Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   64

 
80 
iradədən  asılıdır.  Buna  nail  olmaq  üçün  iradənin  məĢq  edilməsi 
lazımdır.  
Tənəffüs üzərində nitq prosesində bir nəfəsvermədə əvvəlcə qısa 
cümlələrin  tələffüzü,  sonra  tədricən  sözlərin  sayını  artırmaqla 
geniĢləndirilmiĢ  cümlələrin  tələffüzü  zamanı  aparılır.  Uzun  ibarənin 
məntiqi  ibarələrlə  vurğu  iĢarələri  ilə  iĢarələnmiĢ  və  ya  iĢarələnməmiĢ 
hissələrinin  tələffüz  bacarığı  tərbiyə  edildikdən  sonra,  Ģer  və  ya  kiçik 
mətnlərin  oxusuna  keçirilir.  Səs  pozulmaları  çox  vaxt  tənəffüs 
çatıĢmazlıqları  ilə  əlaqədar  baĢ  verir.  Məsələn,  kəkələyən  uĢaqlarda 
nəfəsalma  zamanı  boğultulu  səs,  güclü  nəfəsvermədə  kəskin, 
qulaqbatırıcı  səs,  səs  aparatı  əzələlərinin  gərginliyi  nəticəsində  səsin 
qalınlığı müĢahidə olunur.  
Kəkələyənlərlə  loqopedik  iĢ  ilk  öncə  artikulyasiya  aparatı 
əzələlərinin  sakitləĢdirilməsi,  alt  çənə  və  dil  kökü  əzələlərinin 
gərginliyinin aradan qaldırılması (n səsinin vəziyyətində dili saxlamaq, 
səssiz nu-no-na hecalarını artikulyasiya etmək, alt çənəni asta-asta aĢağı 
salıb,  sonra  yuxarı  qaldırmaq  ne-ni-nı,  nı-no-na-hecalarını  tələffüz 
etmək) ilə aparılır. Bu hərəkətlər avtomatlaĢma qədər təkrar edilir, sonra 
isə  yumĢaq  ilkin  səs,  sait  səslərlə  birgə  onun  fasiləsiz  səslənməsi 
üzərində  iĢ  aparılır.  Bundan  sonra  sonor  sözlərin  saitlərlə  bir  hecada, 
cümlədə iĢlənməsi baĢlanır.  
Kəkələyənlərdə  müstəqil  nitqin  tərbiyəsində  müxtəlif  nitq 
formalarının ardıcıllığı mütləq gözlənilməlidir. Əvvəlcə Ģer mətnlərinin 
əks və birgə oxunması prosesində rəvan ritmik nitq tərbiyə edilir. Sonra 
çətin anlarda loqopedik köməyi ilə müstəqil oxu təklif edilir. Müstəqil 
nitqin tərbiyəsinə digər nitq formalarından fərqli olaraq daha çox diqqət 
ayrılır.  Müstəqil  nitq  hazırlanmıĢ  (gördüklərinin  təsviri,  oxunmuĢ 
materialın nəqli, Ģer söyləmək, dərs haqqında ifadə və s.) və hazırlanmıĢ 
(gözlənilməz  suallara  cavab,  verlmiĢ  mövzuya  dair  hekayə  söyləmək, 
xahiĢlər  və  s.)  olur.  Birinci  forma  kəkələyənlər  üçün  daha  asan 
olduğundan ikincidən əvvəl iĢlədilir.  
Kəkələyən  uĢaqlarla  aparılan  loqopedik  iĢə  aĢağıdakı  tələblər 
verilir.  
1.Loqopedik  məĢğələlər  kəkələyən  uĢaqların  nitq  və  Ģəxsiyyətinə 
korreksiya-pedaqoji təsiri əsas vəzifələrini özündə əks etdirməlidir.  
2.Loqopedik  məĢğələlər  müəyyən  ardıcıllıq,  sistemliliklə  uĢağın 
fərdi  xüsusiyyətlərindən  asılı,  uĢaqların  Ģüurluluq  və  fəallığına  istinad 
edilməklə,  əyani,  texniki  vasitələrdən  istifadə  və  düzgün  nitq  və 
davranıĢ vərdiĢləri tərbiyə etmə mərhələləri ilə aparılmalıdır.  


 
81 
3.Loqopedik məĢğələlərə uĢaqların məktəbəqədər və məktəb yaĢı 
dövründə  təlim  və  tərbiyə  proqramlarının  tələblərinə  cavab  verməsinə 
uyğunlaĢdırılmalıdır.  
4.Müxtəlif  Ģəraitlərdə  kəkələyən  uĢaqların  nitq  və  davranıĢ 
vərdiĢlərinin  tərbiyəsi  üçün  vacib  məĢqlərin  aparılması  nəzərdə 
tutulmalıdır.  Bu  məqsədlə  müxtəlif  loqopedik  məĢğələlər  nitq  inkiĢafı 
üzrə müxtəlif iĢ formaları, didaktik, mütəhərrik, süjetli-rollu və yaradıcı 
oyunlar,  ekskursiyalar,  konsertlər,  səhərciklərdə  iĢtirak  etmə  və  s. 
aparılmalıdır.  
5.MəĢğələlər  elə  təĢkil  edilməlidir  ki,  kəkələyən  uĢaqlar  orada 
uĢaqlar kəkələməsin və müĢayiətedici hərəkətlərə yol verməsinlər.  
6.MəĢğələlər uĢaqda yaxĢı əhval-ruhiyyə, özünə inam, gümrahlıq 
yaratmalıdır.  
7.MəĢğələlərdə  həmiĢə  düzgün  nitq  nümunələri-loqopedin 
özünün,  aktyorların,  nitqi  uğurla  məĢğul  olan  uĢaqların  danıĢığının 
maqnitafon yazıları və plastinkaları olmalıdır.  
8.MəĢğələlər  kəkələyən  uĢaqların  tərbiyəsi  və  ona  düzgün 
münasibət fonunda tərtib olunmalıdır.  
Kəkələyən  uĢağın  müstəqil  iĢinin  təĢkili  loqopedin  verdiyi  ailə-
məiĢət  və  təlim-tərbiyə  Ģəraitində  həmyaĢıdları  ilə  kollektivdə 
tapĢırıqların 
yerinə 
yetirilməsinə 
yönəldilir. 
Qrupların 
komplekləĢdirilməsi kəkələyənlərin yaĢından asılı olaraq aparılır. YaĢın 
müxtəlifliyi  özünəməxsus  loqopedik  iĢ  metodlarının,  onun  ayrı-ayrı 
komponentlərinin  intensivliyinin  dəyiĢməsinin  istifadə  edilməsini  tələb 
edir.  
Məktəbəqədər  uĢaqlarda  nitq  məĢğələlərində  əsas  yeri  oyunlar 
təĢkil edir, az hissəni isə tibbi tədbirlər tutur. Yeniyetmə və böyüklərdə 
isə əksinə olaraq, əsas yeri tibbi tədbirlər, psixoterapiya, çox az hissəni 
isə pedaqoji təsir tutur.  
Loqopedik məĢğələlər didaktik əsasları ilə o qədər də fərqlənmir. 
Belə  ki,  loqopediya  pedaqoji  elmlər  sisteminə,  xüsusi  didaktikaya  aid 
olduğundan  nitq  qüsurlarınn  korreksiyaedici  təlim  və  tərbiyəsi  ümumi 
təlim  nəzəriyyəsinə  uyğun  təĢkil  edir.  Müasir  pedaqogikada  adətən 
aĢağıdakı əsas ddaktik prinsipləri nəzərə alınır:  
Fərdilik  və  kollektivçilik,  sistemçilik  və  ardıcıllıq,  Ģüurluluq  və 
müstəqillik, fəallıq və əyanilik prinsipləri.  
Hal-hazırda  müxtəlif  loqopedik  metodların  olması  (nitq 
normalarının  pozulmasından  asılı  olan,  uĢağın  yaĢ  müxtəlifliyi, 
loqopedik  iĢi  təĢkil  etmə  Ģəraiti  və  s.)  kəkələyən  uĢaqların  təlim 


 
82 
korreksiyasının əsas nəzəriyyəsinin iĢlənib hazırlanmasını tələb edir. Bu 
mənada  təlimin  ümumi  nəzəriyyəsi  ilə  xüsusi  loqopedik  metodların 
qarĢılıqlı əlaqəsi Ģərtsizdir. Onlar didaktikanın ümumi əsaslarına istinad 
edilərək  istifadə  olunur.  Ümumi  təlim  nəzəriyyəsi  ilə  xüsusi 
metodikaların  nəticələrindən  ümumiləĢdirmə  materialı  kimi  istifadə 
edir.  
Beləliklə  də,  əsas  didaktik  qanunauyğunluqlar  və  prinsipləri 
hansını  ki,  nitq  fəaliyyəti  pozulmuĢ  uĢaqlara  Ģamil  olunur  -əsas  hesab 
olar. Bu əsasların dərindən öyrənilməsi kəkələyən uĢaqlarla korreksiya-
pedaqoji  iĢin  bütövlükdə  və  ya  xüsusi  formalarda  uğurlu  olmasına 
gətirib çıxarır.  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə