.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------84------------------------------------
bəhrələnmişdir. Bu gün istər Şərqdə, istərsə də Qərbdə
onun etdiyi kəşflərdən, metodlardan və elmi fikirlərdən
daima qaynaqlanmışlar. Alim çoxlu sayda tələbələr
yetişdirmiş, özündən sonra kimya elmində böyük bir irs
qoymuşdur. Onun rəhbərliyi altında zəhər və zəhərlə
bağlı maddələrin kimyəvi strukturu araşdırılmış,
onlardan təbabətdə istifadə sahələri və qaydaları
verilmişdir. Əbu Abdulla Cabir ibn Həyyan eyni zamanda
dərin düşüncə və fikir alimi idi, siyasi düşüncələri aydın,
elmi fəaliyyəti isə həmişə düzgün istiqamətə yönəlmişdi.
Alimin digər elmi araşdırmaları bitkilər ilə bağlıdır.
Bitkilərdən əldə etdiyi boya ilə dərilərin rənglənməsi və
dabaqlanması üsullarını elmi yollarla sübut edir və
həyata keçirilməsi yollarını aydınlaşdırır. Müxtəlif polad
və metal istehsalı üsullarının inkişaf etdirilməsi, dəri və
bez boyalarının hazırlanması, bitkilərdən yağın alınması,
metalların saflaşdırılması, parçaların rənglənməsi, su
keçirməyən paltarların hazırlanması, manqan dioksidin
şüşə istehsalında istifadə edilməsi və şüşənin müxtəlif
rənglərlə rənglənməsi kimi məsələləri dərindən və ətraflı
araşdırmış, araşdırmalar nəticəsində kəşflər etmişdir.
Qeyd etmək lazımdır ki, alim atom, onun parçalanması
barədə də fikirlər söyləmişdir. Onun fikirinə görə
“Maddənin ən kiçik parçası olan atomda sıx bir enerji
mənbəyi vardır”. Yunan alimlərinin söylədiyi kimi atom
parçalana bilməz fikiri düzgün deyil. Atom parçalana
bilər, “O, parçalananda elə bir güc meydana gəlir ki, bu
anda Bağdad kimi dünyanın ən böyük şəhərinin altını
üstünə çevirmək mümkündür. Bu Allah təalanın
qüdrətinə nişanədir”.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------85------------------------------------
Parpasels (əsl
adı Filipp Ayroyel
Teofrast Bombast
fon Qohenheym) 21
sentyabr 1493-cü
ildə Eq şəhərində
anadan olmuşdur.
24 sentyabr 1541-ci
ildə
İsveşrənin
kanton Şvis şəhərin-
də (kanton - bəzi
ölkələrdə
inzibati
ərazi bölgüsü) vəfat
etmişdir. Parpasels
dövrünün görkəmli
əlkimyaçısı
və
həkimi
olmuşdur.
Parpasels isveç-alman
əsllidir,
yatrokimyanın
banilərindən biri sayılır (yatrokimya XVI-XVII əsrlərdə
kimyanın təbabətə qulluq etməsi tərəfdarlarının və
təbabət üçün dərmanlar hazırlayan əlkimyaçılarin
tutduğu istiqamətdir). Əlkimyaçının özünə götürdüyü
Parpasels təxəllüsü “Selsanı ötüb keçən” anlamını verir
(Selsa qədim Rim ensiklopediyaçısıdır və bizim eradan
əvvəl I əsrdə təbabət bilicisi sayılırmış). Parpasels uşaq
yaşlarında olarkən ailəsində fəlsəfə və təbabət elmini
gözəl öyrənir. 16 yaşında cərrahlığın, terapeyanın və
əlkimyanın əsaslarını tutarlı səviyyədə mənimsəyir.
Sonralar Bazel universitetində təhsil alarkən Vyusberq
şəhərində abbat
İohan
Tritemiyanın yanında
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------86------------------------------------
adeptomaqiya, əlkimya və astrologiya elmini dərindən
öyrənir. Bununla yanaşı o, qədim danışıq dilinin
sirrlərilə məşğul olur. Təhsilini İtaliyanın Ferrara
şəhərində davam etdirir və Ferrara universitetində tibb
sahəsində elmlər doktoru adına layiq görülür.
Con Makkarti
4 sentyabr 1927-
ci ildə Boston
şəhərində ana-
dan olmuşdur. 24
oktyabr 2011-ci
ildə
Stenford
şəhərində vəfat
etmişdir. İnfor-
matika sahəsində
görkəmli amerika
alimidir, “Süni
intellekt” termini-
nin müəllifidir,
Lops dilinin yara-
dıcısıdır (1958-ci
il), funksional
proqramlaşdır-
manın
əsasını
qoymuşdur. Süni intellektin tədqiq edilməsi sahəsinə
verdiyi dəyərli tövhələrə görə A.Tyurinq adına
mükafata layiq görülmüşdür (1971-ci il). Özünü ateist
hesab edir. C.Makkarti immiqrant (mühacir - yaşamaq
üçün başqa ölkəyə köçüb gələn adam) ailəsində
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------87------------------------------------
doğulmuşdur. Riyaziyyata olan marağı nəticəsində
Kaliforniya Texnologiya institutuna daxil olur və
riyaziyyatı gözəl bildiyi üçün bir ildə iki kursu birdən
bitirir. İnstitutu bitirdikdən sonra Prinston və Stenford
universitetlərində diplom işləri müdafiə edir, 1962-ci
ildən Massaçuset universitetinin professoru olmuşdur.
C.Makkartı riyazi məntiqin süni intellektdə istifadə
edilməsi məsələsini “ayaq üstə” qaldırmış, “məsləhətin
qəbulu” sistemini təklif etmişdir. Elmə verilən təkliflər
sonralar məntiqi proqramlaşdırmanın inkişafına təkan
vermişdir. C.Makkartinin fikirinə görə kompüter
texnologiyası elə bir şəkildə inkişaf edəcək ki, müəyyən
təkliflərin satılması üçün biznes-modeldən istifadə
ediləcək. Bu da kommunal qulluq sahələrində
göstərilən xidmətə görə paraların toplanmasında
yardımçı olacaq. Kompüter və ya informasiya qulluğu
1960-cı illərin sonunda dəbdə olsada, 1970-ci illərin
ortasında dəbdən düşdü, çünki aparat, proqram və
kommunikasiya texnologiyaları hələlik bu sahədə
istifadəyə hazır deyildi. Sonrakı illərdə bu sahə çox
inkişaf etməyə başlayır. Buna səbəb C.Makkartinin vaxtı
ilə verdiyi ideyaların həyata keçməsi idi. Qeyd etmək
lazımdır ki, C.Makkarti süni intellekt sahəsinə çoxlu
sayda elmi fikirlər gətirməklə yanaşı, bu sahəyə aid
çoxlu sayda dəyərli məqalələr və kitablar da çap
etdirmişdir. 2000-ci ildə təqaütə çıxmışdır.
Dostları ilə paylaş: |