Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə2/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   78

6
nın  əsaslı  şəkildə  dəyişməsinə  və  gələcəyinə  güclü  tə-
sir etdi. Yeni torpaqların kəşfi ilə yeni bir mərkəzin ya-
ranmasının  ilk  təməlləri  qoyuldu.  Avropada  əhalinin 
ən aktiv hissəsi, yeniliklər və axtarışlar işığında olanlar 
yeni torpaqlara mühacirət etdilər. Bu zaman digər tərəf-
də - Şərqdə Osmanlı və Səfəvilər kimi sülalələr böyük 
dövlətçilik ənənələri yaratmışdılar və Avropa bununla 
hesablaşmalı  oldu.  Bu  dövrdə  Şərq  yenidən  dünyanın 
ağırlıq mərkəzi idi. 
Avropada hökmranlıq uğrunda aparılan 30 illik mü-
haribə sona çatdıqdan sonra, XVII əsrin 40-cı illərində 
beynəlxalq münasibətlərin vestfal sistemi yarandı. Dün-
yanın ağırlıq mərkəzi bu dövrdə Avropa idi. XVIII əsrin 
sonları-XIX əsrin əvvəllərində Fransa imperatoru I Na-
poleonun  apardığı  müharibənin  nəticələri  beynəlxalq 
münasibətlər sistemini dəyişdirdi. Beynəlxalq münasi-
bətlərin Viana sistemi yaradıldı.
XIX  əsrin  sonlarına  yaxın  Almaniya  imperatorluğu-
nun yaranması ilə Avropa dövlətləri arasında qüvvələr 
nisbəti dəyişdi. Böyük dövlətlər arasında ucuz xammal 
mənbələrini  və  əlverişli  satış  bazarlarını  ələ  keçirmək, 
dünyanı  bölmək  uğrunda  amansız  mübarizə  qızışdı. 
Hədəfdə  Asiya  və  Afrika  ölkələri  idi.  Dövlətlərarası 
mübarizə  blokların  yaranmasına,  onların  maraqlarının 
toqquşması isə, zamanında deyildiyi kimi, Böyük mü-
haribənin və ya Birinci Dünya müharibəsinin başlanma-
sına  səbəb  oldu.  Müharibənin  yekununda  beynəlxalq 
münasibətlərin  Versal-Vaşinqton  sistemi  formalaşdı. 
Dünya müharibəsindən sonra beynəlxalq münasibətlər-
də ABŞ mühüm rol oynamağa başladı. Asiya qitəsində 
yeni dövlətlər yarandı. 


7
XIX əsrin 30-cu illərində beynəlxalq münasibətlər sis-
teminin  böhranı  İkinci  Dünya  müharibəsinin  törədil-
məsinə gətirdi. Bu müharibənin yekununda beynəlxalq 
münasibətlərin  Yalta-Potsdam  sistemi  yarandı.  Asiya 
və  Afrikada  müstəmləkə  sistemi  dağılmağa  başladı. 
Az sonra iki dünya sistemi dövlətləri arasında «soyuq 
müharibə»  başladı.  ABŞ  və  SSRİ  təkcə  Avropada  de-
yil, Asiya və Afrika qitələrində də bir-biri ilə mübarizə 
aparırdılar.  Müharibədən  sonra  dünyanın  iqtisadi  güc 
mərkəzi  kimi  ABŞ-ın  rolu  beynəlxalq  münasibətlərdə 
artdı. 50-ci illərdə Avropa dünyanın ikinci iqtisadi güc 
mərkəzi kimi yarandı. ABŞ isə «hər şeydən öncə Asiya-
dır» şüarını elan etdi. 
60-cı illərdə dünyada müstəmləkə sisteminin dağıdıl-
ması ilə Asiya və Afrikada yaranan yeni dövlətlər bey-
nəlxalq münasibətlər sistemində mühüm rol oynamağa 
başladılar. Dünyanın yeni iqtisadi güc mərkəzi kimi Ya-
poniya dünya həyatında başlıca yerlərdən birini tutdu. 
70-80-ci  illərdə  Cənub-Şərqi  Asiya  ölkələri  beynəlxalq 
münasibətlərdə möhkəmlənməyə başladılar. 
Soyuq  müharibənin  başa  çatması  və  SSRİ-nin  dağıl-
masından  sonra  beynəlxalq  münasibətlərin  Yalta-Pots-
dam sistemi dağıldı. ABŞ dünyanın yeganə fövqəldöv-
ləti oldu. Lakin dünyada çoxqütblülük meyilləri artdı. 
Yenidən diqqət mərkəzinə Asiya qitəsinin ölkələri gəldi. 
I Napoleonun sözləri ilə desək, «Asiyanın yatmış pələn-
gi olan Çin» yenidən güclənməyə başlamışdır. Çin, Ya-
poniya, Hindistan, Pakistan və b. dünya siyasətində rolu 
artdı. Beləliklə, XX əsr böyük təlatümlər dövrü kimi ta-
rixə düşdü. İki dünya müharibəsi, nüvə silahının tətbiqi, 


8
ikiqütblü və təkqütblü dünya modelləri; kommunist, fa-
şist, aparteid idarəetmə; antisemitizm, ksenofobiya, şo-
vinist millətçilik, terrorizm; kosmosda ilk insan, müasir 
nəsil informasiya texnologiyaları, HİVS kimi yoluxucu 
xəstəliklər, ekoloji fəlakətlər dünya xalqlarının həyatına 
təsir edən başlıca hadisələr oldu. Bütün bunlar göstərir 
ki, XX əsrdə bəşəriyyət indiyədək keçdiyi bütün dövr-
lərdən  daha  çox  yeniliklərlə  qarşılaşmış  və  dərin  sosi-
al-iqtisadi, siyasi, mədəni, texnoloji və s. dəyişikliklərə 
uğramışdır. Bu yüzillikdə Qərb ABŞ-ın liderliyində öz 
hegemonluğunun  ən  pik  səviyyəsinə  çatmış,  iqtisadi, 
texnoloji və s. baxımdan geri qalan Şərq isə sanki tarixin 
kölgəsində qalmışdır. 
Üçüncü minillik isə öz reallıqlarını təqdim edir. Dün-
yanın geosiyasi ağırlıq mərkəzinin Asiyaya keçəcəyi ilə 
bağlı proqnozlar özünü ən azı, iqtisadi sahədə göstərir. 
Çinin  nəhəng  iqtisadi  yüksəlişi,  Yaponiya  və  Koreya 
“iqtisadi möcüzələri”, «kiçik əjdahalar»ın dünya iqtisa-
diyyatında rolunun artması və bütün bunların fonunda 
Qərbdə iqtisadi və maliyyə böhranı yeni bir şəraitin ya-
ranmasından xəbər verir. Dünya siyasətində digər Asi-
ya ölkələrinin çəkisi artır və mövqeləri güclənir.
Hazırda  ekspertlərin  əksəriyyəti  ABŞ-Çin  pariteti-
ni  dünyanın  ağırlıq  mərkəzində  həlledici  amil  hesab 
edirlər. Hətta ABŞ ilə Çin arasında strateji əməkdaşlığı 
nəzərdə tutan “G2” formatına dair bəzi nəzəri yanaşma-
lar mövcuddur. Həmin yanaşmalarda iki dövlətin siyasi 
əməkdaşlığının başlıca olaraq iqtisadiyyatının qarşılıq-
lı  asılılığı  üzərində  qurulması  nəzərdə  tutulur.  Lakin 
hələlik strateji münasibətlərdə əməkdaşlıqdan daha çox 
bütün sahələrdə rəqabət üstünlük təşkil edir.


9
Asiya  dövlətlərinin  qlobal  miqyasda  çəkisi  artdıqca 
qitədə geosiyasi gərginlik də çoxalır. Belə ki Yaponiya, 
Çin, Hindistan, Pakistan, Vyetnam, Filippin, hər iki Ko-
reya və digər ölkələr arasında bir sıra həll olunmamış və 
gərginlik ocaqlarına çevrilmiş münaqişələr mövcuddur. 
Maraq doğuran məsələlərdən biri isə bundan ibarətdir 
ki,  bütün  bu  münaqişələrdə  hər  zaman  üçüncü  tərəf 
kimi ABŞ mövcuddur. Belə bir şəraitdə Asiyanın böyük 
dövlətlərində qatı millətçi qüvvələrin hakimiyyətə gəli-
şi prosesi açıq-aşkar müşahidə edilir. Yaponiyanın baş 
naziri Şinzo Abe, Çin prezidenti Si Szinpin, Cənubi Ko-
reya  prezidenti  Pak  Kın  He  və  Hindistanın  baş  naziri 
Narendra Modi bu kateqoriyaya aiddirlər. Bütün bunlar 
isə regional məsələləri sürətli bir şəkildə geosiyasi səh-
nəyə çəkir. 
Bu və digər amillərin təsiri altında bu gün Asiya bü-
tün dünyanın diqqət mərkəzindədir. 2010-cu ildə ABŞ 
Prezidenti  Barak  Obama  “Asiyaya  qayıdış”  strategiya-
sını  elan  etməklə  ölkəsinin  yeni  dövrdə  xarici  siyasət 
prioritetlərini açıqlamış oldu. Aydındır ki, “Asiyaya qa-
yıdış”  strategiyasının  başlıca  məqsədi  Çinin  yüksəlişi-
nin qarşısını almaqdır. ABŞ-da Çinin hər bir addımını 
diqqətlə  izləyir  və  dərindən  təhlil  edirlər.  “Vaşinqton 
Post” qəzetində “Chinawatch” adlı əlavənin yaranması 
ABŞ-da bütün dairələrin yeni rəqibə olan böyük mara-
ğının göstəricisidir. Lakin yaranmış mürəkkəb şəraitdə 
Yaxın Şərqin ərəb ölkələri ilə bağlı planlarının uzanması 
ABŞ-ın strategiyanın əsas hədəfi ilə hələlik bütün gücü 
ilə mübarizə aparmasına imkan vermir.


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə