Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə71/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   64   65   66   67   68   69   70   71   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
126                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
BEAA-nın Fundamental Coğrafi Problemlər üzrə Birləşmiş Elmi Şurası və REA Fundamental Coğrafi 
Problemlər üzrə Birləşmiş Şurasının XVIII birgə sessiyası və “Xəzər dənizi regionunun coğrafi 
problemləri və ərazinin dayanıqlı inkişafına nailolmanın yolları” mövzusunda konfransın nəticələri 
16-19  sentyabr   2014-cü  il  tarixində  Azər-
baycan  Milli  Elmlər  Akademiyasında  akade-
mik H.Ə.Əliyev adına  Coğrafiya İnstitutunun təş-
kilatçılığı  ilə  Beynəlxalq  Elmlər  Akademiyaları 
Assosiasiyasının Fundamental Coğrafi Problemlər 
üzrə Birləşmiş Elmi Şurası və REA Fundamental 
Coğrafi  Problemlər  üzrə  Birləşmiş  Şurasının 
XVIII birgə sessiyası, eləcə də  “Xəzər dənizi re-
gionunun  coğrafi  problemləri  və  ərazinin  daya-
nıqlı  inkişafına  nailolmanın  yolları”  mövzusunda 
beynəlxalq konfrans keçirilmişdir. 
AMEA-nın Yer Elmləri Bölməsinin akade-
mik-katibi, akademik Fəxrəddin Qədirov qonaqla-
rı salamlayaraq tədbirin əhəmiyyətindən danışmış 
və  “Cənubi  Xəzər  hövzəsinin  neft  və  qaz  poten-
sialının geodinamiki modeli” mövzusunda məruzə 
ilə çıxış etmişdir. 
Sonra  Coğrafiya İnstitutun  direktoru,  aka-
demik  Ramiz  Məmmədovun  “İqlim  dəyişmələri-
nin və antropogen yüklənmələrin Xəzər dənizinin 
ekosisteminə  təsiri”  mövzusunda  etdiyi  məruzə 
xüsusi maraq doğurmuşdur. 
Daha  sonra  “Kürün   illik  axınının  təbii  və 
antropogen  transformasiyası”,  “Xəzər  dənizinin 
qərb sahili geosistemlərinin landşaft-ekoloji xüsu-
siyyətləri”, “Əhalinin  ərazi  strukturu  və  Qafqaz 
regionunda  modernləşmə  proseslərinin  perspek-
tivləri”,  “Azərbaycanın  dağətəyi  rayonların-
da məkan planlaşdırılması” və  başqa  mövzularda 
edilmiş məruzələri tədbir iştirakçıları maraqla qar-
şılamışlar. 
Ümumiyyətlə, Rusiya, Belarus, Qazaxıstan, 
Gürcüstan və digər ölkələrdən gəlmiş 50-yə yaxın 
alim-mütəxəssisin,  eləcə  də  Azərbaycandan  olan 
100-ə  yaxın  coğrafiyaçı  alimin  iştirak  etdiyi  təd-
birdə 20-dən artıq   məruzə dinlənilmişdir. 
Növbəti 2 gün ərzində konfrans öz işini Bö-
yük Qafqazın şimal-şərq yamacına və Xəzər dəni-
zinin  sahillərinə  təşkil  olunmuş  çöl  ekspedisiyası 
ilə davam etdirmiş və müzakirələrə də elə çöl şə-
raitində yekun vurulmuşdur. 
Konfransda Xəzər dənizi regionunun fiziki, 
sosial-iqtisadi  və  coğrafi  problemlərinin,  həmiçi-
nin 
Avrasiya 
məkanında 
müxtəlif  coğra-
fi  (regional və lokal) ərazilərin dayanıqlı inkişafı-
nın kompleks coğrafi problemləri geniş müzakirə 
olunmuşdur.  Sessiya  və  konfransın  iştirakçıları 
Xəzər dənizi regionu və digər ərazilərin dayanıqlı 
inkişafı  problemlərinə  dair  “Bakı  bəyannamə-
si”nın qərar layihəsini  qəbul etmişlər. 
 
 
 
 
 


Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 127 
 
 “QLOBAL VƏ REGIONAL HIDROSIYASI PROBLEMLƏR BEYNƏLXALQ 
ƏMƏKDAŞLIQ VƏ TƏHLÜKƏSIZLIK KONTEKSTINDƏ” MÖVZUSUNDA  
KONFRANS 
2014-cü il noyabr ayının 25-də Azərbaycan 
Respublikası  Prezidenti  yanında  Strateji  Araşdır-
malar Mərkəzi və AMEA akademik Həsən Əliyev 
adına Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə 
“Qlobal  və  regional  hidrosiyasi  problemlər  bey-
nəlxalq əməkdaşlıq və təhlükəsizlik kontekstində” 
mövzusunda  beynəlxalq  elmi-praktiki  konfrans 
keçirilib. 
Tədbirdə  Azərbaycan alimləri və siyasətçi-
ləri ilə yanaşı, Türkiyə, Serbiya, Misir, Gürcüstan, 
ABŞ,  Qazaxıstan,  İordaniya,  Niderland  və  Bos-
niya  və  Herseqovinadan  gəlmiş  mütəxəssislər  də 
iştirak  etmişlər.  Konfransda  qlobal  və    regional 
hidrosiyasi    problemlər,  münaqişə  bölgələrində 
yaranmış  hidroloji  şərait,  transsərhəd  su    ehtiyat-
larından qarşılıqlı faydalı, bərabərhüquqlu istifadə 
və həmin mənbələrin mühafizəsi sahəsində yaran-
mış vəziyyət geniş müzakirə edilmişdir. 
 
Açılış  mərasimində  çıxış  edən  AMEA  Yer 
Elmləri  Bölməsinin  akademik-katibi,  akademik 
Fəxrəddin  Qədirov  və  AMEA  Coğrafiya  İnstitu-
tunun  direktoru,  konfransın  həmsədri,  akademik 
Ramiz  Məmmədov  tədbirin  məqsəd  və  əhəmiy-
yətindən  danışdılar.  Su  mənbələrinin  inhisara 
alınması və onlardan istifadə sahəsində yol verilən 
israfçılıq,  iqlim  dəyişmələri,  demoqrafik  artım, 
geosiyasi  və  geoiqtisadi  maraqlar,  su  ehtiyat-
larının  sürətlə  siyasiləşdirilməsi  onların  geosiyasi 
təzyiq vasitəsinə çevrilməsi ilə nəticələnmişdir. 
Akademik  R.M.Məmmədovun  moderator-
luğu  ilə  “Qlobal  su  çatışmazlığı  probleminin 
ekoloji,  siyasi,  iqtisadi  və  sosial  aspektləri” 
mövzusunda  keçən  plenar  iclasda  məruzəçilər  su 
ehtiyatlarının    çirkləndirilməsi,  inhisara  alınması, 
hidrosiyasi  və  hidrodiversiya  vasitəsi  kimi  isti-
fadəsinin yolverilməz olduğunu dərin narahatlıqla 
ifadə etdilər. Onlar  Yaxın və Orta Şərqdə, Şimali 
Afrikada,  Mərkəzi  Asiya  və  Cənubi  Qafqazda  su 
ehtiyatlarından  səmərəli  istifadə  edilməsi  və  qo-
runmasına yönəldilmiş səylərin zəruriliyini vurğu-
layıb,  bu  əvəzsiz  sərvəti  beynəlxalq  sülh  və 
qarşılıqlı  faydalı  əməkdaşlıq  üçün  mühüm  amil 
olaraq dəyərləndirdilər. 
Akademik R.Məmmədov “Azərbaycanın su 
ehtiyatları və onların idarə olunması regional kon-
tekstdə”  adlı  məruzəsində  Azərbaycan  torpaqları-
nın Ermənistan tərəfindən işğal olunmuş ərazisin-
də    böyük  şirin  su  ehtiyatlarının  mövcudluğunu, 
bəzən  Azərbaycanı  su  axınlarının  istiqamətini 
dəyişməklə  hədələdiklərini,  ancaq  Ermənistanın 
su ehtiyatlarının böyük olmadığından bu hədələrin 
yersizliyindən danışdı. O, eyni zamanda, qeyd etdi 
ki,  Azərbaycanın  su  ehtiyatları  məhduddur: 
“Qonşu ölkələrlə müqayisədə vahid əraziyə və bir 
adama  düşən  xüsusi  çəki  müvafiq  olaraq 
Gürcüstandan  7,7  və  8,3,  Ermənistandan  isə  2,2 
və  1,7  dəfə  azdır.  Azərbaycanın  su  ehtiyatları 
kifayət  qədərdir.  Ancaq  onun  istifadə  olunmasın-
da  düzgün  siyasətin  aparılmasına  ehtiyac  var. 
Azərbaycanın su ehtiyatlarının qiymətləndirilməsi 
üçün proqram hazırlanmalı, onun üzərində ciddi iş 
aparılmalıdır. Qafqaz regionunda ən bol sulu ölkə 
Gürcüstandır.  Bu  ölkədə  26  minə  qədər  çay,  860 
göl  və  su  anbarı  vardır.  Elektrik  enerjisinin  is-
tehsalı üçün 43 anbar tikilib”. 
AMEA  Fəlsəfə  və  Hüquq  İnstitutunun  baş 
elmi işçisi, siyasi elmlər doktoru  Ramiz Sevdıma-
lıyev    Sərsəng  su  anbarı  haqqında  məruzəsində 
bildirdi  ki,  Ermənistan  su  anbarlarından  daim 
Azərbaycana  qarşı  kütləvi  qırğın  və  vahimə  va-
sitəsi  kimi  istifadə  edir:  “Fövqəladə  Hallar  Na-
zirliyi Sərsəng su anbarında qəza olacağı halda nə 
baş  verəcəyini  hesablayıb.  Əgər  işğal  altındakı 
ərazidə yerləşən Sərsəng su anbarında qəza olarsa, 
60-70  dəqiqəyə  ən  azı  0,5  metr  hündürlükdə  su 
axını 48 km kənarda yerləşən Bərdəyə çatacaq. Su 
yol  üzərində  bütün  canlı  aləmi  məhv  edəcək. 
….Sərsəng su anbarı probleminin həlli Dağlıq Qa-
rabağın  işğalı probleminin həlli  kontekstində  həll 
oluna bilər”. 
Azərbaycan  Respublikasının  Prezidenti  ya-
nında  Strateji  Araşdırmalar  Mərkəzinin  direktoru 
Fərhad Məmmədov  da  işğal  altında qalan  20 faiz 
Azərbaycan  torpaqlarında  böyük  şirin  su  ehtiyat-
larının    mövcudluğunu  və  hazırda  bunun    Azər-
baycan üçün böyük təhdid olduğunu vurğuladı.  
"Kür çayı hövzəsində su ehtiyatlarının birgə 
idarə edilməsi ilə transsərhəd əməkdaşlığın qurul-


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə