Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə124/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   118   119   120   121   122   123   124   125   126

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
379 
istəyir.  Yuliya  Eysebioya  getməyə  razı  olsa  da,  atası  və 
qardaşı  Yuliyanın  ona  ərə  getməsini  istəmir.  Yuliyanın 
qardaşı gənci təhqir edir və onunla döyüşdə ölür. Hadisələrin 
bu  şəkildə  inkişafı  Yuliyaya  da  mənfi  təsir  göstərir.  O, 
monastıra  gedir,  Eysebio  isə  quldurluğa  qurşanır,  cinayətlər 
törədir,  qarət  edir,  öldürür,  qadınlara  sataşır.  Yuliyanın 
monastırda  olduğunu  bilib  onun  yatdığı  hücrəyə  gəlir.  Artıq 
monastırda  yaşayan  Yuliya  ilə  o,  evlənə  bilməzdi.  Onunla 
ancaq qeyri-qanuni şəkildə yaşaya bilərdi. 
Yuliya  ilə  Eysebionun  qarşılaşdığı  səhnədə  qız  əv-
vəlcə onu rədd edir, çıxıb getməsi, onu rahat buraxması üçün 
yalvarır.  Ehtiras  odu  ilə  alışıb  yanan  Eysebio  isə  geri 
çəkilmək  istəmir,  qəsdindən  geri  dönmür.  Lakin  qızın 
sinəsində  qırmızı  xaç  nişanını  görüb  dəhşətlə  ondan  qaçır. 
İndi  Yuliya  onu  axtarır,  onun  xatirinə  monastırdan  qaçır. 
Eysebionun  hərəkətindən  özünü  təhqir  olunmuş  sayan  qız 
ona qarşı qəzəb və ehtiras odu içərisində alışıb yanır. 
Yuliya  iblisanə  bir  qadına  çevrilir.  Qarşısına  çıxan, 
ona yaxşılıq edən adamlar heç bir məqsədi olmadan öldürür. 
 
Bil ki, cinayətkar, ölümlər mənim, 
Könlümə şadlıqlar gətirmir ancaq. 
Həm də bu arzumdur daim dünyada. 
 
Dramın  faciəli  sonluğu  bizi  yenidən  meşədəki  xaçın 
yanına  qaytarır.  Vaxtilə  Eysebionun  çağa  ikən  tapıldığı 
həmin  yerdə  Yuliya  onunla  yenidən  üz-üzə  gəlir.  Eysebionu 
öldürmək  üçün  Yuliyanın  atası  da  kəndlilərlə  birlikdə  bura 
gəlib  çıxır.  Burada  məlum  olur  ki,  Yuliya  ilə  Eysebio  bacı-
qardaşdır.  Ölmüş  Eysebio  günahlarının  bağışlanması  üçün 
ani  olaraq  gözlərini  açır.  Atası  Yuliyanı  öldürmək  üçün 
qılıncını  qaldırmaq  istəyəndə  o,  kölgə  kimi  yoxa  çıxır.  Xaç 
qarşısında  dua  etməsi,  günahlarını  yumaq  üçün  xaç 
qarşısında and içməsi onu xilas edir. 


Afaq Yusifli İshaqlı 
 
 
380 
Xaça  pərəstiş,  onun  qarşısında  səcdə  etmək  iki 
cinayətkarın bağışlanması ilə nəticələnir, bir yığın günah əfv 
olunur.  Müəllif  fikrincə  xaç  qarşısında  səcdə  etmək  belə 
böyük  gücə  və  mənaya  malikdir.  Əsərdə  dəhşətli  cinayətlər, 
eybəcər  hərəkətlər  bir-birini  əvəz  edərək  ona  tutqun,  kəskin 
bir  rəng  verir,  insan  əxlaqının  ən  dözülməz,  xoşa  gəlməz 
səhnələri  göz  önündən  keçir.  Qəhrəmanların  sinəsində  qeyd 
edilmiş  xaç  nişanı  dinin,  ilahi  qüdrətin  rəmzinə  çevrilir, 
onların hərəkət və  iradəsinə  hakim  kəsilir, tövbə etmələrinə, 
bağışlanmalarına gətirib çıxarır. 
Dramaturq  öz  əsərində  güclü  ehtiraslara  malik 
insanları  təsvir  etsə də,  onlar  allahın qüdrəti  qarşısında  mis-
kin bir oyuncağa çevrilirlər, hərəkətlərində ixtiyari, özbaşına 
deyillər. 
Kalderonun  əsərində  inkvizisiya  tonqalları  və  məh-
kəmələri  dövrünün  əhval-ruhiyyəsi  əks  olunmuşdur.  Onun 
təsvir  etdiyi  allah  katolik  irticası  dövrünün  insanlarını 
dəhşətə  gətirən,  qorxudan  qəddar,  amansız  bir  qüvvədir. 
Lope  de  Veqanın  və  onun  ardıcıllarının  humanizmindən 
burada heç nə qalmamışdır. Əgər Lope de Veqa Şekspir kimi 
"ən  humanist,  ən  antixristian  dramaturqdursa",  Kalderon 
"katoliklər arasında ən böyük dramaturqdur". 
Yaradıcılığının  bütün  nümunələrində  Kalderon  eyni 
dərəcədə fanatik dindar olaraq qalmır. Onun irsində humanist 
ideallar  da  öz  əksini  tapmışdır,  onun  "Həyat  bir  yuxudur" 
dramında  dərin  bir  ümidsizlik  və  bədbinliklə  yanaşı 
insansevərlik duyğuları da müəyyən yer tutmuşdur. 
 
 "HƏYAT BİR YUXUDUR" /1634/. Kalderonun ən 
səciyyəvi  fəlsəfi  dramlarından  biri  "Həyat  bir  yuxudur" 
pyesidir.  Pyesdə  təsvir  edilən  hadisələr  Polşa  həyatına 
uyğunlaşdırılmışdır, lakin bu şərti səciyyə daşıyır və heç bir 
əhəmiyyət  kəsb  etmir.  Burada  yer,  zaman  qeyri-müəyyən 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
381 
tarixi  bir mahiyyətdədir.  Əsər  rəmzi  fəlsəfi məzmun daşıyır. 
Hər bir hadisə və surət müəyyən bir fəlsəfi fikri, ideyanı əks 
etdirir. 
Pyes  tutqun,  sərt  dağ  mənzərələrinin  təsviri  ilə 
başlayır.  Uçurumlar,  sərt  qayalar  arasında  axşamçağı  tutqun 
bir  qüllənin  qarşısında  iki  adam  görünür.  Onlardan  biri  kişi 
paltarı geyinmiş Rosaura, o biri isə təlxək Klarindir. Onların 
kimliyi,  nə  üçün  bu  sərt  qayalıqlar  arasında  gəzmələri  ilk 
səhnələrdən  aydın  olmur.  Qadını  hansı  fəlakətlər,  bəlalarsa 
izləyir, uğursuz bir tale onu dünyanın sonsuz və xoşagəlməz 
çöllərində  gəzməyə məcbur edir.  "Kor bir ümidsizliklə mən 
dolaşıq cığırla qayalar arası ilə gedəcəyəm."  Tale onu harasa 
çəkib aparır, ona başqa çıxış yolu, ümid sığınacağı göstərmir. 
Hər şey ona əzab verir, incidir, narahat edir, hətta günəşin bu 
qədər parlaq işıq saçması onları narazı salır. Onlar gəldiyi çöl 
boş  və  məhsulsuzdur.  Elə  bu  ilk  səhnələrdən  aydın  olur  ki, 
dünya dəhşətlərlə doludur və insana düşməndir. İnsan miskin 
və cılızdır, daim iztirab və işgəncə içindədir. Bütün bunlarla 
yanaşı insan dünyada özünə qarşı heç bir mərhəmət, kömək, 
qayğı  tapmır.  Pyesdəki  hadisələr  inkişaf  etdikcə  boyalar 
tündləşir,  dramaturqun  ümidsizlik  və  bədbinliklə  dolu  həyat 
fəlsəfəsi adamı heyrətə salır, dəhşət oyadır. 
Rosaura  və  Klarin  qülləyə  yaxınlaşanda  oradan  inilti 
səsi eşidilir. Qərib və naməlum müsafirlər qaçmaq istəyirlər, 
dəhşətə  gəlirlər,  lakin  qorxudan  ayaqlarından  elə  bil  daş 
asılır.  Onlar  qüllədə  canlı  bir  meyit  görürlər.  Əslində  qüllə 
onun  qəbridir.  Bu  canlı  meyit  zəncirlə  qüllənin  divarına 
bağlanmışdır. O, yarıinsan, yarıvəhşi bir varlıqdır, əynindəki 
paltar heyvan dərisindəndir. 
Pyesin  rəmzi  mənası,  ideyası  bu  səhnədə  bütün 
aydınlığı  ilə  ifadə  olunmuşdur.  Dünya  insan  üçün  həbs-
xanadır,  insan  əlaqələr,  münasibətlər  zənciri  ilə  öz  taleyinə 
bağlanaraq inildəyir. Kalderona görə, insanın belə bir taleyə, 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə