Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   64

 
30 
proqramlaĢdırılması,  digərində  isə  onun  qrammatik-sintaktik  təĢkili 
mexanizmi pozulur.  
Efferent  motor  afaziya  nitqdə  ayrı-ayrı  sözlər  saxlanılmaqla 
ifadənin  qrammatik  quruluĢunun  pozulması  və  bundan  baĢqa  onun 
motor  sxeminin  pozulması  ilə  xarakterizə  olunur;  bu  zaman  xəstələr 
ayrı-ayrı səsləri tələffüz edə bildikləri halda, onları müəyyən ardıcıllıqla 
birləĢdirə bilmirlər. Beləliklə, burada nitqin yaranma ardıcıllığı pozulur. 
Afferent  motor  afaziya  nitq  artikulyasiyasının  aydınlıq 
dərəcəsinin pozulmasından ibarətdir. Xəstə ona lazım olan müvafiq səsi 
tapa bilmir və daim yaxın artikulyasıyası olan səsə istinad edir. Burada 
səsləri seçmək hissəsi pozulmuĢ olur.  
Semantik  afaziya  sözləri  tapmaqdakı  çətinliklərdə  və  sözlər 
arasındakı semantik (məntiqi-qrammatik) əlaqənin pozulmasında özünü 
göstərir.  Məsələn,  xəstə,  «ata»  və  «qardaĢ»  sözlərini  anladığı  halda, 
«atanın  qardaĢı»  ifadəsinin  nədən  ibarət  olduğunu  anlaya  bilmir.  Bu 
kimi  hallarda  sözlərin  semantik  sistemliliyinin, sözləri  mənalarına  görə 
seçmənin pozulması müĢahidə edilir.  
Senzor  afoziya  hər  Ģeydən  əvvəl,  nitqin  qavranılması  zamanı 
birinci  növbədə  fonematik  eĢitmənin  pozulmasında,  daha  doğrusu, 
sözün səs tərkibi və mənası arasındakı qarĢılıqlı əlaqənin pozulmasında 
özünü göstərir. Bu cür afaziya zamanı sözlərin səs təhlili pozulmuĢ olur. 
Göstərmək  lazımdır  ki,  nitq  fəaliyyətinin  bir  neçə  növü  vardır.  Bunlar 
arasında  ən  əsas  nitq  növləri  bunlardır:  monoloji  və dialoji  nitq,  daxili 
nitq, yazılı nitq.  
Monoloji  nitq  –  nitqin  nisbətən  daha  geniĢ  növüdür.  Monoloji 
nitq  bir  Ģəxsin  öz  fikir  və  mülahizələrini  müntəzəm  və  ardıcıl  Ģərh 
etməsidir.  Bu  nitq  fəal  sərbəst  nitq  növüdür.  Monoloji  nitqi  həyata 
keçirtmək  üçün  danıĢan  adam  adətən  hər  hansı  bir  məzmununa  malik 
olmalı və buna əsasən öz ifadələrini sərbəst qurmağı bilməlidir.  
Monoloq – fasiləsiz, əlaqəli, ardıcıl və məntiqi olur. Bu cür nitqin 
rəvan olması üçün danıĢan Ģəxs deyəcəyi fikri aydın dərk etməli, zəngin 
lüğət ehtiyatına malik olmalı, nitqin emosionallıq xüsusiyyətlərinə, dilin 
qanunauyğunluqlarına  yiyələnməlidir.  Dialoji  nitq  iki  və  artıq  Ģəxsin 
ünsiyyət prosesidir. Nitqin bu növünün bir neçə xüsusiyyəti vardır:  
1.Dialoji  nitq  bilavasitə  reaksiya  tələb  edir.  yəni,  münasib 
deyilənlərə öz münasibətini bildirir. Bu cəhət danıĢanın öz fikrini ifadə 
etmək istiqamətinə təsir edib onu müəyyən səmtə yönəldir.  
2.Dialoq 
danıĢan  Ģəxslərin  emosional-ekspressiv  rabitəsi 
Ģəraitində baĢ verir. 


 
31 
3.Dialoq müəyyən Ģəraitlə və ya obyektlə bağlı olur. bu mənada o, 
situativ səciyyə daĢıyır. Söhbət obyekti dəyiĢən kimi dialoqun istiqaməti 
dəyiĢir.  Dialoq  zamanı  köməkçi  vasitələrdən  daha  çox  istifadə  olunur. 
Məsələn, səsin ahəngi, mimika, pantomimik, jest və s.  
Daxili nitq (eqosentrik nitq) nitq fəaliyyətinin xüsusi növüdür. O, 
praktik  və  nəzəri  fəaliyyətin  planlaĢdırma  fazası  kimi  və  ya  planın  bir 
sıra  xüsusi  mürəkkəb  nəzəri  fəaliyyət  növlərində  həyata  keçirilməsi 
fazası  kimi  çıxıĢ  edir.  Bu  mənada  bu  nitq  insanın  özünə  yönəlmiĢ 
nitqdir.  Onun  köməyi  ilə  insan  özünün  praktik  fəaliyyətini  tənzimləyir 
və ona nəzarət edir. Eqosentrik xarici nitqdən nəsə edir və onun qismən 
interiorizasiya olunmuĢ (daxilə yönəlmiĢ) məhsulu kimi özünü göstərir. 
Daxili nitq üçün qırıqlıq, fraqmentlik xarakterikdir.  
Artikulyasiya üzvlərinin (dodaqların, dilin və s.) hərəkətini qeydə 
almaqla  daxili  nitqi  tədqiq  etmək  mümkündür.  Deməli,  daxili 
(eqosentrik)  nitq  bir  növ  xarici  nitqdən  daxili  nitqə  keçid  mərhələsidir. 
Yazılı  nitq  monoloji  nitqin  bir  növü  kimi  özünü  göstərir.  Monoloji 
nitqin  bütün  xüsusiyyətləri  ona  da  xasdır,  lakin  onda  bu  xüsusiyyətlər 
daha  çox  nəzərə  çarpır.  ġifahi  monoloji  nitqə  nisbətən  yazılı  nitq  daha 
müfəssəldir. Bu ondan irəli gəlir ki, yazılı nitqdə həmsöhbətlə əks əlaqə 
mövcud olmur.  
Yazılı  nitqin  ən  mühüm  cəhəti  onun  daha  çox ixtiyari  nitq  növü 
olmasıdır.  Yazılı  nitq  mətnlərin  köməyi  ilə  aparılan  verbal  nitqdir. 
Yazılı  nitq  Ģifahi  nitqdən  təkcə  qrafik  olması  ilə  deyil,  həm  də 
özünəməxsus qrammatik və stilistlik xüsusiyyətlərinə görə də fərqlənir.          
 


 
32 
ALALİYA 
 
UĢaqlarda  nitqin  inkiĢafdan  geri  qalmasının  ağır  hallarından  biri 
də  alaliyadır.  Alaliya  erkən  uĢaqlıq  çağlarında  nitqin  inkiĢafdan  geri 
qalmasıdır. Alaliya (a- latınca inkar deməkdir və lalio –nitq, danıĢmaq, 
nitqin  olmaması  kimi  tərcümə  olunur).  Mərkəzi  sinir  sisteminin 
zədələnməsi  nəticəsində  yaranır.  Bir  çox  hallarda  alaliyanın  yaranma 
səbəbi  doğuĢ  zədələri,  həmçinin  1,5  yaĢına  qədər  uĢaqlarda  baĢ  beyin 
qabığının  nitq  sahələrinin  zədələnməsinə  gətirib  çıxaran  baĢ  beynin 
zədələnməsi  xəstəliyi  ola  bilər.  Nitq  mərkəzlərinin  zədələnməsindən 
asılı olaraq nitqin inkiĢaf etməməsi baĢqasının nitqinin baĢa düĢülməsi 
ilə xarakterizə olunan motor alaliya və nitqin qavranılmasının pozulması 
ilə səciyyələnən sensor alaliyaya ayrılır.  
Alaliya  bütün  nitq  komponentlərinin,  yəni  fonetik  –fonematik, 
leksik, qrammatik quruluĢu pozulan nitqin sistemli geriliyidir.  
Alaliyalı  uĢaqlarda  nitq  tamamilə  inkiĢaf  etmir,  yaxud  kobud 
pozuntularla inkiĢaf edir. Sensor alaliyada uĢaqlar baĢqasının nitqini pis 
baĢa  düĢür,  qavramırlar,  özü  də  nitqdəki  səsləri  ayırd  edə  bilmirlər, 
insan nə isə deyir, lakin nə deyildiyini baĢa düĢmürlər. Biz bilmədiyimiz 
xarici  dildə  eĢitdiyimiz  danıĢığı  baĢa  düĢə  bilmədiyimiz  kimi.  Motor 
alaliya  zamanı  uĢaq  dili  qavraya  bilmir  (onun  səsləri,  sözləri, 
qrammatikasını).  Motor  və  sensor  alaliyanın  əlamətləri  uzlaĢan  nitq 
qüsuruna sensor-motor alaliya deyilir.  
Loqopedik  iĢ  ondan  ibarətdir  ki,  alaliyalı  uĢağı  qrammatik 
qaydaların,  yazı,  oxu  qaydalarına  yiyələnməyi  deyil,  nitq  fəaliyyətinin 
pozulmuĢ kanalların əvəzinə, mövcud olanları iĢlətməli və ikiqat, üçqat 
artıq yükü icra etməkdir. Bunun üçün nitqdən əvvəlki vərdiĢlərə tez-tez 
müraciət  etmək  lazımdır.  Bu  əsasən  jestlər,  ritmik  hərəkətlər,  rəsm 
çəkmə, müxtəlif səslərə bənzətmələrdir. Belə uĢaqlarda selikaxma olur. 
Ġflic zamanı müxtəlif əzələlər bu və ya digər dərəcədə zədələnir. Dodaq 
və dil hərəkətlərində əziyyət çəkirlər. UĢağın nitq inkiĢafı 2-4, bəzən isə 
5 yaĢına qədər inkiĢaf etmir. Sonrakı dövrdə onların lüğət ehtiyatı artır 
və  normal  səviyyəyə  çatır.  Nitqin  bu  cür  ağır  pozulması  onun  ümumi 
inkiĢafına  da  təsir  göstərir.  Onlar  utancaq,  az  ünsiyyətli,  qətiyyətsiz, 
passiv olur. Tələffüzdə dönüĢ yaransa da uĢağın sonrakı dövründə, yenə 
də  gerilik  hiss  olunur,  nəinki  səs  tələffüzündə  deformasiya  olur,  hətta 
nitqin səs komponentlərində də özünü büruzə verir: tempində, ritmində, 
informasiyasında.  Artikulyasiyanın  pozulması  hansı  qrup  əzələlər  daha 
çox zədələnməsindən asılıdır. Bu cür xəstələrlə uzunmüddətli loqopedik 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə