıqlarına hələ e.ə. V minilliyə aid
Təpə-Sialkda rast gəlinib, bu metaldan Şumerdə və Qədim Misirdə e.ə. IV
minillikdə istifadə edilirdi (tabl.6). Bu mövzu barədə geniş ədəbiyyat vardır.
Amma meteorit, nikelli metalın işlədilməsi məsələsi indiyədək mübahisəli
olaraq qalır [7, s.408, 417, 418, 421].
Belə bir məntiqi sual ortaya çıxır ki, niyə dəmirdən olan orijinal silah-
lara rast gəlinmir və ya az rast gəlinir? Görünür, dəmir məmulatlar strateji
material kimi dəyərləndirilərək sıradan çıxdıqda, yalnız və yalnız yenidən
əridilərək, yeni məmulat üçün işlədilirdi. Dəmirə bu cür münasibət yalnız
erkən dəmir dövrünədək davam etdi.
Xocalı – Gədəbəy mədəniyyətinin dəfn ənənəsində replika-əşyalar …
29
Eynilə bu nəticə, Xocalı-Gədəbəy mədəniyyətinə aid dəfn inventarın-
da rast gəlinən, tuncdan düzəldilmiş, öz dövründə gerçək istifadəsi şübhə
doğuran bəzək əşyalarına da aid edilə bilər.
Göründüyü kimi bu ənənəyə rasional izah vermək mümkündür. Am-
ma nəzərə almaq lazımdır ki, Xocalı-Gədəbəy mədəniyyətinə aid müxtəlif
tipli qəbir abidələrində aşkar edilmiş dəfn inventarındakı qabların bəziləri
də, məişət istifadəsi üçün nəzərdə tutulmamışdır. Söhbət, naxışları əmələ
gətirən cızmaları ağ pasta ilə doldurulmuş qara cilalı və nazik divarlı nəfis
qablardan gedir. Onda, biz bu ənənədə rasional başlanğıcla yanaşı sakral
mahiyyətin də mövcudluğunu qəbul etməliyik.
Ədəbiyyat:
1.
Drake Brandon L. The influence of climatic change on the Late Bronze Age
Collapseand the Greek Dark Ages // Journal of Archaeological Science
vol.39 (6), June 2012, pp. 1862–1870.
2.
Quliyev F.E., Qasımov P.P., Hüseynov F.R., Brileva O., Səlimbəyov Ş.A.,
Ələkbərov V.Ə. Topdağdağan nekropolu. Tovuz rayonu Azərbaycanda
arxeoloji tədqiqatlar– 2013-2014, Bakı: - “Xəzər Universiteti” nəşriyyatı,
2015, s. 384 – 393.
3.
Müseyibli N., Agayev G., Aşurov S., Aliyev I., Huseynov M., Najafov Sh.,
Guliyev F. Tovuzchai Necropolis Report: On Excavations of Tovuzchai
Necropolis at kilometre point 378 of Baku-Tbilisi-Ceyhan and South Cauca-
sus pipelines Right of Way. Baku, 2008, pp. 82 – 85.
4.
Nəcəfov Ş. Zəyəmçay nekropolu qəbirlərinin xronologiyası. Azərbaycan ar-
xeologiyası, cild 11, say 1-2, 2008, s.55 – 64.
5.
Nərimanov İ. Gəncəçay rayonunun arxeoloji abidələri. Elmlər Akademiyası
Nəşriyyatı, Bakı, 1958, 143 s.
6.
Nur Amos, Cline Eric H. Poseidon’s Horses: Plate
Tectonics and Earthquake
Storms in the Late Bronze Age Aegean and Eastern Mediterranean // Journal
of Archaeological Science vol.27 (1), January 2000, pp. 43–63.
7.
Photos E. The Question of Meteoritic versus Smelted Nickel-Rich Iron: Ar-
chaeological Evidence and Experimental Results, World Archaeology, vol.
20, No. 3, Archaeometallurgy (February 1989), Published by: Taylor &
Francis, Ltd, 1989, pp. 403-421.
8.
Асланов Г.М., Ваидов Р.М., Ионе Г.И. Древний Мингечаур (эпоха энео-
лита и бронзы), Баку: Изд-во АН Азерб. ССР, 1959, 189 с.
9.
Гасымов П.П. Кольцевой вал из материкового суглинка: об одном эле-
менте конструкции в курганах поздней бронзы Евразии / «Кадырбаев-
ские чтения-2016». Материалы V Международной научной конферен-
ции (6-7 октября 2016 года), – Актобе: ИП Жанадилова С. Т., 2016, s. 89
– 95.