Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə203/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   199   200   201   202   203   204   205   206   ...   216

iqtisadiyyatı  dirçəltməyin,  inkişaf etdirməyin  mühüm  vasitəsi  olan 

Özünütənzimləmə 

sisteminə 

əsaslanan, 

idarəetmə 

mexanizmi 

yaradılmasına  xidmət  edən  institusional  dəyişikliklərə  xüsusi  diqqət 

yetirilirdi.  İqtisadi  fəallığa  mane  olan  büroktarik  strukturlar  ləğv 

olunmağa  başlanmışdı.  1994-cü  il  aprelin  5-də  xarici  ticarətin 

sərbəstləşdirilməsi  haqqında  fərman  verildi.  Xarici  iqtisadi  əlaqələr 

liberallaşdınIdı,  həm  fiziki,  həm  də  hüquqi  şəxslər  azad  surətdə  xarici 

ticarət hüququ aldılar. 

1997-

 

ci ilin yanvarında respublikada ixrac vergisi ləğv olundu. Dövlət 



konsernləri və şirkətləri səhmdar cəmiyyətlərinə çevrilməyə başladı. Bu, 

özünütənzimləmə sisteminin yaranmasına münasib imkanlar açır, rəqabət 

yaradırdı. Məsələn, çörək mağazaları özəlləşdirildikdən sonra işlərini elə 

qurdular ki, çörək qıtlığı, uzun növbələr aradan qabcdı. 

2000-ci  ilin  avqustunda  II  Dövlət  Özəlləşdirmə  Proqramı  qəbul 

edildi.  2002-ci  ildən  artıq  dövlət  müəssisələri  bazasında  1275  səhmdar 

cəmiyyəti  yaradılmışdı.  Bütün  çətinliklərə  baxmayaraq,  Azərbaycanda 

müvəffəqiyyətlə  həyata  keçirildi.  2000-ci  ildə  artıq  ümumi  daxili 

məhsulda  özəl  sektorun  payı  68  faiz  təşkil  edirdi  (sənayedə  44,  kənd 

təsərrüfatında  99,  ticarətdə  98,  tikintidə  64,  yükdaşımada  54, 

sərnişindaşımada 83 faiz). 

Ümumiyyətlə,  həyata  keçirilən  iqtisadi  tədbirlər  mövcud  iqtisadi 

böhranı aradan qaldırmağa, sabitlik yaratmağa və tərəqqiyə yol açmağa 

kömək  etdi.  Respublika  iqtisadiyyatına  bütün  mənbələrdən  sərmayə 

qoyuluşu  1993-cü  ildəki  29  milyard  manatdan  2000-ci  ildə  4,2  trilyon 

manata  çatdı.  Respublikada  onlarla  yeni  sənaye  müəssisəsi,  sex, 

istehsalat sahəsi, qurğu işə salındı. 1993-cü ildə Bakıda çoxlaylı lövhələr 

istehsal edən «Peyk» zavodu, parket, plastik pəncərə fabrikləri işə düşdü. 

1995-1996-cı illərdə Pcnzoyl (ABŞ) şirkətinin köməyi ilə Xəzərdə illərlə 

havaya sovrulan yanacaq qazını tutub  sahilə ötürmək üçün kompressor 

stansiyası qurulub işə salındı və hər il orta hesabla 2 milyard 300 milyon 

kub.  m  qaz  tutulub  istifadəyə  verildi.  600-dən  çox  neft,  qaz  quyusu 

yenidən  istismara  qaytarıldı.  Şirvanın  köhnə  Gürovdağ  neft  yatağında 

yeni  məhsuldar  qatlar  aşkar  edildi.  1997-ci  ilin  yazında  bu  yataqda 

qazılan  iki  quyu  fontan  vurdu.  «Bahar»  dəniz  neft  yatağında  da  yeni 

üsullann tətbiqi nəticəsində neft quyusu fontan vurdu. Qaz emalı zavodu 

yenidən quruldu. 1994-1995-ci illərdə Neftayırma zavodlann- da iki yeni 

ELOU-AVT-2  qurğusu  işə  salındı,  mövcud  ELOU-AVT-6  qurğusu 

modernləşdirildi  və  müasir  avadanlıqla  təchiz  olundu.  Qaz  zavodu 

yenidən quruldu. 



515 


Maşınqayırma  sənayesi  müəssisələri  xarici  bazar  olmadığı  üçün 

profilini dəyişib respublika sənayesi və kənd təsərrüfatı üçün avadanlıq, 

texnika,  ehtiyat  hissələri  istehsal  etməyə  başladılar.  Müasir  qazma 

baltası,  qazma  qıfılı,  kultivator,  toxumsəpən,  kotan,  nasos,  reduktor, 

hidromkat,  çuqun  siyirmə  istehsalı  mənimsənildi.  Mingəçevir  yol 

maşınları  təmiri  zavodunda  dəyirmanlar,  xəmiryoğuran  avadanlıq, şum 

mexanizmləri istehsalına başlandı. 

1996-


 

cı ildə Bakıda Qoz-fmdıq emalı. Yağ, «Coco-Cola» sərinləş- 

dirici  içkiləri  zavodlan  açıldı.  1997-ci  ilin  əvvəllərində  Sumqayıtda 

Azərbaycan  İstehsalat  Birliyinin  çoxdan  dayanmış  Avropada  ən  böyük 

marten  sobalanndan  ikisi  yenidən  işə  salındı.  Alüminium  zavodu 

işləməyə  başladı.  Gəncə  Alüminium  oksidi  zavodu.  Daşkəsən  alunit 

mədənləri yenidən işə düşdü. 

Kimya  sənayesi  müəssisələrində  polietilen,  kaustik  soda,  sulfat 

turşusu, alüminium-sulfat və s. istehsalı çoxaldı. Tullantılardan istifadə 

etməklə  karbooksimmetelsellüloz,  texniki  soda,  alüminium-sulfat,  xam 

rezin  əsasında  pnevmatik  kabel,  dərman  və  s.  kimi  məhsullar  istehsalı 

mənimsənildi. 

islahatlar  nəticəsində  sənaye  ilə  yanaşı,  kənd  təsərrüfatında  da 

irəliləyişlər  baş  verdi.  1996-cı  ildə  respublikada  kənd  təsərrüfatında 

geriləməyə son qoyulmuş, istehsal 3 faiz artmışdı. Çəltik istehsalı bərpa 

olunmuş, şəkər çuğunduru istehsalına başlanmışdı. Taxılçılığın inkişafına 

diqqət artmaqda idi. 

1997-


 

ci  ildə  ölkədə  daxili  məhsul  istehsalı  5,6  faiz  artmışdı. 

İnflyasiya, demək olar ki, yox idi. 

2000-ci  ildə  Şəmkir-Yenikənd  Su  Elektrik  Stansiyası,  Abşeron 

«Şimal» Dövlət Rayon Elektrik Stansiyasının enerji bloku, 1 saylı Bakı 

İstilik-Elektrik  mərkəzində  yeni  qaz  turbir  qurğusu,  «Azneftqaz» 

İstehsalat  birliyində  bitum  qurğusu,  2001-ci  ildə  «Kaspian  Fiş»  balıq 

məh-  sullan  istehsalı  məhsullan,  Bakı  poladtökmə  zavodu.  Qaz 

zavodunda yeni müasir emal qurğusu, Naxçıvana elektrik enerjisi vermək 

üçün İmişli-Parsaband elektrik xətti istifadəyə verildi. Həyata keçirilmiş 

tədbirlər  nəticəsində  1996-cı  ildə  sənayedə  tənəzzülün  qarşısı  alındı, 

sabitlik  yarandı.  Əgər  1991-1994-cü  ildə  sənayedə  məhsulun  istehsalı 

20-24  faiz  azalırdısa,  1996-2000-ci  illərdə  13,4  faiz  artmışdı.  Kənd 

təsərrüfatındakı istehsalatlar da səmərəli oldu. 1991-1994-cü illərdə hər il 

bu  sahədə  istehsal  15-20  faiz  azalırdısa,  1996-2000-ci  illərdə  19  faiz 

artmışdı. Şəkər çuğunduru, çəltik istehsalına başlandı. 2000-ci 



516 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə