Coğrafiya 8



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə36/43
tarix05.01.2018
ölçüsü4,8 Kb.
#19737
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   43

Əhali və təsərrüfatın ərazi təşkili
Təbii ehtiyatlardan istifadə edilməsi ilə yeni ərazilər mənimsənilir, şəhərlər yaradılır,
istehsal edilən məhsulların bir hissəsi ixrac edilir. Mineral ehtiyatların hasilatı və
emalı rayonlarında iri istehsal sahələri yaradılır. Qərbi Avropa, Yaponiya, Koreya
Respublikası və ABŞ-da idxal edilən xammallar əsasında liman şəhərlərində və sahil
rayonlarında iri sənaye mərkəzləri formalaşmışdır.
Mineral xammal ehtiyatları getdikcə tükənir. Lakin onlar hələ yaxın bir neçə on ilə
kifayət edər, yeni yataqlar da axtarılır. Bu xammalları əvəz edən yeni mənbələr
müəyyən edilir.
Geniş əraziyə malik olan Braziliya, Rusiya, Çin, ABŞ, Avstraliya, Kanada bütün təbii
ehtiyatlara malikdir. Neft və təbii qazın əsas hissəsi İran körfəzi sahillərində, mis
filizi And dağları və Mərkəzi Afrikada, dəmir filizi Rusiya, Ukrayna, Braziliya və
Avstraliyada, meşə ehtiyatları Kanada, Rusiya və Braziliyada yerləşir.
Ölkələrin təbii ehtiyatlara olan tələbatı iqtisadi inkişaf səviyyəsindən, ərazinin
böyüklüyündən, sənaye sahələrinin yerləşməsindən, təbii ehtiyatlarla təminatdan
asılıdır. Texnika və texnologiya inkişaf etdikcə süni xammallardan istifadə edilməsi
genişlənir, istehsal edilən məhsulların material, su və enerji tutumluluğu azalır.
Azərbaycan təbii ehtiyatlarla zəngindir, onların əksəriyyətindən təsərrüfatda və
xidmət obyektlərinin fəaliyyətində istifadə olunur. Mühüm təsərrüfat əhəmiyyəti
olan təbii sərvətlərə neft, təbii qaz, dəmir filizi, polimetal filizləri, alunit, tikinti
materialları aiddir. Abşeron yarımadası, Kür-Araz və Samur-Dəvəçi ovalıqları, Xəzər
dənizinin şelf zonasında olan neftqaz ehtiyatlarının istifadə edilməsi təsərrüfatda
böyük rola malikdir. Neft-qaz sənayesi ölkənin təsərrüfatının aparıcı sahəsi olmaqla
yanaşı, digər sahələrin inkişafına da əhəmiyyətli təsir göstərir.
Ölkənin filiz faydalı qazıntılarının çox hissəsi Kiçik Qafqazda və Naxçıvan MR-də
yerləşir. Kiçik Qafqazda yerləşən Daşkəsən rayonundakı dəmir filizi və alunit
ehtiyatlarından istifadə edilməsi əsasında metallurgiya sənayesi yaradılmışdır.
Gədəbəy rayonunda Qızıl emalı zavodu fəaliyyət göstərir. Abşeron yarımadasında
yerləşən tikinti materiallarının çox hissəsi istifadə edilir. Dağlıq və dağətəyi
ərazilərdə olan mineral bulaqlar, turizmrekreasiya ehtiyatları mühüm təsərrüfat
əhəmiyyətinə malikdir.


§49. Təbii ehtiyatların təsərrüfat əhəmiyyəti


Əhali və təsərrüfatın ərazi təşkili
Nə öyrəndik
Mövzuya aid suallar
Tapşırıq
Ev tapşırığı
Xammallar .... ..... hazır məhsula çevrilir. İstehsala cəlb edilən xammallar
müəyyən emal mərhələsindən keçdikdən sonra .... .... çevrilir. Xammalların çox
hissəsi .... yerləşir, onların əsas istifadəçiləri isə ....-dir.
1. Hansı təbii ehtiyatlar daha böyük təsərrüfat əhəmiyyətinə malikdir? 
2. Təbii ehtiyatlara olan tələbatın ödənilməsi nədən asılıdır? 
3. Ölkələrin inkişafında təbii ehtiyatların rolu nədən ibarətdir?
1.  Təbii ehtiyatların təsərrüfatda istifadə edilməsinə görə təsnifat sxemini
qurun.
2.  Ölkələrarası ticarət əlaqələrində böyük paya malik olan təbii ehtiyatları
müəyyən edin. Onların daşınma yollarını kontur xəritədə qeyd edin.
3.  Təbii sərvətlərlə zəngin olan ölkələri və ehtiyatların yerləşdiyi əraziləri
müəyyən edin.
Azərbaycanın təsərrüfatında geniş istifadə edillən təbii ehtiyatları şərti işarələrlə
kontur xəritədə qeyd edin.


§50. İstehsalın təşkili formaları
§50. İstehsalın təşkili formaları
Hər bir təsərrüfat obyektinin yerləşməsi zamanı çoxlu sayda amillər nəzərə alınır.
Onlara ərazinin İCM-i, təbii ehtiyatları, işçi qüvvəsi və ixtisaslı kadrlarla təminat
səviyyəsi, nəqliyyatın inkişafı və s. aiddir. Bunlarla yanaşı, müəssisələrin daxilində
istehsal proseslərinin necə təşkil edilməsi də mühüm əhəmiyyət kəsb edir.
Təsərrüfat obyektlərinin səmərəli yerləşməsi onların inkişafına kömək etməklə
yanaşı, əlavə xərclərin də qarşısını alır.
Təhlil edək:
1.  İstehsalın təşkili formaları hansı təsərrüfat sahələrinin yerləşməsinə təsir
göstərir?
2.  İstehsalın təşkili formalarının qarşılıqlı əlaqədə nəzərə alınmasının hansı
əhəmiyyəti vardır?
Açar sözlər
İxtisaslaşma. Kooperativləşmə.
Təmərküzləşmə.
Kombinələşmə.
Bilirsinizmi
Sənaye qovşaqları
– bir-birinə yaxın yerləşən
məntəqələrdə olan müəssisələr
su, enerji, nəqliyyat, istilik və
anbar xidmətindən birgə
istifadə etdikdə yaranır. Onlar
bir və ya bir neçə mərkəzi şəhər
ətrafında formalaşır.
Azərbaycanda Bakı-Sumqayıt,
Mingəçevir-Yevlax,
Gəncə-Daşkəsən, Şirvan-Salyan
sənaye qovşaqları vardır.
Bir neçə sənaye qovşağı
birləşərək sənaye rayonunu
yaradır. Onlar təsərrüfatın
yüksək inkişaf etdiyi ərazilərdə
formalaşır.
Ölkədə olan sənaye obyektlərinin fəaliyyəti
bir neçə formada təşkil olunur. İxtisaslaşma
– ölkədə, iqtisadi rayonda və ya müəssisədə
hər hansı bir məhsulun istehsalı və xidmət
göstərilməsinin üstün inkişafıdır. Bu zaman
istehsal edilən məhsullar əsasən digər
ölkələrə və ya rayonlara göndərmək üçün
nəzərdə tutulur. İxtisaslaşma coğrafi əmək
bölgüsü nəticəsində yaranır, təbii şərait, təbii
sərvətlər və əmək ehtiyatlarından səmərəli
istifadə edilməsinə imkan verir. Ölkənin
ixtisaslaşması üçün məhsul istehsalı daxili
tələbatdan çox olmalı, digər ərazilərə
nisbətən ucuz başa gəlməli və istehsal üçün
uzunmüddətli şərait olmalıdır.
Təmərküzləşmə – istehsalın iri
müəssisələrdə cəmlənməsidir. Buna istehsal
təmərküzləşməsi deyilir. Metallurgiya,
maşınqayırma, kimya, yüngül sənaye və
tikinti materialları istehsalı müəssisələri
istehsal gücünə görə iri olur. İstehsal
obyektlərinin kiçik ərazidə cəmlənməsi
müəssisələrin ərazi üzrə
təmərküzləşməsinə səbəb olur.
Azərbaycanda təsərrüfat obyektlərinin əsas
hissəsi Abşeronda cəmlənmiş və ərazi üzrə
təmərküzləşmə getmişdir. Bunun qarşısını


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə