8. Azərbaycanda əmək bazarı və məşğulluq
İqtisadi dövrə uyğun olaraq, Azərbaycan 2015-2016-cı illərdə tənəzzül və 2017-2018-ci illərdə
dirçəliş dövründən keçsə də, daha sonra 2019-cu ilin martında inkişaf mərhələsinə qədəm
qoymuşdur. Son 10 ildə orta insan inkişafı göstəricisinə sahib ölkələr qrupundan Azərbaycan
yüksək göstəriciyə və dünyanın ən rəqabətçil iqtisadiyyatları olan 40 ölkə siyahısına daxil
olmuşdur. İqtisadi və sosial məsələlər bir paket şəklində həll olunur. 150 milyard ABŞ dolları
məbləği həcmində investisiya qoyulmuş, büdcə təxminən 20 dəfə, iqtisadiyyat 3,4 dəfə, valyuta
ehtiyatları 30 dəfə (49,4 milyard ABŞ dolları) artmışdır. Təqaüdlər (10 dəfə) və əmək haqqı (6
dəfə) artırılmışdır. Lakin, , pandemiya və qlobal böhranlar nəticəsində Azərbaycanda 2015-2020
iqtisadi dövr bağlanmış , yeni bir dövr başlamışdır.
Azərbaycan əhalisinin 71,6 faizi əmək qabiliyyəti olan yaşdadırlar. Ölkədəki "məşğul əhali"
anlayışı kifayət qədər geniş bir məna kəsb edir və əsasən əhalinin məşğulluq göstəricilərinin
yüksək dəyərlərini müəyyənləşdirir. Məsələn, işləyənlər arasında torpaq payına sahib olanlar var
və onlar ölkədə çoxluq təşkil edir. Müasir Azərbaycan əmək bazarının bir xüsusiyyəti muzdlu
işçilərin payının az olmasıdır, bütün işləyən əhalinin yalnız 32,1% -i təşkil edir. “Muzdsuz”
işləyənlərin qeyri-formal xarakteri əsasən kənd təsərrüfatlarında sosial cəhətdən ən az qorunan
özünüməşğulluq və məşğulluq formaları ilə əlaqədardır. Eyni zamanda, qadınların, ən az
rəqabətçil işçi olaraq, "muzdlu" işçi statusuna sahib olma ehtimalı kişilərə nisbətən daha azdır -
bütün çalışan qadınların yalnız 27,4% -i və kişilərin 36,9% -i muzdlu işçilərdir.
Azərbaycanda gənclər (15-29 yaş) ölkə əhalisinin üçdə birini təşkil edir. Gənclərin maraqları
ölkənin Konstitutisiyası və “Gənclər Siyasəti haqqında” Qanun ilə qorunur. Gənclər siyasəti-
müvafiq hüquqi sənədlərdə əks etdirilən dövlət siyasətinin mühüm tərkib hissəsi olmaqla, əsasən
hökümət təşkilatları tərəfindən həyata keçiriləir. dir.
İlin əvvəlinə qədər 15-29 yaşlı gənclər arasında işsizlik səviyyəsi 10% -ə, 15-24 yaşlı gənclər
arasında isə 13,5% -ə düşdü. 15 yaşdan yuxarı əhali arasında qadınların məşğulluq səviyyəsi
58,7 % olsa da, kişilərdə bu rəqəm 65,7% -dir. Eyni zamanda, çalışan qadınlar arasında 15-29
yaş arası gənclər 24%, bütün işləyən kişilər arasında isə eyni yaş qrupundakı gənclər 26,3 %
təşkil edir.
19
Dövlət orqanlarının bütün muzdlu işçilərinin 60% -ə qədəri, bələdiyyə üzvlərinin 30% -i gənc
kadrlardan ibarətdir. Gənc oğlan və qızlar parlamentdə, biznes strukturlarında və digər
sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına mühüm töhfə verirlər. Müasir Azərbaycan
gəncləri iş axtararkən həm ənənəvi, həm də yeni, bəzən yaşlı əhali üçün əlçatmaz olan müxtəlif
metodlardan istifadə edirlər. Həm dövlət, həm də özəl məşğulluq xidmətlərinə, tanışlarına,
qohumlarına, universitet müəllimlərinə / işçilərinə müraciət edirlər, İnternet resurslarından fəal
şəkildə istifadə edirlər, CV-lərini işəgötürənlərə rahatlıqla göndərə bilirlər.
Baxmayaraq ki, Azərbaycanda qeydə alınmış işsizlik nisbəti 5% -dir, və bu rəqəm MDB ölkələri
və bir sıra Avropa ölkələrindən daha aşağı olsa da, ölkədə məşğulluğun artırılması, gənclərin
məşğulluğunun artırılması istiqamətində işlər davam etdirilir. . Azərbaycan iqtisadiyyatının
yenidən qurulması işlərisürətləndirilir. Əsas diqqət qeyri-neft sektoruna yönəldilib.
Bazara girişi asanlaşdırmaq üçün BƏT ilə birgə çox sayda layihələr həyata keçirilir. Birləşmiş
Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) əsasında yaradılan SYSLAB mərkəzləri iş
axtaranların əmək bazarına inteqrasiyasına köməklik göstərmişdir. ƏƏSMN yanında Dövlət
Məşğulluq Xidmətinin və Əmək Birjasının göstəriciləri vətəndaşları uyğun işlərlə təmin etməklə,
onların ödənişli ictimai işlərə və müvəqqəti işlərə cəlb etməklə artır . Bu işlə təmin olunan
vətəndaşların əksəriyyəti gənclərdən ibarətdir.
Əlillərin, fiziki məhdudiyyətli gənclərin məşğulluğunu təmin etmək üçün mümkün tədbirlər
görülür. Peşə Reabilitasiya Mərkəzləri yaradılıb və fəaliyyət göstərir. Düzgün peşə seçmək üçün
vətəndaşlara, əsasən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə müasir əmək
bazarının tələbləri barədə geniş məlumat və peşəkar məsləhətlər verilir. Ali təhsil
müəssisələrində “Karyeda ilk addım” devizi altında fəal məşğulluq tədbirləri keçirilir.
Xüsusi testdən keçməklə işə qəbul prosesini həyata keçirən dövlət sektorunda işə qəbul zamanı
şəffaflıq və obyektivliyə nail olmaq üçün çox sayda işlər görülüb. Buradakı məşğulluq prosesi
mümkün qədər gender bərabərliliyini təbliğ edir. Ölkədə bütün iqtisadi, sosial və mədəni amillər
sisteminə əsaslanan əməyin ödənilməsi sahəsində gender fərqlərinin azaldılması istiqamətində
davamlı tendensiya mövcuddur. Qadınlara münasibətdə birbaşa və ya dolayı yolla ayrı-
seçkiliyin aradan qaldırılması üçün işlər aparılır.
Azərbaycan BƏT-in "MDB-də gənclərin məşğulluğu sahəsində əməkdaşlıq, Mərhələ 2"
layihəsində fəal şəkildə iştirak edir. Əsas məqsəd gənclərin idarəetmə sahəsində, gənc
mütəxəssislərin işə qəbulu və digər sosial-iqtisadi problemlərin həllinin təmin edilməsi sahəsində
20
gənclərin fəal iştirakı üçün şərait yaratmaq məqsədilə "Azərbaycan gəncliyi 2017-2021-ci
illərdə" dövlət proqramını
Dostları ilə paylaş: |