Dərs vəSAİTİ baki 013 ~ ~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34981
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   66

~ 38 ~ 
iyi  yoxlanır.  Iyin  hiss olunmasını gücləndirmək  üçün həmin unu 
stəkana  keçirərək,  üzərinə  isti  su  (60
0
C)  əlavə  olunur,  sonra  su 
axıdılaraq tədqiq olunan məhsulun iyi təyin edilir. 
Şübhəli  hallarda  unun  iyi  həmin  undan  bişirilən  çörəyə  görə 
təyin olunur. 
Dad  və  xırçıltı  hər  biri  1  qram  olmaqla  1-2  un  nümunəsini 
çeynəmək yolu ilə müəyyən edilir. 
Mübahisəli  hallarda  unun  dadı,  həmçinin  xırçıltının  olması 
həmin undan bişirilən çörəyin dequstasiyası ilə təyin edilir. 
Unun  rənginin  təyini.  Tədqiq  olunan  unun  müəyyən  standart 
göstəricilərə  malik  un  nümunəsi  ilə  müqayisəsinə  əsasən  yerinə 
yetirilir. 
Tədqiq olunan və müqayisə üçün nəzərdə tutulan undan götü-
rülərək  əldə  plitələr,  yaxud  Pekar  cihazının  köməyi  ilə  sıxılır 
(şəkil 1.4). 
 
 
Şəkil 1.4. Pekar cihazı 
1-alüminium təbəqə; 2-cihazın gövdəsi 
 
Xüsusi  alüminium  təbəqə  ilə  birbaşa  orta  nümunədən  un 
götürülərək, təbəqə ilə birlikdə cihazın gövdəsinə  yerləşdirilir. 
Cihaz sol əldə saxlanır, başı böyük barmaqla basılır və çərçivə 
unlu təbəqənin üzərinə salınaraq un sıxılır. Sonra böyük barmağı 


~ 39 ~ 
başcıqdan götürmədən sıxılmış unla təbəqə cihazdan çıxarılır. 
Nəzarət  kimi  götürülən  unla  da  eyni  iş  təkrar  edilir.  Tədqiq 
olunan  və  nəzarət  un  nümunələri  sıxılmış  təbəqələr  cərgə  ilə 
qoyulur və rəngi təyin edilir. Sonra hər iki təbəqə ehtiyatla üfüqi 
vəziyyətdə  sulu  qaba  salınır  və  undan  hava  qabarcıqlarının 
çıxması  başa  çatanadək  saxlanır.  Sonra  təbəqələr  yuyulur,  unun 
bir  qədər  quruması  üçün  (2-3  dəqiqəyə  qədər)  gözlənilir.  Hər  iki 
təbəqə  yanaşı  qoyularaq  tədqiq  olunan  unun  rəngi  müəyyən 
olunmuş nümunə ilə müqayisə olunur. 
 
1.10.4. Unun fiziki-kimyəvi keyfiyyət göstəriciləri 
Üyünmə  iriliyinin  təyini.  Unun  iriliyinin  təyini  elektrik 
mühərriki  ilə  hərəkətə  gətirilən  laboratoriya  ələyində  aparılır. 
Ələk dəqiqədə 180-200 dövr etməlidir. 
Orta  nümunədən  100  q  kəpəkli  və  50  q  sort  un  nümunəsi 
götürülür. Nümunə ələyin yuxarı qatına qoyulur. Ələyin nömrəsi 
əvvəlki  cədvəldə  verilmişdir  (bax:  Unun  keyfiyyət  göstəriciləri). 
İpək  ələkləri  təmizləmək  məqsədilə  ələnmədə  hər  ələkdə  5  ədəd 
miqdarında diametri 1 sm, qalınlığı 0,3 sm, hər birinin çəkisi 0,5 
q-a  yaxın  olan  rezin  dairələrdən  istifadə  olunur.  Sonra  ələklər 
qapaqla bağlanır,  ələk dəsti  platformada  bərkidilir, sonra mühər-
rik işə salınır. 8 dəqiqədən sonra ələnmə dayandırılır, ələyin tərəf-
lərinə  yüngülcə  vurulur  və  ələnmə  yenidən  2  dəqiqə  müddətində 
davam etdirilir. Ələnmə başa çatdıqdan sonra rezin dairələr ələk-
dən kənar edilir. Yuxarı ələkdəki qalıq, həmçinin aşağı ələyə ke-
çənlər texniki tərəzidə çəkilir və götürülən ununu miqdarına görə 
faizlə ifadə olunur. 
Üyünmə  iriliyinin  nəzarət  və  arbitraj  təyinində  yol  verilən 
kənara çıxmalar çox olmamalıdır: 
1.
 
Ələkdə qalıq – 2%; 
2.
 
Ələkdən  keçən  kəpəkli  çovdar  və  buğda,  kəpəksiz  çovdar, 
buğda 2-ci sort və yarma - 4%; 
3.
 
Ələkdən keçən 1-ci sort buğda unu və ağ çovdar unu – 6%. 
 
1.10.5. Unun zərərvericilərlə yoluxmasının təyini 


~ 40 ~ 
Təyin  etmək  üçün  orta  nümunədən  1  kq  sort  un  götürülür, 
0,56№li parça ələkdən,  kəpəkli un isə əvvəlcə – 067№  və sonra 
0,56№-li  ələklərdən  keçirilir.  056№-li  ələkdən  ələnən  dən  gənə-
lərlə  yoluxmanın  056  və  067№-li  ələkdəki  qalıq  isə  digər  növ 
zərərvericilərlə yoluxmanı təyin etmək üçün istifadə olunur. 
Ələnmədən sonra ələkdəki qalıq ağ səth üzərində (analiz löv-
həsi yaxud kağız vərəqi) sərilir və zərərvericilərin mövcudluğunu 
müəyyən etmək üçün diqqətlə baxılır (pup, süfrə, kəpənək). 
Unun  gənələrlə  yoluxmasını  təyin  etmək  üçün  056№-li  ələk-
dən ələnmiş nümunənin müxtəlif yerlərindən hər biri 20 q olmaq-
la çəki götürülür. Çəkilər ayrıca şüşə yaxud analiz lövhəsinə yer-
ləşdirilir,  bərabərləşdirilir,  kağız  vərəq  yaxud quru təmiz  şüşənin 
köməyilə 1-2 mm-ə yaxın qalınlıqda bərabər səthli təbəqə almaq 
üçün  yüngül  sıxılır.  Sonra  kağız  yaxud  şüşə  götürülür,  unun 
səthinə  diqqətlə  baxılır.  Unu  n  səthində  boşluq  və  kələ-kötürlük 
olması onun gənələrlə yoluxduğunu göstərir. 
Tədqiq  olunan  un  nümunələrində  temperaturun  15-18
0
C-dən 
aşağı olduğu hallarda yoluxmanı təyin etməzdən əvvəl onları otaq 
temperaturuna qədər (18-20
0
C) qızdırmaq tələb olunur. 
 
1.10.6. Unda turşuluğunvə minerallığın təyini 
Analiz üçün ayrılmış nümunədən texniki tərəzidə 0,01 q dəqiq-
liklə  5  q  un  çəkilir  və  tutumu  100-150  ml  olan  quru  konusvari 
kolbaya  keçirilir,  sonra  üzərinə  50  ml  destillə  edilmiş  su  əlavə 
olunur.  Kolbadakı  material  dərhal  un  dənəcikləri  itənə  qədər 
çalxalanmaqla  qarışdırılır.  Divarlara  yapışmış  un  hissəcikləri 
yuyulur. 
Sonra ona 5 damla 1%-li  fenolftalein məhlulu  əlavə  olunaraq, 
aydın  çəhrayı  rəng  əmələ  gələnə  qədər  0,1N  natrium  hidroksid 
məhlulu ilə titrləyirlər (həmin rəng kolbanın sakit vəziyyətində 1 
dəqiqə müddətində itməməlidir). 
Unun turşuluğu (x) dərəcələrlə formulla hesablanır: 
 
x=
     
    
    
 


~ 41 ~ 
Burada:  V  –  titrləməyə  sərf  olunan  0,1N  natrium  hidroksid 
məhlulunun miqdarı, ml; 
g  – un nümunəsinin çəkisi, q; 
 10 -  0,1N natrium hidroksidin 1N-a keçirilmə əmsalı; 
  K – 0,1N qələvinin titrinə düzəliş əmsalı. 
QEYD:  unda  turşuluğun  miqdarı  7  dərəcədən  artıq  olduqda 
belə un acılaşmış hesab olunur. 
 Minerallığın  (külün)  təyini.  Orta  nümunədən  20-30  q  un 
götürülür  və  ölçüsü  20x20  sm  olan  şüşə  təbəqənin  üzərinə 
keçirilərək  qarışdırılır.  Sonra  un  bərabər  qatda  yayılır  və  həmin 
ölçülü digər şüşə ilə örtülür. Bu zaman təbəqə 3-4 mm-dən qalın 
olmamalıdır.  Üstdəki  şüşə  kənar  edilir  və  məhsulun  müxtəlif 
yerlərindən  (azı  10  yerindən)  götürülərək  əvvəlcədən  daimi 
çəkiyə  qədər  qurudulmuş  və  çəkilmiş  tigellərə  1,5-2,0  q 
miqdarında un tökülərək tigellər çəkilir (2 təkrarda). 
Unlu tigellər mufel sobasına qoyularaq yandırılır. 
Külə  çevirmə  tigeldəki  boz  rəngli  yumşaq  kütləyə  çevrilənə 
qədər  davam  etdirilir.  Sonra  tigel  mufel  sobasından  çıxarılır  və 
soyuduqdan sonra tigellər çəkilir. 
Çəkilmiş tigellər  yenidən mufel sobasında 20 dəqiqə saxlanır, 
sonra  eksikatorda  soyudulur  və  çəkilir.  Əgər  tigellərin  çəkisi 
azalarsa,  sonrakı  iki  çəki  arasındakı  fərq  götürülənə  qədər  külə 
çevirmə davam etdirilir. 
Tigellər sabit çəkiyə çatdıqdan sonra külə çevirmə başa çatmış 
hesab olunur. Quru maddəyə görə minerallıq (kül) faizlə formula 
görə hesablanır: 
 
x=
 
 
        
        
 
 

 
burada: g – unun çəkisi, q; 
g
1
 – külün çəkisi, q; 
W
m
 – unun nəmliyi, %. 
 İki təyinetmədən çıxarılan orta ədəd məhsulun faktiki mineral-
lığını  verir.  İki  paralel  təyin  etmələr  arasındakı  fərq  0,025%-i, 
nəzarət və arbitraj təyin etmələrində isə 0,05%-i keçməməlidir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə