Coğrafiya
və təbii resurslar, №2, 2017 (6)
8 AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan
Coğrafiya Cəmiyyəti
dan 5, 10, 20, 30.....90, 95%-lik təminata uyğun gə-
lən mütləq maksimum temperaturların kəmiyyət-
ləri müəyyən edilmişdir (cədvəl 2).
Qrafikdəki 5 və 95%-lik təminatlara uyğun
mütləq maksimum temperaturlar bu meteoroloji
komponentin ən böyük və ən kiçik qiymətidir.
Qeyd etmək lazımdır ki, 50% təminat ətrafındakı
kəmiyyətlər təbiətdə daha çox, 5 və 95%-lik təmi-
nata uyğun gələn temperatur göstəriciləri isə daha
az təkrarlanır.
Cədvəl 2-də Ordubad məntəqəsində mütləq
mak-
simum temperaturların 44.2
o
C kəmiyyətinə 5%-lik
təminat uyğun gəlir.
Bu o deməkdir ki, Ordubadda
mütləq maksimum temperaturların bu qiyməti 100
ildə 5 dəfə və yaxud 20 ildə bir dəfə müşahidə
oluna bilər. Naxçıvanda belə təkrarlanmaya mütləq
maksimum temperaturların 43.4
o
C,
Culfada
45.4
o
C, Şahbuzda 40.2
o
C, Şərurda isə 42.1
o
C
göstəriciləri uyğun gəlir. Təminatın 10%-lik qiy-
məti 10 ildə 1 dəfə, 20%-lik qiyməti 5 ildə 1 dəfə
təkrarlanma ehtimalını göstərir. 20 və 80% interva-
lında təkrarlanma digərlərinə nisbətən daha tez-tez
baş verdiyindən bu ehtimallar sərhəd qiymətləri
kimi qəbul edilmişdir. Məsələn, Culfa məntəqəsin-
də 20%-lik təminatda mütləq maksimum tempera-
turların qiyməti 43.6
o
C, 80%-lik təminatda isə
39.9
o
C-dir. Bu o deməkdir ki, Culfada 43.6
o
C müt-
ləq maksimum temperatur 5 ildən bir, 39.9
o
C müt-
ləq maksimum temperatur isə 5 ildə 4 dəfə, yəni
demək olar ki, hər il təkrarlana bilər.
Muxtar respublika üçün tərtib edilmiş təminat
cədvəlindən istifadə edərək meteoroloji məntəqə-
nin ortaçoxillik mütləq maksimum temperaturunun
qiyməti ilə onun mümkün qiymətləri, yəni müxtəlif
təminatların qiymətləri arasında əlaqə müəyyənləş-
dirilmiş və bu əlaqə qrafik-nomoqram şəklində tər-
tib olunmuşdur (şəkil 1).
Şəkil 1. Naxçıvan MR-də mütləq maksimum
temperaturların müxtəlif təminatlarının
hesablanma nomoqramı
Bu nomoqramın köməyi ilə MR-in ərazisində
ortaçoxillik normadan fərqli olaraq müxtəlif təmi-
nat faizlərində mütləq maksimum temperaturun
məkan və zamana görə gedişi və paylanma qanuna-
uyğunluqlarını aşkar etmək, təminat faizləri hesab-
lanmayan məntəqələrin müxtəlif təminatlarını on-
ların ortaçoxillik kəmiyyətinə görə tapmaq müm-
kündür. Bu isə aparılan texniki işlərin həcmini xey-
li azaldır. Nomoqram üsulunun banilərindən hesab
olunan Lebedev A.N. qeyd edir ki, qrafik-nomoq-
ramdan çıxarılmış kəmiyyətlər bilavasitə hesab-
lanmış kəmiyyətlərdən, demək olar ki, fərqlənmir.
Bu fərq 5%, nadir hallarda isə 10-12% təşkil edir.
Göstərilən kəmiyyətlər qrafik-nomoqramdan çıxa-
rılmış kəmiyyətlərin qeyri-dəqiqliyi demək deyil,
əksinə, əgər bu göstərici faktiki hesablanmış gös-
təricilərdən böyükdürsə, onu daha dəqiq hesab et-
mək olar [1].
Cədvəl 2
Naxçıvan MR- də mütləq maksimum temperaturların müxtəlif təminatları, %-lə
M
ənt
ə-
q
əl
ər
Orta
Ən çox
Təminat, %
Ən az
t
0
İllər
5
10
20
30
40
50
60
70
80
90
95
t
0
İllər
O
rd
u
-
b
a
d
39,7
45
2000
44,2
43,2
41,4
40,3
39,6
39,1
38,8
38,7
38,1
37,0
36,2
36
1967
Na
xç
ı-
van
40,3
43,
5
1998
43,4
43
42,2
41,5
40,7
40,1
39,6
39,2
38,8
38,1
37,5
36
1967
Cul
fa
41,6
46
2000
45,4
44,7
43,6
42,8
42,2
41,6
41
40,5
39,9
39,3
38,5
34,3
1985
Ş
ah
buz
37,7
41
1998
40,2
39,8
39,3
38,8
38,4
37,9
37,3
36,8
36,2
35,3
34,5
31,9
1985
Ş
ər
u
r
39,8
42,
4
1973
42,1
41,8
41,3
40,8
40,3
39,9
39,5
39,1
38,7
37,9
36,9
34,1
1985
Coğrafiya və təbii resurslar, №2, 2017 (6)
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti
9
a)
b)
Şəkil 2. Naxçıvan MR-də mütləq maksimum temperaturların müxtəlif təminatlarının paylanması:
a) 20% b) 80%
Muxtar respublika üçün qurulmuş qrafik-no-
moqramı bütün respublika üzrə istifadə etmək
olar. V.A.Nadirovun tədqiqatlarına əsasən, istər
ayrı-ayrı vilayətlərin nomoqramlarından, istərsə də
bütün Azərbaycan üçün tərtib olunmuş nomoqram-
dan çıxarılmış havanın ortaillik temperaturunun
müxtəlif təminat kəmiyyətləri arasındakı fərq 0.0-
0.6
o
C təşkil edir [1]. Ümumiyyətlə, müəllif Naxçı-
van MR-in sərbəst fiziki-coğrafi ərazi kimi götü-
rülməsinin bir səbəbini də buradakı məntəqələr
üçün tərtib olunmuş nomoqramlardan çıxarılmış
təminat kəmiyyətlərinin ümumi nomoqramlardan
çıxarılmış kəmiyyətlərlə fərqinin Azərbaycan Res-
publikasının digər fiziki-coğrafi rayonlarına nisbə-
tən daha böyük olması ilə əlaqələndirir.
Mütləq maksimum temperaturların 20 və 80%-
lik təminat qiymətlərinin hündürlükdən asılılıq qra-
fikləri qurulmuş və şaquli paylanma qanunauyğun-
luğuna əsaslanaraq MR-in ərazisində mütləq
maksimum temperaturların bu təminatlara uyğun
kəmiyyətlərinin coğrafi paylanma xəritə-sxemləri
tərtib edilmişdir (şəkil 2).
Xəritələrdən göründüyü kimi, MR ərazisinin
müxtəlif və mürəkkəb təbii şəraitindən asılı olaraq
mütləq maksimum temperaturların qiymətləri üfü-
qi və şaquli istiqamət üzrə müxtəlif qiymətlərlə
paylanır.
Məsələn, mütləq maksimum temperaturların
20%-lik təminatının ən böyük kəmiyyəti Arazboyu
düzənliklərdə qeydə alınmış və 41-44
o
C təşkil et-
mişdir, halbuki 1912-1965-ci illərdə bu göstərici
40-42
O
C olmuşdur.
Tədqiq olunan ərazinin meteoroloji məntəqələ-
rində mütləq maksimum temperaturların orta kə-
miyyətdən meyiletmələri hesablanılmış və onların
anomaliyalarının inteqral əyriləri qurulmuşdur (şə-
kil 3). 3-cü şəkildən aydın görünür ki, bütün əyrilər
bir-biri ilə sinxronluq təşkil edir və ərazinin mürək-
kəb oroqrafik xüsusiyyətlərini özündə yaxşı əks
etdirir. İnteqral əyrilərində 1960-1972, 1980-1995-
ci illər enmə, 1972-1980, 1996-2003-cü illər isə
qalxma qoluna müvafiq gəlir. 2004-cü ildən indiyə
qədər qısamüddətli enmə və qalxmalar bir-birini
əvəzləyir.
Şəkil 3. Naxçıvan MR-də mütləq maksimum
temperatur anomaliyalarının inteqral əyriləri
Mütləq maksimum temperaturlar Naxçıvan
MR-də iyul və avqust aylarında müşahidə olundu-
ğundan həmin aylarda B.L.Dzerdzeyevskinin [4]
təsnifatındakı sirkulyasiya tiplərinin təkrarlanma-
sına diqqət yetirilmişdir. Təhlil nəticəsində müəy-
yən olundu ki, mütləq maksimum temperaturlar
meridional şimal (8-12) və meridional cənub (13л)
qrupunun sirkulyasiya tipləri ilə daha çox bağlıdır.
Çoxillik məlumatların təhlili göstərdi ki, iyul və
avqust aylarında 13л, 10б, 9а sirkulyasiya tipləri
daha çox təkrarlanmaya malikdir. 4-cü şəkildən gö-
ründüyü kimi, 1970-1980-ci illərdən etibarən regi-
onda mütləq maksimum temperaturların kəmiyyət-
lərinin artması meridional sirkulyasiyanın güclən-
məsi, zonal proseslərin isə zəifləməsi ilə üst-üstə
düşür.
Qeyd edilən sirkulyasiya tiplərinin, demək olar
ki, əksəriyyətində Qrenlandiya və Alyaska üzərin-
də Arktik antisiklonun yaranması nəticəsində blok-
laşma prosesi baş verir. Bu antisiklon cənuba doğru
hərəkət edərək subtropik antisiklonun yalı ilə bir-
ləşir və əmələgələn yüksək təzyiq qurşağı qərb ha-
va axınlarının qarşısını kəsir. Şərqi Avropa və Sibir
üzərində yaranan antisiklonların yalları cənub ra-
yonlarına doğru istiqamətlənir, Cənubi Qafqazda,
o cümlədən Naxçıvan MR-də yüksək təzyiq sahəsi-
nin əmələgəlməsinə şərait yaradır.