273
Bakının Xətai rayonundakı 88 saylı məktəbin baş bədən tərbiyəsi müəllimi T.Mirzəyev ailə
şəraitində səhər gimnastikasının düzgün təşkilinə həmişə diqqət yetirir
və bu məqsədlə dərs ilinin
əvvəlində ibtidai sinif şagirdlərinin valideynlərini məktəbə toplayır, onlarla təbliğati – metodiki xarakterli
söhbətlər keçirir və tövsiyələr verir. Telman müəllim valideynlərlə söhbət aparmazdan əvəl mövcud
ədəbiyyatı toplayır, onunla tanış olur, onu təhlil edir və müəyyən bir nəticəyə gəlir. Onun valideynlərlə
apardığı söhbətin qısa məzmununu verək: - Uşaqların hamısı ailə şəraitinə uyğun səhər gigiyenik
gimnastikası hərəkətlərini icra etməlidirlər. Əgər kiçik yaşlardan başlayaraq uşaqlarınıza səhər
gimnastikası hərəkətlərini yerinə yetirməyi öyrətsəniz, onların orqanizmi möhkəmlənəcək, daha çevik və
zirək olacaq, dərslərində də müvəffəqiyyətlər qazanacaqlar. Uşaqlar müntəzəm olaraq
gimnastika ilə
məşğul olarsa, artıq bir neçə ildən sonra onlar həmin hərəkətləri sərbəst surətdə yerinə yetirə biləcəklər.
Uşaqlara müntəzəm surətdə izah etmək lazımdır ki, gigiyenik gimnastika şənlik, gümrahlıq, sevinc,
qarşıda duran vəzifələrin yerinə yetirilməsi deməkdir. Uşaqlar yuxudan qalxan kimi pəncərəni açmalı və
otağın havasını dəyişdirməlidir. Mülayim hava zamanı səhər gimnastikası hərəkətlərini eyvanda da yerinə
yetirmək olar. Sonra isə onlar yuyunmalı, tiftikli dəsmalla bədəni sürtməli və qurutmalıdırlar. Hərəkətlər
icra olunarkən uşaqların emosionallığının yüksədilməsinə, yaxşı əhval-ruhiyyədə olmasına səy
göstərilməlidir.
T.Mirzəyev valideynlərə daha sonra bildirdi ki, səhər gimnastikası 10-15 dəqiqə davam edə bilər.
Kompleks təxminən 10-12 hərəkətdən ibarət ola bilər. Otaqda yaxşı olar ki, gimnastika hərəkətləri
addımlamaqla və yaxud yerində yerişlə başlanılsın. Dartınma-gərilmə hərəkətləri isə diqqət mərkəzində
saxlanılmalıdır.
Yadda saxlamaq lazımdır ki, gərilmə hərəkətləri qamətin formalaşmasına
kömək edir, onurğa
sütununun normal inkişafına zəmin yaradır, tənəffüsü daha da dərinləşdirir. Dartınma (gərilmə)
hərəkətləri zamanı gövdəni irəli, arxaya, sağa və sola əyməli, bədəni düz saxlamaqla sağa və sola
fırlatmalı, həmçinin hərəkətlər 3-4 dəfədən artıq təkrar olunmamalıdır. Tənəffüs müntəzəm edilməli,
müxtəlif növ əyilmələr dövründə (irəli, arxaya, yana və s.) nəfəsi verməli, düzlənən zaman isə nəfəsi
almalıdır. Uşaqların hopanma zamanı hərəkətlərini pəncə üzərində yerinə yetirmələrinə fikir verilməlidir.
Səhər gimnastikası hərəkətləri əvvəlcə barmaq, qol, çiyin əzələləri, sonra isə gövdə və aşağı ətraf əzələləri
üçün verilməlidir. Axırıncı hərəkətlər yüngül hoppanmalardan ibarət olmalıdır.
Hoppanma və asta
qaçışlar mütləq yeriş və bədəni sakitləşdirici hərəkətlərlə qurtarmalıdır.
Siz mətbuatda dərc olunmuş və yaxud radio ilə verilən kompleks hərəkətlərdən də istifadə edə
bilərsiniz. Əgər uşaqlar üçün müstəqil hərəkətlər kompleksi müəyyənləşdirirsinizsə, onda uşaqlarınızın
səhhət-sağlamlığını, fiziki inkişafını və hazırlığını mütləq nəzərə almalısınız. Bunun üçün də hərəkətlərin
həkim müayinəsindən nəticəsi və uşaqların fiziki hazırlıq göstəricilərini öyrənməli və yaxşı yadda
saxlamalısınız. Fiziki yük tədricən artırılmalı və yavaş tempdən başlamaq şərti ilə yerinə yetirilməlidir.
Müəllim daha sonra valideynlərə müraciət edərək deyir:
- Uşaqların səhər gimnastikasına marağını və şüurlu münasibətini artırmaq məqsədilə hərəkətlər
yeksənək, cansıxıcı, daimi gərginlik tələb edən və eyni xarakterli olmamalıdır. Bundan ötrü də 14-21
gündən bir ya bütövlükdə və yaxud da kompleks hərəkətlərin müəyyən hissəsini dəyişdirib yenisi ilə əvəz
olunmalıdır. Hərəkət kompleksləri tərtib edərkən çalışmaq lazımdır ki, onlar bədənin eyni hissəsinə deyil,
müxtəlif hissələrinə təsir edə bilsin. Bunun üçün ümuminkişafetdirici gimnastika hərəkətlərinə daha geniş
yer vermək də vacibdir.
İbtidai sinifdə oxuyan uşaqlarınızda hərəkətləri bir yerdə və sizin saymağınızla
yerinə yetirilməsinə
nail olun. Çalışın ki, hərəkətlər düzgün icra olunsun. Uşaqlar hərəkətləri düzgün, yəni lazımi tempdə,
ritmdə, müəyyən bir ahəngdarlıqla yerinə yetirdikdə isə bu hərəkətlərin onlar tərəfindən müstəqil icra
edilməsinə icazə verin, bu şərtlə ki, uşaqlar nəzarətdən kənarda qalmasınlar.
Yeni səhər gimnastikası kompleks hərəkətləri tətbiq olunarkən hərəkətləri əvvəlcə özünüz göstərin,
sonra isə yerinə yetirilmə texnikasını izah edin. Bundan əlavə, hərəkət komplekslərinin dəyişdirilməsinin
səbəblərini onların nəzərinə çatdırın. Çünki bu yaşda olan uşaqlar hər şeylə maraqlanırlar və hər nə varsa
hamısını öyrənməyə ciddi səy göstərirlər. Yaxşı olardı ki, səhər gimnastikasını oyun formasında və yarış
şəklində təşkil edəsiniz. Bu uşaqların hərəkət fəallığını yüksəldir və səhər gimnastikasını icra
etməyə
həvəsi artırır. Buna «Kim hərəkəti daha tez icra edə bilər?», «Kim hərəkəti daha dəqiq yerinə yetiriə
bilər?» və s. oyunları misal göstərmək olar.
274
Söhbətin axırında müəllim valideynlərin suallarına cavab verir.
Qeyd etməliyik ki, səhər gigiyenik gimnastikasının ailə şəraitində daha səmərəli nəticə verməsində,
uşaqların səhhətinə müsbət təsir göstərməsini və hərəkət fəallığının yüksədilməsində hərəkət
komplekslərinin fizioloji yükün nəzərə alınması öyrədilməsi prinsipində qurulmasının, hərəkətlərin
xarakterindən asılı olaraq ardıcıl olaraq növbələşdirilərək yerinə yetirilməsinin, həmçinin onların ümumi
həcmi və miqdarının, eləcə də təkrarlanmasının tənzimlənməsinin böyük əhəmiyyəti vardır. Bu baxımdan
valideynlər ailədə uşaqlarla səhər gjimnastikasını təşkil edərkən, onun aşağıdakı sxemdə qurulmasına
çalışmalıdırlar. Kompleksin
birinci hərəkəti - tənəffüsü qüvvətləndirməli, yəni o «dartınma» xarakterli
hərəkətlərdən ibarət olub, yavaş tempdə icra olunmalı və 4-5 dəfə təkrarlanmalıdır.
İkinci hərəkəti ayaq
əzələləri üçün olmalıdır: bura ayaqların növbə ilə müxtəlif tərəflərə sürətli tempdə qaldırılması və əvvəlki
vəziyyətə gətirilməsi, hərəkətin hər bir ayaqla 4-5 dəfə təkrarı və yaxud çöməlmələr daxildir. Çöməlmə
hərəkətlərində yavaş və orta tempdə icra edilməli, 6-8 dəfə təkrar edilməlidir.
Üçüncü hərəkətlər
gövdənin sağ və sol tərəfindəki əzələlər üçün nəzərdə tutulmalıdır. Bura əyilmə hərəkətləri də daxildir.
Həmin hərəkətlər hər bir tərəfə yavaş tempdə yerinə yetirilir. Həmin məqsədlə gövdənin dairəvi hərəkət
etdirilməsi (sağdan sola və əksinə) hərəkətlərini də icra etmək olar. Bu hərəkətlər hər tərəfə 5-6
dəfə icra
edilməklə orta və sürətli tempdə yerinə yetirilir.
Dördüncü hərəkətlər gövdənin düz əzələləri üçün
verilməlidir. Bu vaxt gövdə irəli əyilməli və düzləndirilməlidir. Hərəkət 5-6 dəfə təkrarlanmalı və
müxtəlif tempdə icra olunmalıdır.
Beşinci kompleks ümumiləşdirici əhəmiyyətə malik olmalıdır. Bu
məqsədlə də 30 saniyə müddətində sürətli və yaxud da asta qaçış icra edilməlidir (1 dəqiqə ərzində).
Bundan sonra isə sakitləşdirici fiziki hərəkətlər 1-2 dəqiqə müddətində yerinə yetirilməlidir.
Qeyd etmək lazımdır ki, ailədə səhər gigiyenik gimnastikası təşkil olunarkən 3 cəhətə xüsusən
diqqət yetirmək olduqca əhəmiyyətlidir: 1-ci ailədə səhər gigiyenik gimnastikanın təşkilinə;
2-cisi bu gimnastikanın məqsəd və vəzifələrinin dəqiq və düzgün olması; 3-cü, 1-ci və 2-cilərin
şagirdlərə izah edilməsi, başa salınması və anladılmasına
Ailədə səhər gigiyenik gimnastikasının vəzifələri.
1) Şagirdlərin sağlamlığını və fiziki inkişafını möhkəmlətmək: 2) Hərəkətlərin səmərəli
mənimsənilməsinə kömək etmək; 3) Şagirdlərdə müntəzəm olaraq fiziki hərəkətləri
icra etmək vərdişə
yaratmaq; 4) Şagirdlərin tədris-hərəki – gün rejiminə alışdırmaq və s.
Ailədə səhər gigiyenik gimnastikasının təşkilinə verilən tələblər:
Səhər gigiyenik gimnastikasının 1) açıq və təmiz havada keçirilməsi; 2) tədris gün hərəkət rejiminə
riayət edilməsi; 3) səhət-sağlamlığın nəzərə alınması; 4) səhhətə uyğun və müxtəlif hərəkətlərin
seçilməsi; 5) keçirilmə yerinin səhiyyə gigiyenik tələblərə uyğun olması; 6) kompleks hərəkətlərin
tədricən çətinləşdirilməsi; 7) kompleksin 4-6 hərəkət elementindən ibarət olması, 4-5 dəfə təkrarlanması;
8) kompleksin bədən tərbiyəsi proqramına uyğun olması və s.
Yoxlama – test sualları
1.Ailədə uşaqların fiziki tərbiyəsinin əhəmiyyəti nədən ibarətdir?
2.Ailədə kiçik məktəbyaşlı uşaqların gün rejiminin məzmunu və təşkilinə nə daxildir?
3.Ailədə uşaq orqanizminin təbii amillərlə möhkəmləndirilməsi qaydaları hansılardır?
4.Ailədə uşaqların orqanizminin fiziki hərəkətlər və oyunlarla
möhkəmləndlirilməsi qaydalarını göstərin.
5.Ailədə uşaqların bədən tərbiyəsi dəqiqələrinin təşkilinin əhəmiyyəti nədən ibarətdir?
6. Ailədə uşaqların səhər gigiyenik gimnastikasının təşkili və keçirilməsinin
mühüm xüsusiyyətlərini
göstərin.
Yaradıcılıq işi üçün təxmini mövzular
1.Ailədə uşaqların fiziki tərbiyəsinin məzmunu və onun təşkili.
2.Ailədə uşaq orqanizminin möhkəmləndirilməsi