Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   69

 
68 
İdeoqrafik  yazı  şəkli  yazıdan  üstünlük  təşkil  etməsinə  bax-
mayaraq, bunun da nöqsanları vardır. Belə ki, bu yazı bütün dil-
lərin quruluşuna uyğun gəlmir və təlim, zəhmət tələb edir. Buna 
görə  də  bəzi  xalqlar  yazının  həmin  tipindən  fərqli  olaraq,  heca 
yazısı sistemindən istifadə etmişlər. 
3.
 
Heca silloqrafik yazısı.Şərti işarələrlə bütün hecaları gös-
tərən  yazıya  heca,  yaxud  silloqrafik  yazı  deyilir.  Heca 
yazısı  insanların  sözləri  hecalara  bölməyə  başladığı 
dövrdən başlamışdır. Belə ki, qədim xalqlar sözləri heca 
ilə  deməyə  alışdıqdan  sonra  yazı  ünsürləri  hecaları 
göstərməyə  xidmət  etmiş  və  silloqrafik  yazı  meydana 
çıxmışdır.  Silloqrafik  yazıda  hər  hecann  müəyyən  şərti 
işarəsi olmuşdur. 
Silloqrafik yazı mənşəyinə görə şəkli və fikri yazıdan əmələ 
gəlmişdir.  Heca  yazısı  qədim  Misir,  minoy,  şumer  yazılarından 
təşəkkül tapmışdır. Bu yazılarda piktoqram və ideoqramlarla bə-
rabər, silloqramlarda işlənilmişdir. 
Hazırda heca yazısından Yaponiyada istifadə olunur.  Yapo-
niyadakı  yazı  sırf  heca  yazısı  deyildir.  Həmin  yazı  heroqliflərlə 
qarışıqdır.  Bu  yazıdan  hind,  brahma  və  devanaqrada  da  istifadə 
edilir. 
Ümumiyyətlə,  yazının  inkişaf  tarixində  silloqrafik  yazının 
xüsusi  rolu  olmuşdur.  Bu  hərfli  yazının  hazırlanmasına  böyük 
təsir etmişdir. 
4.
 
Səs (fonoqrafik) yazısı. Şərti işarələrlə dilin səslərini əks et-
dirən  yazıya  hərfi,  yaxud  fonoqrafik  yazı  deyilir.Yazının 
başqa tiplərindən fərqli olaraq, hərfli yazıda dilin bu və ya 
digər  işarələrdən-orfoqrafik  işarələrdən  (apostrof,  hərəkə 
və s.) də istifadə olunur. 
Fonoqrafik yazı digər yazı tiplərindən təcrid olunmuş şəkildə 
deyildir.  Bu  yazı  tipi  tədricən  ideoqrafik  yazıdan  əmələ  gəl-
mişdir. Belə ki, ideoqrafik yazının işarələri get-gedə bütöv sözü 


 
69 
deyil, sözün səslərini bildirmiş və bunun da nəticəsində hərfi yazı 
meydana  çıxmışdır.  Fonoqrafik  yazı  da  çox  mürəkkəb  prosesin 
məhsuludur, bu bir neçə əsrlər boyu inkişaf edib formalaşmışdır. 
Hərfli  yazılar  xarakterinə  görə  müxtəlif  formaya  malik 
olmuşlar. Belə ki, bəzi yazılarda samit səslər hərflərlə, saitlər isə 
diakritik  işarələrlə  göstərilmişdir.  Buna  indi  də  bəzi  yazılarda 
təsadüf  olunur.  Məsələn:  ərəb  yazısında  saitlər  hərəkə  deyilən 
diakritik işarələrlə göstərilir. Bu cür yazılar konsonant yazı, yəni 
samitlərdən ibarət yazı adlanır. Digər qrup yazılarda isə sözdəki 
həm  sait,  həm  də  samitlər  hərflərlə  göstərilir.  Belə  yazılar  əsl 
fonoqrafik yazı adlanır. 
 
                                      Azərbaycan yazısı 
 
 Azərbaycan çox qədim bir ölkədir. Burada sakin olan insan-
lar ən qədim zamanlardan təxminən daş dövründən başlayaraq öz 
fikir  və  düşüncələrini  başqalarına  çatdırmaq  üçün  primitiv  şə-
kildə  yazıdan  bir  vasitə  kimi  istifadə  etmişlər.  Belə  bir  mülahi-
zəni  Azərbaycan  ərazisində  olan  qədim  abidələr,  xalqın  tarixi 
adət və ənənələri aydın sübut edir. 
Azərbaycanlılar  hələ  qədim  zamanlarda  xətli  yazının  əmələ 
gəlməsi üçün əsas amillərdən biri olan əşya vasitəsilə fikrin ifadə 
edilməsi üsulundan istifadə etmişlər. Bu vasitə xalq arasında çox 
geniş  yayılmışdır.  Əşya  vasitəsilə  fikrin  ifadə  edilməsi  dünya 
xalqları  həyatında  çox  müxtəlifdir.  Belə  ki,  bunlardan  bəzisi 
müəyyən  qrup  xalqlarda  bir-birinə  oxşayır.  Bəzisi  isə  tamamilə 
fərqlənir. Azərbaycanlıların da bu məqsədlə istifadə etdikləri va-
sitələrin bəzisi digər xalqların işlətdiyi vasitələrə oxşayır. 
Qədim zamanlardan başlayaraq, azərbaycanlılar müəyyən əş-
ya,  xüsusən  də  qab  hazırlandıqda  onun  üstündə  insan,  heyvan, 
quş,  bitki  və  s.müxtəlif  şəkil  və  naxışlar  çəkmişlər.  Məsələn, 
Azərbaycanın tunc dövrünə aid son vaxtlar arxeoloqlar tərəfindən 


 
70 
Mingəçevirdə  tapılmış  saxsı  qablar,  naxış,  insan  və  heyvan  şə-
killəri ilə bəzəklidir. 
Bütün  bunlar  və  ya  bu  tipli  digər  şəkillər  əslində  yazıdır. 
Çünki  burda  müəyyən  ardıcıl  fikir  izah  olunmur.  Deməli,  hər 
şəkli yazı adlandırmaq olmaz. Yazı adlanan şəkillər müəyyən ha-
disəni,  əhvalatı  əks  etdirir.  Azərbaycanda  belə  şəkillər  vardır. 
Bunlar  Azərbaycanda  şəkli  yazıdan  istifadə  olunduğunu  aydın 
göstərir. 
Azərbaycanlılar sonralar yazının digər tiplərindən də istifadə 
etmişlər.  Lakin  ardı-arası  kəsilməyən  işğallar  ölkəni  talan  etmiş 
və onun mədəniyyətinə mənfi təsir etmişdir.VII əsrin ortalarında 
ərəblər  Azərbaycanı  işğal  etdikdən  sonra  azərbaycanlıların 
işlətdikləri  yazı  sistemi  sıradan  çıxarılmışdır.  Bundan  sonra 
Azərbaycan yazısında uzun zaman ərəb əlifbası işlədilmişdir. 
 
LEKSĠKOLOGĠYA 
 
Müasir Azərbaycan sözlərinin mənaca qrupları. 
Omonim, sinonim, antonimlər. 
Omonimlər 
Deyilişi  və  yazılışı  eyni  olan,  leksik  mənaca  isə  tamamilə 
fərqlənən sözlərə omonimlər deyilir. Omonimlər bir-biri ilə mə-
naca heç bir əlaqəsi olmayan sözlərdən ibarət olur.  
Məsələn:  
Bağ – meyvə ağacları əkilmiş sahə;  
bağ – bir şeyi bağlamaq üçün ip. 
Omonimlər  bəzi  cəhətlərinə  gorə  çoxmənalı  sözlərə  bən-
zəyir. Əsas fərq budur ki, çoxmənalı sözlərdə mənalar bağlı olur, 
əsas  mənadan  tam  uzaqlaşmır.  Omonimlərdə  isə  tamam  fərqli, 
uzaq  mənalar  olur.  Omonimlər  həm  eyni,  həm  də  müxtəlif  nitq 
hissələrinə  aid  ola  bilər.  Dilimizdə  əsasən  müxtəlif  nitq  hissələ-
rinə aid omonimlər daha çoxdur. Omonim sözlərə aid nümunələr: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə