Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət


                                         Saitlərin ahəngi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   69

 
47 
                                       Saitlərin ahəngi 
 
Sözdə dilin və dodaqların vəziyyətinə görə saitlərin bir-birini 
izləməsinə saitlərin ahəngi deyilir. 
Azərbaycan ədəbi dilində dilin və dodaqların vəziyyətinə gö-
rə saitlərin ahəngi aşağıdakı formada özünü göstərir. 
1.  Dilin  vəziyyətinə  görə  saitlərin  ahəngi.  Dilin  vəziyyətinə 
görə saitlərin ahəngi iki cür olur: dilönü ahəng və dil arxası ahəng. 
Dilönü  ahəngə  görə  sözdə  və  sözə  bitişən  şəkilçi  şəkilçi-
lərdəki  saitlərin  hamısı  dilönü  (incə)  sait  olmalıdır;  məsələn: 
məktəb + li +lər, iş + çi + lər, ördək + lər və s. 
Dilarxası ahənginə görə sözdə və sözə qoşulan şəkilçilərdəki 
saitlərin hamısı dilarxası (qalın) sait olmalıdır; məsələn: arı + çı + 
lıq, armud + dan, ağır + lıq və s.  
Dilimizdə bu qaydaya tabe olmayan bir sıra sözlər vardır; mə-
sələn:  partiya,  respublika,  kino,  teatr,  ticarət,  təşkilat,  işıq,  ilxı, 
ildırım və s. Bu qrup sözlərin əksəriyyəti başqa dillərdən alınmadır. 
2.
 
Dodaqların  vəziyyətinə görə  saitlərin  ahəngi.  Dodaqların 
vəziyyətinə görə saitlərin ahəngi də iki cür olur: dodaq və 
damaq ahəngi. 
Dodaq ahəngi. Dodaq ahənginə görə sözdə və sözə qoşulan 
şəkilçidəki  saitlərin  hamısı  dodaqlanan  olmalıdır;  məsələn:  o  + 
dun, uzun + çu + luq, öz + ümüz və s. 
Damaq ahəngi. Damaq ahənginə görə sözdə və sözə bitişdi-
rilən  şəkilçidəki  saitlərin  hamısı  dodaqlanmayan  sait  olmalıdır; 
məsələn: gəmi + çi, geniş + lik, gənc + lər və s. 
Dildəki sözlərin hamısı dodağın vəziyyətinə görə iki yerə bö-
lünmür.  Belə  ki,  bəzi  sözlərdə  həm  dodaq,  həm  də  damaq  saiti 
ola bilir; turac, ocaq, ördək və s. sözlərdə olduğu kimi. Belə söz-
lər dodaq və ya damaq ahənginə tabe deyildir. Lakin dilin vəziy-
yətinə görə birincisi dilarxası, ikinci isə dilönü ahəngə tabedir.  
Dilimizdəki sözlərə şəkilçi qoşularkən şəkilçidəki sait həmin 


 
48 
sözün son hecasındakı saitə həmahəngləşir; məsələn: ədəbiyyat + 
çı, kolxoz + lar, lüğət + lər, məktəb + dən, bağça + ya, baba + sı, 
düşmən + imiz və s. 
 
                                    Samitlərin ahəngi  
 
Azərbaycan dilində saitlərin öz tiplərinə görə bir-birini izlə-
mələri  olduğu  kimi,  samitlərin  də  bir-birini  izləməsi  qanunları 
vardır. 
Sözdə kar samitlərin kar, cingiltili samitlərin isə cingiltili sa-
mitləri izləməsinə samitlərin ahəngi deyilir. 
Samitlərin  ahəngi  iki  şəkildə  olur:  1)  kar  samitlərin  ahəngi, 
2) cingiltili samitlərin ahəngi. 
Kar samitlərin ahənginə görə sonu kar samitli sözlərə kar sa-
mitlə başlanan şəkilçi qoşulmalıdır; məsələn: seç + ki, səp + ki, 
kəs + kin və s. 
Cingiltili  samitlərin  ahənginə  görə  sonu  cingiltili  samitlə 
bitən  sözlərə  cingiltili  samitlə  başlanan  şəkilçi  qoşulmalıdır; 
məsələn: sər + gi, ver + gi, vur + ğu, dol + ğun, əz + gin və s. 
Samitlərin  ahəngi  dilimizdə  az  yayılmışdır  və  bu  qanun 
getdikcə məhdudlaşır. Buna görə də dilimizdəki bütün şəkilçilər 
bu qanuna uyğun gəlmir. 
 
                          Saitlərlə samitlərin ahəngi 
 
Müasir Azərbaycan ədəbi dilində təkcə saitlərlə saitlərin, ya-
xud samitlərlə samitlərin deyil, saitlərlə samitlərin də həmahəng-
ləşməsi qanunu vardır. 
Azərbaycan  dilində  əksərən  dilarxası  saitlərlə  dilarxası  sa-
mitlər həmahəngləşir. Eyni zamanda dilönü saitlərlə də dilin orta-
sında  yaranan  samitlər  uyğunlaşır.  Belə  bir  qanuna  saitlərlə  sa-
mitlərin ahəngi deyilir. 


 
49 
Dilimizdə demək olar ki, a, ı, o, u dilarxası saitləri ilə q, ğ, x 
samitləri, ə, i, ö, ü, e dilönü saitləri ilə k, g, y dilortası samitləri 
həmahəngləşir. 
Azərbaycan  dilində  saitlərlə  samitlərin  ahəngi  qanuna  görə 
əvvəl gələn hecada arxa sıra saitlərdən (a, ı, o, u) biri olarsa, son-
ra  gələn  hecada  arxa  sıra  samitlərdən  (q,  ğ,  x)  biri;  əvvəl  gələn 
hecada  ön  sıra  saitlərdən  (ə,  e,  ö,  ü,  i)  biri  olarsa,  sonra  gələn 
hecada da ön sıra samitlərdən biri (k, g, y) olmalıdır; məsələn: 
Arxa sıra: otaq, buruq, sırıq, bağ, çox, toxunmaq... 
Ön sıra: ətək, kötək, çiçək, ürək, köynək, tökülmək və s. 
 
                                CingiltiləĢmə qanunu 
 
Müasir Azərbaycan ədəbi dilindəki fonetik qanunlardan biri 
də  cingiltiləşmədir.  Başqa  fonetik  hadisələrdən  fərqli  olaraq, 
ahəng  qanunu  kimi,  cingiltiləşmə  də  dildə  sabitləşdiyi  üçün 
qanun şəklinə düşmüşdür. 
Sözdə kar samitin öz yerini cingiltili samitə güzəşt etməsinə 
cingiltiləşmə qanunu deyilir. Cingiltiləşmə sonu kar samitlə bitən 
bəzi  sözlərə  saitlə  başlanan  şəkilçi  qoşulduqda  baş  verir;  mə-
sələn: 
K -> y –inək – inəy + i 
kəpənək – kəpənəy + i 
qəpik – qəpiy + i və s. 
T -> d – get –ged +im – ged + ək 
yarat – yarad + ım – yarad + aq və s. 
Cingiltiləşmə  hadisəsində  kar  səs,  düşdüyü  şəraitlə  əlaqədar 
cingiltiləşir.  Bu  və  ya  başqa  samit  eyni  şəraitdə  bəzən 
cingiltiləşir, bəzən isə cingiltiləşmir; məsələn: 
Et – ed + im – ed + ək 
Ət – ət + im – ət + in və s. 
Göründüyü kimi, burada t səsi d səsinə çevrilmişdir . 


 
50 
                       Azərbaycan ədəbi dilində heca 
 
Danışıq zamanı tələffüz olunan bu və ya başqa birsöz asan-
lıqla  hissələrə  bölünür.  Tələffüz  edilərkən  sözün  bu  cür  par-
çalanan hissələrinə heca deyilir; məsələn: yol-daş, jur-nal, əs-gər 
və s.  
Bir  səsli,  iki  səsli,  üç,  dörd  səsli  hecalar:  o,  at+ta,  a+dam, 
ü+züm, bu, əl, mən, biz, duz, söz, qəbz, turş, spirt, şmidt... 
Sözlərdəki  hecalar  quruluşlarına  görə  eyni  formada  olmur. 
Bunlardan bəzilərinin sonu sait (ancaq saitdən ibarət olan heca da 
vardır),  bəzilərinki  isə  samitlə  bitir.  Bu  xüsusiyyətuinə  görə 
hecalar iki yerə bölünür: a) açıq hecalar, b) qapalı hecalar. Sonu 
saitlə bitən hecalara açıq heca deyilir. 
Məsələn: a+na, ba+cı, qo+ca, qa+pı, də+ri, a+cı və s. 
Sonu  samitlə  bitən  hecalara  qapalı  heca  deyilir;məsələn: 
in+san, ic+las, ul+duz, oğ+lan, öv+lad, on+suz, ot+laq, or+du və s. 
Sözdəki  hecalar  onları  təşkil  edən  səslərin  sayına,  xüsusən 
samitlərin miqdarına görə və yerlərinə görə bir-birindən fərqlənir. 
Buna görə də hecaların müxtəlif tipləri vardır.  
 
                      Azərbaycan ədəbi dilində vurğu 
 
Müasir  Azərbaycan  ədəbi  dilində  vurğunun  başlıca  olaraq  üç 
növü vardır; 1) heca vurğusu; 2) məntiqi vurğu; 3) həyəcanlı vurğu. 
Məntiqi  vurğuda  cümlə  daxilindəki  bir  söz  aktuallaşır.  Ak-
tuallaşan  cümlə  üzvü  informasiyasının  bazasını(nüvəsini)  təşkil 
edir.  Məntiqi  vurğu  ilə  cümlənin  bir  üzvünün  aktuallaşması  əs-
lində, sintaktik aktuallaşmaya aid bir məsələdir. Ancaq cümlədə 
hər  hansı  bir  üzvün  aktuallaşaraq  məna  yükünü  (informasiyanı) 
öz üzərinə götürməsində intonasiya (tonallıq) əsasdır. Tonallığın 
səslənmə  səsə  görə  fərqləndirmə  keyfiyyəti  məntiqi  vurğunu 
fonetik  proseslə  bağlıdır.  Məntiqi  vurğuda  cümlədəki  üzvlər  öz 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə