122
Soyuq, bataqlıq, ağır gilli torpaqlarda da becərilə bilir. Hektardan
600-700 sen. quru ot məhsulu isə strukturlu münbit torpaqlarda
(pH 6-6,8) əldə edilir. Hibrid üçyarpaq 50 gün su örtüyü altında
qala bilər. Su örtüyünə ən çox ikinci ili dözür, üçüncü il
dözümlülüyü aşağı düşür.
Bu bitki yazlıq bitkidir. Səpildiyi il çiçəkləyir və əlverişli şə-
rait olduqda toxum da verir. Örtüksüz səpinlərdə tam çıxışların
alınmasından çiçəkləməyə qədər 55-65 gün, örtüklü səpinlərdə
isə 75-90 gün vaxt keçir. Hibrid üçyarpağın becərilmə aqrotexni-
kası çəmən üçyarpağından fərqlənmir. Hektara səpin norması 4-5
kq-dır (4-5 milyon cücərmə qabiliyyətli toxum).
İkinci ilin yazında hibrid üçyarpaq çəmən üçyarpağından bir
neçə gün tez böyüməyə başlayır. Adətən iyun ayının I-II
ongünlüyündə qönçələməyə başlayır. İyunun ikinci yarısında isə
çiçəkləyir. Toxumları avqustun I-II ongünlüyündə yetişir. Onun
toxumları çəmən üçyarpağına nisbətən 10-25 gün tez yetişir. Yaz
böyüməsindən çiçəkləməyə qədər 80-85, tam yetişməyə qədər
100-110 gün keçir. Hibrid üçyarpaq birinci ili yüksək toxum
məhsulu verir. İkinci, üçüncü il toxum məhsuldarlığı 3-6 dəfə
azalır. Toxumluq sahələr eyni vaxtda yetişir. Əgər toxum birbaşa
kombaynla yığılacaqsa biçindən qabaq paxlaların 70-80 %-i qo-
nurlaşanda desikasiya aparılır. Əgər desikasiya aparmaq mümkün
deyilsə onda toxum hissə-hissə yığılır.
Sortları. Hibrid üçyarpağın gecyetişən və orta yetişən sortları
vardır. Ən çox yayılan sortlarına misal olaraq
Krasnoufimskiy 4,
Marusinskiy 448, Severodvinskiy 326, Smolenskiy və s.
göstərmək
olar.
4. 4. Xəşəmbül
Əhəmiyyəti. Xəşəmbül vitaminlər və mineral duzlarla zəngin
olan qiymətli yem bitkisidir. Eyni zamanda yaxşı bal verəndir.
Yemlik xassəsinə görə yoncadan geri qalmır. Yaşıl kütləsi
heyvandarlıqda yem, quru ot və senaj üçün istifadə edilir. Çiçək-
ləmənin başlanğıcında xəşəmbülün quru kütləsində təxminən 19%
zülal olur. Xəşəmbül (barınc, ballı yonca) siderat bitki qismində