Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə17/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   60

QURANIN KİTAB ŞƏKLİNƏ SALINMASI
67
(sinonimləri  ilə)  əvəzlənməsi  nəticəsində  ortaya  çıxırdı.  Məsələn, 
“fəsav  ilə  zikrillah”  ayəsini
86
  bəziləri  “fəmdu  ilə  zikrillah”,  “in 
kənət illə sayhətən vahidətən” ayəsini
87
 isə “in kənət illə zəqyatən 
vahidətən”  şəklində  oxuyurdular.  Bəzi  səhabilərin  müshəflərinə 
təfsir kimi əlavə etdikləri kəlmələrə gəldikdə isə ona bu misalı verə 
bilərik: Bəqərə surəsinin 238-ci ayəsi Hz. Aişəyə məxsus müshəfdə 
“ Hafizu alə saləvəti vəs-salətil vusta və salətil-əsr” şəklində yazılmışdı. 
Yenə bu surənin 198-ci ayəsini Abdullah ibn Abbas öz müshəfinə 
Leysə aleykum cünahun ən təbtəğu fadlən min rabbikum fi məvəsimil-
həcci”  şəklində  yazmışdı.  O  günkü  şərtlərdə  hər  yerə  Quran 
müəllimləri göndərmək də qeyri-mümkün idi. Ancaq bir tərəfdən 
də müsəlmanlar arasındakı bu fikir ayrılıqları təhlükəli həddə ça-
tırdı və bu məsələ həll edilməsəydi onlar arasında müharibələr belə 
baş  verə  bilərdi.  Bütün  bunların  nəticəsində  Quran  nüsxələrinin 
çoxaldılması zərurət halına gəlmişdi. Məhz buna görə daha öncə 
bəhs etdiyimiz Zeyd ibn Sabitin rəhbərlik etdiyi komissiya hicri 25-
ci ildə Quran nüsxələrini çoxaltma prosesini başlatdı. 
Hz. Osman Quranı istinsax edən bu heyətə bəzi təlimatlar ver-
mişdir ki, o təlimatlar bunlardır:
1. İstinsaxda Hz. Əbu Bəkr tərəfindən cəm edilən Müshəf əsas 
alınacaqdır. 
2.  Yeddi  hərfdən  sadəcə  Hz.  Peyğəmbərin  Cəbrayıla  ən  son 
oxuduğu hərf alınacaq, digərləri isə tərk ediləcəkdir.
3. Tilavəti nəsx edilən ayələr yazılmayacaqdır.
4. Əgər heyət üzvləri arasında ixtilaf çıxarsa Qüreyş ləhcəsi əsas 
alşnacaqdır.
86  Cümə, 62/9
87  Yasin, 36/29


TƏFSİR ÜSULU VƏ TARİXİ
68
5.  Bu  nüsxələr  hazırlandıqdan  sonra  bəzi  böyük  şəhərlərə 
göndəriləcək,  daha  öncə  hazırlanan,  lakin  bu  nüsxələrə  uyğun 
gəlməyən müshəflər yandırılacaqdır.
6. Surələr bugün əlimizdə mövcud olan Quran tərtibatına uy-
ğun olacaqdır. Çünki Hz. Əbu Bəkrin cəm etdirdiyi Müshəfdəki hər 
bir surənin ayələrinin tərtibi bugünkü Quran ayələri ilə eyni olsa 
da, surələrin tərtibi fərqli idi. 
7. Təfsir məqsədi ilə yazılan qeydlər yazılmayacaqdır.
Zeyd ibn Sabitin sədrlik etdiyi heyət bu işi beş ildə başa çatdır-
dı. Qaynaqların verdiyi xəbərlərə görə heyət Zeydlə digər üç qü-
reyşli heyət üzvüləri arasında sadəcə “təbut” kəlimənin yazılışın-
da  ixtilaf  düşmüşdür.  Zeyd  bu  kəlimənin  yumuru  “tə”  ilə,  onlar 
isə  açıq  “tə”  ilə  yazılacağını  iddia  edirdilər. Ancaq  Hz.  Osmanın 
mü daxiləsi ilə bu söz açıq “tə” ilə yazılır. Çoxaldılan bu nüsxələrin 
yeddi nüsxə dən ibarət olduğu söylənir. Bunlardan biri Mədinədə 
qalmış, digərləri isə Məkkə, Kufə, Bəsrə, Şam, Yəmən və Bəhreynə 
göndərilmişdir.  Bu  nüsxələrin  dördü  yanğınlar,  müharibələr 
nəticəsində məhv olmuş, onların sadəcə üçü bizə gəlib çatmışdır. 
Bu müshəflərdən biri İstanbuldakı Topqapı muzeyində, digər ikisi 
isə Daşkənd və London şəhərlərindədir.
Məhəmməd  Həmidullah  (vəfatı-2004)  günümüzə  qədər  gəlib 
çatan  bu  müshəflər  haqqında  belə  deyir:  “Deyilənlərə  görə,  Bi-
rinci  Dünya  Müharibəsinin  sonlarında  türk  əsgərləri  Mədinədən 
çıxarkən bəzi kitabları da özləri ilə götürürlər. Bu kitablar arasın-
da Hz. Osmanın istinsax etdirdiyi müshəflərdən bir də vardı. Sevr 
müqaviləsinə  türklərə  tərəfindən  aparılan  bu  müshəfin  şərif  Hü-
seynə geri verilməsi şərti qoşulmuşdu. Ancaq türklər bu məsələ ilə 
əlaqədar rəsmi bəyanat verdilər ki, “Bu kitablar filan yerdə saxlanır-
dı, ancaq sel nəticəsində hamısı məhv oldu”. Həmin müshəfin “Al-


QURANIN KİTAB ŞƏKLİNƏ SALINMASI
69
lah onlara qarşı sənə kifayət edər
88
 ayəsinin üstündə Hz. Osmana aid 
olduğu söylənən qan ləkələri mövcuddur.
89
 Hər üç nüsxəni araşdır-
dığını söyləyən Həmidullah, bu nüsxələrin ölçü və yazı cəhətdən 
bir-birlərinə bənzədiyini ifadə etmişdir. 
Səhabə və tabeundan heç kim Hz. Osmanın bu işinə qarşı çıx-
mamışdı. Abdullah ibn Məsudun etiraz etdiyi məlum olsa da, onun 
etirazı  Quranın  istinsax  edilməsindən  daha  çox  Zeyd  ibn  Sabitin 
komissiyanın sədri təyin edilməsinə idi. Belə ki, o da daha sonralar 
Hz. Osmanın həyata keçirdiyi bu fəaliyyətin zəruriliyini qəbul et-
mişdir. Hz. Əli də Quranın istinsaxı məsələsini dəstəkləmişdir. Bü-
tün müsəlmanlar və bütün İslam məzhəbləri yekdilliklə Hz. Osman 
tərəfindən istinsax etdirilən Müshəfi tanımışlar. 
E. Quranın hərəkələnməsi və nöqtələnməsi
Ərəb yazısı İslam gəlmədən əvvəl çox bəsit və ibtidai şəkildə idi. 
İslamın gəlişi ilə bu yazı inkişaf etməyə başlayır. Çünki İslam özü 
ilə bərabər yazının istifadə sahəsini daha da genişləndirmişdir. An-
caq yazının yayılmasına baxmayaraq, o hələ mükəmməl vəziyyətə 
gəlməmişdi.  Hərfləri  bir-birindən  ayırd  etmək  üçün  nöqtələr  qo-
yulmamışdı. Ərəblər ana dilləri olduğu üçün nöqtəsiz və hərəkəsiz 
oxuya bilirdilər. Lakin qeyri-ərəblərin İslam dinini qəbul etməsi ilə 
Quranın oxunuşunda çətinliklər get-gedə artırdı. Məsələn, Osman 
ibn  Əbu  Şeybə  “Fil”  surəsinin  birinci  ayəsindəki  “ələm”  sual  və 
inkar ədatını hürufu-müqəttə zənn edərək “əlif, ləm, mim” kimi, 
Həmzə əz-Zəyyat da, Bəqərə surəsinin ikinci ayəsindəki “lə raybə” 
ifadısini “lə zeytə” şəklində oxumuşdur. Məhz buna görə də Quranı 
bu cür yanlış oxunuşlardan qorumaq lazım idi. Bunun da yolu bir 
an öncə Quranın hərəkələnməsindən və nöqtələnməsindən keçirdi.
88  Bəqərə, 2/137
89   Məhəmməd Həmidullah, “Kuran-i Kerim Ders Notları”, s. 30


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə