Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə71/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   67   68   69   70   71   72   73   74   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 185 -
vasitələri kompleksi» anlamında işlədilən qədim «yaraq» və ya «yar-yaraq» 
(Mərkəzi Asiya xalqlarında «bar-jarak», «joo-jaraq» və s.) sözləri öz kökünü 
«yay» və «ox» kəlmələrinin tandemindən götürmüşdür. Bu baxımdan, 
«yay-
ox» kəlməsi qədim atıcı silahın tam adıdır və digər türk dillərində – Altay 
xalqlarında 
«saak», «saok» (yay+ox), qazax və başqırdlarda - «zaq» və ya 
«jaq», özbəklərdə «oq-yoy», qaraqalpaqlarda «oq-zay»,  uyğurlarda  «oqiya» 
(ox+yay), xakaslarda 
«oksa»,  «iksa» və s. şəklində işlədilir. 
«Yay» sözünün etimoloji yozumunda ortaq qənaət yoxdur. Rusiya alimi 
Tanem  Loseva-Baxtiyarova  belə  ehtimal  edir  ki,  bu  kəlmə  «getmək», 
«yaxınlaşmaq» anlamı verən «yay» felindən törəmişdir.
154
 N.Poppe isə «ja» 
(yay)  sözünün  etimologiyasını  tunqus-mancur  dillərindəki  «nay»  (paya, 
nizə sapı) kəlməsi ilə bağlayır. Güman ki, silahın adı onun ağac gövdəsinin 
fiziki  xüsusiyyətindən  -  elastikliyindən  (yay  kimi  dartınmaq,  əyilmək) 
götürülmüşdür. Bir sıra türk dillərinin VII-XIII əsrlərə aid leksikasında «yay» 
sözü  həm  də  «dağıtmaq»,  «yaymaq»,  «əsmək»,  «titrəmək»,  «silkələmək» 
mənalarında (Azərbaycan dilindəki «yayğın» kəlməsi) da işlədilib.
155
 
Yay-ox vasitəsilə hakimiyyət bölgüsündə statusun müəyyənləşdirilməsi 
oğuzların damğa işarələrində, mif və rəvayətlərində geniş əks olunmuşdur. 
Məsələn,  oğuz  konfederasiyasına  daxil  olan  24  boy  (tayfa  birləşmələri) 
arasındakı səlahiyyət bölgüsü həm də onların damğalarındakı yay və oxun 
qrafik  təsvirlərinə  görə  müəyyən  edilirdi.  Məsələn,  Mahmud  Kaşğarinin 
(«Divani- lüğət-it Türk»), Fəzlullah Rəşidəddinin («Cami ət-Təvarix»və 
Əli Yazıçıoğlunun («Tarixi ül-Səlcuq») təsnifatlarında bəzi oğuz boylarının 
damğa işarələrində yay və ox tiplərinin təsvirlərinə də rast gəlinir: bayat - 
; bəydili -   (yandırıcı oxlar üçün haça dəmrəli ucluq, düşmən atlarının 
yaralanması üçün də istifadə edilir); ürəgir -   (bozox və üçox boylarının 
birliyi); kınık -   (bədəndə ilişib qalan qarmaqlı ox dəmrəsi); Eymür -   
(bu  işarə  Azərbaycanda,  Türkiyədə,  Gürcüstanda  və  İranda  yaşayan 
qarapapaqlar tayfasının da damğası olmuşdur) və s. Türk xalqlarının epik 
yaradıcılığında,  o  cümlədən  «Kitabi-Dədə  Qorqud»  dastanlarında  da  yay 
hakimiyyəti,  ox  isə  and  yerini,  pozulan  anda  görə  Tanrının  göndərəcəyi 
154  Т.Лосева-Бахтийарова. «Военная лексика тюркских языков»,
  http://cheloveknauka.com/voenna-
ya-leksika-tyurkskih-yazykov
155
 «Древнетюркский словарь». Изд. «Наука», 1969 


Damğalar, rəmzlər… mənimsəmələr
- 186 -
cəzanı  simvolizə  edirdi.  Bu  ənənə  dastandakı  «Öz  oxuma  sancılım!» 
ifadəsində  qalmışdır.  Qədim  türk  runlarındakı  ox  təsvirli  bəzi  işarələrin 
(məsələn:  )  şumer  mixi  yazıları  əsasında  yaranması  fikrini  irəli  sürən 
türkiyəli alim A.Əmrə bu əlifba varisliyini Göytürk əlifbasındakı   
 (oq/
ox) ideoqrafik təsvirin genezisində görür.
156
 Bundan başqa,   işarəsi etrusk 
əlifbasında da eyni səsi və mənanı daşıyırdı. Həmin rəmz ilkin olaraq şumer 
panteonunda  «ilahilər  atası»  adlandırılan,  eramızdan  əvvəl  III  minilliyə 
kimi «dini hakimiyyətini» qoruyub-saxlayan 
An və ya Anu (Göy) ilə Yer 
ilahisi 
Ki arasında birliyi, eyni zamanda, Anın qüdrətli silahını - yay-oxunu 
simvolizə  edirdi.  Yeri  gəlmişkən,  bir  çox  xalqların  inanclarında  yay-ox 
sakral  xarakter  daşımaqla  yanaşı,  ilahilərin  (İştar,  Humay,  Erlik,  Tenqri, 
Artemida, Diana, Erot, Orion, Kali, Del, Odin, Skadi və s.) atributlarına, 
hərb,  ədalət,  qisas,  nəsil,  tayfa,  nikah  və  sevgi  rəmzlərinə  çevrilmişdir. 
Qədim  türk  mifologiyasına  əsasən,  insanlara  ilk  dəfə  yay-ox  düzəltməyi, 
ov etməyi Tenqri öyrətmişdir. Görkəmli Azərbaycan alimi, akademik Mirəli 
Seyidov bu fetişizmin səbəblərini belə açıqlayırdı: «
Əski, lap əski insanın 
yaşayışında,  ölüm-dirim  məsələsində  ovun,  oxun,  yayın,  dəmirin 
xüsusi rolu olmuşdur. Məhz buna görə əcdadlarla bağlı olan nəhənglər, 
totemlər,  ilahilər  ox  və  yayla  təsvir  edilirlər.  Buna  görə  də  bir  çox 
xalqların əcdadlarında ov, yay, ox kultu vardı. Biz bunun əlamətlərinə 
Oğuznamələrdə rast gəlirik. Yay-ox hakimiyyət, həm də ailə qurmaq, 
müstəqil ev-ocaq sahibi olmaq üçün bir rəmzdir. Əfsanədən göründüyü 
kimi, Oğuz xaqan oğlanlarını yay çəkib ox atdıqdan sonra ev-eşik sahibi 
edir. Həmin adət bəzi türk qəbilələrinin, tayfa birləşmələrinin adlarının 
yaranma səbəblərini aydınlaşdırır».
157
 
Əski  türklərdə  yay-oxun  daşıdığı  rəmzi  xarakterə  dair  xeyli  misallar 
çəkmək olar. Eramızın 610-cu ilində Tan sülaləsindən olan imperator Qərbi 
Türk  dövlətinin  xaqanı  Çulo  xan Tamanı  devirmək,  onu  Şequy  xanla  əvəz 
etmək niyyətinə düşür. Bu məqsədlə ağ yeləkli ox hazırlatdırıb səfir vasitəsilə 
Şequy xana göndərir. İmperatorun məqsədindən duyuq düşən Çulo xan səfiri 
yarı yolda haqlayıb həmin oxu ələ keçirir. Lakin imperator elçisi ozünü Şequy 
xana  çatdıraraq  vəziyyəti  ona  danışır.  Oxa  sahib  olmaq  uğrunda  başlanan 
156
  А.Emre. «Eski türk yazisinin menşegi». İstanbul, 1938.
157
  M.Seyidov. «Azərbaycan mifik təfəkkürünün qaynaqları». Bakı, 1983. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə