Suda yaşayan bir çox canlılar özlərindən mikroblara öldürücü təsir göstərən
maddələr ifraz edirlər. Onların təsiri nəticəsində su mik- roblaıdan azad olur. Bu
proses yayda daha sürətlə gedir. Qışda isə suyun təmizlənməsi ləngiyir, ona görə də,
xəstəlik törədən mikroblar (vəba, qarın yatalağı, dizenteriya və s.) soyuq suda uzun
müddət saxlanılır.
Su vasitəsilə keçirilən xəstəliklərin siyahısı böyükdür. Onlara vəba, qarın
yatalağı, A və B paratifləri, bakterial və amöb dizenteriyası, enterokolitlər, infeksion
hepatit, poliomielit, Koksaki və s. viruslu diareyalar, leptospirozlar, bir çox
helmintozlar, eləcə də tulyarcmiyanın angioz, bubon və bağırsaq növlərini misal
göstərmək olar. Su bəzi dəri örtüyü və selikli qişaların xəstəliklərində törədicilərin
yoluxma amili kimi (traxoma, qoturluq, göbələk xəstəlikləri, adenoviruslu
konyunktivit və s.) iştirak edir. O, bəzi zoonozlarm (manqo, dabaq, salmonelyoz, Kü-
qızdırması, qara yara və s.) törədicilərinin yayılmasında da iştirak edir. Bir çox
yoluxucu xəstəliklərin törədiciləri su vasitəsilə insanlara ya enteral yolla (bağırsaq
qrupu xəstəlikləri), ya da parenteral yolla zədələnmiş dəri və selikli qişalardan keçir
(leptospirozlar, dəri və xarici örtük xəstəlikləri).
Torpaq -
yoluxucu xəstəliklərin törədicilərinin yoluxma amilidir
insan və heyvan ifrazatları ilə xaric edilmiş patogen törədicilər hava və su ilə
yanaşı torpağı da çirikləndirirlər. Bu, torpağı bir çox yoluxucu xəstəliklərin
törədicilərinin güclü yoluxma amilinə çevirir. Patogen anaerob törədicilərin
yayılmasında torpağın böyük əhəmiyyəti var. Tctanus, qazlı qanqrena və botulizm
törədiciləri insanların və heyvanların nəcisi ilə torpağa düşərək spor əmələ gətirir və
illərlə orada sağ qalırlar. Əgər tetanus və ya qazlı qanqrenamn törədicisi
çirklənmiş
torpaqla tamlığı pozulmuş dəridən və ya yaradan daxil olarsa, onda yoluxma baş verir.
Ttörədicilərlə çirklənmiş və tam konscrvləşdirilməmiş (ət, balıq, tərəvəz), hisə
verilmiş ərzaq (kolbasa, donuz əti) məhsullarını qida məqsədilə istifadə etdikdə insan
botulizmlə yoluxa bilər.
Torpaq qara yara mikroblarının uzun müddət ərzində saxlanması üçün ən
əlverişli şəraitdir. Qara yaranın törədiciləri torpağa düşərək (xəstə heyvanların ifrazatı
ilə, qara yaradan ölən heyvanların cəsədlərinin basdırılması zamanı) orada spor əmələ
gətirir və uzun müddət sağ qalır, əlverişli şəraitdə isə hətta artır.
74
downloaded from KitabYurdu.org
servi; 6) çörək və undan hazırlanmış digər məmulatlar. Yoluxmuş qida məhsulu
sporadik və kütləvi xəstələnməyə səbəb ola bilər. Sonuncu qida epidemiyası adlanır.
Bu epidemiyanın xüsusiyyəti ondadır ki, epidemik proses qeyri-adi sürətlə inkişaf
edərək xəstəlik böyük sayda insanları əhatə edir.
Çox vaxt qida epidemiyaları törədicilərlə çirklənmiş südü qəbul etdikdə baş
verir. Südün yüksək epidemioloji əhəmiyyəti onunla
izah edilir ki,
maye mühit olduğu
üçün bütün həcmində yayılır və törədicilər qidalı mühit olan süddə şiddətlə inkişaf
edirlər (18-20 C-dən başlayaraq). Birincili yoluxmuş süd, xüsusüə də xəstə
heyvanlardan (bruselyoz, vərəm, dabaq) alınan süd epidemioloji cəhətdən çox
təhlükəlidir. Belə südün çiy şəkildə qəbul edilməsi nəticəsində insanlar bir sıra
yoluxucu xəstəliklərin törədiciləri ilə yoluxurlar. Ikincili yoluxmuş süd də
epidemioloji cəhətdən təhlükəlidir. Sağlam heyvandan alınıb sonra saxlanma,
nəqliyyat, satış və emal vaxtı çirklənən süd insanların qann yatalağı, A və B
paratifləri, dizenleriya, stafılakok toksiki kimi yoluxucu xəstəliklərlə yoluxmasına
səbəb olur.
Süddən bir qədər az olsa da süd məhsullarının (şor, xama, qatıq, kərə yağı,
kremlər, dondurma və s.) törədicilərlə çirklənməsi qida epidemiyasına bənzər
epidemioloji vəziyyətin əmələ gəlməsinə gətirib çıxarır.
Ət və ət məhsulları da bir çox zoonoz xəstəliklərin yayılmasında mühüm rol
oynayır. Bunlardan salmonelyoz, qida toksikoin- feksiyalarının törədicilərinin
epidemioloji əhəmiyyəti xüsusilə yüksəkdir. Salmonelyoz xəstəliyinin
törədicilərinin -
salmonellaların minə yaxın növü var. Salmoncllalar müxtəlif heyvanların və quşların
orqanizmində inkişaf edir. Heyvanların salmonellalarla yoluxması onların təkcə
sağlığında deyil, kəsiləndən sonra da (cəmdəyin emalı, daşınma zamanı təmiz ətin
yoluxmuş ətlə birlikdə aparılması, yemək hazırlayarkən və s.) mümkündür. Xəstə
quşların yumurtaları ilə də salmonelyozla yoluxma baş verə bilər. Salmonellalarla
yoluxmuş ət, ət məhsullarının və yumurtaların termiki emal edilmədən istifadə
edilməsi kütləvi toksikoinfeksiyalara (qida zəhərlənməsi) səbəb olur.
Yoluxmuş ətin hisə verilmiş məhsulları (kolbasa, donuz əti) botulizm
toksikoinfeksiyasma səbəb olur. Heyvan ətinin tenidozlarm (donuz və öküz) və
trixinelyozlann yayılmasında xüsusi əhəmiyyəti var. Biohelmintlərin sürfələri ilə
yoluxmuş (opistorxoz və s.) balığı çiy yeyərkən və ya termiki emaldan düzgün
keçirilmədikdə insan parazitlərlə yoluxur.
76
downloaded from KitabYurdu.org