Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə139/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   135   136   137   138   139   140   141   142   ...   148

Bu daş olduqca fəal yaradıcı adamlardan başqa hamıya 

məsləhət  görülür.  Bu  daşı  Balıqlar  və  Xərçəng  gəzdirə  bilər. 

Əqrəblərə  heç  uyğun  gəlmir  -  onların  qarşısında  həlledilməz 

vəzifələr-heç  vaxt  heç  bir  şəraitdə  yalan  danışmaq  olmaz- 

qoyur.  Əkizlərə  bu  daş  heç  uyğun  gəlmir.  Avropalılar 

akvamarini  qoçaqlıq,  hindlilər  isə  müdriklik  daşı  kimi  qəbul 

edirlər. 

Almandın - Əyləncə və bal daşıdır. O, sahibinin həyatını 

sevimli  edir.  Oğlağa  daha  çox  uyğundur.  Kişiləri 

yaralanmaqdan  qoruyur,  qadınlara  doğruş  vaxtı  kömək  edir. 

Xərçəng  və  Buğanın  gəzdirməsi  də  məsləhətdir.  Əqrəblərə 

qarşı biganədir. Əkizlər və Balıqlara məsləhət deyildir. 

Amazonit  -  ipək  kimi  parıltılı,  göyümtül  və  ya 

yasılacalar  rənglidir.  Əsəb  yorğunluğunu  müalicə  edir, 

qocalarda 

gənclik  ehtirasları  oyadır,  dərinin  rəngini 

yaxşılaşdmr.  Lakin  talisman  kimi  ondan  az  istifadə  olunur. 

Belə  hesab  edirlər  ki,  bu  daş  təbii  tənbəlliyi  inkişaf  etdirir. 

Amazonit  ilk  növbədə  evdar  qadınların  daşıdır.  Təsiri  güclü 

olmasa  da,  belə  hesab  edirlər  ki,  o  ailəni  möhkəmləndirir, 

gənclərə  möhkəm  ailə  qurmaqda  kömək  edir.  Yaşlı  adamları 

cavanlaşdırır,  dərinin  vəziyyətini  yaxşılaşdırır  və  əsəb 

yorğunluğuna kömək edir. Əkizlər, Tərəzi və Dolça bürcündən 

olanlara  amazonit  uğur  gətirir.  Əqrəblərə  məsləhət  görülmür. 

Bir çox xalqlarda amazonit sağlamlıq, cəsarət, güc və sadiqlik 

simvoludur. 



Beril  -  göy  rəngli  daşdır.  Səmimilik,  istiqanhhq, 

mehribanlıq  hisslərini  möhkəmləndirir,  məhəbbətlə  bağlı 

işlərdə  xoşbəxtlik  gətirir.  İnsanı  həmişə  şən,  gülərüzlü, 

sevincli,  şux,  mehriban,  nəvazişli  edir.  İnsanın  təfəkkürü  və 

əqli  ilə  güclü  bağlı  olan  beril  fəlsəfi  tətqiqatlarda  və 

məşğələlərdə kömək edir. Əgər berilə çox baxılsa, o, 



430 


gömıə qabiliyyətini yaxşılaşdırır, gözün üstünə qoyulsa gözün 

gicişməsinin  qarşısını  alır.  Beril  -  ailə  ocağı  daşıdır,  ailənin 

sakitliyinin və səadətini qoruyur. Öz təmizliyi ilə o fəlsəfi əqlə 

kömək  edir.  Qədim  dövrdə  onu  həm  də  qadın  daşı  hesab 

edirdilər,  o  qadın  xəstəliklərini  müalicə  edirdi.  Əkizlərə  qəlb 

məsələlərində  uğur  gətirir.  Uzaq  səfərə  çıxanlar  bu  daşdan 

həyatı qorumaq üçüntalisman kimi istifadə edirdilər. 

Qam kəhrəba (acıat) - talisman kimi məşhurdur, lakin 

onun xassələri ilə bağlı göstərişlər aydın deyildir. Onu Böyük 

ana daşı adlandırırlar və göstərirlər ki, bu daş qədim dünyanın 

gücünə malikdir. Ona yumşaltmaq, yüngülləşdirmək, ayırmaq, 

həmfikir  olmaq  xassəsi  xasdır: 

0

  kişini  qadından  ayırır, 



məhəbbətdə  unutqanlıq,  yadır-  ğamaq  yaradır,  ayrılıqdan 

yaranan  əzabları  yüngülləşdirir.  Qadınlarda  öz  rəfiqələrinə 

meyl yaradır, doğumu yüngülləşdirir, lakin hamilə qadınlara bu 

daşı gəzdirmək məsləhət görülmür. O, yalanı acır, onu vasitəsi 

ilə bütün gizli olanlar aydınlaşır. Lap qədim dövrlərdən bizim 

günlərə  qədər  qara  kəhrəba  podaqranm  (bədəndə  maddələr 

mübadiləsinin  pozulması  nəticəsində  əmələ  gələn  oynaq  və 

toxuma  xəstəliyi)  qarşısını  almaq  üçün  qolbaq  kimi 

gəzdirilmişdir.  Deyirlər  ki,  o  qıc  olmanın  qabağını  alır.  Bu 

olduqca faydalı daşdır. Qara əqiqdən yüngüllüyü ilə seçilir. Bu 

daş  gecə  qorxularından  qoruyur,  o  gecə  sirləri  ilə  və  qorxu 

üzərində  qələbə  ilə  bağlıdır.  Ona  görə  də  bu  daş  nədənsə 

qorxan  və  bu  qorxunu  dəf  etmək  istəyənlər  üçün  faydalıdır. 

Xərçəng və Balıqlar üçün daha xeyirlidir. Oğlaqlara bu lazım 

deyil, çünki onlar özləri qorxunu dəf edə bilirlər. Oqrəblərə öz 

mənfi təbiətlərini dəf etməkdə kömək edir. Buğa və Tərəzilərə 

pis təsir edir, onların 

431 



xasiyyətlərini dəyişir. Qız bürcündən olanlara da uyğun gəlmir. 

Qızılı  topaz  -  Coşqun  və  təhlükəli  ehtiraslardan  azad 

edir,  həyatdan  olduğu  kimi  zövq  almağı  öyrədir,  xəyanətdən 

qoruyur, etibarlı dostluq və məhəbbət bəxş edir. Buğa bürcündə 

doğulanlar  üçün  məsləhət  deyil,  belə  ki,  qəzəbli  və  azğın 

fantaziyalar “bağışlaya” bilər. Dad bilmə hisslərini gücləndirir, 

qəzəbi, hirsi qovur. Noyabrda doğulanlara dostluq və məhəbbət 

bəxş  edir.  Qədim  dövrlərdə  onu  daxili  işıqlandırma  daşı 

adlandırmışlar.  Onu  ağılsızlıqdan,  yuxusuzluqdan  və  pis 

gözlərdən  qorunmaq  üçün  istifadə  edirlər.  Rəssamların 

talismanı  hesab  olunur.  Sonsuz  qadınların  hamilə  olmasına 

kömək  edir,  qara  ciyəri  müalicə  edir,  yaxından  görməni 

düzəldir,  qızlara  gözəllik  verir,  istisna  olmadan  hamıya 

müdriklik gətirir. 

Qızılı  topaz  gedonistlərin  talismamdır.  Həyatdan  zövq 

almağa  kömək  edir,  iştahahanı  artırır,  nifrəti  qovur  və 

inamsızlıq  haqqında  xəbərdarlıq  edir.  Bu  sirləri  açan, 

detektivlərə və başqalarına təsir edən daşdır. 

Daş  bülluru  -  parlaq,  çox  təmiz  kvars  suyudur,  fal 

açmada  böyük  əhəmiyyəti  var.  Məharətli,  bacarıqlı  falçılar 

onun  bülluruna  baxaraq  keçmişin  və  gələcəyin  mənzərəsini 

görə  bilirlər.  Bunun  üçün  büllur  qaranlıq  otaqda  elə  yerə 

qoyulur  ki,  ona  içiq  şüası  düşsün;  bu  şüa  onu  daha  da 

parıldadır.  Falşılar  uzun  müddət  diqqətlə  ona  baxır,  bütün 

iradələrini  çəmləşdirərək,  gözlərini  qırpmadan  belə  onda 

müəyyən predmet görməyə çalışırlar. Bəzən büllur daşı və ya 

muncuğu  ipək  sapa  taxıb  onu  əllərində  tuturlar  və  ona 

yellənməyi  əmr edirlər.  Büllurun gələcəyi  görmə (bəsirət) ilə 

əlaqəsi onunla izah olunur ki, kvars (onun təkmilləşmiş forması 

büllurdur.)  sanki  planetin  dərisidir,  bununla  o  kosmosu  və 

mistik aləmi hiss edir. Kvarsm müxtəlif növləri 

432 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə