237
12)
Standartlaşdırma metodları və vasitələri ilə
Azərbaycan Respublikasının qanunvericiliyinin gerçəkləş-
məsinə yardım edilməsi.
Layihələndirmə (və ya planlaşdırma) mərhələsində
standartlaşdırmanın köməyi ilə aşağıdakılar həyata keçi-
rilir:
verilmiş məhsulun keyfiyyət xüsusiyyətlərinin
kompleks standartlaşdırılması əsasında, həmçinin istehlak-
çıların və istehsalçıların maraqları nəzərə alınmaqla xam-
malın, materialların, yarımfabrikatların və dəstləşdirici
məmulatların, hazır məhsulun keyfiyyətinə tələblər müəy-
yən edilir;
istismar şəraitində məmulatların təyinatından asılı
olaraq məhsulun keyfiyyət göstəricilərinin vahid sistemi
müəyyən edilir;
optimal keyfiyyətin təmini və növün, markaların və
növ-ölçülərin qeyri-səmərəli istisnası üçün məhsulun layi-
hələşdirilməsi normaları, tələbləri və metodları müəy-yən
olunur;
istehsalatın unifıkasiyasının, istehsal proseslərinin
mexanikləşdirilməsi və avtomatlaşdırılmasının yüksək sə-
viyyəsi təmin edilir.
İstehsal mərhələsində müəssisələrin standartları bu-
raxılan məhsulun xarakter və xüsusiyyətlərini, müəssisə-
lərin təşkilati-texniki səviyyəsini, icraçıların ixtisasını nə-
zərə alırlar. Onlar məhsulun keyfiyyətinə nəzarət və onun
qiymətləndirilməsinin vasitə və metodlarına tələbləri
müəyyən edir, istehsalatın ritm ahəngdarlığını təmin etmə-
yə, zay məhsul istehsalı nəticəsində yaranan itkiləri azalt-
238
maya, icraçıların əməyinin keyfiyyətini yüksəltməyə im-
kan verir.
Dövriyyə və satış mərhələsində standartlaşdırma, an-
barlarda, saxlama yerlərində və bazalarda, nəqliyyat müəs-
sisələrində, tədarük və ticarət təşkilatlarında məhsulun
keyfiyyətini qoruyaraq məhsulun qablaş-dırılması, kon-
servləşdirilməsi, nəqledilməsi və anbarlara yığılması za-
manı qayda və şərtlərə olan tələblərin müəyyənləşdirilmə-
sinə yönəlmişdir.
İstehlak və istismar mərhələsində standartlaşdırma
məhsula xidmət göstərilməsinə və onun təmirinə (o cüm-
lədən zəmanət xidmətlərinin), istismar zamanı onun key-
fiyyəti haqqında məlumatın yığılması və təhlilinə onun
utilləşdirilmə normalarına vahid tələbləri müəyyən edir.
Standartlar texniki, iqtisadi və hüquqi tələbləri bir-
ləşdirir. Texniki tələblər ondan ibarətdir ki, standartlar is-
tehsalatın elmi-texniki hazırlığını, məmulatların yaradıl-
ması və istismarının bütün mərhələlərində əməyin texno-
logiyasını, təşkilini və prosesini nizamlayırlar.
İqtisadi tələblər:
-
standartlar məhsul keyfiyyətinin ölçülmə normativi
və miqyasıdır;
-
standartlar istehsalatın təşkili və idarə edilməsi va-
sitəsidir;
-
standartlar iqtisadiyyatın müxtəlif həlqələri arasın-
da qarşılıqlı əlaqəni təmin edir;
-
standartlar işlərə və məhsullara çəkilən xərcləri mi-
nimallaşdırır, belə ki, eyni tipli işlər və məhsullar həmişə
ucuz başa gəlir.
239
Hüquqi tələblər standart – normativ aktdır, qanunla
müəyyən olunmuş qaydada dövlət orqanları tərəfindən təs-
diq olunur, riayət edilməsi məcburi olan normaların şər-
hindən ibarətdir. Standartların pozulmasına görə mülki,
cinayət və inzibati qanunvericilikdə sanksiyalar müəyyən
olunmuşdur.
Standartlaşdırmanın fəaliyyət mexanizmi dörd mər-
hələdən ibarətdir:
-
standartlaşdırma obyektinin seçilməsi (sistemlik,
təkrarlanan obyektlər);
-
standartlaşdırma obyektinin modelləşdirilməsi (ger-
çək obyektin abstrakt modeli);
-
modelin optimallaşdırılması (standartlaşdırılan ob-
yektin optimal modeli);
-
modelin standartlaşdırılması (unifıkasiyalaşmış mo-
delin bazasında normativ sənədin işlənilib hazırlan-ması).
Dəfələrlə yenidən yaradıla və (və ya) istifadə oluna
bilmək imkanına malik olan məhsullar, xidmətlər və pro-
seslər standartlaşdırma obyekti ola bilər (şəkil 11.1).
240
241
Şəkil 11.1. Standartlaşdırma obyektləri
242
11.3. Standartların növləri
Standartlaşdırma üzrə normativ sənədlər aşağıdakı
kateqoriyalara bölünürlər:
1.
Beynəlxalq standartlar;
2.
Dövlətlərarası standartlar (ГОСТ);
3.
Azərbaycan Respublikasının dövlət standartları
(AZS);
4.
Sahə standartları (SSAZ);
5.
Müəssisə standartları (MS);
6.
Elmi-texniki və mühəndis cəmiyyətlərinin stan-
dartları (ETMCS).
Beynəlxalq standartlar – dünya dövlətlərinin əksəriy-
yətinin qəbul və istifadə etdiyi standartlar, norma, qayda
və tövsiyələrdir. Beynəlxalq standartlaşdırma – standart-
laşdırma üzrə təşkilatların və onların fəaliyyətinin məhsu-
ludur, yəni standartlar, tövsiyələr, texniki hesabatlar və di-
gər elmi-texniki məhsullardır.
Dövlətlərarası standartlar, müstəqil dövlətlər birliyi-
nə daxil olan, standartlaşdırma, meterologiya və sertifika-
siya üzrə birgə siyasət aparmaq haqqında müqavilə bağla-
mış dövlətlər tərəfindən qəbul edilmiş və onların bilavasi-
tə tətbiq etdikləri standartlardan ibarətdir.
Azərbaycan Respublikasının dövlət standartları,
məcburi və tövsiyə olunan təlbləri özündə əks etdirir.
Məcburi tələblərə aşağıdakılar aiddir:
- məhsulların insanın həyatı, sağlamlığı və əmlakının
təhlüksizliyini, ətraf mühitin qorunmasını təmin edən tə-
ləblər və bu göstəricilərin sınağı üsullarına verilən tələblər;
Dostları ilə paylaş: |