Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   17   18   19   20   21   22   23   24   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 55 -
verilir. Fransız alimi E.Reklü isə Ön Asiyada türklərin məskunlaşma tarixinə 
toxunaraq bunları qeyd edirdi: 
«Tədqiqatçılar qədim Midiyada naməlum 
dildə yazılmış iki yazı tapmışlar. Əminliklə demək olar ki, ölkə əhalisinin 
qədim dilində olan bu yazılar Turan mənşəlidir».
58
 Bu baxımdan, görkəmli 
qazax şairi və alimi Oljas Suleymenovun bir fikri maraq doğurmaya bilməz: 
«Şumer  və  etrusk  materialları  sübut  edir  ki,  slavyan,  german  və  türk 
dilləri  hələ  uzaq  keçmişdə  sükunət  vəziyyətdən  çıxaraq,  müasir  dillər 
üçün xarakterik olan dialektik xüsusiyyətlərə malik olmuşlar».
59
 Məşhur 
bir sitatı bir daha diqqətə çatdıraq: IX əsr ərəb müəllifi Əbdülməlik ibn Hişamın 
yazdığını görə, xəlifə I Müaviyyə (661-680) müşaviri Übeyd ibn Şariyədən 
Azərbaycan haqqında nə bildiyini soruşanda belə cavab alır: 
«Azərbaycan 
türklərin  yaşadığı  ölkədir.  Onlar  qədimdən  burada  məskunlaşmış, 
bir-biri  ilə  qarışmış,  çoxalmış  və  güclənmişlər».  Ət-Təbəri  Azərbaycan 
ərazisinin Həmədan və Zəncan şəhərlərindən başlayaraq, Dərbənd də daxil 
olmaqla şimala doğru uzandığını bildirirdi. 
XVIII  əsrdə  yaşamış  isveç  bibliyaşünası  və  xristian  missioneri  Erik 
Nöstrem  1868-ci  ildə  nəşr  etdirdiyi  «Bibliya  ensiklopediyası»  əsərində 
qədim yazı işarələrinə söykənərək Yaxın və Orta Şərq tarixinə dair mövcud 
stereotipləri  dağıtmış,  nəinki  şumerlərin,  hətta  akkadların  da  prototürk 
mənşəli  olduqlarını  bildirmişdir.  Alim  yazırdı: 
«İncilə  görə,  Babilistan 
dövlətinin qurucusu Nimrod (islam dinində: Nimrud) olmuşdur. Lakin 
qazıntılar  zamanı  üzə  çıxan  kərpiclər  (gil  lövhəciklər)  üzərindəki 
yazılar  isə  aydın  şəkildə  sübut  edir  ki,  Xaldeyaya  (Dəclə  və  Fərat 
çayları  arasındakı  ərazinin  qədim  adlarından  biri)
 sami mədəniyyətinin 
gəlişindən xeyli əvvəl burada yaşca daha qədim olan, nə yəhudilərin, 
nə də ərəblərin mədəniyyətilərinə qətiyyən bənzəməyən, özündə türk-
tatar mədəniyyətinin əlamətlərini qabarıq şəkildə göstərən sivilizasiya 
vardı».
60
  Görkəmli  şumeroloq  Samuel  Kramer  (1887-1990)  şumerlərin 
əcdadlarının  vaxtilə  Xəzər  dənizi  sahillərində  yaşadıqları  və  sonralar 
cənub istiqamətinə köç etdikləri, burada bəşər tarixinin ilk sivilizasiyasını 
yaratdıqları  barədə  fikir  irəli  sürmüşdür.  Onun  qənaətinə  əsasən,  sonrakı 
minilliklərdə  köçəri  sami  tayfalarının  Şumerə  kütləvi  axını  üzündən 
58 
 Э.Реклю.  «Человек и земля», к-изд. П.П.Сойкина, СПб., 1906.
59 
 О.Сулейменов. «Язык письма. Взгляд в доисторию – о происхождении письменности и языка 
малого человечества».
 Алматы-Рим, 1998.
60 
 Э.Нюстрем.  «Библейский словарь», изд. Библия для всех, 2011.


Damğalar, rəmzlər… mənimsəmələr
- 56 -
gəlmələrin  sayı  tədricən  yerli  əhalini  üstələmiş,  onları  öz  içərilərində 
əritmiş və son nəticədə ilkin şumerlərin unikal mədəni irsinə sahib olmuşlar. 
S.Kramer  yazır: 
«Çox  güman  ki,  şumerlər  bu  ərazilərə  eramızdan 
əvvəl, təqribən IV minilliyin birinci yarısında gəlmişlər. Onların ilkin 
vətəninin  harada  olması  barədə  hələ  də  birmənalı  mövqe  yoxdur. 
Lakin  Uruk  (Şumer  ərazisindəki  şəhər-dövlət)  hökmdarları  Enmerkar 
və Luqalband haqqında epik rəvayətlər silsiləsinə əsasən, Xəzər dənizi 
yaxınlığındakı Aratta dövləti ilə Şumer şahları arasında sıx və etibarlı 
münasibətlərin olması, aqqlütinativ Şumer dilinin Ural-Altay dillərini 
xatırlatması  tarixi  vətənin  məhz  Aratta  istiqamətində  yerləşməsinin 
göstəricisidir».
61
  Qeyd  edək  ki,  Aratta  tarixi  Azərbaycan  ərazisində 
(Güney  Azərbaycanda)  ilk  dövlət  olmuş,  eramızdan  əvvəl  III  minilliyin 
birinci  yarısınadək  mövcudluğunu  saxlamışdır.  Onun  ərazisi  Urmiyə 
gölünün cənub və cənub-şərq sahillərini, indiki Zəncan və Qəzvin şəhərləri 
arasındakı  torpaqları  əhatə  edirdi.  Samuel  Kramer  sonra  bunları  əlavə 
edir: 
«Araşdırmaların nəticələrinə görə, eramızdan əvvəl III minilliyin 
əvvəllərində  Şumer  mədəniyyəti  və  sivilizasiyası  müəyyən  dərəcədə 
şərqə - Hindistana doğru, qərbə – Aralıq dənizi sahillərinə və Şimala 
- Xəzər dənizinə kimi olan ərazilərə nüfuz etmişdir».
62
 Aratta və Şumer 
arasında epizodik hərbi münaqişələrin olmasına baxmayaraq, hər iki dövlət 
eyni ilahilərə tapınır, hökmdar və məmurları eyni tutulları daşıyır, eyni yazı 
sistemindən istifadə edir, çətin məqamlarda bir-birinə yardım göstərirdilər. 
Məsələn, köçəri sami tayfaları Uruk şəhərini mühasirəyə alarkən hökmdar 
Enmerkar  hərbi  kömək  üçün  məhz  Arattaya  müraciət  etmişdir.  Dövlət 
idarəçiliyi baxımından Aratta hökmdarı şumerli həmkarından fərqli olaraq, 
ölkədə dünyəvi və dini hakimiyyəti öz əlində cəmləşdirirdi. Yeri gəlmişkən, 
belə idarəetmə xüsusiyyəti qədim türklərin «xaqan» titulunun mahiyyəti və 
«ikibaşlı  qartal»  rəmzinin  sadələşdirilmiş  damğa  variantı  olan,  «eltəbər», 
«baltavar»,  «baltalı»,  «daraq  damğa»,  «xan  damğası»,  «quşlu  damğa» 
adlanan qədim işarənin 
 semantikası ilə üst-üstə düşür. Bundan başqa, 
Çingiz xan və tarixi Azərbaycan ərazilərində qədim türk dövlət quruluşunu, 
xaqanlıq prinsipini bərpa edən Şah İsmayıl Xətayi də hakimiyyətə gəldikdən 
sonra  bu  ənənədən  və  həmin  işarədən  (Səfəvi  dövlətində  –  «quşlu  tuğ» 
61 
 С.Крамер, «Шумеры. Первая цивилизация на Земле».  М, 2002
62 
 С.Крамер. Göstərilən əsəri.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə