Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   69

 
190 
Dramaturgiya  dili  –  monoloq  və  dialoqlardan  ibarət  olan 
səhnə əsərinin dilidir.  
Bədii üslub başqa üslublarla müqayisədə daha qədim və daha 
zəngin  sayılır.  Başqa  üslubların  formalaşması,  ədəbi  dil 
normalarının  müəyyənləşməsində  bədii  üslub  həmişə  aparıcı 
olmuşdur.  Ədəbi  dildə  normanın  yeniləşməsi,  ümumxalq  dili 
vahidlərinin yazılı dilə gəlişi bədii üslubdan başlanır. 
 
Mövzu 21. Elmi üslub. Sözün terminoloji funksiyası. 
 
Elmi  üslub  –  milli  elmi  təfəkkürün  ifadəsidir.  O,  müxtəlif 
elm sahələrinin dilidir. Elmi üslubun əsas xüsusiyyəti məntiqlik, 
dəqiqlik,  ardıcıllıq  və  konkretlikdir.  Elmin  müxtəlif  sahələrinə 
aid  kitab,  dərslik  və  məqalələr  elmi  üslubda  yazılır.  Bədii  üslu-
bun əsas göstəriciləri olan obrazlılığa, emosionallığa elmi üslub-
da, demək olar ki, təsadüf edilmir. 
Elmi üslubun əsas səciyyəvi xüsusiyyətlərindən biri də onda 
ixtisas sözlərinin – terminlərin bol-bol işlənməsidir. Hər bir elm 
sahəsinin  özünəməxsus  terminləri  vardır  ki,  onlar  yalnız  mütə-
xəssislər üçün tam və dəqiq şəkildə anlaşıqlı olur. 
Elmi  üslubda  mürəkkəb  cümlələr,  modal  sözlər  çox  işlənir. 
Elmi  üslubda  fikrin  daha  dəqiq  və  yığcam  şəkildə  ifadəsi  üçün 
çox  vaxt  müxtəlif  sxem  və  qrafiklərdən,  şərti  işarələrdən  geniş 
istifadə  edilir.  Elmi  üslubda  söz  və  ifadələr  müəyyən  elmi 
anlayışları  birmənalı  şəkildə,  birbaşa  ifadə  edir.  Buna  görə  də 
elmi üslubda fikrin müxtəlif cür anlaşılmasına, mətnaltı mənaya 
və ya çoxmənalılığa yol verilmir. 
Sözün  elmi  üslubdakı  əsas  vəzifəsinə  onun  terminoloji 
funksiyası  deyilir.  Mətndə  birbaşa  terminoloji  funksiya  daşıyan 
söz  və  ya  ifadə  termin  adlanır.  Başqa  üslublar  üçün  səciyyəvi 
olmayan  terminlər  elmi  üslubun  əsas  göstəricilərindən  biridir. 
Elmi mətndəki hər hansı bir sözü termin kimi qəbul etmək olmaz. 


 
191 
Termin,  ilk  növbədə,  ayrı-ayrı  elm  sahəsinə  aid  olan  və  yalnız 
həmin  elm  sahəsində  işləyən  mütəxəssislər  üçün  anlaşıqlı  olur. 
Terminin daha bir xüsusiyyəti təkmənalı olması, yəni bir anlamı 
ifadə etməsi və yığcamlığıdır. Dünyanın bir çox dillərində olduğu 
kimi,  bizim  dilimizdə  də  alınma  terminologiya–  beynəlmiləl 
səciyyə daşıyan ixtisas sözləri çoxdur. Elmi terminlərin çoxu bir 
sıra dünya dillərində eyni olur. Məsələn: fonetika, leksikologiya, 
sinus, kosinus, benzol, petrol və s. 
Dünya dillərinin çoxunda olduğu kimi, Azərbaycan dilində də 
alınma  terminologiya  daha  geniş  yayılmışdır.  Hər  bir  dilin  elmi 
üslubunda  beynəlmiləl  terminlər  milli  terminləri  sıxışdırır.  Elmi 
məlumatların,  müxtəlif  araşdırmaların  nəticələrinin  daha  çox  elan 
edildiyi dillər müəyyənləşir. İngilis, alman, fransız, rus dilləri kimi. 
Elmi üslub get-gedə daha çox formullara, sxemlərə meylli olur. 
 
Mövzu 22: Publisistik üslub və onun 
digər funksional üslublarla əlaqəsi. 
 
Publisistik  üslub  –  milli  ictimai  təfəkkürün  ifadəsidir.  Bu 
üslub  mətbuatın  (qəzetlərin,  bədii-siyasi  və  ictimai  jurnalların, 
elmi-kütləvi  kitabların  və  s.),  radio-televiziyanın  dilidir.  Publi-
sistik üsluba bəzən ―mətbuat dili‖ də deyilir. ―Qəzet dili‖, ―radio 
dili‖,  ―televiziya  dili‖  anlayışları  da  bu  mənada  işlənir.  Əsasən 
mətbuatda  funksionallaşan  publisistik  üslub  müxtəlif  mövqeləri, 
maraqları əks etdirir. Radio və televiziya dili publisistik üslubun 
şifahi forması, qəzet və jurnalların dili isə onun yazılı formasıdır. 
Bu  iki  forma  arasında  elə  bir  kəskin  fərq  yoxdur.  Publisistik 
üslubun hər iki formasının əsas xüsusiyyəti fikrin hamı tərəfindən 
anlaşıqlı,  aydın  və  təsirli  şəkildə  ifadə  olunmasıdır.  Publisistik 
üslubda  yazan  müəllif  ilk  növbədə  çalışır  ki,  toxunduğu  məsələ 
mümkün qədər kütləvi şəkildə hamıya çatsın və oxucularda müs-
bət reaksiya doğursun. Məhz buna görə də publisistik üslubda ək-


 
192 
səriyyət  tərəfindən  anlaşılan  ümumişlək  sözlərdən  daha  çox 
istifadə olunur. Publisistik üslub kütləvi nitq forması olduğu üçün 
bütün  dil  göstəricilərinə  görə  adi  danışıq  dilinə  çox  yaxın  olur. 
Mətbuat  dilində  gedən  proseslər  (yeni  yaranan  sözlər  və  s.) 
ümumxalq danışıq dilinə də təsir göstərir. 
Publisistik üslub ən ictimai nitq forması olduğu üçün bu üs-
lubda  başqa  üslubların  da  xüsusiyyətləri  özünü  göstərir.  Bu  ba-
xımdan publisistik üslubun, əsasən, üç növü var: bədii-publisistik 
dil, elmi-publisistik dil, rəsmi-publisistik dil. 
Bədii publisistik dil qəzet dilidir. Bu üslub növündə publisis-
tik üslubun əsas xüsusiyyətləri gözlənilməklə yanaşı, yeri gəldik-
cə obrazlılığa, bədiiliyə də yer verilir. Publisistik üslubun bu qolu 
oçerk və felyeton adları ilə tanınır. 
Elmi-publisistik dil dedikdə isə elmi-kütləvi jurnal və kitab-
ların  dili  nəzərdə  tutulur.  Müxtəlif  elm  sahələrinə  (məsələn,  si-
yasətə, dinə və s.) aid publisistik məqalə və ya kitabların dili el-
mi-publisistik dildədir. Buna elmi-kütləvi dil də deyilir. 
Rəsmi-publisistik dil isə publisistik məzmunlu rəsmi, yaxud 
işgüzar sənədin dilidir. 
Publisistik üslub XIX əsrin II yarısında milli qəzetlərin nəşrə 
başlaması ilə formalaşmışdır. 
 
Mövzu 23: MəiĢət üslubu və onun yaranma Ģəraiti. 
 
Məişət üslubu – gündəlik həyatda insanların bir-biri ilə ünsiy-
yət  saxladığı  dildir.  Məişət  üslubu  adi  danışıq  dilidir  –  insanların 
bir-biri  ilə  hal-əhval  tutduğu  dildir.  Məişət  üslubu  kitab-qəzet  dili 
deyil, eyni zamanda məhəlli səciyyə də daşımır. Məişət üslubu ədə-
bi dilin gündəlik davranışda işlənən sərbəst və şifahi nitq formasıdır. 
Məişət üslubu ədəbi dilin ən geniş yayılmış üslubudur. Mək-
təbdə  dərs  zamanı  müəllim  də,  şagird  də  bu  üslubda  danışır,  bu 
üslubda fikirlərini ifadə edirlər. Məişət üslubu istər fonetik, istər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə