Dərslik Azərbaycan Respublikası təhsil nazirinin


Fərdi şəxslər adından verilən reklam



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə48/235
tarix31.12.2021
ölçüsü2,11 Mb.
#82353
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   235
A.S.A-UROV-marketinq..

        3. Fərdi şəxslər adından verilən reklam: 
       •  əhatə  dairəsinə  görə  digər  şəxslərə,  müəssisə  və  təşkilatlara  yönəl-
dilən reklama, yayılma vasitəsinə görə  yerli qəzetlər, plakatlar, həmçinin 
kabel televiziyası və internet vasitəsilə yayılan reklama ayrılır. Bu zaman 
əsas  məqsəd,  konkret  məhsulun    alınmasının  həvəsləndirilməsindən  iba-
rətdir. 


 
 
 
 
 
42 
4.  Hökumət,  ictimai  təşkilatlar  və  qruplar  adından  verilən 
reklam: 
       - əhatə dairəsinə görə fərdi istehlakçılara, dövlət təşkilatlarına, qrup-
lara,  cəmiyyətlərə  və  assosiasiyalara,  geniş  istehlakçı  kütləsinə  və  mütə-
xəssislərə  yönəldilən  reklama  ayrılır.  Bu  zaman  əsas  məqsəd  ictimai-
siyasi və kommersiya sahəsində nailiyyətlər əldə etmək məqsədilə həyata 
keçirilən tədbirlərin səmərəliliyini yüksəltməkdən ibarətdir.  
Reklamın yuxarıda baxılan təsnifatından bizi ən çox maraqlandıran 
istehsalçılar adından verilən reklamdır. Odur ki, onun üzərində bir qədər 
ətraflı dayanmaq daha məqsədəuyğundur. 
İstehsalçılar adından verilən reklam bir çox müxtəlif növlərə ayrılır 
və çoxumuz onların əksər hissəsi ilə demək olar ki, qarşılaşmırıq. Onların 
müxtəlif növlərini ayrılıqda nəzərdən keçirək: 
İstehlakçılara  yönəldilən  reklam. 
Əksər  istehsalçılar  fərdi  qaydada 
reklamdan  istifadə  edirlər  ki,  konkret  məhsul  istehlakçılarının  tələbinin 
formalaşdırılmasına təsir göstərə bilsinlər, onların mal alışını həvəsləndir-
sinlər.  Onlar  televiziya,  radio,  gündəlik  və  həftəlik  qəzetlər,  jurnallar, 
reklam  lövhələri,  nəqliyyat  vasitələri,  birbaşa  poçt  reklamı,  kataloqlar, 
kuponlar, hava şarları vasitəsilə yayılan reklamla istehlakçıların diqqətini 
konkret  məhsula  yönəldir,  onlara  məhsul  haqqında  lazımı  informasiya 
ötürürlər.
 
Bəzən  istehsalçıların  kommersiya  maraqları  onları  məcbur  edir  ki, 
fərdi  istehlakçılar  tərəfindən  onların  məhsullarının  alınmasında  öz  səy-
lərini  və  həyata  keçirdikləri  reklam  tədbirlərini  birləşdirsinlər,  birgə  rek-
lam  kampaniyasını  həyata  keçirsinlər.  İstehsalçılar  öz  məhsullarının 
topdan və pərakəndə satıcıları ilə də razılaşmalar əldə edir və onları birgə 
reklam kompaniyasına cəlb edirlər. 

Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə