.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------221------------------------------------
intellektual agentlər cəlb olunur.
İntellektual agentlər
(proqram robotları) biliklərin tapılması üçün sənədlərin
daxilində işləyə və ya Veb-də axtara bilir, sonra isə
biliklərlə lazımi formatda geri qayıda bilirlər.
İntellektual sistemlər proses və obyektlər haqqında
öz biliklərini sistemə ötürən mütəxəssislərlə birgə
hazırlanır. Ekspert və ya mütəxəssislə iş prosesi biliklərin
çıxarılması və ya biliklərin daha düzgün və korrekt əldə
olunmasından ibarətdir. Bu texniki, psixoloji, istehsal və
sosial xarakterli amilləri özündə saxlayan çətin və çox
zəhmət tələb edən bir prosesdir. Sözügedən prosesdə
biliklər mühəndisi əsas rol oynayır. Biliklər mühəndisi
tapşırıqları müəyyənləşdirmək, mühüm anlayışları aydın-
laşdırmaq və bu anlayışlar arasında qaydaların
müəyyənləşdirilməsi və formalaşdırılması üçün uzun
zaman kəsiyində ekspertlə birgə işləyir. Biliklər mühəndisi
predmet oblastını yaxşı bilməli, biliklərin formalaşması və
təqdim olunması metodlarına malik olmalı və müxtəlif
vəziyyətlərə tez oreintasiya olunan psixoloq olmalıdır.
Ekspert intellektual sistemə predmet oblastının
öyrənilməsinə kömək edə biləcək vəziyyətdə və arzuda
olmalıdır. O dərk etməlidir ki, intellektual sistemlər iş
yerində gələcəkdə onu “əvəz” etmək üçün deyil, əksinə,
ona kömək etmək üçün nəzərdə tutulub.
Biliklər mühəndisi adətən determinləşdirilmiş daxili
quruluşu olmayan, nisbətən pis müəyyən olunmuş
tapşırıqlarla işləməli olur. Ekspertlər öz təcrübi
fəaliyyətində
bu
tapşırıqları
məsələnin
bütün
parametrlərinin təhlilini qeyri-mümkün edən məsələnin
həll operativliyi şərtləri və ya problemin mənasının başa
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------222------------------------------------
düşülməsində olan çatışmazlıqları empirik qaydalar olan
evristikalardan istifadə etməklə həll edirlər. Buna görə də
tapşırıqların həllində intellektual sistemlər evristik
prosedurların yerləşdirilməsinə çalışırlar.
Biliklər mühəndisinin işində çətin məqam ekspertə
predmet
konsepsiyalarını
müəyyənləşdirən
və
formalaşdıran tədqiqat biliklərinin strukturlaşdırılmasına
cəhd zamanı kömək edilməsidir.
Konkret şəxsə aid olan biliklərin əldə olunması ilə
əlaqəli
iş,
yəni
biliklərin
çıxarılması
biliklərin
mühəndisliyində elə də aşağı səviyyəli rol oynamır.
İntellektual və ekspert sistemlər üçün biliklərin
çıxarılmasının xüsusiyyətləri nədədir? Bu sualın cavabı
digər bir sualın – “Haradan, nə və necə çıxarmalı?”
sualının cavabındadır.
Bilikləri haradan çıxarmalı? İntellektual və ekspert
sistemlər üçün biliklər mənbəyi rolunda dərsliklər, sorğu
kitabçaları, konkret predmet oblastına aid araşdırılmış
materiallar, iqtisadi informasiya və s. çıxış edə bilir.
Buna baxmayaraq biliklərin klassik mənbəyi həmin
sahənin ekspertidir ki, onun da biliklərini sistem
hazırlayıcısı rolunda çıxış edən biliklər mühəndisi
mənimsəyir.
Bəs ekspert kimdir? Bu, ya adi icraçıdan fərqlənən
yüksək ixtisaslı mütəxəssisdir, ya da xam və ya təzə
işçidən fərqli olan təcrübəli insandır. Aydındır ki, predmet
oblastında ekspertin bacarığı nə qədər yüksəkdirsə,
tapşırığın həlli üçün onun istifadə etdiyi biliklərin təsvirinə
ehtiyacı da bir o qədər aşağıdır. Votermen bunu bilik
mühəndisliyinin paradoksu adlandırmışdır. Əgər biz
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------223------------------------------------
ekspertdən soruşsaq ki, hər hansı bir tapşırığı yerinə
yetirərkən konkret nə iş görür, o buna cavab olaraq
özünün ağlı kəsdiyi formada, lakin mühakimələrin real
prosesindən tamam ayrı olan bir prosesi izah edəcək ki,
burada da ehtiyatlı olmaq lazımdır.
Belə bir fikir də var ki, ekspertin bilikləri məsələlərin
daxili modelləri ilə sistemli hala düşür və eyni zamanda
ekspertin konkret vəziyyətdə ilk dəfə qarşılaşdığı prob-
lemin həlli onun yaddaşından seçilir və seçim ümumi
qanunauyğunluqlar şəklində süurlu olaraq müəyyən
olunur.
Hansı bilikləri seçmək (nəyi çıxarmaq?). Əgər
sistemin funksiyaları müəyyənləşibsə, onda təbii olarq ən
vacib olanı bu funsiyaların reallaşması üçün lazım olan
çıxarış qaydalarını əldə etməkdir.
Hər şeydən əvvəl, bu,
baza quruluşudur. Problem
oblastının baza quruluşunu formalaşdıran obyekt, anlayış
və atributları saymaq və sahənin xüsusiyyətlərini bilmək
vacibdir. Obyekt, bilik və anlayışlar arasında əlaqə
qaydalar çıxarışı vasitəsilə təşkil edilir.
Daha sonra
şüurluluq meyarları (kriteriləri) ortaya
çıxır,
yəni nəyə görə ekspert problemi məhz bu üsulla həll
edir? Ola bilər, bu üsul yüksək evristik qiymətə malikdir
və ya uğursuzluq hallarına hazırlıqlıdır? Bu üsula hansı
formada kömək etmək olar?
Ekspert tərəfindən istifadə olunan vasitələrə,
məsələn, həllin qəbulunda istifadə edilən modellər aiddir.
Bilikləri necə seçmək lazımdır? Aşağıdakı cədvəldə
sahənin eksperti və sahənin təsviri üzrə
biliklərin çıxarış
metodları verilmişdir.
Dostları ilə paylaş: |