Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   67

65 
 
Müasir  elmi-texniki  tərəqqi və  texnologiyanın 
inkişafı insanların təbii sərvətlərdən istifadə imkanını 
daha da artırır. Qədim zamanlarda insanlar yalnız  18 
elementdən  istifadə  edirdilər.  XYII  əsrdə  istifadə 
olunan  elementlərin  sayı  25,  XYIII  əsrdə  29,  XIX 
əsrdə 47, XX əsrin əvvəllərində 54-ə bərabər olmuş-
dur. Hazırda dövri sistemə daxil olan 107 elementin 
90-nından, o cümlədən 11 nadir elementdən, istifadə 
olunur.  Atom  sənayesinin,  elektronikanın,  uçan  apa-
ratların,  hesablayıcı  maşınların,  kimya  cihazları  tex-
nikasının və sənayenin bir sıra yeni sahələrinin inki-
şafı  nadir  və  nəcib  elementlərin  istifadə  sahəsini 
xeyli  genişləndirir.  Radioaktiv  metallar  da  daxil 
olmaqla  bu  elementlər  unikal  fiziki  və  kimyəvi  xü-
susiyyətlərə  malik  olduqlarından  əvəzsiz  mineral 
xammal  hesab  edilir.  Lakin  onları  əlavə  olaraq 
kompleks istismar zamanı əldə edirlər. 
A.B.Fermanın  fikrincə  (1926)  bəşəriyyət  mi-
neral sərvətləri mənimsədiyi vaxtdan bəri 50 milyard 
ton  kömür,  80  mln.  t.  mis,  sink,  qurğuşun  və  1373 
min ton qızıl çıxarılmışdır. Son 500 ildə insan cəmiy-
yəti  50  mlrd  ton  kömür,  2  mlrd.  ton  dəmir,  80  mln. 
ton mis çıxarmışdır. (Çernixova E.Y., 1978). 
Başqa  müəlliflərin  hesablamalarına  görə  son 
yüz  ildə  130  mlrd.  ton  daş  kömürdən  istifadə  edil-
mişdir. 
Neft ixrac edən ölkələrin, ―OPEK‖ təşkilatının 
verdiyi  məlumata görə hazırda dünyada neft ehtiyatı 
103,2 mlrd. ton hesab edilir.  


66 
 
Dünya neft ehtiyatının 50-55%-i Ərəbistan ya-
rımadasındadır. Neft və başqa yanacaq ehtiyatlarının 
miqdarı hələlik sabit deyildir, çünki yeni-yeni ehtiyat 
mənbələri  tapılır.  Məsələn,  ABŞ-da,  Afrikada,  Ru-
siyada  (Şərqi  Sibir)  və  digər  ölkələrdə  yeni  neft 
yataqları  tapılmışdır.  Bununla  belə  kəşf  olunmuş 
yeni neft yataqları insan cəmiyyətini yalnız 50-60 il 
təmin  edə  bilər.  Proqnoza görə  dünyada  qaz  ehtiyatı 
110  trilyon  m
3
-dir.  Bunun  da  əsas  hissəsi  Rusiyada, 
Türkmənistanda,  ABŞ  və  İrandadır.  ABŞ-ın  daş 
kömür ehtiyatı onu 650 il təmin edə bilər. Rusiyada 
isə kömür ehtiyatı 1000 il bəsdir. 
Qeyd etmək lazımdır ki, təbii sərvətlərin təsər-
rüfatsızlıqla  istifadə  edilməsinə  qəti  yol  verilmə-
məlidir.  Təssüf  ki,  belə  hallar  hələlik  vardır.  Bəzən 
mədənlərdə  qazıntıların  icərisində  olan  yalnız  bir 
mineraldan  istifadə  edilir,  qalanı  isə  texnoloji 
proseslərin təkmilləşməsi səbəbindən tullanılır. 
Neftin alınma əmsalının aşağı olması, daş kö-
mür istehsalında xeyli kömür itkisi (nəqliyyatla daşı-
mada, şaxtada və s.) qurğuşun, sink istehsalında mil-
yon  tonlarla  tullantı,  benzin  və  gübrələrin  daşınma-
sında,  istifadəsində  olan  itki  və  digər  hallar  təsərrü-
fatsızlığın, habelə texnoloji proseslərin təkmilləşmə-
məsinin əlamətləridir.  
Metallurgiya  sənaye  əhəmiyyətli  təbii  resurs-
ların  ümumi  iqtisadi  əsaslandırılması.  Təbiətdə 
mövcud olan resurslar insan cəmiyətinin istifadə edə 
biləcəyi  və  ondan  artıq  resurslardan  ibarət  olub,  sə-


67 
 
naye  sahələrinin  inkişafında  cox  mühüm  əhəmiyyət 
kəsb edir. Təbiətdə metallurgiya əhəmiyyətli təbii re-
surslar  geniş  miqyasda  yayılmaqla,  zəngin  potensial 
imkanlara malikdir. Dünyanın bütün ərazilərində me-
tallurgiya  sənaye  əhəmiyyətli  resursların  istehsal 
dövriyyəsinə cəlb olunması, istehsal sahələrinin inki-
şafında xüsusi rol oynayan istehsal vasitələrinin inki-
şafına zəmin yaratmışdır. Yer kürəsində metallurgiya 
sənaye əhəmiyyətli resurslar yalnız quruda deyil, ey-
ni zamanda dünya okeanlarında və dənizlərində geniş 
şəkildə  yayılmışdır.  Yer  qabığının  müxtəlif  inkişaf 
mərhələləri ilə əlaqəli olaraq metallurgiya əhəmiyyətli 
filiz  və  qeyri    filiz  sərvətləri  əsasən  qədim  kristallik 
bünövrəyə  malik  olan  dağlıq  ərazilərdə  inkişaf  et-
mişdir. Bu cür ərazilərə Amerika kontinentində "Ap-
palac", "And-Kordilyer", "Kanada yaylası", Avropada 
"Penin  dağları",  "Ural",  və  s.  misal  göstərmək  olar. 
Ümumilikdə  metallurgiya  əhəmiyyətli  resursların 
inkişafına  görə  dünyada  doqquz  əsas  dağ-mədən 
sənaye  rayonu  müəyyən  olunmuşdur:  1) ABŞ,  Kana-
da,  Meksika;  2)  Latın  Amerikası;  3)Xarici  Avropa; 
4)MDB ölkələri; 5) Çin; 6) Şimali Afrika və Cənubi-
Qərbi Asiya; 7) Şimali Afrika; 8) CAR; 9) Avstraliya. 
 Metallurgiya  əhəmiyyətli  təbii  ehtiyatlarla 
zəngin olmaqla tərkibinə görə bir birindən fərqlənən 
qara  metallurgiya  əhəmiyyətli  təbii  resurslar,  əlvan 
metallurgiya  əhəmiyyətli  təbii  resurslardan  ibarətdir. 
Müasir  şəraitdə  yerin  təkindən  hasil  edilən  25  mü-
hüm  sərvət  növləri  qeydə  alınmışdır  ki,  onlardan 


68 
 
dəmir,  manqan,  xrom,  volfran,  nikel,  molibden,  va-
nadium,  kobalt,  mis,  sink,  qurğuşun,  qalay,  civə, 
boksit,  maqnezium  və  s.  sənaye  üçün  əsas  xammal 
hesab edilir. 
Aparılan təhlillərdən aydın olur ki, iqtisadiyya-
tın    və  təbiətin  qarşılıqlı  əlaqəsi  nəticəsində  istehsal 
üçün  əlverişli  şərait  yaranır.  İstehsalın  bu  sahəsi 
bilavasitə  elmi-texniki  tərəqqi  (ETT)  ilə  bağlı  olub, 
istehsalın  texnoloji  inkişafına  şərait  yaradır.  İsteh-
salın təşkili prosesində təkrar xammal, materiallar ilə 
yanaşı, iqtisadi qiymətləndirmədə onlara sərf olunan 
texniki, iqtisadi, mühafizə və maliyyə xərcləri nəzərə 
alınır. Bu cür yanaşma xammallardan alınan əmtəəlik 
və  hazır  məhsulların  həcmini,  iqtisadi  əhəmiyyətini 
müəyyən  etmək  üçün  əlverişli  şərait  yaradır.  Metal-
lurgiya əhəmiyyətli sənaye sahələrinin təşkili faydalı 
qazıntıların hasilatı və emalı zamanı bir sıra iqtisadi 
amillərlə  yanaşı  ekoloji  tarazlığın  saxlanılmasını 
tələb edir. Təcrübə göstərir ki, faydalı filiz və qeyri-
filiz  təbii  sərvətlərinin  çıxarılması  zamanı  mühitin 
ekoloji  cəhətdən  qorunması  digər  istehsal  xarakterli 
resursların  istifadəsinə  şərait  yaratmış  olur.  Müasir 
metallurgiya üçün xarakterik cəhət təbii resurslardan 
istifadə zamanı istehsal sahələrinin xammal bazasına 
yaxın  yerləşdirilməsi  iqtisadi  səmərəliliyin  əsas 
göstəricilərindən biri sayılır. Metallurgiyanın inkişafı 
digər  sənaye  sahələrinin  inkişafı  üçün  lazım  olan 
istehsal  vasitələrini  və  müxtəlif  avadanlıqların  isteh-
salını  həyata  keçirir.  Təbii  resurslardan  istifadə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə