Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə27/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   61

 
86 
hər  iki  dünyadan  maksimum  yararlanmağa  çalışan  baron  norman
 
Russel
 
də vardı. 
Russel Mixailin  etibarını  qazana bildi,  lakin  ən  çətin və  böh-
ranlı anda yunanları taleyin öhdəsinə buraxdı və öz andını pozaraq 
özünə mülk əldə etmək məqsədilə Anadoluya yollandı. Öz məqsədi-
nə çatmaqda  uğur qazana  biləcəyinə şübhə  etdiyindən kömək  üçün 
Süleyman şaha müraciət etdi. Süleyman şah cavab verməzdən əvvəl 
Məlik  şahla  məsləhətləşdi.  Sultan  cavabı  ləngitmədi,  çünki  o  bu 
əməkdaşlıqdan çox şey əldə edə biləcəyini başa düşürdü. Belə oldu-
ğu halda, Süleyman Bizans ərazisinə xeyirxah bir müttəfiq kimi da-
xil  ola  bilərdi.  Bunu  dəyərləndirən  Süleyman  gücünü  xristianlarla 
birləşdirməyə  həvəslə  razılıq  verdi.  Birləşmiş  qüvvələrlə  imperato-
run  qoşunlarını  Antioxiyada  məğlub  etmək  asan  oldu.  Bizans  qo-
şunlarına başçılıq edən Duka ələ keçirildi, daha sonra Nikomediya-
da Russel onu imperator elan etdi. 
Səlcuqlar tezliklə Russeli ələ keçirdilər, lakin vədlərini pozraq 
onu imperatora təslim etmədilər. İmperator böyük məbləğ ödəməklə 
onu xilas etdi. Russeli alan bizanslılar onu bir müddət əsir saxladılar. 
Lakin 1078-ci ildə taxtda 2 namizədin olması imperatoru məcbur et-
di  ki,  ətrafına  bacarıqlı  insanları  toplasın.  Bu  səbəbdən  də,  qanuni 
imperatoru dəstəkləmək şərti ilə Russel azadlığa buraxıldı. 
Taxta namizədliklərini irəli sürənlərdən birincisi Nikifor oldu. 
O,  Adrinopola  çatandan  sonra  özünü  imperator  elan  etdi,  sonra 
Konstantinopola yürüşə başladı. Digər namizəd isə qiyamçı Nikifor 
Virienney  idi.  O,  Malazgird  döyüşündən  sonra  qaçqın  yunanlardan 
ordu yığaraq Kiçik Asiyada fəaliyyət göstərirdi. Lakin onun ordusu 
sayca  az  olduğundan  dəstək  qazanmadı.  Bu  səbəbdən  də,  kömək 
üçün  Süleymana  müraciət  etdi.  Daha  bir  xristiana  köməyə  razılıq 
verən Səlcuq hökmdarı onsuz da qarışıq vəziyyəti bir az da qəlizləş-
dirdi. Vəziyyət elə gətirdi ki, qiyamçı  yunan orduları imperiya əra-
zisinə hücum edərkən Səlcuqlar da eyni vaxtda Bizans ərazisinə hü-
cum  etdilər.  Əvvəlcə  Kizik  (Kuzuk),  daha  sonra  namizədin  impe-
rator  elan  edildiyi Nikeya  ələ keçirildi.  Ardınca  hər  iki  ordu  Niko-
mediyaya  daxil  olub  Xalkedon  istiqamətinə  irəlilədilər  ki,  buradan 


 
87 
Mərmərə  dənizinin  Asiya  sahillərində  yerləşən  Xrizapola  (indiki 
Kadikoy)  getmək  daha  asan  idi.  Orada  qüvvələr  iki  yerə  bölündü, 
taxtı ələ keçirərək tam hakimiyyətə sahib olmaq istəyən yunanlıların 
başçısı  su  yolu  ilə  Konstantinopol  istiqamətində  hərəkət  etdi.  Səl-
cuqlar isə Asiya sahillərində qərar tutdular ki, buradan xristian dün-
yasının ürəyi-Konstantinopolu görmək mümkün idi. 
1098-ci  ildə  Nikifor  Virienneyin  hakimiyyətə  gəlişi  Kiçik 
Asiyada  yunanların  yeni  üsyanlarına  səbəb  oldu.  Üsyana  Nikifor 
Melissenli başçılıq edirdi. Bölgənin xristian qiyamçılarına xas olan 
adət  üzrə  o,  kömək  üçün  Süleymana  müraciət  etdi.  Səlcuqlar  yenə 
də köməkdən imtina etmədilər və  yenidən xristian-müsəlman ordu-
ları çiyin-çiyinə Vifin ərazisinə daxil oldular. Bizansın bu bölgəsin-
də  olan  əsgərlər  əsasən  türklərdən  təşkil  olunmuşdu.  Onlar  Səl-
cuqları özlərinin qan qohumu hesab edərək təslim oldular. Nəticədə 
Melissenin  hərbi  qüvvələrinin  sayı  o  dərəcədə  azaldı  ki,  hətta 
Konstantinopola  yürüş  etmək  fikrindən  daşınaraq  Vifin  ərazisində 
yerləşməyə qərar verdi və öz müttəfiqindən həmin ərazidən qoşun-
larını  çəkməyi  xahiş  etdi.  Lakin  bu  dəfə  Süleyman  yunanlının  xa-
hişini yerinə yetirməkdən imtina etdi. Yunanlı hərbçinin müqavimət 
göstərmək  iqtidarında  olmadığını  müəyyən  edən  Süleyman 
yaranmış  vəziyyətdən  yararlanaraq  bir  sıra  torpaqları  (məsələn, 
Zidiya  və  Toniyanı)
 
ələ  keçirdi.  Anadoluda  Səlcuqların  ilk  əmir-
liyinin  əsası  qoyuldu.  Nikeya  Bizansın  möhkəmləndirilmiş  dayaq 
nöqtəsi olduğundan şəhəri mühasirədə saxlamaq türklər üçün çətin 
idi. Dəfələrlə  əldən ələ  keçən  şəhər, nəhayət  1078-ci  ildə səlcuqlar 
tərəfindən zəbt edildi. 
1078-ci ildə Nikeya paytaxt elan edildi və Süleyman sultan 
titulunu  qəbul  etdi.  Nikeyanın  paytaxt  seçilməsi  şəhərin  coğrafi 
mövqeyindən irəli gəlirdi. Konstantinopoldan Qüdsə gedən yolların 
üzərində  yerləşən  Nikeyadan  həm  Kiçik  Asiyanı,  həm  də  Suriyanı 
eyni vaxtda nəzarətdə saxlamaq mümkün idi. 
Süleyman sultan mövcud vəziyyəti dəyərləndirərək ilk növbə-
də əhəmiyyətli şəhərlərin yerləşdiyi əraziləri öz nəzarətində saxladı. 
Hellesponta  qədər  olan  böyük  ərazilər,  o  cümlədən  əksəriyyəti  Ki-


 
88 
çik  Asiyada  olan  və  Hələb  əmirinin  tabeliyindəki  cənub-şərq  tor-
paqları Səlcuqların əlinə keçdi. 
Kiçik  Asiya  əhalisi  içərisində  həyəcan  başladı.  Həyəcanlara 
Səlcuqların  nəzarətinə  keçən  ərazilərdən  kənarda  sığınacaq  axtaran 
qorxmuş  xristianlar  və  ermənilər  də  qoşuldular.  Bu  hadisə  xristian 
dünyasında böyük əks-yaratdı. 
1081-ci  ildə  Konstantinopolda  taxta  Aleksey  çıxdı.  O,  pay-
taxtda və qərb əyalətlərində vəziyyəti nizama salmağa 5 il vaxt sərf 
etdi. Nəhayət, Asiyadakı itirilmiş torpaqları geri qaytarmaq məqsə-
dilə  Mərmərə  dənizinə  keçərək  Süleyman  sultana  müharibə  elan 
etdi. Köçərilərin adəti üzrə geri çəkilən Səlcuqlar taxıla od vurdular. 
Aclıqdan  xilas  olmaq  üçün  Aleksey  Konyaya,  yoxsa  Tilomeliyaya 
(Ağşehir)  hücum  edəcəyini  götür-qoy  etdi.  İmperatorun  nəql  et-
diynə  görə,  məsələnin  həlli üçün  hər  iki  şəhərin  adını  ayrı-ayrı və-
rəqlərə yazıb bütün gecəni dua etməklə keçirdi, səhəri gün dindarla-
rın iştirakı ilə vərəqlərdən birini seçdi. Seçilən şəhər Tilomeliya ol-
du. İmperator Tilomeliyaya qoşun çıxardı və rəqibini döyüşə girmə-
yə  məcbur  etdi.  Süleymanın  bizanslılarla  mübarizəsi  uzun  çəkdi. 
Mübarizənin  gedişində  imperatorun  oğlu  Andronik  həlak  olsa  da, 
Süleyman Nikomediyanı bizanslılara güzəştə getməli oldu. 
Süleyman sultan 1086-cü ildə ailəsini Nikeyada qoyaraq An-
tioxiyaya yollandı. Şəhəri Tilaret adlı erməni idarə edirdi. Süleyma-
nın qoşunları şəhərin yaxınlığında düşərgə saldı və şəhəri mühasirə-
də saxladı. Mühasirənin yarılmasının təfərrüatı dəqiq məlum olmasa 
da,  şayələrdən  anlaşılır  ki,  Tilaret,  ya  da  oğlu  xəyanət  edərək  Səl-
cuqların  gizlicə  şəhərə  daxil  olmalarına  kömək  etmişdi.  Antioxun 
təslimindən sonra Süleyman sultan böyük səlcuqlardan asılı olmadı-
ğını  elan  etdi.  Bu  bəyanat  Suriya  knyazlarını  narahat  etdi.  Onlar 
koalisiyada birləşərək Süleymanı döyüşə çağırdılar. Sultan bu çağı-
rışa Hələbə yürüşlə cavab verdi. Vahiməyə düşən şəhər hakimi Bö-
yük Səlcuq sultanı Məlik şahın Suriyadakı qardaşı Tutuşdan kömək 
istədi. Tutuş yaranmış vəziyyəti əldən verməyərək şəhərin köməyi-
nə  tələsdi.  Rəqiblər  Hələb-Antiox  yolunda  qarşılaşdılar  və  1086-cı 
ildə döyüş baş verdi. «Süleymanın döyüşçüləri qəfildən ruhdan düş-


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə