Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə66/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   62   63   64   65   66   67   68   69   ...   115

Sofi bilirdi ki, Bibliyada Mariya Maqdalinadan qalma İncil yoxdur. Amma mətni
oxudu:
«Və Pyotr dedi: Doğrudanmı, Xilaskar bizim xəbərimiz olmadan qadınla
danışıb? Biz indi hamımız bu qadını dinləməyə borcluyuq, məgər? Xilaskar bu
qadını bizdən üstün tutub?
Və Levit ona cavab verdi: Sən həmişə tez özündən çıxırsan, Pyotr. İndi sən bu
qadınla, düşmənin kimi öcəşmək istəyirsən? Əgər Xilaskar özü onu seçibsə, sən
kimsən ki, onu qəbul etməyəsən? Daha yaxşısını Xilaskar bilir. O, bu qadını yaxşı
tanıyır, ona görə də, onu bizdən çox sevir!»
- Burda sözü gedən qadın – Mariya Maqdalinadır, - Tibinq dedi. – Pyotr Məsihi
ona qısqanır.
- İsa Mariyanı daha üstün tutduğuna görəmi?
- Təkcə buna görə yox. Ortada daha böyük maraqlar var. İncillərin çoxunda
deyilir ki, məhz həmin an İsa şübhələnir ki, Onu tezliklə tutub çarmıxa çəkəcəklər.
Və O, Mariyaya göstəriş verir ki, O gedəndən sonra Onun Kilsəsini necə idarə
etsinlər. Bax ona görə də, Pyotr ikinci skripka rolunu oynadığı üçün öz narazılığını
bildirir. Şəxsən mənə elə gəlir ki, Pyotr arvadlara nifrət edirmiş.
Sofi etiraz etdi:
- Bunu necə deyə bilərsiz? Bu ki, Müqəddəs Pyotrdur! Məsih öz Kilsəsini
tikəndə ona arxalanıb.
- Bəli, düzdür, təkcə kiçik bir detaldan başqa. İlkin İncillərə görə, Məsih Kilsəni
necə tikmək barədə göstərişi Pyotra yox, Mariya Maqdalinaya verib.
Sofi təəccüblə ona baxdı:
- Siz demək istəyirsiniz ki, Xristian kilsəsi qadın tərəfindən yaradılıb və idarə
olunub?
- Plan belə olub. İsa feminist idi. O, öz kilsəsinin gələcəyini Mariya
Maqdalinaya tapşırıb.
- Pyotr isə bunu təqdir etmirdi, - Lenqdon dedi və «Gizli axşamlar»
reproduksiyasını göstərdi. – Bax, bu Pyotrdur. Görürsünüz ki, onun Mariyaya belə
münasibətindən Leonardo da Vinçi yaxşı xəbərdar idi.
Sofinin heyrətdən dili tutuldu. Freskada təsvir olunmuş Pyotr acıqlı şəkildə
Mariya Maqdalinanın başı üstündə durmuşdu. Bu azmış kimi, ovcunun kənarı ilə
göstərirdi ki, onun boğazını kəsməyə belə hazırdır. Eynilə «Madonna mağarada»
rəsmindəki cest.
- Burda da eləcə, - deyə Lenqdon, Pyotrun yanında dayanmış Məsihin
şagirdlərini göstərdi, - hədələyici kimi görünür, düz deyilmi?
Sofi gözlərini qıydı və birdən şagirdlərin arasından çıxmış kiminsə əlini gördü.
- Onun əlindəki nədir? Xəncərdir?
- Hə. Amma çox qəribədir. Əgər şəkildəki əlləri saysanız, görəcəksiniz ki,.. bu əl
heç kimə aid deyil. Əl anonimdir. Bədənsiz əl.
Sofi heyrətləndi. Sonra dedi:


- Bağışlayın, mən yenə də başa düşmürəm ki, Mariya Maqdalina ilə Qraal
arasında nə əlaqə var.
- Aha! – Tibinq ucadan dedi. – Bax, biz gəlib işin məğzinə çatdıq! – Və o, yenə
stola tərəf getdi, kağız-kuğuzun içərisindən böyük bir xəritə çıxarıb, onu Sofinin
qarşısındakı stolun üstünə sərdi. Xəritədə geneoloci şəcərə təsvir olunmuşdu.
- Çox az adam bilirdi ki, Maqdalina Məsihin sağ əli olmasından başqa, həm də
böyük hakimiyyətə malik idi.
Sofi geneoloci şəcərənin altındakı yazını gördü:
BÜNYAMİNİN (VENİAMİN) NƏSLİ.
- Bax, Mariya Maqdalina burdadır, - Tibinq dedi və şəcərənin lap yuxarısını
göstərdi.
Sofi təəccübləndi:
- Deməli o, Bünyaminin nəslindəndir?
- Bəli, - Tibinq başını tərpətdi, - Mariya Maqdalina şah nəslindən olan qadındır.
- Amma mən həmişə elə bilmişəm ki, o çox kasıb olub.
Tibinq başını yırğaladı:
- Maqdalinanı ona görə fahişəyə çeviriblər ki, onun əsl-nəcabəti haqqında
fikirləri məhv etsinlər.
Sofi sual dolu nəzərlərlə Lenqdona baxdı, o da başını tərpədərək təsdiqlədi.
Belədə Sofi Tibinqdən soruşdu:
- Mariyanın əsl-nəcabəti ilə Kilsənin nə işi vardı?
İngilis gülümsündü:
- Mehriban qızcığaz! Kilsəni Mariyanın əsl-nəcabətindən çox, onun Məsihlə
olan münasibəti narahat edirdi. Məsih özü də şah nəslindən olub. Matfeyin
İncilində deyilir ki, İsa Davudun nəslindəndir. Məlumdur ki, Davud yəhudi xalqının
şahı Süleyman padşahın nəslindəndir. Məsih Mariya ilə evlənsə, məşhur Bünyamin
nəsli ilə qohum olardı, bu iki şah nəslini birləşdirər və güclü siyasi ittifaq yaradardı.
Qanuni hüquqla taxt-taca yiyələnər, Süleymanın dövründəki kimi şah nəsli
hakimiyyət əldə edərdi.
Sofi anladı ki, Tibinq söhbətinin kulminasiyasına yaxınlaşır.
Tibinqin həyəcanla dedi:
- Qraal piyaləsi haqqında əfsanə, şah qanı-şah nəsili haqqında əfsanədir.
Əfsanədə deyilən «Məsihin qanı olan qab» sözü, əslində Mariya Maqdalina –
Məsihin «şah qanı»nı daşıyan qadın bətni haqqındadır.
Sözlər Sofinin şüurunda möhkəmlənənə qədər, geniş otaqda əks-səda verdi.
Mariya Maqdalina özündə İsa Məsihin şah nəslinin qanını daşıyıb?
- Deməli Məsihin… - o susdu və Lenqdona baxdı.
- Nəsli davam edə bilərdi. – Lenqdon gülümsünərək onun əvəzində dedi.
Sofi ildırım vurmuş kimi yerində qurumuşdu.
- Deməli! – Tibinq dedi. – Tarixin ən böyük sirlərindən biri açılır! İsa nəinki evli,
o həm də ata idi. Əzizim, Mariya Maqdalina isə, Onun körpəsini daşıyan


«müqəddəs qab» idi! Şah nəslini davam etdirən müqəddəs qab, onların
məhəbbətinin məhsulu yetişən müqəddəs qab!
Sofi qolunun üstündəki Sarı, nazik tüklərin biz-biz durduğunu hiss etdi.
- Bəs, bu fakt indiyə qədər niyə sirr kimi qalıb?
- Allah səni saxlasın! – Tibinq ucadan dedi. – Nə deyirsən de, sirr demə! Məhz
İsanın şah nəslindən olması Qraal piyaləsi haqqında əfsanələrin yaranmasına
səbəb olub. Əsrlər boyu Mariya Maqdalinanın əhvalatını hər yerdə, müxtəlif
dinlərdə və mümkün olan metaforaların köməyi ilə deyiblər. Diqqətlə baxsan və
qulaq assan, bu tarixçəyə hər yerdə rast gələrsən.
- Bəs, Sanqril sənədləri? – Sofi soruşdu. – Bu da İsanın şah nəslindən olduğunu
göstərən alleqoriyadır?
- Bəli.
- Deməli, belə çıxır ki, Qraal piyaləsi haqqında əfsanə – şah nəsli barədə
hekayədir?
- Həm də birmənalı şəkildə belədir, - Tibinq dedi. – «Sanqril» sözü «San Greal»
sözündən yaranıb, tərcüməsi «Müqəddəs Qraal» deməkdir. Amma qədimdə
«Sanqril» sözü başqa məna daşıyırdı. – Tibinq kağızı götürüb, nəsə yazdı və Sofiyə
uzatdı.
O oxudu:
Sanq Real. Və dərhal tərcümə etdi.
«Sanq Real» söz birləşməsi hərfi mənada «Kral qanı» demək idi.
LIX FƏSİL
Nyu-Yorkda, Leksinqton-avenyuda, «Opus Dei»nin mənzil-qərargahının birinci
mərtəbəsində yerləşən qəbul otağındakı növbətçi kişi telefon dəstəyində yepiskop
Arinqarosanın səsini eşidib təəccübləndi.
- Axşamınız xeyir, ser.
- Mənə çatası məlumat göndərməyiblər ki? – Yepiskopun səsi adəti xilafına
həyəcanlı idi.
- Bəli, ser. Yaxşı ki, siz zəng etdiniz. Mən özüm sizinlə heç cür əlaqə yarada
bilmədim. Təxminən yarım saat əvvəl bura təcili məlumat göndəriblər.
- Hə? – indi səsdə həyəcan bir qədər azalmışdı. – Zəng edən adını dedimi?
- Yox, ser, yalnız nömrəsini dedi. – növbətçi nömrəni oxudu.
- Kod 33-dür? Deyəsən, Fransadır, hə?


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə