Coğrafiya 8



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə6/43
tarix05.01.2018
ölçüsü4,8 Kb.
#19737
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   43

Coğrafi kəşflərdən tədqiqatlara doğru
M.Baharlı
B.Ə.Budaqov
təbiəti haqqında H.Zərdabinin (1842-1907) əsərlərində zəngin məlumatlar vardır.
Q.R.Mirzəzadə (1884-1943) XX əsrin əvvəllərində coğrafiya sahəsində ana dilində
yazılmış bir neçə kitabın müəllifidir (“Qafqaz coğrafiyası”, “Ümumi coğrafiya”). 1921-
ci ildə M.Baharlının məşhur “Azərbaycan” kitabı nəşr edilsə də, uzun illər istifadə
edilməsi yasaq olunmuşdur.
Respublikamızda coğrafiya elminin formalaşması XX əsrin 30-cu illərində başlansa
da, 50-60-cı illərdən sonra sürətlə inkişaf etmişdir. Bu dövrdə respublikanın fiziki və
iqtisadi coğrafiyası geniş şəkildə öyrənilmiş, kitablar yazılmış, çoxsaylı xəritələr
hazırlanmışdır. Azərbaycanın relyefi B.Budaqov və M.Müseyibov, iqlimi Ə.Şıxlinski və
Ə.Mədətzadə, çayları S.Rüstəmov tərəfindən öyrənilmişdir. Xəzər dənizini uzun
müddət Q.Gül, Azərbaycanın torpaq örtüyünü H.Əliyev, M.Salayev, iqtisadi
coğrafiyasını H.Əliyev, Ə.Hacızadə, A.Nadirov tədqiq etmişlər. Müstəqillik illərində
iqlimşünaslıq, hidrologiya, landşaftşünaslıq, turizm coğrafiyası, siyasi coğrafiya,
əhali coğrafiyası, ekoloji coğrafiya sahələrində tədqiqatlar daha da genişləndi.
Coğrafiyanın inkişafı və onun əldə etdiyi nəticələr respublikanın təsərrüfatının ərazi
təşkilində əhəmiyyətli rol oynamışdır. Sumqayıt, Mingəçevir, Şirvan, Daşkəsən kimi
şəhərlərdə sənaye obyektlərinin yaradılması zamanı coğrafiyanın topladığı
məlumatlardan istifadə edilmişdir.


Sumqayıt Kimya kombinatı
Daşkəsəndə hasil edilmiş filizin
daşınması


§5. Azərbaycanda coğrafiya elminin inkişafı
Hazırda ölkənin regionlarının inkişaf etdirilməsi üçün Dövlət Proqramları yerinə
yetirilir. Bu zaman regionların inkişafı və təsərrüfat obyektlərinin yaradılması üçün
coğrafiyanın elmi məlumatlarından istifadə edilməsi zəruridir. Bu halda ölkənin
paytaxtı Bakı şəhəri ilə yanaşı regionlarda əhalinin həyat səviyyəsinin yüksəldilməsi
və təsərrüfatın inkişafına nail olmaq olar.
Nə öyrəndik
Mövzuya aid suallar
Özünüzü yoxlayın
İmişli Şəkər zavodu
Qəbələ Konserv zavodu
XIX əsrdə ........., ......... və ......... əsərlərində coğrafiya haqqında məlumatlar vardır.
XX əsrdə M.Baharlının ......... adlı kitabında Azərbaycanın coğrafiyası haqqında
ətraflı məlumat verilir. Son dövrlərdə Azərbaycanda ....., .... və .... sahələrinə
diqqət artır.
1.  Azərbaycanda coğrafiyanın hansı sahələrinin inkişafına daha çox diqqət
yetirilir? Nə üçün?
2.  Nə üçün Azərbaycanda coğrafiyanın sistemli inkişafı XX əsrdə başlanmışdır?
Mətndən istifadə edərək cədvəli doldurun:
Elm sahələri
Onun inkişafında xidməti olan alimlər
 
 



Coğrafi kəşflərdən tədqiqatlara doğru
§6. Ümumiləşdirici tapşırıqlar. Coğrafiyanın yeni
sahələri 
                                       və tədqiqat üsulları
1.  Fiziki coğrafiyanın yeni sahələrini ayırın:
A) Yerşünaslıq, bitki coğrafiyası 
B) Riyazi coğrafiya, hidrologiya 
C) Coğrafi informasiya sistemləri, riyazi coğrafiya 
D) İqlimşünaslıq, torpaq coğrafiyası 
E) Okeanologiya, təbiəti mühafizə
2.  Azərbaycanda coğrafiya elminin inkişafına aid xüsusiyyətləri müəyyən
edin:
1.  H.Z.Şirvani XIX əsrin məşhur Azərbaycan səyyahıdır.
2.  Sumqayıt və Mingəçevir şəhərləri ölkənin əsas elm mərkəzləridir.
3.  XIX əsrdə A.Bakıxanov və H.Zərdabi coğrafiya sahəsində əsərlər yazmışlar.
4.  M.Baharlının “Azərbaycan” kitabı XIX əsrin elmi əsərlərinə aiddir.
5.  Müstəqillik illərində landşaftşünaslıq, turizm və ekoloji coğrafiya
sahələrində tədqiqatlar genişlənmişdir.
3.  Göstərilən obyektlərin ərazi təşkilini öyrənən elm sahələrini müvafiq
olaraq müəyyən edin:
1.  Coğrafi informasiya sistemləri 2. Ekoloji coğrafiya 3. Siyasi coğrafiya


§6. Ümumiləşdirici tapşırıqlar
4.  Göstərilənlərdən hansılarını iqtisadi coğrafiyanın yeni sahələrinə aid
etmək olar?
1. Sənaye coğrafiyası; 2. Siyasi coğrafiya; 
3. Tibbi coğrafiya; 4. Kənd təsərrüfatı coğrafiyası; 
5. Şəhərlər coğrafiyası.
5.  XIX əsrdə Afrikada aparılan tədqiqatlar zamanı öyrənilən coğrafi
obyektləri ayırın və onları kontur xəritəyə köçürün:
1. Nil çayının vadisi 
2. Viktoriya gölü 
3. Cəbəllütariq boğazı 
4. Livinqston şəlaləsi 
5. Somali yarımadası
6. Konqo çayı 
7. Çad gölü 
8. Tanqanika gölü 
9. Nyasa gölü 
10. Böyük Səhra
6.  Rekreasiya coğrafiyasının öyrəndiyi sahələrə aid etmək olar:
1. Sahilboyu ərazilərin mənimsənilməsi, əkinlərin artırılması 
2. Mineral bulaqlar əsasında istirahət-müalicə mərkəzləri yaradılması 
3. Şəhərlər və kəndlər arasında miqrasiya əlaqələrinin genişlənməsi 
4. Şəhərətrafı və sahil zonalarının istirahət-turizm məqsədilə istifadəsi 
5. Əlverişli iqlim şəraitində istirahət yerlərinin təşkili
7.  Yeni ərazilərin öyrənilməsi və coğrafiya elminin inkişafı sahəsində verilən
hadisələri xronoloji ardıcıllıqla düzün:
1) İngilis səyyahı C.Kukun dünya səyahəti 
2) Alman təbiətşünası A.Humboldtun Cənubi Amerikaya səyahəti 
3) D.Livinqston və H.Stenlinin Afrikada tədqiqatları 
4) H.Merkatorun Atlasının nəşr olunması 
5) M.V.Lomonosovun “İqtisadi coğrafiya” terminini elmə gətirməsi
8.  Azərbaycanda adları verilən alimlərin coğrafiyanın hansı sahələrinin
inkişafında xüsusi xidmətləri olmuşdur?
Alimlər
Tədqiqat sahələri
1. B.Ə.Budaqov 
2. Ə.M.Hacızadə 
3. Ə.M.Şıxlinski 
4. Q.K.Gül 
5 S.H.Rüstəmov
a. İqtisadi coğrafiya 
b. İqlimşünaslıq 
c. Xəzər dənizi 
d. Geomorfologiya və landşaftşünaslıq 
e. Hidrologiya


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə