Coğrafiya 8


 Ərazisində bir neçə təbii zona formalaşan düzənlikləri müəyyən edin



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə30/43
tarix05.01.2018
ölçüsü4,8 Kb.
#19737
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   43

Biosfer
8. Ərazisində bir neçə təbii zona formalaşan düzənlikləri müəyyən edin:
A) Qərbi Sibir düzənliyi, Böyük düzənliklər 
B) Dekan yaylası, Böyük Çin düzənliyi 
C) Amazon ovalığı, Qərbi Sibir düzənliyi 
D) Xəzərsahili və Turan ovalıqları 
E) Qərbi Sibir düzənliyi, Aşağı Dunay ovalığı
9. Cənubi Amerikada təbii zonaların adlarını şərti işarələrə uyğun yazın.
10. İqlim diaqramlarına uyğun gələn təbii zonaların adlarını deyin.


§41. Ölkələrin inkişaf səviyyəsinə görə təsnifatı
Dünya ölkələrinin təsnifatı
§41. Ölkələrin inkişaf səviyyəsinə görə təsnifatı
Dünyanın hər bir ölkəsi özünəməxsus inkişaf göstəricilərinə görə fərqlənir. Bu
meyarlara əhalinin sayı, təbii artımı, təhsil və həyat səviyyəsi, məşğulluq dərəcəsi,
şəhər əhalisinin xüsusi çəkisi aiddir. Ölkələr istehsal edilən məhsulların dəyərinə,
onun hər nəfərə düşən miqdarına, regionların inkişafına görə də fərqlənir. Bu
meyarların yaxın olduğu ölkələr qruplaşdırılır və təsnifatı aparılır. Əsas qruplaşma
ölkələrin inkişaf səviyyəsinə görə müəyyən edilir.
Təhlil edək:
1.  Ölkələrin inkişafında təbii-coğrafi amillər hansı rolu oynayır?
2.  Hansı tədbirlər ölkələrin iqtisadi və sosial inkişafına imkan verir?
3.  Ərazilərin tarixi-iqtisadi inkişafı və mənimsənilməsi tarixi ölkələrin inkişafına
necə təsir edir?
Açar
sözlər
Ölkələrin inkişaf
səviyyəsinə görə
təsnifatı.
Məşğulluq
quruluşu. Ümumi
Daxili Məhsul
(ÜDM). Ümumi
Milli Məhsul
(ÜMM). İqtisadi
potensial.
Postsənaye
inkişaf mərhələsi
Ölkələrin iqtisadi potensialı uzun dövr ərzində yaradılır.
Bu potensial əhalinin həyat səviyyəsinə, gəlirlərinin
artmasına, onlara göstərilən xidmətlərin yüksəlməsinə təsir
göstərir. Bu proses təbii ehtiyatlarla təminat, onların
emalını həyata keçirən texnologiyanın, ixtisaslı kadrların
olması, satış bazarı və s. amillərdən asılıdır.
Yüksək iqtisadi potensiala malik olan ölkələrin iqtisadi
imkanları genişlənir. Bu ölkələrdə sosial xidmət sahələrinin
rolu artır. Maddi istehsal sahələrində yeni texnika və
texnologiyanın tətbiqi əl əməyinə tələbatı azaldır. Bu zaman
ixtisaslı kadrlara tələbat yüksəlir. Onların gəlirlərinin
artması daha çox xidmət sahələrindən istifadə edilməsi
imkanlarını genişləndirir. Ona görə iqtisadi inkişafı yüksək
olan ölkələrdə məşğul olan əhalinin xeyli hissəsi qeyri-
istehsal sahələrində çalışır. İqtisadi inkişafın bu mərhələsi
postsənaye dövrü adlanır.
İqtisadi inkişafına görə geri qalmış ölkələrdə kənd
təsərrüfatının rolu böyükdür, xidmət sahələri geri
qalmışdır. Bu ölkələrin məşğul əhalisinin yarısından


Dünya ölkələrinin təsnifatı
Hər nəfərə düşən ÜDM-ə görə
qabaqcıl yer tutan ölkələr (2013)
çoxu kənd təsərrüfatında çalışdığına görə aqrar ölkələr adlanır.
Ölkənin inkişaf səviyyəsi yüksəldikcə istehsal etdiyi məhsullar və göstərdiyi
xidmətlərin dəyəri artır. Onlar iki göstərici ilə müəyyən edilir. Ümumi Daxili Məhsul
(ÜDM) - müəyyən vaxtda, adətən il ərzində ölkə daxilində həm ona məxsus olan,
həm də xarici şirkətlər (istehsalçılar) tərəfindən yaradılan son məhsulların (əmtəə və
xidmətlər) ümumi dəyəridir. Ölkələrin iqtisadi inkişaf səviyyəsinin müqayisə
edilməsi üçün əhalinin hər nəfərinə düşən ÜDM hesablanır. Bunun müəyyən
olunması üçün ÜDM-in məbləği əhalinin ümumi sayına bölünür.
Ümumi Milli Məhsul (ÜMM) - il ərzində ölkənin daxilində


Hazırda inkişaf etməkdə olan ölkələrdə təsərrüfat sahələrinin rolu sənayeləşmə
dövrünə qədərki mərhələyə uyğun gəlir. İnkişaf etmiş ölkələrdə sənayenin əhəmiyyəti
çox olsa da məşğul olanların əsas hissəsi xidmət sahələrinin payına düşür və xaricdə
bu ölkəyə məxsus olan müəssisələr tərəfindən yaradılan məhsul və xidmətlərin
ümumi dəyəridir. Onun hesablanmsaı üçün ÜDM dəyərindən xarici ölkələrə məxsus
şirkətlərin gəliri çıxılır, üzərinə ölkənin xaricdəki gəliri əlavə edilir.
Dünya ölkələrinin inkişaf səviyyəsinə görə təsnifatı zamanı aşağıdakı amillər


§41. Ölkələrin inkişaf səviyyəsinə görə təsnifatı
nəzərə alınır: 1. Ümumi Daxili Məhsulun həcmi (ÜDM); 2. Onun hər nəfərə düşən
kəmiyyəti; 3. Təsərrüfatın sahə quruluşu; 4. Əsas məhsul növlərinin hər nəfərə görə
olan istehsalı; 5. Əhalinin həyat səviyyəsi və keyfiyyəti; 6. İqtisadi səmərəliliyin
göstəricisi. Bu göstəricilərə əsasən ölkələr inkişaf etmiş və inkişaf etməkdə olan
qruplara ayrılır.
Nə öyrəndik
Mövzuya aid suallar
Tapşırıq
Ev tapşırığı
Ölkələr .... .... səviyyəsinə görə bir-birindən fərqlənir. Dünya ölkələri .... .... və .... ....
.... qruplara ayrılır. Yüksək iqtisadi inkişaf səviyyəsi olan ölkələrdə əhali əsasən ....
.... çalışır. Zəif inkişaf etmiş ölkələrdə məşğul əhalinin çoxu .... .... işləyir. Ölkələrin
təsnifatı zamanı .... .... .... və .... .... məhsul istehsalı əsas göstərici kimi nəzərə
alınır.
1.  İqtisadi inkişafa təsir göstərən proseslər hansılardır?
2.  Ölkənin iqtisadi potensialı onun inkişafına necə təsir göstərir?
3.  Əhalinin həyat səviyyəsinin yüksəlməsinə təsir göstərən amillər hansılardır?
İnkişaf etmiş ölkələri kontur xəritədə qeyd edin.
Ölkələri hər nəfərə ÜDM-in həcminə görə qruplara ayırın. Hər bir qrupa aid olan
bir neçə ölkəni göstərin.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə