Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə16/31
tarix08.01.2018
ölçüsü2,82 Kb.
#19959
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   31

54 
 
müalicədən  istifadə  zamanı  24%  təşkil  etdiyini  nəzərə  alaraq, 
aortanın  laylanmasının  Beynəlxalq  registrin  məlumatları,  proksi-
maı  intramural  hematoma  səbəbi  ilə  aparılan  cərrahi  müdaxilədən 
sonra  nəticənin  yaxşılaşmasına  ümumi  istiqaməti  təsdiq  edir. 
Bundan  əlavə,  sağ  qalmağın  qiymətləndirilməsi  zamanı  bir  qrup 
xəstələrin  tablet  şəklində  β-adrenoblokatorlarla  müalicəsi  zamanı 
daha yaxşı uzun müddətli yaşama müəyyən edilmişdir (yaşama bu 
preparatlarla  müalicə  alan  xəstələrdə  95%,qəbul  etməyən 
xəstələrdə isə 67% təşkil edib). 
β  -  adrenoblokatorlar  aorta  divarında  gərginliyi  və  sistolik 
arterial  təzyiqi  azaltmaqla,  aorta  divarının  hüceyrə  xarici 
matriksinin tamlığını saxlamaqla proqnozu yaxşılaşdırırlar. 
Uzun  müddətli  proqnoz  yaşlı  xəstələrdə  (55  yaşdan  yuxarı) 
yaxşı  olur.Bu,aorta  divarı  boyunca  mövcud  olan  məhdud  mikro 
çapıqlar  ilə  əlaqədar  ola  bilər  ki,bu  da  hematomanın  boylama 
yayılmasının  məhdudlaşdırılmasına  şərait  yaradır.  Bununla 
əlaqədar olaraq intramural hematomaların xoşxassəli sonluqları 65 
yaşdan yuxarı xəstələrdə müşahidə edilir. 
Aortanın  intramural  hematomalı  sahələrində  xoraya  bənzər 
çıxıntıların  olması  yüksək  riskə  malik  xəstələr  qrupunu  aşkar 
etməyə  kömək  edir.  Nüfuzedici  aterosklerotik  xoralar  media 
qatının  aralanması  və  elastiki  membranın  deşilməsi  ilə  intramural 
piləklərin  eroziyasının  inkişafı  nəticəsində  baş  verir.  Bu  da 
intramural  hematomaların  baş  verməsi  üçün  əsas  yaradır.  Daha 
tez-tez  (90%-dən  yuxarı)  nüfuzedən  aterosklerotik  xoralar  enən 
aortanın  intramural  hematoması  zamanı  meydana  çıxır.  Bunun 
əksi olaraq, qalxan aortada daha çox nüfuz etməyən aterosklerotik 
xoralı  hematomalar  yerləşirlər.  Kliniki  nəzərə  çarpan  nüfuz  edici 
aterosklerotik  xoralar  aşağıdakı  fəsadları  yarada  bilər:  anevriz-
manın  əmələ  gəlməsi,  psevdoanevrizmalar,aortanın  laylanması  və 
qəfləti  cırılması.İntramural  hematomalar  zamanı  xoranın  diametri 
və dərinliyini müəyyən etmək üçün həmin sahənin diqqətlə tədqiqi 
vacibdir.Belə ki,defektin eni 2 sm-dən çox və onun dərinliyi 1 sm-
dən  çox  olması  damardaxili  yaxud  cərrahi  mülicənin  aparılması 
labüddür (cırılma və ölümdən qaçmaq məqsədilə). 


55 
 
Aortanın  laylanan  anevrizmasının  diaqnostikası  kliniki 
məlumatlara  əsasən  ilkin  diaqnozun  qoyulması  ilə  başlayır.Hal-
hazırda  instrumental  diaqnostik  metodlara  aortaqrafiya,kontrast 
KT,  MRT, transtorakal  yaxud transezofageal ExoKQ-ı aid edirlər. 
Birincisi,  instrumental  diaqnostikanın  vacib  xüsusiyyəti  –  sadala-
nan  tədqiqat  metodlarının  istənilən  birisindən  istifadə  etməklə 
aortanın laylanan anevrizması diaqnozunun təsdiqi yaxud istisnası 
üçün  vacibdir.İkincisi,diaqnostik  tədqiqat  gərək  dəqiq  göstərsin- 
laylanma  sahəsinə  qalxan  aorta  cəlb  edilmişdir  ya  yox,yaxud 
laylanma  enən  aorta  və  aorta  qövsü  səviyyəsində  yerləşir. 
Üçüncüsü,tədqiqatın  gedişində  laylanan  anevrizmanın  anatomik 
xüsusiyyətini  müəyyənləşdirmək  lazımdır.  Yəni,  giriş  və  geriyə 
çıxışın  yeri,  uzunluğu,  yalançı  mənfəzdə  trombun  olması,  aorta 
şaxələrinin  laylanma  sahəsinə  cəlb  olunması,  perikardda  mayenin 
olub-olmaması  və  tac  damarların  cəlb  olunması,dərəcəsinin  təyin 
edilməsi.  Yalnız  bir  üsulun  istifadəsi,  təəssüf  ki,bütün  lazım  olan 
məlumatları əldə etməyə imkan vermir. 
Laboratoriya  müayinələrinin  nəticələrinə  əsasən  müəyyən 
olunmuşdur  ki,  xəstələrin  üçdə  ikisində  yüngül  yaxud  mötədil 
leykositoz  baş  verir,  qanaxma  yaxud  qanın  yalançı  mənfəzə 
toplanmasından anemiya müşahidə olunur. 
Xüsusilə,  aortanın  kəskin  laylanan  anevrizması  üçün  xarak-
terik  olan,  ağciyər  arteriyasının  trombemboliyası  üçün  tipik  olan 
səviyyəyə  çatan  qanda  D-dimerin  nəzərə  çarpan  artması  müm-
kündür.  Aortanın  laylanan  aortası  medianın  saya  əzələ  hüceyrə-
lərini  güclü  surətdə  zədələyir,  nəticədə  qan  cərəyanına  saya 
miositlərinin  struktur  zülallarının,  miozinin  ağır  zəncirinin  daxil 
olmasına gətirib çıxarır. Daha tez-tez rast gəlinən EKQ-ya əlaməti 
–  sol  mədəciyin  hipertrofiyasıdır  (arterial  hipertenziyanın  nəticəsi 
olaraq).  EKQ-da  kəskin  dəyişikliklər  xəstələrin  55%-də  baş  verir 
və  ST  seqmentinin  depressiyası,  T  -  dişciyinin  dəyişməsi,  bəzi 
hallarda  isə  ST-seqmentinin  elevasiyası  ilə  özünü  göstərir. 
Miokard  infarktı  xəstələrin  1-2%-də  baş  verir,buna  səbəb 
hematoma  yaxud  intimanın  dilimi  ilə  tac  arteriyaların  mənfəzinin 
keçiriciliyinin pozulmasıdır. 


56 
 
Qəbul  şöbəsində  döşdə  kəskin  ağrılar  olan  xəstənin  əsas 
müayinələrindən  biri-döş  qəfəsinin  rentgenoqrafiyasıdır.  Aortanın 
laylanan  anevrizması  olan  xəstələrin  56%-də  döş  qəfəsinin  adi 
rentgenoqrafiyasında  aortanın  patoloji  dəyişikliyi  aşkar  edilir. 
Aortanın  laylanmasına  şübhələnməyə  imkan  verən  klassik  rentge-
noqrafiya  əlaməti  –  divararalığının  kölgəsinin  genişlənməsidir. 
Həmçinin  digər  əlamətlərin  də  meydana  çıxması  baş  verə  bilir: 
aorta  konfiqurasiyasının  dəyişməsi,  aorta  qövsündə  məhdud  don-
qara  bənzər  qabarma,sol  körpücükaltı  arteriyanın  aralanan  yerin-
dən  distal  səviyyədə  aorta  soğanağının  genişlənməsi,  aorta 
divarının  qalınlaşması  (aorta  kölgəsinin  eninə  əsasən  qiymətlən-
dirilir),  intimanın  adi  kalsifikasiyasına  müvafiq  gəlməməsi,  həm-
çinin  aorta  soğanağında  kalsifikasiya  nahiyəsinin  yerdəyişməsi 
kimi hallar yaranır.A tipli laylanan anevrizma zamanı transtorakal 
ExoKQ-nin  həssaslığı  60%,spesifiklik  isə  83%  təşkil  edir.  Bu 
metod  həmçinin  aortal  çatışmazlıq,  plevra  və  perikarda  mayenin 
toplanması,ürək tamponadasını da aşkar etməyə imkan verir. 
Randomizə  olunan  tədqiqatların  yekununa  əsasən  ürəyin 
MRT-ı  ExoKQ-ya  və  KT-ı  ilə  müqayisədə  daha  dəqiq  metoddur 
(spesifikliyi  100%-dir).  Laylanan  anevrizmanın  diaqnostikasında 
aortaqrafiya  üsulundan  istifadə  olunmur,  belə  ki,bu  üsulun 
spesifikliyi  və  həssaslığı  daha  az  invaziv  metodlarla  müqayisədə 
aşağıdır.  Aortaqrafiya-invaziv  müdaxilə  olub,nəticələri  cərrahın 
təcrübəsindən  asılı  olur.O,aortanın  intramural  hematomalarını 
aşkar  etməyə  imkan  verir,  trefrotoksiki  kontrast  maddələrin 
tətbiqini  tələb  edir.  A  tipli  laylanan  anevrizma  zamanı 
koronaroqrafiya bütövlükdə əks göstərişdir. 
Aortanın kəskin laylanan anevrizması güman edilən xəstələri 
intensiv terapiya şöbəsinə yerləşdirmək lazımdır. Ağrını götürmək 
və AT-i arzu olunan səviyyəyə endirmək üçün (sistolik təzyiq 110 
mm.c.süt.)  morfi  və  vena  daxilinə  β  -  adrenoblokatorlardan 
istifadə  yüngül  arterial  hipertenziyanı  aradan  götürmək  üçün 
kifayət  edir,  ancaq,  natrium-nitroprussid  ilə  birgə  təyin  etdikdə 
(ilkin  dozası  hər  kq  çəkiyə  0,3  mkq  olmaq  şərtilə),  hətta  ağır 
arterial hipertenziyaya təsiredici olur. 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə