DNT
I tNT — zrHal sintezi. Məşhur çex alimi, avqust kilsəsinin rahibi
(Bmo şəhəri) İohan Qreqor Mendel noxud bitkisi (Pisum sativum) üzərində
apardığı təcrübələrlə genetika elminin elmi əsasını qoymuş, De-Friz, K.Korrens
və E.Çermak 35 ildən sonra onun kəşfini təsdiq etmiş, Tomas Çent Morqan və
onun tələbələri isə irsiyyətin xromosom nəzəriyyəsini yaratmışdır. Həmin tarixi
kəşflər genetikanın sonrakı inkişafına çox böyük təkan və stimal vermişdir.
Genetika canlı aləmi tədqiq edən, geniş və ətraflı öyrənən ən mürəkkəb, çox
şaxəli, eləcə də olduqca maraqlı elmdir. Erkək və dişi fərdlərin doğulması,
törəmələrin bəzi əlamətlərə görə əcdadlarına oxşaması, qadından uşaq, inəkdən
buzov, qoyundan quzu, toyuqdan cücə, bal arısından yalnız bal arısının və s.
törəməsinin səbəblərini yalnız genetika elmi araşdırır və aşkarlayır. Genlərin
ciddi nəzarəti olmadan canlı aləmin ayn-ayrı fərdlərinin orqanizmdə heç bir
fizioloji, biokimyəvi, metabolik, çoxalma və s. proses icra oluna bilməz. Lakin
bütün proseslər, o cümlədən ontogenez yalnız ətraf mühitlə dialektik vəhdət
fomasmda baş verə bilər. Dünya şöhrətli, dahi filosoflar K.Marks və F.Engelsin
«Alman ideologiyası»,
F.Engelsin «Təbiətin dialektikası»
adlı klassik
əsərlərində qeyd edilmişdir ki, «tarixin salnaməsi təbii əsaslardan və insanın
təbiətə təsirindən yaranan dəyişikliklərdən başlayır, hər bir iqtisadi-sosioloji
təhlillə müəyyən edilir».
K.Marks yazır ki, «təbiət çox səxavətli olmaqla
insanın əlindən uşaq kimi tutub aparır, onun şəxsi inkişafını təmin edir».
Təbiətlə orqanizmlərin dialektik vəhdəti klassik alman fəlsəfəsinin baniləri
Hegel və Feyerbax tərəfindən də əsaslı təhlil olunmuş və konsepsiyalarında
özünün müfəssəl əksini tapmışdır. Ümumiyyətlə, genetika elminin bütün
prioritet aspektləri fəlsəfənin, dialektik materializmin mövcud qanunları və
qanunauyğunluqlarına uyğun olmaqla onlarla qınlmaz vəhdət təşkil edir, fəlsəfi
müstəvi çərçivəsində öyrənilir və təhlil olunur. Genetika, immunogenetika,
ekoloji genetika, genetik bioetika və molekulyar genetikanın qlobal problemləri
məhz fəlsəfənin «Əksililiklərin vəhdəti və mübarizəsi», «İnkarı inkar»,
«Kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliklərinə keçməsi»
və s. qanunları
və müvafiq kateqoriyaları baxımından və onlann bazisində öyrəinlir. Bu
baxımdan baytarlıq təbabəti genetikası, ümumilikdə isə genetika fəlsəfə ilə
olduqca böyük dialektik vəhdət təşkil edir. Çünki bu elmlərin əsas məqsədi,
məhz
canlı
materiyanın öyrənilməsi və populyasiyalann irsiyyətinin,
mövcudluğun davam etdirilməsindən ibarətdir.
Genetikanın üsullarının tətbiqi sayəsində molekulyar biologiyanın sonuncu
mütərəqqi elm sahələri-gen mühəndisliyi
və biotexnologiya
çox dinamik sürətlə
inkişaf
etməyə
başlamışdır.
Molekulyar
genetikanın,
sitologiyanın,
mikrobiologiyanın, virusologiyanın, biokimyanın, biofizikanın, elektronikanın
və s. elmlərin inkişaf etməsi sayəsində biotexnologiya daha sürətlə inkişaf
etməyə başladı. Planetimizdə əhalinin sürətlə artması və bununla da təbii ehtiyat
mənbələrinin tədricən azalması xammal, kənd təsərrüfatı və xalq təsərrüfatı
məhsulları emal edən müəssisələrin iş şəraitinin yenidən qurulmasını tələb edir.
Biotexnoloji proseslər dedikdə istehsalda kompleks proseslər, biokatalizatorlar,
həmçinin müxtəlif bioloji sistem (bitki, heyvan, toxuma hüceyrələri və s.)
9
məhsullarının sintezi və tətbiqi başa düşülür. Hazırda çoxlu miqdarda qiymətli
tibbi, baytarlıq təbabəti preparatları və bioloji aktiv maddələr biotexnoloji
yollarla alınır.
Mikrobioloji fermentasiya proseslərində istifadə olunan
qurğularda (fermentyorlarda) xüsusi seçilmiş qıdalı mühitlərdə mikroorqanizm-
lərdən zülal, dərman preparatları, vitaminlər, fermentlər, biopreparatlar və s.
istehsal olunur. Müasir biotexnologiya digər elmlərdən fərqli olaraq elmə XIX
əsrin ortalarında daxil olmuşdur. Molekulyar biologiyanın, genetikanın,
sitologiyanın, mikrobiologiyanın, virusologil yanın, biokimyamn, biofizikanm,
elektronikanın və s. elmlərin inkişaf etməsi sayəsində biotexnologiya daha
sürətlə inkişaf etməyə başladı. Biotexnologiya-bakteriya, maya göbələkləri, bitki
və heyvan hüceyrələri kulturası və onların metabolik-biosintetik imkanlarından
istifadə etməyə yönəldilən elm sahəsidir. 1978-ci ildə yaradılan Avropa
Biotexnologiya
Federasiyasının
qətnaməsində
qeyd
edildiyi
kimi,
biotexnologiya - mikrobiologiya, biokimya, genetika, molekulyar biologiya və
kimyəvi texnologiya sahələrinə mənsub elm və metodların tədbiqinə
əsaslanaraq, hüceyrə səviyyəsində insanlara gərəkli məhsul maddələrinin
alınmasına xidmət edir. Dünyada ərzaq qıtlığı, zülal çatışmazlığı bəşəriyyət üçün
böyük təhlükə sayılır. Sübut olunmuşdur ki, biotexnoloji yolla bu problemi 70-
80% ödəmək olar. Hazırda mikroorqanızmlənn sintez etdiyi məhsullar: zülallar,
amin turşuları, yağlar,
antibiotiklər, vitaminlər, fermentlər, vaksinlər,
immunoqlobulinlər, interferon, diaqnostik preparatlar, toksinlər, polısaxarıdlər
və digər fizioloji aktiv maddələr müxtəlif biotexnoloji proseslər vasitəsilə
sənayedə istehsal edilir.
Genetik müayinə və analizlərin aparılması üçün əsasən tədqiqat obyekti
kimi DNT və RNT-nin molekullanndan istifadə edilir. Çünki genetik - irsi
informasiyanın saxlanmasım, ötürülməsini və realizə olunmasını yalnız onlar
təmin edir. Orqanizmlərin xəstəliklərə həssaslığı və davamlılığı da məhz həmin
amillər tərəfindən icra olunur. Təbabətin və baytarldıq təbabətinin ən aktual
problemləri (xəstəliklərin genetik statusu, bioloji preparatlar və s.) də hazırda
genetik səviyyədə icra olunur. Tibb və baytarlıq təbabəti həkimi öz fəaliyyətində
genetika elminə, ontogenezin normal inkişafı istiqamətinə üstünlük verməli və
genetik analizlərə istinad etməlidir. Çünki bütün patoloji proseslərin əsasında
hüceyrədə gedən genetik dəyişiklik və pozulmalar durur və onlar genlərin
mutagenezi və modifikasiyası nəticəsində baş verir. Bilikli və səriştəli həkim
olmaq üçün genetik analizləri, dəyişiklikləri müfəssəl və ətraflı öyrənmək və
onları mütləq nəzərə almaq lazımdır.
ÜST-nın (Ümumdünya Səhiyyə Təşkilatı)
baş direktoru doktor
Marqaret Çanın
qiymətli kəlamı dediklərimizi bir daha
təsdiqləyir: «
Sağlamlıq
- xəstəlik və fiziki defektlərin olmaması ilə yanaşı, həm
də tam fiziki, süni və sosial xoşbəxtlik deməkdir.
Əhalisi sağlam olan ölkə
yaxşı inkişaf etmiş ölkə deməkdir».
İnsanın sağlamlığının başlıca prioriteti isə
ekoloji cəhətdən təmiz, saf heyvan və bitki mənşəli yeyinti məhsulları sayılır.
Təmiz və keyfiyyətli heyvandarhq və quşçuluq məhsullarının (ət, süd, yumurta,
balıq, onların müxtəlif çeşidli məhsulları) insan üçün zərərsiz olması isə
bilavasitə baytarlıq təbabəti həkimlərinin
səlahiyyət müstəvisi çərçivəsindədir.
10