Bədən diliniz
28
sını düzgün müəyyən etmək üçün çox vacib və əhəmiyyətli
bacarıqdır.
Problem ondadır ki, insan bütün həyatı boyu baxsa da
hələ də tam olaraq görmür. Ya da tükü tükdən seçən məşhur
ingilis detektivi Şerlok Holmsun ortağı Dr. Uatson demiş-
kən, “Görürsən, amma müşahidə etmirsən”.
Təəssüf ki, insanların çoxu ətrafına minimum səviyyədə
maraq göstərir. Onlar öz dünyalarındakı kiçik dəyişiklikləri
hiss etmirlər də. Qarşıdakı insanın düşüncə və niyyətlərini
açıqlayacaq əl, yaxud qol hərəkəti kimi ətraflarını bürümüş
zəngin detalların fərqində deyillər.
Əslinə baxsaq, aparılan tədqiqatlar insanların yaşadıq-
ları dünyanı müşahidə məsələsində çox zəif olduqlarını gös-
tərir. Məsələn, həyata keçirilən sınaqların birində qorilla
kostyumu geyinmiş bir adam tələbələrin önündən keçmiş,
lakin gənclərin az qala yarısı onu fərq etməmişlər. (Simons
və Çabris, 1999, 1059-1074)
Müşahidə istedadı olmayan insanlar, təyyarə pilotları-
nın “vəziyyəti hiss etmə” adlandırdığı (yəni insanın olduğu
yerə dair hissiyyatını ifadə edən) xüsusiyyətə sahib deyillər
və ətraflarında, hətta önlərində baş verən hadisələrin tam
təsvirini verə bilməzlər. Bu cür adama səs-küylü bir otağa
girməsini söyləyin və ətraflarına baxmaları üçün bir şans
verin. Sonra gözlərini yumdurub nə gördüklərini soruşun.
Otaq içərisində ən çox gözəçarpan şeyləri belə xatırlaya bil-
məmələri ilə sizi təəccübləndirəcəklər.
Ətrafda baş verənlərə kor kimi yanaşan bu qədər çox in-
sanla qarşılaşmağımız və ya onlarla bağlı bu qədər xəbər
oxumağımız cansıxıcıdır. Öz dünyalarını müşahidə edə bil-
məyən insanların şikayəti demək olar ki, hər zaman eynidir:
Bədən diliniz
29
“Arvadım məndən boşanır. Halbuki evliliyimizin onu bədbəxt
etdiyinə dair tək bir işarə belə görməmişdim”.
“Məsləhətçi psixoloq oğlumun üç ildir kokain istifadə etdiyini
söylədi. Onun narkotika problemi olduğunu bilmirdim”.
“Müdirimin işimdən razı olduğunu düşünürdüm. İşdən qo-
vulacağım ağlıma belə gəlməzdi”.
Bunlar ətrafdakı dünyanı tam mənası ilə müşahidə et-
məyi bacarmayan insanların sözləridir. Ancaq onların baca-
rıqsızlığı əslində, heç də təəccüblü deyil.
Bu hələ məsələnin bir tərəfidir. Amma nəzərə almaq la-
zımdır ki, uşaqlıqdan yeniyetməliyə keçdiyimiz zaman belə
ətrafdakı insanların hərəkətlərini necə müşahidə edə biləcə-
yimiz bizə heç öyrədilmir də. İbtidai, lisey, yaxud universitet
təhsilində də insanlara bunu öyrədən dərslər yoxdur. Əgər
şanslısınızsa, özünüz müşahidə bacarığınızı inkişaf etdirə bi-
lərsiniz. Əks halda insanlarla münasibətdə, işdə və ailənizdə
problemləri aradan qaldırmaq üçün sizə yardımçı ola biləcək
və həyatınızı zənginləşdirəcək nə qədər yararlı biliyi əldən
çıxarmış olacaqsınız.
Ancaq müşahidə bacarığı öyrənilməsi mümkün olan bir
bacarıqdır. Həyatı kor kimi yaşamaq lazım deyil. Daha doğ-
rusu, müşahidə bir bacarıq olduğundan, onu düzgün təhsillə
və çalışmaqla inkişaf etdirmək mümkündür. Müşahidə mə-
sələsində çətinlik çəkirsinizsə, ümidsizliyə qapılmayın. Ətra-
fınızı daha şüurlu halda müşahidə etməyə zaman ayırın.
Bədən diliniz
30
Cəhd göstərdiyiniz təqdirdə bu işin öhdəsindən gələcəksi-
niz.
Etməli olduğunuz yeganə iş müşahidəni (keyfiyyətli
müşahidəni) öz həyat tərzinizə çevirməkdir. Ətrafınızdakı
dünyanın fərqində olmaq passiv davranış deyil. Bu, əziyyət,
enerji və diqqət cəmlənməsi tələb edən, daimiliyin olması
üçün fasiləsiz işləməyinizi lüzumlu edən şüurlu, planlı dav-
ranışdır. Müşahidə bacarığını bir əzələ kimi təsəvvür edə
bilərsiniz. Əzələ işləndiyi zaman güclənir, işlənmədiyi təq-
dirdə isə zəifləyir. Müşahidə əzələnizi işlətdiyiniz müddətdə
ətrafınızdakı dünyanı daha fərqli şəkildə anladığınızı görə-
cəksiniz.
Əgər biz keyfiyyətli müşahidədən bəhs ediriksə, yalnız
görmə bacarığını deyil, bütün duyğularınızı çalışdırmağınız
lazımdır.
Mən nə zaman evimə girsəm, dərindən nəfəs alıram və
əgər hava “normal” deyilsə, deməli, narahat olmağım üçün
səbəb var. Bir dəfə səyahətdən dönəndə evdə xəfif siqaret
qoxusu hiss etdim. Hələ ətrafımı diqqətlə nəzərdən keçir-
məmiş burnum məni təhlükədən xəbərdar etdi. Sonra mə-
lum oldu ki, sən demə, binanın təmir işlərinə nəzarət edən
işçi evə girib. Onun bədəninə, paltarına hopmuş siqaret qo-
xusu içərinin havasını dəyişmişdi. Təbii ki, bu halda təmir iş-
çisi həyatımız üçün heç bir təhlükə yaratmır. Amma nəzərə
alsaq ki, bu, yan otaqda gizlənən oğru da ola bilərdi, vəziy-
yət dəyişir. Burada əhəmiyyət daşıyan məsələ bütün duyğu-
larınızı istifadə edərək ətrafı daha diqqətli şəkildə dəyərlən-
dirmək və şəxsi təhlükəsizliyinizi təmin etməkdir.
Bədən diliniz
31
Təlimat 2: Vəziyyət daxilində müşahidə bədən dilini
anlamağın açarıdır.
Əsl həyatda insan davranışlarını müşahidə edərkən on-
ların içində olduqları vəziyyəti nə qədər çox anlasanız, hərə-
kətlərinin mənasını da bir o qədər tez aydınlaşdıra biləcəksi-
niz. Məsələn, bir yol qəzasından sonra insanların şok keçir-
miş və çaşqın halda ətrafa dağılması gözlənilir. Əllərinin tit-
rəməsi, düz yolun ortasına yüyürmək kimi yanlış qərarlar
verməsi də təxmin ediləcək hərəkətlərin sırasındadır (hər
hansı bir qəza baş verdikdən sonra məmurların sizə “maşını-
nızın içində gözləyin” deməsi buna görədir). Qəzadan sonra
insanlarda bir müddət beynin “limbik sistem” adlanan his-
səsinin, yəni “düşünən” beynin qısaqapanması baş verir. Bu-
nun nəticələri arasında titrəmə, diqqət toplaya bilməmək,
əsəbilik və narahatçılıq ola bilər. Buna vəziyyət daxilində ba-
xılarsa, sadalanan davranışlar gözləniləndir və qəzanın ya-
ratdığı gərginliyi əks etdirir. Və ya iş müsahibəsinin başlan-
ğıcında namizədin gərgin olmasını təbii hesab edirəm. Hər
halda, bir müddət sonra bu gərginlik yox olacaq. Ancaq mü-
əyyən suallar verdikdən sonra eyni gərginliyin yenidən ya-
randığını fərq etsəm, artıq səbəbləri haqqında düşünməyə
başlayacağam.
Dostları ilə paylaş: |