Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə77/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   73   74   75   76   77   78   79   80   ...   106

311 

 

fərqli  olaraq  Qarabığ  abidəsində  orta  ölçülü  hazırlıqlar  üstün  yer 



tutur.  O,  tam  mənada  düşərgə  olmuş  və  burada  qədim  insanın 

bütün  iş  mərhələləri  izlənir.  Qəlpələnmə  sisteminin  səviyyəsi, 

alətlərdə  dişəyin  xüsusiyyəti  Qarabığ  abidəsini  qədim  mustye 

dövrünə  aid  etməyə  əsas  verir.  Kür  hövzəsinin  yuxarı  axarında 

qeydə  alınmış  paleolit  tapıntı  yerləri  və  Qaxet  yaylası  mustye 

yaşayış  məntəqələrinin  materialları  ilə  müqayisə  oluna  bilər 

(Buqianişvili,  2004).  Geoloji  baxımdan  düşərgə  Xəzər-Xvalın  

(Ris-vyurm)  və  Xvalın  (Vyurm)  dövrünün  ara  istiləşmə 

mərhələsində mövcud olmuşdur. 

     Mustye dövrü yaşayış yerlərinin digər qrupu Tərtərçayı 

hövzəsində  qeydə  alınmışdır.  Burada  həmin  çay  hövzəsinin 

axarında  Bəzirxana  suyu  ilə  Zar  kəndi  arasındakı  sıldırım  qaya 

altında təsadüfi  torpaq  işləri  vaxtı  mədəni təbəqələrdən dəvəgözü 

daşından hazırlanmış alətlər təsadüf edilmişdir. 

 

3. Üst paleolit 

 

Zar  tapıntılarının  tipoloji  xüsusiyyətləri.Zar  ərazisindən 

tapılmış daş məmulatını aşağıdakı qruplara ayırmaq olar: 

1.

 

Levallua  itiuclusu  (2  ədəd).  Onların  hər  ikisi  dəvəgözü   



daşından  hazırlanmışdır.  İkisinin  də  zərbə  səthi  və  zərbə  düyünü 

yaxşı saxlanmışdır. 




312 

 

2.



 

Dişəklənmiş  levallua  itiucluları  (7  ədəd).  Onlar  dəvəgözü 

daşlarından hazırlanmışdır. Onların ikisinin dəstək hissəsi iş və ya 

ikinci  dəfə  işlənmə  zamanı  sınmışdır.  Dişəklənmiş  levallua 

itiuclularının uc hissələri biz formasına salınmışdır (bax şəkil 166, 

6). 


3.

 

Birağızlı  qabarıq  qaşovlar  (2ədəd).  Hər  ikisi  dəvəgözü 



daşından  hazırlanmışdır.  Hər  iki  alət  nazik  itiləyici  dişəklə 

işlənmişdir. Alətləri əldə yaxşı tutub  istifadə etmək  üçün bel hissə 

əlverişli  formaya salınmışdır.  Birinci alətin ölçüləri 7x3  və 9x1,1 

sm-dir. İkinci alətin ölçüləri isə 7,1x2 və 2x1,3 sm-dir. 

4.

 



Sadə  bir  işlək  ağızlı  düz  qaşov  (2ədəd).  Bunların  hər  ikisi 

dəvəgözü  daşından  hazırlanmışdır.  Qaşovların  ikisi  də  olduqca 

incə  itiləyici  dişəklə  işlənmişdir.  Maraqlıdır  ki,  təsvir  olunan 

alətlərin  işlək  ağızları  olduqca  səliqəli  itilənmiş    və  onlardan  iş 

prosesində bıçaq kimi istifadə etmək mümkündür. 

5.

 



Bıçaq  tipli  alətlər  (5  ədəd).  Bunların  hamısı  dəvəgözü 

daşından  hazırlanmışdır.  Alətləri  əldə  rahat  tutub  istifadə  etmək 

üçün əlverişli formaya salmışlar. 

6.

 



Belli qaşov (2 ədəd). Hər  ikisinin  işlək ağızları  subparalel 

dişəklə  işlənmişdir.  Eyni  zamanda  işlək  ağız  olduqca  mükəmməl 

işlənmiş  və  itilənmişdir. Əldə  yaxşı tutub  istifadə etmək  üçün bel 

hissə əlverişli formaya salınmışdır. 




313 

 

7.



 

Bizşəkilli  alətlər  (2  ədəd).  Bunlar  dəvəgözü  daşından 

hazırlanmışdır.  Təsvir olunan alətlər zərif dişəklənmiş və  nəticədə 

biz  formasına  salınmışdır.  Bizşəkilli  alətlərin  hər  ikisinin  zərbə 

səthi və zərbə düyünləri yaxşı saxlanmışdır. 

8.

 



İki  işlək  ağızlı  qaşovlar  (3ədəd).  Alətlərin  hər  üçü 

dəvəgözü daşından hazırlanmışdır. Maraqlıdır ki, alətlərin  ikisinin 

zərbə  səthi  və  zərbə  düyünü  iş  prosesində  və  ya  ikinci  dəfə 

işlənmə  zamanı  sınmışdır.  Təsvir  olunan  alətlərin  üçü  də  nazik 

itiləyici dişəklə işlənmişdir. Bu alətlər Tağlar mustye düşərgəsinin 

alətlərini  xatırladır  və onlara oxşar əmək alətləri düşərgənin  II  və 

III  təbəqələrinin  əmək  alətləri  içərisində  müəyyən  olunmuşdur 

(Cəfərov, 1999, 2004). 

9.

 

Limas  tipli  alət  (1  ədəd).  Alət    dəvəgözü  daşından 



hazırlanmışdır.  Alətin  bir  üzü  tamamilə  dişəklənmişdir.  Alətin 

işlək  ağızları  itiləyici  dişəklə  işlənmişdir.  Tağlar  mustye 

düşərgəsinin  daş  məmulatı  içərisindən  nadir  hallarda  belli  qaşov 

tipli alətlərə təsadüf olunur. 

10.

 

İki  işlək    ağızlı  belli  qaşov  (1  ədəd).  Alət  dəvəgözü 



daşından  hazırlanmışdır.  Alətin  hər  iki  işlək  ağzı  subparalel 

dişəklə  işlənmişdir.  Maraqlıdır  ki,  Qafqaz  və  Yaxın  Şərqin  üst 

Paleolit  düşərgələrinin  daş  məmulatı  içərisindən  nadir  hallarda 

belli qaşov tipli alətlərə təsadüf olunur. 




314 

 

11.



 

 Kəsici  alətlər  (2  ədəd).  Alətlərin  hər  ikisi  dəvəgözü 

daşından  hazırlanmışdır.  Təsvir  olunan  alətlər  eyni  texniki  üsulla 

hazırlanmışdır.  Alətlərin  ikisinin  işlək  ağızları  incə  dişəklə 

işlənmişdir. 

12.


 

 Qaşovcuqlar  (9  ədəd).  Təsvir  olunan  alətlərin  hamısı 

dəvəgözü  daşından  hazırlanmışdır.  Qaşovcuqların  işlək  ağızları 

nazik  itiləyici  dişəklə  işlənmişdir.  Təsvir  olunan  qaşovcuqların 

nümunələri şəkil 165, 5; 166, 8; 168, 5-də göstərilmişdir. 

13.


 

Üzərində  ikinci  dəfə  işləmə  əlamətləri  olmayan  qəlpələr 

(11  ədəd)  dəvəgözü  daşından  hazırlanmışdır.  Qəlpələrin  zərbə 

səthi  və  zərbə  düyünü  yaxşı  saxlanmışdır.  Bəzi  qəlpələrin 

üzərində  batıq  izləri  nəzərə  çarpır  və  bu  da  ola  bilsin  ki,  iş 

əsnasında alınmışdı. 

14.

 

Üzərində  ikinci  dəfə  işlənmə  izləri  olmayan  lövhələr  (76 



ədəd).  Onların  hamısı  dəvəgözü  daşından  hazırlanmışdır. 

Ölçülərinə  görə    qeydə  alınmış  lövhələri  üç  qrupa  ayırmaq  olar: 

uzunluğu 2,0-2,5 sm olan kiçikölçülülər  (17 ədəd);  uzunluğu 3,0-

4,5  sm  olan  orta  ölçülülər  (14  ədəd);  uzunluğu  5,0-10  sm  olan 

iriölçülü  lövhələr  (35  ədəd).  Zardan  tapılmış  daş  alətlərinin 

nümunələri şəkil 165-168-də göstərilmişdir. 

       Cədvəldən aydın olur ki,  Zardan tapılmış  üst Paleolitə aid 

alətlər  içərisində  əsas  yeri  qaşovcuqlar,  bıçaqlar,  levallua 

itiucluları və qaşov tipli alətlər tutur. 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə