Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə20/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   16   17   18   19   20   21   22   23   ...   106

80 

 

keçdikcə  ibtidai  insanların  əmək  fəaliyyəti daha geniş  vüsət almış 



və  özünə  coğrafi  aləmdə  daimi  məskunlaşmaq  üçün  mağara 

düşərgələri  axtarmağa  başlamışdır.  Çünki,  artıq  daimi  yaşayış 

məskəni  olmadan  əmək  alətləri  hazırlamaq  və  ovçuluqla  məşğul 

olmaq  mümkün  deyildi.  Ona  görə  də  ibtidai  sakinlər  çay 

kənarlarına  yaxın  olan  mağaraları  özlərinə  daimi  məskən  seçmiş 

və məskunlaşmağa başlamışlar. 

Azərbaycan  Respublikası  ərazisində  Daş  dövrü  düşərgələri 

əsasən  Kiçik  Qafqazda,  Qarabağda,  Qazax,  Naxçıvan,  Kəlbəcər, 

Lerik,  Yardımlı,  Tovuz  və  Qobustan  ərazilərində    qeydə  alınmış 

və tədqiq olunmuşdur. 

 

III FƏSĠL 

 

DAġ DÖVRÜ DÜġƏRGƏLƏRĠNĠN 

STRATĠQRAFĠYASI 

 

1. Azıx paleolit düşərgəsi 

2. Tağlar paleolit düşərgəsi 

3. Daşsalahlı mustye  düşərgəsi 

4. Qazma mustye  düşərgəsi 

5. Şuşa paleolit düşərgəsi 

6. Damcılı mağarası 



81 

 

7. Buzeyir paleolit düşərgəsi 



 

1.Çoxtəbəqəli Azıx paleolit düĢərgəsinin stratiqrafiyası  

         1960-cı  ildən  başlayaraq  1987-ci  ilədək  çoxtəbəqəli  Azıx 

paleolit  düşərgəsinin  cənub  giriş  yolunda  və  birinci  salonunda 

aparılan  arxeoloji  qazıntılar 

zamanı 

Azıx 


mağarasının 

çöküntülərində zəngin stratiqrafiyanın olması müəyyən edilmişdir. 

Azıx mağarası Qarabağın Quruçay dərəsində, çaydan 3 km aralıda 

olub,  Quruçayın  müasir  yatağından  200-250  m  yüksəklikdə 

yerləşir.  (bax  şəkil  2-6)  (Hüseynov,  1975).  Mağara  Azıx  və 

Salakətin  kəndləri  arasında  olub,  dəniz  səviyyəsindən  950  m 

yüksəklikdə  yerləşir.  Azıx  mağarası  özünün  böyüklüyünə  görə 

Qafqazda  ən  möhtəşəm    karst  mağarasıdır.  Mağara  5  salondan 

ibarət olub, uzunluğu 230 m, kiçik çıxış yolları və karst quyusu ilə 

birlikdə uzunluğu 600 m-ə bərabərdir (bax şəkil 17). 

       Azıx  mağarasında  arxeoloji  qazıntı  işləri  düşərgənin  hər  iki 

giriş  yolunda  aparılmışdır.  Düşərgənin  şimal  tərəfdən  giriş 

yolunda  aparılan  arxeoloji  qazıntılar  zamanı  maddi  mədəniyyət 

qalıqları  qeydə  alınmamışdır.  Mağaranın  şimal  hissəsində 

çöküntünün  ümumi  qalınlığı  0,5  m-dən  1,2  m-ə  qədər  olmuşdur 

(Hüseynov, 1975). 

 

Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin cənub giriş yolunda 



və  birinci  salonunda  aparılmış  kompleks  arxeoloji  qazıntılar 


82 

 

zamanı  burada  çöküntünün  ümumi  qalınlığı    14  m-ə  bərabər 



olması  müəyyən  edilmişdir  (bax  şəkil  7).  Azıx  paleolit 

düşərgəsinin  cənub  giriş  yolunun  8-ci  kv.m-dən  başlayaraq  27-ci 



kv.m-ə  qədər  çöküntünün  qalınlığının  13-14  m-ə  bərabər  olması 

qeydə  alınmışdır.  Lakin  17-ci  kv.m-dən  başlayaraq  mağaranın 

içərisinə  doğru  getdikcə  düşərgədə  olan  çöküntülərin  qalınlığı 

azalmağa  başlayır.  Bu  fakt  1973-1976-cı  illərdə  Azıx  paleolit 

düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı qeydə alınmışdır 

(Cəfərov, 2004). 

 

M.M.Hüseynovun  rəhbərliyi  altında  aparılan  kompleks 



tədqiqatlar  zamanı  Azıx paleolit düşərgəsinin cənub  giriş  yolunda  

və  birinci  salonunda  arxeoloji,  paleontoloji  tapıntıların  sayı  yüz 

minlərlədir.  Bu sahədə çöküntünün stratiqrafik  mənzərəsi olduqca 

zəngindir.  Çoxtəbəqəli  Azıx  paleolit  düşərgəsində  1960-cı  ildən 

1987-ci  ilədək  aparılmış  arxeoloji  qazıntılar  zamanı  müəyyən 

edilmiş  arxeoloji  təbəqələr  illik  hesabatlar  və  Azıx  düşərgəsinin 

stratiqrafiyası  haqqında  çap  edilmiş  əsərlər  əsasında  təhlil 

edilmişdir (Hüseynov, 1964, 1969, 1973, 1985, 1988). 

 

Çoxtəbəqəli  Azıx  paleolit  düşərgəsində  1960-1986-cı 



illərdə  aparılan  arxeoloji  qazıntılar  zamanı  10  təbəqə  qeydə 

alınaraq  tədqiq  olunmuşdur.  Yaxın  Şərq  və  Qafqaz  ərazisində  ən 

zəngin  stratiqrafiyaya  malik  Azıx  paleolit  düşərgəsində  qeydə 

alınmış  arxeoloji  təbəqələrin  ümumi  qalınlığı  14  m-ə  bərabərdir. 




83 

 

Aparılan  arxeoloji  qazıntılar  zamanı  Azıx  paleolit  düşərgəsində 



qeydə  alınmış  arxeoloji  təbəqələr  aşağıdakılardan  ibarətdir  (bax 

şəkil 7): 

 

Birinci  təbəqə  qara  çöküntülü,  bəzən  isə  sarı  qarışıq 

torpaq  təbəqəsindən  ibarətdir. Arxeoloji qazıntılar  zamanı tək-tək 

orta əsrlərə aid gil qab qırıqlarına rast gəlinir. 1962-1965-ci illərdə 

aparılan  arxeoloji  qazıntılar  zamanı  təbəqədən  Orta  əsrlər,  Tunc 

və Eneolit dövrlərinə aid gil qab qırıqları aşkar olunmuşdur. Lakin, 

sonrakı  illərdə  aparılan  arxeoloji  qazıntılar  zamanı  Eneolit 

dövrünə  aid  maddi  mədəniyyət  qalıqları  qeydə  alınmamışdır. 

Təbəqənin ümumi qalınlığı 77-125 sm-ə bərabər olmuşdur. 

 

Ġkinci  təbəqə  açıq-sarımtıl  gillicə  torpaqdan  ibarətdir. 

Arxeoloji  tədqiqatlar  zamanı  təbəqənin  içərisində  tək-tək  qaya 

qırıntıları  və  gil  qab  parçaları  qeydə  alınmışdır.  Gil  qab  qırıqları 

əsasən  Orta  əsrlər,  Tunc  və  Eneolit  dövrlərinə  aid  olmuşdur. 

Təbəqənin ümumi qalınlığı 90-180 sm olmuşdur. 

 

Üçüncü  təbəqə  boz  gillicə  torpaq  təbəqəsindən  ibarətdir. 

Ayrı-ayrı əlamətlərə görə üçüncü təbəqənin tərkibində 1973-1974-

cü  illərdə  aparılan  arxeoloji  qazıntılar  zamanı  üç  lay  müəyyən 

edilmişdir: 

Birinci  lay tünd-boz  gillicə torpaqdan  ibarətdir. Təbəqənin 

tərkibində xırda qaya qırıntıları da qeydə alınmışdır. Bu laydan ilk 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə