Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə117/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   113   114   115   116   117   118   119   120   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 296 -
Xüsusilə vurğulamaq lazımdır ki, Dərbənd işarələri və Qaraçay-Çərkəz 
Respublikasının Qaraçay rayonu ərazisindəki Xumara yazılarının müqayisəli 
təhlili  nəticəsində  onların  arasında  heç  bir  prinsipial  fərq  müəyyən 
edilməmişdir. Vaxtilə  görkəmli  qaraçay  alimi,  paleontoloq  və  qədim  türk 
mətnləri üzrə mütəxəssis Soslanbəy Bayçorov da Şimali Qafqaz ərazisində, 
o cümlədən qədim Xumara şəhəri xarabalıqlarında aşkar olunmuş 150-yədək 
qədim türk mətninin deşifrəsi əsəsında Göytürk əlifbasının İtil (Volqa) ça-
yından  Dunan  sahillərinədək  uzanan  Qafqazı  və  Şimali  Qafqazı  da  əhatə 
edən nəhəng ərazinin «klassik əlifbası olması qənaətinə gəlmişdir.
180
 Araş-
dırmalara  əsasən,  bu  şəhər-qala  eramızın VIII  əsrində  xəzərlər  tərəfindən 
inşa olunmuşdur. Ötən əsrdə professor Georgi Turçaninov Xumara abidələri 
üzərində bir sıra etnik damğalar 
         
      
          
     
                 müəyyən etsə də, onların türk mənşəli 
olması barədə susmuşdur.
181
 Yeri gəlmişkən, Mahmud Kaşğarinin «Divani 
lüğət-it-Türk» əsərinə əsasən, əski türk sözü olan «xumaru» miras,  yadigar 
olaraq verilən mal; ölən böyük bir adamın mal-mülkündən xaqan üçün ayrı-
lan hissə; uzaq səfərə gedən adamın qohumlarına qoyduğu əmanət anlamla-
rını verir.
182
 Dərbənddə uyğur əlifbası işarələrinin (damğalarının) tapılması 
isə elmdə yenilik deyildir. Belə bir fikir dolaşır ki, guya uyğur əlifbası XIII 
əsrədək yarandığı ərazi çərçivəsindən kənara çıxmamış, Avropa ərazilərində 
yayılmamışdır. Halbuki, ilkin orta əsrlərə aid edilən belə qrafemlər Hun im-
periyasına və Xəzər xaqanlığına daxil olan tayfa-nəsillərin damğa işarələri 
şəklində Şimali Qafqazın, Rusiyanın və Ukraynanın ərazilərindəki Mayat, 
Sarkel, Xumara şəhərləri xarabalıqlarında, Xersonda və s. aşkar olunmaq-
dadır. 
Eyni  zamanda,  Mahmud  Kaşğarinin  «Divani  lüğət-it  Türk»,  Fəzlullah 
Rəşidəddinin  (1247-1318)  «Cami  ət-Təvarix»  («Səlnamələr  toplusu»), 
Əli  Yazıçıoğlunun  (XV  əsr)  «Təvarixi  al-  iSəlcuq»,  Əbülqazi  Bahadur 
xan  Xivəlinin  (1605-1663)  «Şəcəreyi-Tərakimə»  və  Seyid  Loğmanın 
«Hünərnamə»  (XVII  əsr)  əsərlərindəki  təsnifata  əsasən,  Dərbənd  işarələri 
180  
С. Байчоров. «Древнетюркские рунические памятники Европы». Ставрополь, 1989
181
 Г.Ф. Турчанинов. «Памятники письменности и языка народов Северного Кавказа и Восточной 
Европы», 1971
182
 M.Kaşğari. «Divanü lüğat-it-Türk», dörd cilddə, Tərcümə edən və nəşrə hazırlayanı
Ramiz Əskər, Bakı: «Ozan», 2006.


Damğalar, rəmzlər… mənimsəmələr
- 297 -
ilə oğuz tayfalarının damğaları arasında identiklik də göstərilmişdir. Lakin 
cədvəllə tanışlıqdan əvvəl xüsusilə qeyd edək ki, rusiyalı arxeoloq Valenti-
na Flerova «Xəzərlərin qraffitisi» kitabında Xəzər xaqanlığının iri yaşayış 
məntəqələrindən sayılan Sarıkel, Semikarakor, Mayat, Xumara şəhər xara-
balıqlarının hörgü daşları və buradan tapılan maddi-mədəniyyət nümunələri 
üzərində həkk edilən damğaları ilk dəfə olaraq sistemləşdirmiş və təsvirlərini 
vermişdir. Maraqlıdır ki, V.Flerovanın müəyyənləşdirdiyi Xəzər damğaları 
183
 -                                                               
                                              
      
     
 
    
 
 
   ilə M.Hacıyevin Dərbənd daşlarındakı «atəşpərəst 
irandilli bənnaların rəmzləri» kimi təqdim etdiyi işarələr arasında fərq yox-
dur. Bu damğaların içərisində hunlara məxsus işarələr olsa da, əksər hissəsi 
Xəzər konfederasiyasına daxil olan türk tayfalarına  aiddir.  
Başqa bir misal. Tanınmış qafqazşünas, etnoqraf və tərcüməçi Leonid Lav-
rov Qafqaz damğalarının öyrənilməsi və təsnifatı məqsədilə regiona çoxsaylı 
ekspedisiyalarda olmuş, qədim mənbələri və XIX-XX əsrlərin müəlliflərinin 
əsərlərini  öyrənmişdir.  Nəticədə,  L.Lavrov  Azərbaycanın  cəmi  bir  neçə 
məntəqəsindəki – Veysəlli, Meysarı, Altıağac, Kuşi, Kələxani, Göylər, Udu-
lu, Qırxbulaq (bəzi adlar mətndə təhrif olunmuşdur) kəndlərində, Beşbarmaq 
və Qobustandakı qədim tikililərin - məbəd və karvansaraların hörgü daşla-
rı,  ağac  lövhələr,  məzar  daşları  üzərində,  qayaüstü  rəsmlər  içərisində  xeyli 
sayda etnik damğa işarəsi müəyyən edə bilmişdir. Məkan baxımından noqay 
damğalarını ortaq türk tanınma-fərqləndirmə işarələri qismində nümunə kimi 
götürən L.Lavrov yazır ki, «
Azərbaycan damğaları Qafqaz dağlılarının de-
yil, noqayların damğalarına daha çox bənzəyir».
184
  Onun Azərbaycandakı 
tədqiqat dairəsi məhdud olsa da, aşkar etdiyi damğalar -                 
                                                               
                        
        
             
  
                
  
  
 Dərbənd qala divarları daşlarındakı 
işarələrdən fərqlənmir. Necə deyərlər, faktların üst-üstə düşməsi birinci dəfə 
təsadüf,  ikinci  dəfə  oxşarlıq,  üçüncü  dəfə  isə  qanunauyğunluqdur.  Qafqaz 
xalqlarının etnik damğa işarələrini sistemləşdirən və onları müqayisəli təhlil 
183
  В.Флерова.  «Граффити  Хазарии»,  изд. Эдиториал УРСС, 1997
184
  Л.Лавров. «Историко-этнографические очерки Кавказа», Наука, 1978


Damğalar, rəmzlər… mənimsəmələr
- 298 -
edən Leonid Lavrov sonra vurğulayır: 
«Aydın şəkildə görünür ki, Qafqaz 
damğalarının bir çoxu ya tamamilə, ya da əhəmiyyətli dərəcədə noqay 
və Krım damğalarına bənzəyir. Belə damğalara malik olanların bəziləri 
həqiqətən  də  kök  etibarilə  noqay  və  tatarların  törəmələridir.  Krım  və 
noqay damğaları ilə üst-üstə düşən Qafqaz damğaları arasında Mərkəzi 
Asiyadakı işarələrin analoqları da çoxdur. Məsələn, Qunia nəslindən olan 
abxazların, Kişayevlərin, Şovgenovların (abaza) və Naxucevlərin (kabar-
din) 
damğaları Orxon-Yenisey işarələrinin eynidir. Belə oxşarlıq Qafqaz 
əhalisinin Krım, Mərkəzi və Ön Asiya türkləri ilə çoxəsrlik əlaqələrinin 
nəticəsidir».
185
 Bu fikir kumık alimi Kamil Əliyevin araşdırmalarında da öz 
təsdiqini  tapır.  Məsələn,  Qafqazın  köklü  türk  xalqlarından  olan  kumıkların 
damğalarının 
   
           
  və qaraçayların tayfa-nəsil 
işarələrinin 
186
   
 
     
            analoqlarına Dərbənd 
qala  divarında  geniş  rast  gəlinir.  Nəticədə,  Dərbənd  işarələrinin  ortaq  türk 
rəmzləri, əlifba qrafemləri, damğaları ilə müqayisəli təhlili bu şəhərin qədim 
türk etnomədəni məkanına daxil olan yaşayış məntəqəsi olduğunu, onun və 
müdafiə qurğularının məhz kimlər tərəfindən tikildiyini, ən nəhayət, kimlərin 
bu regionda dominant etnos olduğunu sübuta yetirir. 
Aşağıdakı cədvəldə Dərbənd qala divarlarının daşları üzərində aşkar olu-
nan qədim işarələrin məhz türk simvolizmində semantikası və analoqları ve-
rilmişdir. Cədvəllə tanışlıqdan əvvəl bir vacib məqamı da diqqətə çatdırmaq 
istərdik. İşarələr arasında saka-skif, hun, xəzər, oğuz və qıpçaq damğalarına, 
Göytürk (Talas, Orxon, Yenisey) və qədim uyğur əlifba qrafemlərinə (Yu-
sif Balasaqunlunun «Kutadqu bilik» əsərinin yazıldığı uyğur run əlifbası) 
rast gəlinməsi ilk növbədə Dərbənd şəhərinin eramızın əvvəlki dövrlərindən 
etibarən  qədim  türklərin  yaşayış  məntəqəsi  və  istehkam  tikilisi  olmasını, 
onun inşası və təmiri ilə bağlı işlərin məhz türk tayfaları tərəfindən aparılma-
sını təsdiqləyir. Onu da bildirək ki, eramızın əvvəllərində yaradılmış qədim 
uyğur əlifbası 20 hərfdən – 5 sait və 15 samitdən ibarət olmuş, mətnlər yu-
xarıdan aşağıya doğru yazılmışdır. Uyğur tarixçisi Turqun Almas Çin yazılı 
mənbələrinə istinadən bu əlifbanın daha qədim dövrlərə – təqribən eramız-
dan 300 il əvvələ aid edir. 
185
  Yenə orada
186
  К.Алиев. «Тамга-знаки Дагестана», http://kumukia.ru/article-8986


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə