Dərs vəSAİTİ baki 013 ~ ~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34981
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   66

~ 198 ~ 
Hansı  ki,  məhsulun  sıxlığından  xeyli  az  olur.  Belə  ki,  1  m
3
  yük 
həcminə  həm  də  qabın  tutumu  və  havalandırma  üçün  qurğular 
arasında saxlanan boşluq daxildir (cədvəl 4.11). 
Cədvəl 4.11 
Müxtəlif saxlanma üsullarında 1 m
3
 tərəvəz məhsulunun orta 
kütləsi, kq 
Məhsulun adı 
Sıxlığı 
(tökülmə küt-
ləsi) 
Yük həcmi 
Konteynerlərdə 
Qutu 
altlıqlarında, 
qutularda 
Kartof 
650 
500 
450 
Kələm (ağbaş) 
400 
330 
300 
Kök 
600 
460 
400 
Çuğundur 
560 
360 
320 
Şəlğəm 
550 
460 
400 
Soğan 
560 
380 
345 
Sarımsaq 
420 

300 
 
Soyuducu kameralar, dolablar, burtların tutumunu müəyyən et-
mək üçün əvvəlcə onlarda yerləşən məhsulun həcmini bilmək la-
zımdır. Sonra alınan rəqəm 1m
3
 tərəvəz məhsulunun orta kütləsi-
nə vurulur.  
Məhsulu  konteyner  və  qutularda  saxladıqda  kameranın  yük 
həcmi  (işçi)  sahəsini  yükün  hündürlüyünə  (döşəmədən  ştabelin 
yuxarısına  qədərki  məsafə)  vurmaqla  müəyyən  edirlər.  Kamera-
nın  yük  sahəsi  yararlı  sahələrdən  avadanlıqlar,  yollar,  keçidlər, 
konteynerlər,  ştabellər  arası,  batereyalar  və  s.  altındakı  sahələrin 
cəmi çıxılmaqla müəyyən olunur.  
Məhsul tökülməklə (naval) saxlandıqda onun həcmi məhsulun 
tutduğu sahəni yüklənmə yüksəkliyinə vurulmaqla təyin edilir.   
Tranşeyin  həcmi  onun  uzunluğu,  eni  və  dərinliyinin  hasili  ilə 
müəyyənləşdirilir.  
Soyuducunun faydalı sahəsindən istifadə əmsalı (ρ%) formulla 
hesablanır.  
 


~ 199 ~ 
,
100
2
1




p
 
 
burada:Π
1
 – məhsul altında olan faydalı sahə, m
2

      Π
2
 – saxlayıcının ümumi sahəsi, m
2

 
4.2.5. Sulu məhsulların kameralarda yerləşdirilmə qaydası 
Qutular,  lotoklar,  qutu  paketləri,  qutu  altlıqlarında  lotoklarda 
məhsul  kamerada  ştabellərlə  əvvəlcədən  tərtib  olunmuş  planla 
yerləşdirilir.  Mexanikləşdirilmiş  yüklənmədə  ştabel  qutu  altlıqla-
rında paketlərdən təşkil olunur. 
 
Ştabellərin yuxarısı ilə çardaq, yaxud çardağa asılmış (bərkidil-
miş) soyuducu cihazlarla hava ötürücüləri arasında ən azı 60 sm; 
hava soyuducudan ventilyator yerləşən tərəfə (kanalsız NQM ka-
merasında  hava  paylayıcıda),  ştabelə  qədər–80  sm  məsafə  qoyu-
lur.  
100 m
2
-a qədər sahəsi olan kameralarda ştabellər keçidsiz yer-
ləşdirilir.  100m
2
-dan  çox  sahəsi  olan  kameralarda  hər  iki  ştabel-
dən bir əsas keçidə perpendikulyar olaraq eni 60-70 sm olan kənar 
keçidlər saxlamaq lazımdır ki, hər ştabelə baxmaq və onu kamera-
dan çıxarmaq üçün yol təmin oluna bilsin və 2,5m enində baş yol 
qoyulur ki, hərəkət edə bilsin.  
Soyuducu  kameranın  12  metrə  qədər  enində  yan  qapılarının 
birinin  yanında  baş  yol  qoyulur,  12  m  və  daha  çox  enlilikdə  isə 
kameranın ortasında baş yol qoyulur.  
Ölçüsünə görə sortlaşdırılmış meyvələr ştabellərdə iri, orta və 
xırda  olmaqla  ayrı-ayrı  yığılır.  Çünki  onların  yetişmə  müddəti 
fərqli olduğundan iri meyvələr tez yetişir və bu onların saxlanma 
müddətini qısaldır, xırdalar soluxur.  
Daha  yaxşı  saxlanan  (qala  bilən)  meyvələr  kameranın  içərilə-
rindəki ştabellərdə, az qalanlar – çıxışa yaxın  yerləşdirilir ki, on-
ları ilk növbədə realizə etmək mümkün olsun.  
Soyuducu  kameralarda  məhsulun  əmtəəlik  işlənməsi  (emal, 
sortlaşdırma, doldurma) və digər işlərə icazə verilmir.  
Məhsulun  kameralara  yüklənməsi  və  oradan  boşaldılması  yük 


~ 200 ~ 
dəhlizi (koridoru) yaxud məhsulun əmtəəlik işlənməsi üçün bina-
dan həyata keçirilir.  
Məhsulun yığımı, tədarükü, saxlanma üçün hazırlanması, qab-
lanması,  kameralarda  yerləşdirmə  kimi  məslələr  ədəbiyyatda  ge-
niş şərhini tapmışdır.  
Tərəvəzlər kameralarda ştabellərə yerləşdirilir və hava keçməsi 
üçün yollar qoyulur.  
-
 
Ştabeldən divaradək – 30sm;  
-
 
Ştabelin  yuxarısından  soyutma  cihazına  və  hava  kanalına-
dək – 3- sm;  
-
 
Eyni  ştabeldə  konteynerlər  və  topalarla  qutu  altlıqları  ara-
sında -5-1-sm məsafə qoyulur. 
-
 
Məhsulun  saxlanma  temperaturuna  qədər  soyuması  18-20 
saat davam edir. 
-
 
Yüklənmədən  sonra  kameranın  hermetikləşdirilməsi  üçün 
qapılar,  nəfəslik,  kommunikasiyaların  girişləri  bağlanır  və  möh-
kəmləndirilir. 
-
 
Saxlanma başa çatdıqdan sonra havada O
2
-nin miqdarı yal-
nız  18%,  karbon  qazı  isə  3%-ə  çatdıqda  kameraya  daxil  olmaq 
olar.  
-
 
Oksigenin ultra aşağı miqdarında saxlanma zamanı –ULO – 
O
2
 – 1,0 –1,5%; CO
2
-0-2%. 
-
 
Mövcud texnologiya ilə saxlanmada O
2
-3,4% və CO
2
-3-5%. 
-
 
CO
2
 ilə şok işlənmə - saxlanmadan əvvəl müəyyən müddət 
yüksək (30%-dək) CO

şəraitində təsirə məruz qoyulur.  
-
 
Konteynerlərdə  saxlandıqda  kameranın  1m
2
≈1m
3
  yararlı 
sahəsinə 400 kq, qutularda saxladıqda isə 250-300 kq  yük düşür.  
-
 
Ştabellənmənin  hündürlüyü  5,5  m  tövsiyə  edilir.  Bəzən 
artırıla bilər. 
-
 
Hər iki ştabeldən bir 60-70 sm enində keçid qoyulur.  
Qutu bağlamaları (konteynerlər) arasında 5-10 sm yer qoyulur.  
Divarla ştabel arasındakı məsafə 30 sm olur.  
-
 
Saxlayıcıların  tutumu  500-1000  tondan  10000  tona  qədər-
dir. 
-
 
Seksiyanın eni 6, 9, 12 yaxud 18 m, uzunluğu isə 18-36 m 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə